Microsoft Word mehmanxana cavab01az docx



Yüklə 452,22 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix14.01.2018
ölçüsü452,22 Kb.
#20498
1   ...   9   10   11   12   13   14   15   16   17

biznesində  mühüm  və  əhəmiyyətli  yer  tutur.  Mehmanxana  təsərrüfatının  inkişafını  reklamsız 

təsəvvür  etmək  mümkün  deyil,  çünki  marketinq  strategiyasının  həyata  keçirilməsində  reklam 

vacib şərtdir.  Dünya mehmanxana sənayesində istifadə edilən  reklam işinin əsaslarını dərindən 

öyrənib  onların  effektli,  perspektivli  nümunə  və  metodlarını  (üsullarını)  əsas  götərərək  geniş 

istifadə etmək lazımdır. 

Reklam - mehmanxananın idarə olunmasında (menecment) əsas amillərdən biridir. Reklamın bir 

neçə anlayışı mövcuddur. 

ABŞ-ın  aparıcı  firmaları  üçün  reklam  kompaniyalarını  hazırlayan  "McCan  Erricson  Inc" 

ş

irkətinin fikrincə, "Reklam yaxşı təkrar danışılan həqiqətdir". 



Müasir  reklamın  banilərindən  biri  kimi  tanınmış Albert  Lasner  demişdir  ki,  "reklam  -  ticarətin 

nəşr (çap) olunmuş formasıdır". 

Reklam  istehlakçılara  müxtəlif  vasitələrlə  çatdırılır.  Ənənəvi  kütləvi  informasiya  vasitələrilə 

yanaşı  (radio,  televiziya,  qəzetlər,  kataloqlar,  bukletlər),  reklamda  poçt,  kiçik  dirijablar, 

videokassetlər,  sərgilər  və  s.  kimi  vasitələrdən  istifadə  olunur.  Insanları  məlumatlandırmaqla 

reklam  malların,  xidmətlərin  satılmasını  stimullaşdırır.  Reklam  insanlar  üçün  bələdçi  rolunu 

oynayaraq  xidmətlər,  mehmanxanalar,  onların  qiymətləri,  keyfiyyətləri,  təyinatı  və  s.  haqqında 

məlumat  verir.  Reklamın  keyfiyyətli  və  təyinatlı  olması  üçün  mehmanxanalar  peşəkar  reklam 

mütəxəssislərindən istifadə edir. Mütəşəkkil maliyyə mənbələrinə arxalanan məlumatın ödənişli 

yayılma üsulları vasitəsilə olan qeyri-şəxsi kommunikasiya növünə reklam deyilir. 



 

Suаl–35. Informasiya və reklamın növ və formaları  

Informasiyanın  (məlumatın)  verilməsi  üçün  nəzərdə  tutulmuş  vasitələr  üzrə  reklam  təsnif  edilə 

bilər.  Bu  anlayışları  fərqləndirmək  mühümdür.  Reklam  ötürücüləri  məqsədli  auditoriyaya 

reklamın  çatdırılması  üçün  nəzərdə  tutulmuş  ödənişli  vasitələrdir.  Reklamın  əsas  vasitələri  - 

qəzet,  jurnal,  radio,  televiziya,  lövhə,  kataloq,  buklet,  stend,  vərəqə,  məktub,  reklam  şiti, 

nəqliyyat vasitələri üzərindəki elanlar və s. olur. Sözdən istifadə edən reklam növləri müxtəlifdir: 

müşahidə,  eşitmə  və  müşahidə-eşitmə  reklam  növləri  seçilir.  Birinci  növ reklam  növünə  qəzet, 

jurnal, digər nəşrlər, işıq və bədii tərtibatlı işlər, fotoreklam daxildir.  Ikinci qrupa radioreklam, 

ş

ifahi elanlar və məlumatlar daxildir. Üçüncü qrup tele və kino reklamdan ibarətdir. 



Poliqrafiya üsulu ilə hazırlanmış reklam çap reklamı adlanır. 

Bukletlər mehmanxana və onun xidmətlərinə həsr edilmiş xususi nəşrdir. Bukletlər reklam mətni 

ilə yanaşı mehmanxananın və ya mehmanxana şəbəkəsi rəhbərlərinin fotoşəkli, qısa tərcümeyi-

halı,  mehmanxananın  ictimai  və  xeyriyyəçilik  tədbirlərində  iştirakı,  fəaliyyəti  və  dünya 

mehmanxana sistemində tutduğu nüfuzlu yeri qeyd olunur. 

Bukletlər  -  adətən  keyfiyyətli  kağızda  müxtəlif  rəngli  üsulla  nəşr  edilir.  Bukletlər 

mehmanxananın qonaqlarına, sərgi iştirakçılarına, müqavilə bağlayan tərəfdaşlara verilir. 

Reklam vərəqləri - bir vərəqdən ibarət olur. Onlar bir rəngli, şəkilli və ya ancaq mətnlə olur. Bu 

vərəqlər adətən sərgi və yarmarkalarda paylanır. 

Kataloqlar  -  mehmanxana  və  onun  göstərdiyi  xidmətlərin  qısa  izahı  və  onların  qiymətlərini 

göstərən  çap  nəşridir.  Müxtəlif  təqvimlər  (masaüstü,  divara  vurulan,  cib  təqvimləri),  qələm, 

alışqan,  brelok,  qovluq,  mehmanxananın  əksi  olan  döş  nişanları,  kulqabı,  kibrit,  bloknot, 

çemodan, masaüstü telefonlar və digər kiçik reklam məhsulları qonaqlara təqdim edilmək üçün 

nəzərdə  tutulur.  Bütün  bu  reklam  məhsullarının  üzərində  mehmanxananın  ticarət  və  ya  firma 

nişanı olmalıdır. 

Mehmanxananın  xarici,  zahiri  görünüşündə  işıqla  tərtib  edilmiş  reklam  vacib  amildir.  Zahiri, 

xarici  işıqlı  reklam  mehmanxananın  adının  hafizədə  qalmasında,  ani  qavranmasında,  potensial 



qonağın  diqqətini  cəlb  etməkdə  böyük  rol  oynayır.  Zahiri  reklam  neon,  bilbord,  brandmauer, 

rotafiş, sürətlə yazılan sətir və s. ibarətdir. 

Neon-mehmanxanada işıqlanan reklamdır. 

Bilbord  -  şitdə  tərtib  edilmiş  reklamdır.  Bilbordda  adətən  reklam  parlaq  şəkildə  olur  və 

mehmanxana  haqqında  qısa  məlumatlar,  telefon,  ünvan  göstərilir  (məsələn,  "Plaza" 

mehmanxanasının bilbordu "Hyatt Regency" mehmanxanasının qarşısında qoyulub). 

Brandmauer  -  binanın  bərkidilmiş  şit  reklamı,  ya  da  binanın  divarına  suvaq  üstünə  çəkilmiş 

rəsmdir.  Adətən  brandmauer  üzərindəki  reklam  kifayət  qədər  iri  ölçüdə  olur.  Üzərinə  reklam 

çəkilmiş, daxildən işıqlanan, stasionar olan üçbucaqlar, qutular, kürələr (şarlar) rotafiş adlanır. 

Elektron  tablolar  meydanlarda,  küçələrdə  divar  və  ya  xüsusi  konstruksiyalar  üzərində 

quraşdırılır. Elektron tabloda rəngli reklam mətni ilə yanaşı kino, video və ya komputer nümayiş 

etdirmək  olar.  Reklam  rolikini  hazırlamaq  üçün  mehmanxana  müdiriyyəti  reklam 

mütəxəssislərinə  müraciət  edir.  Reklam  roliki  teleyayımda  verilir.  Mehmanxananın  imicini, 

nüfuzunu  qaldırmaq  üçün  televiziya  reklamından  da  istifadə  edilir.  Turist  sərgilərində  və 

yarmarkalarında iştirak etmək mehmanxananın fəaliyyətinə müsbət təsir göstərir. 

 

Suаl–36. Qidalanma müəssisələrinin növləri 

Restoran

  –  qonaqlara  geniş  və  müxtəlif  çeşiddə  yemək,  içmək,  şirniyyat  məmulatları  təqdim 

edən  yemək  müəssisəsidir.  Restoranda  peşəkar  aşpaz,  ofisiant,  metrdotel  qonaqlara  yüksək 

səviyyədə  xidmət  göstərir.  Burada  qonaqların  istirahəti  üçün  əyləncəli  proqramlar  da  təşkil 

olunur. Mehmanxana tərkibində müxtəlif tipli bir neçə restoran ola bilər. Otellər şəbəkəsinə daxil 

olan mehmanxanalarda adətən geniş, dəbdəbəli, yüksək səviyyəli restoran və çox da iri olmayan 

kafe  tipli  yemək  –  içmək  müəssisəsi  fəaliyyət  göstərir.  Bu  restoranlar  həm  oteldə  qalan 

qonaqlara, həm də kənardan gələn müsafirlərə xidmət göstərir. Restorana gələn yüksək səviyyəli 

qonaqların  incə  zövqünü,  tələbatını  ödəmək  üçün  personal  heyəti  yüksək  peşəkarlığa  malik 

olmalıdır. Bu personalı menecer idarə edir və onun vəzifəsi aşağıdakılardır:  

-  Restorana gələn müsafirlərə keyfiyyətli xidmət göstərmək; 

-  Restoran personalının təlim və təhsili ilə  mütəmadi  məşğul  olmaq; 

-  Yüksək standartlara cavab verən xidmətin  keyfiyyətini   saxlamaq; 

-  Marketinqlə məşğul olmaq; 

-  Nömrədə yaşayan qonaqlara restoran xidmətini  təşkil və təmin etmək; 

-  Həftə, ay, illik hesabatı aparmaq və biznes – təhlili bölmə direktoruna təqdim etməli.   

Menecer  mehmanxanada  yaşayan  qonaqların  sayını    dəqiqləşdirir  və  bu  məlumat  əsasında 

restoranda  yemək  hazırlanır.  Bar  –  qonaqlara  müxtəlif  içkilər,  qəlyanaltı,  desert,  və  şirin 

yeməklər  təqdim  edən,  ixtisaslaşmış  yeyib  –  içmək  müəssisəsidir.  Bar  işguzar  söhbətlər, 

istirahət, zövq və həzz almaq üçün ideal yerdir. Barların fəaliyyəti mehmanxana üçün sərfəlidir 

və  içkilərin  satışı  ərzaq  yeməklərindən  daha  çox  gəlir  gətirir.  Bundan  əlavə,  içkilərin  saxlama 

müddəti  ərzaq  yeməklərində  daha  çoxdur,  bir  çox  barlar  öz  adı  və  nüfuzuna  görə  məşhurdur. 

Barda spirtli içkilərin satışı ilə əlaqədar müxtəlif problemlər ortaya çıxa bilər. Qonaq barda çox 

spirtli içki içib, sərxoş olub hadisə törədərsə, bunun məsuliyyətini barmen və menecer daşıyır.  



Vestibüldə yerləşən bar

 – bu tip barların əsasını məşhur Konrad Hilton qoymuşdur. Belə barlar 

qonaqların ünsiyyəti üçün münasib yerdə fəaliyyət göstərir və yaxşı gəlir verir. 

Restoran  barı

  –  xüsusilə  Amerika  restoranlarında,  interyerin  bir  elementi  kimi  sakit  və  rahat 

yerdə yerləşir və müştərilər gündəlik hay – küydən sonra burada dincələ bilirlər. 

Banket  (ziyafət)  barı

  –  bu  tip  barlar  yalnız  banket,  konfrans,  simpozium  və  s.  tədbirlərin 

iştirakçılarına  xidmət  göstərir.  Belə  tədbirlərdə  adətən  qonaqların  sayı  çox  olur.  Tədbirin 



Yüklə 452,22 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə