Microsoft Word mehmanxana cavab01az docx



Yüklə 452,22 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix14.01.2018
ölçüsü452,22 Kb.
#20498
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

2.  Təbiət  və  iqlim  amilləri  -  havanın  hərarəti,  rütubəti,  yağıntıların  miqdarı,  küləyin 

istiqaməti və sürəti nəzərə alınmalıdır; 

3.  Binanın  memarlıq  və  konstruksiya  lahiyələri  çox  qiymətli  olmalıdır.  Binanın 

planlaşdırılması onun istismarını əlverişli və faydalı etməlidir; 

4.  Menmanxana  lahiyələndirilərkən  onun  reklamı  nəzərə  alınmalıdır.  Mehmanxananın 

zahiri görünüşü qəşəng, cəlbedici və ya möhtəşəm olmalıdır; 

5.  Binanın lahiyəsi maksimum rahatlığı təmin etməli və qonaqlara yüksək səviyyədə xidmət 

göstərilməsi üçün şəraiti olmalıdır; 

6.  Bina  estetik,  texniki,  sanitar-gigiyena,  ekoloji  normalara,  tələblərə  və  tövsiyələrə  cavab 

verməlidir. 

7.  Binanın inşası zamanı onun faydalı və əlverişli tikilməsinə riayət etmək lazımdır. 

Mehmanxananın  lahiyələndirilməsi  normativ  və  tövsiyəvi  sənədlər  əsasında  aparılır. 

Mehmanxana  lahiyələrində  binanın  ümumi  həcmi,  tikilinin  sahəsi,  tikintinin,  materialların, 

konstruksiyaların,  iaşə  müəssisələrinin  və  əlavə  xidmətlərin,  mühəndis  avadanlığının  qiyməti, 

otaqların  və  yerlərin  sayı  ciddi  nizamlanır.  Mehmanxanalar  bir  çox  xassələrinə  görə  fərqlənir: 

konstruksiyaların növü, ümumi tutumu, mərtəbələrin sayı, təyinatı, istismar üsulu və s. 

Konstruksiyaların növünə və istifadə olunmuş materiallara görə mehmanxanalar karkaslı, bloklu, 

monolit, yerli materiallardan və s. olmaqla fərqlənir. Çoxmərtəbəli mehmanxana binası tikilərkən 

bir  çox  çətinliklər  ortaya  çıxa  bilər,  o  cümlədən  ekstremal  vəziyyətdə  insanların  evakuasiya 

məsələsi. Komfortun səviyyəsinə görə beynəlxalq təcrübəyə istinadən mehmanxanalar ulduzların 

sayına görə fərqlənir. Komfortun səviyyəsi yalnız mehmanxananın maddi bazasının vəziyyəti ilə 

deyil,  həmçinin  işçilərin  yüksək  xidmət  göstərmək  qabiliyyəti  ilə  də  qiymətləndirilir. 

Mehmanxananın  interyeri  estetik,  bədii  məna  daşımalı,  binanın  funksional  təyinatına  cavab 

verməlidir. Mebellə yanaşı, yataq dəstləri, xalçalar, xalça örtükləri və s. yüksək estetik səviyyədə 

olmalıdır. Binanın texniki istismarı zamanı onun elementlərinin (zirzəmilər, divarlar, tavan, dam 

və s.) mütəmadi baxış keçirilir. 



 

Suаl–32. Motellərin və kempinqlərin lаyihələndirilməsinin nоrmаtiv əsаslаrı 

Motellər

 adətən, nəqliyyat magistralları boyunca və bilavasitə turist zonalarında  yerləşir. Turist 

zonalarında  motellər  mehmanxanalar  kimi  əlavə  xidmətlər  kompleksinin  təklif  edilməsi 

imkanına  malik  olurlar.  Motellərin  layihələndirilməsində  əsas  tələb  nəqliyyat  yollarının  və 

dayanacaqların olmasıdır. Motellər adətən 1-2 mərtəbəli olur və kifayət qədər geniş sahə tutur. 

Motellərin layihələndirilməsində adətən aşağıdakı sahə normaları istifadə  olunur: 

Iki nəfərlik otağın ümumi sahəsi: 23-28 m

Bir yer üçün nəzərdə tutlmuş norma:12-14 m



Motelin ümumi sahəsi 

Iki nəfərlik nömrə (avtomobil dayanacağı daxil olmaqla) 

Bir mərtəbəli bina olduqda - 60-79 m

Iki mərtəbəli bina olduqda - 45-46 m





Kempinqlə

-  mətbəxi,  özünəxidmət  yeməkxanası,  ticarət  köşkləri,  avtomobil  dayanacaqları  və 

nəqliyyatın  yuyulması  üçün  nəzərdə  tutulmuş  meydançası  olan  kottec  və  çadırlardan  ibarətdir. 

Kempinqlər  turistlər  üçün  ucuz  və  kütləvi  yerləşdirmə  müəsissəsidir.  Kempinq  üçün  ucuz  və 

kütləvi  yerləşdirmə  müəssisəsidir.  Kempinq  üçün  ayrılmış  sahələr  aşağıdakı  tələblərə  cavab 

verməlidir: nəqliyyatın girişi üçün abad yol, sahənin minimal enişliyi, küləkdən mühafizə üçün 

yaşıllıqların  və  ağacların  olması.  Bir  çox  ölkələrdə  standartlara  uyğun  olaraq  kempinqləri 



sahəsinə  və  komfort  səviyyəsinə  görə  dərəcələrə  bölürlər.  Bütün  kempinqlərdə  (dərəcəsindən 

asılı olmayaraq) enerji, su və kanalizasiya sistemlərin olması vacib sayılır. 

Kempinqlər əsas 4 dərəcəyə bölünür: 

1.  Tranzit  kempinqlərdə  minimum  komfort  olur  və  48  saatdan  artıq  qalmaq  nəzərdə 

tutulmur. 

2.  Istirahət gününün kempinqləri adətən  kənd yerlərində yerləşir, fəal istirahət və idmanla 

məşğul olmaq üçün nəzərdə tutulur. 

3.  Məzuniyyətdə  olanlar  üçün  nəzərdə  tutulan  kempinqlər  turistləri  cəlb  edən  rayonlarda 

yerləşir( dəniz ,çay, göl vəs.) və burada geniş məişət xidmətləri təklif olunur. 

4.  Turist kempinqləri turist zonalarında yerləşir və bu tip yerləşdirmə müəssisələri arasında 

yüksək komforta malikdir. 

Yerləşdirmə vahidi hesabı ilə (bir çadır və avtomobil) sahə standartı Fransada 100, Almaniya və 

Niderlandda  120-150,  ABŞ-da  800  m

2   


-  dir.

 

Kempinqin  10%  ərazisi  avtoturistlərin 



yerləşdirilməsi  üçün  nəzərdə  tutulmalıdır.  Kempinqin  optimal  yerləşdirmək  imkanı  500-1500 

nəfər arasında olur. Hər bir kempinqin ərazisində 100 nəfər hesabı ilə rahatlıq və şərait olmalıdır:

 

-   hər  bir  yerləşdirmə  vahidi  4  nəfərdən  ibarət  kottec  və  ya  çadırdan  ibarətdir. 



Kempinqlərdən 100-150 metrdən uzaq olmayaraq texniki sanitar qovşaqları, 4 tualet, 4-5 

ə

lüzyuyan, 2 duş, qabların yuyulması üçün 2 qoşa tas (teşt), zibil yığmaq üçün 3 çən olur; 



-   paltarların yuyulması və ütülənməsi üçün otaq nəzərdə tutulur; 

-   kempinqlərin ərazisində idman və uşaqlar üçün oyun meydançaları yerləşir; 

-   bu ərazidə su təchizatı, kanalizasiya və çirkab suların təmizlənməsi sistemi olur. 

Kurort  mehmanxanaları  inşa  edilən  zaman  turistlər  üçün  abadlaşdırılmış  çimərliklər  və  idman 

qurğuları və idman qurğuları tikilməlidir. Burada yerlərin sayı mehmanxanadakı yerlərin sayına 

uyğun olmalıdır. Üzgüçülük hovuzu 250 m

olmalı, istilik qurğusu ilə təchiz edilməlidir. 



 

Suаl–33. Mеhmаnхаnа müəssisələrinin əsаslı və cаri təmiri 

Mehmanxana və bu tipli tikililərin, mühəndis-texniki avadanlığın  əsaslı və cari təmirinə böyük 

diqqət  verilməlidir.  Binanın  konstruksiyasının,  mühəndis  avadanlığının,  hissələrinin  və  s. 

köhnəliyi  bütünlükdə  binanın  fiziki  köhnəlmə  dərəcəsi  və  xarakteri  ilə  müəyyənləşdirilir. 

Mehmanxanada  iki  cür  təmir  aparıla  bilər:  əsaslı  və  cari  təmir.  Mehmanxana  binasını  və 

mühəndis avadanlığını sistematik və vaxtından əvvəl dağılmaqdan qorumaq üçün aparılan təmir 

cari  təmirdir.  Mehmanxana    binasının,  mühəndis  avadanlığının  köhnəlib  dağılan  bir  sıra 

hissələrinin,  bəzi  konstruksiyalarının  bərpası  və  dəyişdirilməsi  əsaslı  təmirlə  həyata  keçirilir. 

Binanın bünövrəsi və daş divarları uzun müddətə hesablanır və davamlı olur. Avadanlığın əsaslı 

təmiri üzrə bütün işlər iki qrupa bölünür: 

-  kompleks əsaslı təmir bütün binanı və ya bir bölməni əhatə edir; 

-  seçilmə  üzrə  əsaslı  təmir  ayrıca  konstruksiya  elementlərinin,  mühəndis  avadanlığının, 

binanın bir hissəsini əhatə edir. 

Mehmanxanada çalışan işçilər turistlərə keyfiyyətli xidmət göstərməkdən əlavə, mehmanxananın 

mühəndis-texniki avadanlığının yenidən qurulmasını vaxtında aparmalı, bu avadanlığın fasiləsiz 

və  qəzasız  işləməsini  təmin  etməli,  otelə  yüksək  dərəcə  verilməsinə  nail  olmalıdır. 

Mehmanxanaya bitişik ərazi abadlaşdırılmalı, asfaltla örtülməli və yaşıllaşdırılmalıdır. 

 

Suаl–34. Mehmanxana biznesində rеklаm  

Dəqiq  və  müntəzəm  maliyyə  mənbələrinə  arxalanan,  məlumatın  ödənişli  yayınma  üsulları 

vasitəsilə  həyata  keçirilən,  qeyri-şəxsi  kommunikasiya  forması  olan  reklam  mehmanxana 



Yüklə 452,22 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə