56
Bir çox bitkilərdə əlvan çiçəkyanlığı və xoş ətirli iy
olmadığı üçün (məsələn: qoz, fındıq, qarğıdalı,
buğda və arpa
bitkiləri) onlar arıların və başqa həşəratların diqqətini cəlb edə
bilmirlər. Belə bitkilərin tozlanması külək vasitəsilə gedir (şək.
17). Bu bitkilərin erkəkcikli çiçəklərində külli miqdarda
tozcuqlar (erkəkciklər) əmələ gəlir və bu tozcuqlar külək
vasitəsilə dişicikli çiçəyin dişiciyinin ağzına düşərək onu
tozlayır. Nəticədə mayalanma prosesi gedir.
Şəkil 17. Əlvan çiçək yanlığına malik olmayan qarğıdalı
bitkisinin çiçəkləri.
Bu barədə Qurani-Kərimin Əl-Hicr (15-ci) surəsinin 22-ci
ayəsində deyilir:
«Biz küləyi mayalandırma olaraq
göndərdik,
göydən yağmur endirib su verdik. Yoxsa onu yığıb
saxlayan siz deyilsiniz!».
Beləliklə, 1400 il bundan əvvəl Qurani-Kərimin ayələrində
bitkilərin erkək-dişi (erkəkcikli-dişicikli) olması və onların
bəzilərinin tozlanıb mayalanması arının (həşəratların) iştirakı
ilə getdiyi, bəzilərində isə bu prosesin külək vasitəsilə həyata
57
keçdiyi barədə məlumatlar verilir. Bu faktların elmi əhəmiyyətə
malik olması isə 19-20-ci əsrlərdə sübut edilmişdir.
58
DİN VƏ ELM BARƏSİNDƏ BƏZİ MÜLAHİZƏLƏR
Qurani-Kərimin bəşəriyyət tərəfindən qəbul olunması
tarixinə nəzər
yetirdikdə məlum olur ki, son əsrlərə qədər o,
özündən əvvəlki səmavi kitablardan daha dolğun olan
müqəddəs dini bir kitab kimi tanınmışdır.
Lakin, müasir elm inkişaf etdikcə, xüsusən 19-20-ci
əsrlərdə elmin inkişafı böyük vüsət aldıqdan sonra, Quranın
həm də dərin və dəqiq elmi kitab olduğu sübuta yetirilmişdir.
Müasir dövrdə elmi fikirlər (məsələlər) kimi qəbul edilən çoxlu
Quran ayələri 19-20-ci əsrlərə qədər sırf dini məsələlər
sayılırdı. Deməli, müasir elm tərəfindən ayələrin elmiliyi sü-
buta yetdikcə Quranın insanlar tərəfindən qəbul edilən elmilik
dərəcəsi artır. Başqa sözlə, sırf dini əhəmiyyətli sayılan ayələrin
artıq həm də elmi əhəmiyyətə və ya sırf elmi əhəmiyyətə malik
olduğu aşkar edilir və elmi əhəmiyyəti aşkar olan ayələrin sayı
getdikcə artır. Elmiliyi alimlər tərəfindən hələlik aşkar oluna
bilinməyən ayələr isə sırf dini ayələr kimi qalmaqda davam
edir.
Hal-hazırki dövrdə Quran ayələrinin dini və elmilik
dərəcəsi hələlik tarazlaşmayıbsa da bunun gələcəkdə (bəlkə də
21-22-ci əsrlərdə) baş verməsi labüddür. Bu tarazlaşma baş
verdikdən sonra elmiliyi sübut olunmuş ayələrin sayı sırf dini
ayələri tədricən üstələyəcək və son nəhayətdə, Quranın bü-
tövlükdə elmi kitab olduğu aşkar olunacaq.
Buradan belə bir sual meydana çıxır ki, din özü elm dey-
ilmi?
Quran ayələrinə nəzər
yetirdikdə məlum olur ki, onlar çox
qısa tezis və ya nəticələrdir. Onların hansı biliklərə və ya
təcrübələrə əsaslandığı bizə hələlik məlum olmadığından onun
elmiliyi inkar edilir və sırf dini ayə kimi qəbul edilir. Müasir
elm tərəfindən elmiliyi sübut olunduqdan sonra ayənin elmi
əsasa məlik olduğu aşkar olur.
59
Din və elmin əslində vahid bilik mənbəyi olması fikri
özünü, çox güman ki, tezliklə doğruldacaq və alimlər tərəfindən
qəbul ediləcək.
Bəşəriyyət tarixində dinin və elmin inkişafını sxematik
olaraq 18-ci şəkildəki kimi göstərmək olar. İlk bilik insanlara
din tərəfindən və ya dini fikirlər şəkildə məlum olmuşdur.
Müəyyən dövrdən sonra insanlar (bilikli adamlar) biliyin
mahiyyətini (mexanizmini) dərk etmək istəyinə malik olmuşlar.
Mövcud biliklərin əksəriyyətinin mexanizmini dərk etmək
mümkün olmadığı (yəni o biliklərin mahiyyəti açılmadığı) üçün
onları dini və ya qeyri-elmi hesab etmişlər. Bir çox bilikləri isə
insanlar öz həyat təcrübələrində yoxlamaq imkanına malik ol-
muş və onların mahiyyətini dərk etmişlər.
Şəkil 18. Bəşəriyyət tarixində din və elmin inkişafının
sxematik təsviri.
Mahiyyəti dərk oluna bilən məlumatlar elmi bilik və
mahiyyəti dərk oluna bilinməyənlər isə dini hesab edilmişdir.
60
Beləliklə, biliklər elmi və dini olmaqla iki yerə ayrılmış,
nəticədə elm dindən şaxələnərək ayrılmışdır. Bu ayrılma elmin
inkişafının ilk mərhələlərində çox kəskin və ziddiyyətli
olmuşdur.
Elm inkişaf etdikcə bir çox dini biliklərin elmi əsasa malik
olduğu sübut edilmiş və belə sübutların sayı artdıqca elmin
dindən uzaqlaşma sürəti azalmağa başlamış, sonra bir müddət
parallel mövcud olmuşlar. 18-20-ci əsrlərdə elmin güclü
inkişafı ilə bağlı olaraq bu sübutların sayı xeyli arttmış və
nəticədə elmin dinə yaxınlaşması prosesi başlamışdır. Elmin
din ilə vahid bilik mənbəyi kimi tam birləşməsi yaxın
gələcəkdə baş verməsə də, uzaq gələcəkdə bunun baş
verməsinə heç bir şübhə qalmır.
Qurani-Kərimin bir çox ayələrində elmə yüksək qiymət
verilir və bir çox quran ayələrinin yalnız elmi yolla dərk oluna
biləcəyi göstəriilr. Bu ayələrdən bir neçəsini göstərməyi vacib
sayırıq:
-
Ali –İmran (3-cü) surəsiinn 7-ci ayəsi – “Ya Məhəmməd,
Sənə Kitabı (Quranı) nazil edən odur.
Onun bir hissəsi
möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə
mütəşabih (mənaca bir-birinə oxşar, məğzi bəlli
olmayan) ayələrdir.
Ürəklərində əyrilik (şək-şübhə)
olanlar fitnə-fəsad salmaq istədikləri kimi məna vermək
məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki
onların həqiqi izahını Allahdan başqa heç kəs bilməz.
Elmdə qüvvətli olanlar isə “Biz onlara iman gətirdik,
onların hamısı rəbbimiz tərəfimizdəndir” – deyərlər.
Bunları ancaq ağıllı adamlar dərk edərlər”.
-
Taha (20-ci) surəsinin 114-cü ayəsi – “Həqiqi hökmdar olan
Allah ucadır! Həm də (ey Peyğəmbərim! (Cəbrail
tərəfindən) sənə tamam-kamal vəyh olunmadan əvvəl
Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Mənim elmimi
artır!”
– de”.
61
-
Ən-Kəbut (29-cu) surəsinin 43-cü ayəsi – “Biz bu məsələri
insanlar üçün çəkirik. Onları yalnız bilənlər anlayarlar”.
-
Əz-Zumər (39-cu) surəsinin 9-cu ayəsi – “Məgər axirətdən
qorxan, rəbbinə ümid bəsləyən, gah səcdəyə qapanıb, gah
da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən
(müti bəndə kafirlə birdirmi)? De: “Heç bilənlərlə
bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın
ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət
alar!”.
İslam dininin əsasını qoyan Məhəmməd peyğəmbərimiz
(s.a.s.) öz kəlamlarında da elmə yüksək qiymət vermişdir. Bu
kəlamlardan bəzilərini xatırlayaq:
-
Biliyi ilə xalqı faydalandıran bir alim, yetmiş il ibadət edən
adamdan xeyirlidir.
-
Alimlə ibadət edənlər arasında yetmiş dərəcə var.
-
Alimlərin sərf etdiyi mürəkkəb, şəhidlərin tökülən qanı ilə
tutuşduruldu, alimlərin mürəkkəbi çəkidə ağır gəldi.
-
Biliklə az ibadət etmək, biliksiz çox ibadət etməkdən xe-
yirlidir.
-
Alim, müsəlmanlığın divarındakı daşa bənzər. Allah bir
ümmətin içindən bir alimin canını aldımı, müsəlmanlığın
divarında bir deşik açmış olur, elə bir deşik ki, o,
qiyamətədək qapanmır.
-
Yazıqdır o adam ki, bir şey bilmir, yazıqdır o adam ki,
bildiyinə əməl etmir.
-
Adəm övladları ömürlərini nə qədər ki, elmə, biliyə sərf
edirlər, cavan qalırlar.
-
Bilik əldə etməyə çalışın, çünki bilik möminin dostudur,
həlimliyin məsləhətçisidir, ağlın bələdçisidir, əməlinə,
işinə-gücünə istiqamət verəndir, xoş rəftarın babasıdır.
-
Bilik qazanmaq üçün bir gün çalışmaq, üç ay oruc
tutmaqdan xeyirlidir.
-
Bilik əldə etməyə çalışan adam təhsilindən əl çəkmədən
dünyadan köçüb gedirsə şəhid hesab olunur.