Microsoft Word mehmanxana cavab01az docx



Yüklə 452,22 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix14.01.2018
ölçüsü452,22 Kb.
#20498
1   2   3   4   5   6   7   8   9   ...   17

 

Suаl-5.  Müаsir  dövr  mеhmаnхаnа  təsərrüfаtının  inkişаf  хüsusiyyətləri  (XX-əsrin  II 

yarısından) 

Ikinci dünya müharibəsindən sonra 50-ci illərdə  mеhmanхana biznеsində əhəmiyyətli dərəcədə 

dəyişikliklər  olmuşdur.  1952-ci  ildə  ABŞ-da  Kеmmons  Vilson  avtomobilçilər  üçün  «Holidеy 

Inn» adlı ilk motеl inşa еtdirir. Motеllərin məhşurlaşması sahibkarlar arasında gərginliyi artırır. 

Motеl  sahibləri  Amеrika  Mеhmanхanalar  Asossiasiyasını    yaradır  ki,  bu  da  sonralar  Amеrika 

Otеl  və  Motеl  Asossiasiyasına  «AOMA»  çеvrilir.    XX-əsrin  80-ci  illərinə  qədər  dünya 

mеhmanхana  biznеsində  «Marriott»,  «Ramada»,  «Şеraton»,  «Rеdisson»  və  digər  mеhmanхana 

şə

bəkə  sistеmləri  inkişaf  еdir.  «Ramada»,  «Holiday  Inn»  və  digər  mеhmanхana  şəbəkələrində 



е

lеktron sistеmindən istifadə еdirlər. «Şеraton» mеhmanхana şəbəkəsi 1970-ci ildən nömrələrin 

bron  sistеmini  həyata  kеçirir.  1975-ci  ildə  ABŞ-da  1500-dən  çoх  otеl  haqqında  məlumat 

saхlayan  «Indеpеndеnt  rеsеrvation  systеm»  qurulur.  XX-əsrin  50-ci  illərində  Avropada  turizm 

ə

sasən  Amеrika  turistlərinin  hеsabına  inkişaf  еdirdi.  Bu  səbəbdən  ABŞ-da  qəbul  olunan 



standartlar  və  qaydalar  avropa  mеhmanхanalarında  tətbiq  olunur.  XX-əsrin  90-cı  illərində 

Amеrika  mеhmanхana  şəbəkələri  bütün  dünyada  üstünlüyü  ələ  kеçirir.  ÜTT-nin  məlumatına 

görə XX-əsr 70-80-ci illərdə dünya mеhmanхanalarında 17 mln. mеhmanхana yеri mövcud idi. 

 

Suаl-6. Аzərbаycаndа mеhmаnхаnа təsərrüfаtının inkişаf  tаriх

Azərbaycan  qədim  mədəniyyət  ölkəsidir.  Onun  ərazisində  1.5-2  milyon  il  bundan  əvvəl  əhali 

məskunlaşmışdır.  Azərbaycanda  ilk  mehmanxanalar  karvansara  adlanırdı.  Karvansaralar  təkcə 

şə

hərlərdə  deyil,  həmçinin  yol  boyu,  xüsusilə  yolayırıcılarında  inkişaf    edirdi.  “Qədim  və  orta 



ə

srlərin  vacib  tarixi  -  arxitektura  abidələri”  xəritəsinə  uyğun  olaraq  Azərbaycan  ərazisində  bu 

günümüzə  qədər  gəlib  çatan  karvansarayların  inşaat  tarixi  6-19-cu  əsrlərə  aiddir.  Qədim 

karvansaralardan  mövcud  olanı  mərəzə  kəndində  yerləşir.  Orta  əsr  karvansaraları  Siyəzəndə, 

Giləzi  qəsəbəsində,  Saraş  kəndində  və  Bayıl  burnunda,  Qaradağda,  Sanqaçalda  bu  günə  qədər 

mövcuddur.  Ancaq  alimlərin  hesablamalarına  görə  8  karvansara  Bakı  qalasında  olmuşdur.  Lap 

yaxınlıqda, aralarında kiçik döngə olan hind karvansarayı “Multani” və “Buxara”, Qasım bəyin 

iki  mərtəbəli,  yuxarıda  çəpinə  duran-bu  günə  gəlib  çatmayan  Böyük  karvansaray,  Cümə 

məscidinin  yaxınlığındakı-Kiçik  karvansara  və  s.  yerləşirdi.  Kiçik  bir  sahədə  karvansaraların 

yerləşməsi heç də təsadüfi deyildi. Bakı dəniz limanı kimi artıq orta əsrlərdə şərq dövlətlərinin 

ticarətində  vacib  rol  oynamağa  başlayır,  Xəzərdən  və  Böyük  Ipək  yolunda  olan  şəhərlərdən- 

terminallardan  Bərdə,  Şamaxı,  Dərbənddən  mallar  göndərilirdi.  19-cu  əsrin  2-ci  yarısında  neft 

axtarışları üzrə intensiv işlər aparılmağa başlanır. Neft sənayesinin inkişafı ilə əlaqədar Bakının 

mərkəzi  hissəsi  genişlənməyə  və  abadlaşmağa  başlayır.  Yerli  milyonerlərin  yaraşıqlı  sarayları, 

səhmdar  cəmiyyətlərin,  o  cümlədən  xarici  bankların  binaları,  ictimai  və  pərəstiş  tikililəri  inşa 

edilməyə  başlayır.  Şəhərin  xarici  və  dövlətli  adamlarına  xidmət  üçün  XX  əsrin  əvvəllərində 

Bakının  mərkəzində  ilk  mehmanxana  -  “Yeni  Avropa”  (hazırda  “Lukoyl”un  Ticarət  Evinin 

binası)  açılır.  Bir  neçə  il  keçdikdən  sonra  daha  yeni  “Metropol”  (hazırda  Nizami”muzeyi) 

mehmanxanası tikilir və hamını öz gözəlliyi ilə heyran edir. Oktyabr inqilabından sonra Böyük 

Vətən  müharibəsinin  sonuna  kimi  Bakıda  yeni  mehmanxanaların  tikintisi  qeyd  olunmur.  50-ci 

illərdə və 60-cı illərin əvvəlində “Inturist” və “Naxçıvan” mehmanxanalarının binaları tikilməyə 

başladı.  70  -  ci  illərdə  Azərbaycanda  mehmanxana  tikintisinin  güclü  inkişafı  başlayır.  Bu 

mərhələdə “Bakı”, “Turist” və iki 17 mərtəbəli simmetrik yerləşmiş “Azərbaycan” və “Abşeron” 

mehmanxanalarının binaları tikilib başa çatmışdır. Sonuncunun açılışı 1985-ci ildə olmuşdur. Bu 

illərdə  Turizmin  inkişafı  və  1983-cü  il  30  aprel  tarixli  SSRI  Nazirlər  Sovetinin  qərarı  ilə 



ə

laqədar,  Xəzərin  sahilini  Ümumittifaq  əhəmiyyətli  yeni  kurort  zonasına  çevirmək  məqsədi  ilə 

Gəncədə, Qusarda, Şəkidə və Azərbaycanın digər şəhərlərində mehmanxanalar tikilmişdi. 

 

Suаl-7. Mеhmаnхаnа işinin təşkili mоdеlləri 

Dünya  mehmanxana  sənayesində  hələ  xx  əsrin  50-ci  illərindən  idarəetmə  strukturunda 

mehmanxana işinin təşkilinin əsas iki modeli təsdiqlənmişdir. 

I model-Rits modelidir ki, bu da məşhur Isveçrə sahibkarı Sezar Ritsin adını daşıyır. Dünyanın 

bir çox məşhur otelləri onun adı ilə bağlıdır. Rits modeli  Avropa nəzakət və zadəgan ənənələrinə 

ə

saslanır. Mehmanxana şəbəkəsinin adı özündə dəbdəbə və kamilliyi təcəssüm etdirir. Şəbəkəyə 



daxil  olan  otellər  müştərilərə  24  saat  xidmət  göstərir.  Ritz  modelinə  nümunə  kimi  Moskva 

şə

hərindəki “Palas-otel”i göstərmək olar. 



II  model  –  amerikali  sahibkar  Kemons  Uilsonun  adı  ilə  bağlıdır.  “Holiday  Inn”  mehmanxana 

şə

bəkəsi bu modellə işləyir. “Holiday Inn” otelləri dünyada ilk dəfə olaraq telekonfrans keçirmək 



üsulunu  tətbiq  etmişdir.  Bu  modellə  müştərilərin  ehtiyac  və  arzularının  ödənilməsinə  üstünlük 

verməklə  xidmətin  yüksək  standartlarına  riayət  olunur.  Bu  model  üzrə  fəaliyyət  göstərən 

mehmanxanlara aşağıdakı tələblər qoyulur: 

- mehmanxanada isifadə olunmuş üslubun vəhdəti (memarlıq və interyer); 

- mehmanxana nişanlarının və reklamlarının eyniliyi; 

- geniş və funksional vestibül (holl); 

- daimi müştərilər üçün nəzərdə tutulmuş nömrələr; 

- müştərilərin cəld və çevik qeydiyyatı; 

- səhər yeməyi - “Isveç masası” (Şved stolu); 

- mehmanxanada konfrans-hollun olması; 

- əlverişli tariflər (qiymətər) siyasəti; 

- marketinq. Kommunikasiyalar xidməti və idarəetmənin mərkəzləşdirilməsi. 

Ikinci model üzrə dünyada 50%-dən çox mehmanxan şəbəkəsi fəaliyyət göstərir. Bu şəbəkələr, 

demək olar ki, öz mahiyyətinə görə iqtisadi maliyyə imperiyalarıdır və bir sahibkar- baş holdinq 

tərəfindən  idarə  olunur.  Bakı  şəhərində  fəaliyyət  göstərən  “Hyatt  Regency”  və  “Hyatt  park” 

ikinci modelə aiddir. 

I və II modellər ilə yanaşı III model də mövcuddur. “Könüllü” adlanan mehmanxana şəbəkələri 

bu qəbildəndir. (“Best Western”, “Romanite Hotels” və s.). Bu  modelə görə eyni ticarət nişanı 

altında,  hansı  ölkədə  yerləşməsindən  asılı  olmayaraq,  oxşar  əlamətlər  üzrə  bir  standart  və 

xidmətlərə  riayət  edərək  mehmanxanalar  birləşir.  Mehmanxanalar  vahid  fonda  üzvulük  haqqı 

ödəyirlər  ki,  bu  vəsait  birləşirmiş  reklam  marketinq  fəaliyyətinə  sərf  olunur.  Bununla  bərabər 

mehmanxanaların iqtisadi maliyyə və idarəetmə  müstəqillikəri tamamilə saxlanılır. Mahiyyətcə 

bu şəbəkələr bir müqavilə altında birləşmiş asossiasiyalardır. 

Ikinci  və  üçüncü  modellərin  birləşməsi  də  mümkündür.  Buna  misal  olaraq  Fransanın  “Accor” 

mehmanxanalarını göstərmək olar. Qərbi Avropa Rits modelinin dayağı olaraq qalır. 1995-ci ilin 

ə

vvəlinə  olan  məlumatına  görə  Avropada  mövcud  50  mehmanxana  şəbəkəsi  ümumən  410000 



nömrəsi olan 3400 mehmanxananı birləşdirir.  

 

Suаl-8. Dünyа mеhmаnхаnа şəbəkələri, оnlаrın əsаs göstəriciləri 

Mehmanxana  şəbəkələri  (iki  və  daha  çox)  mehmanxana  qruplarından  ibarət  olur,  kollektiv 

biznesi  həyata  keçirir  və  vahid  rəhbərliyin  nəzarəti  altında  fəaliyyət  göstərir.  Mehmanxana 

şə

bəkələrinin  rəhbərliyi  mehmanxanlarin  hər  hansı  bir  fəaliyyətindən  gəlir  götürərək  üstünlük 



ə

ldə  edir,  eyni  zamanda  iş  prosesində  nöqsanların  məsuliyyətini  də  daşıyır.  Şəbəkələrin 




Yüklə 452,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə