Microsoft Word mehmanxana cavab01az docx



Yüklə 452,22 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix14.01.2018
ölçüsü452,22 Kb.
#20498
1   2   3   4   5   6   7   8   9   ...   17

Afrika regionun payina 0,4 mln nömrə düşür ki, bu dünya fondunun 3%-ni təşkil edir. Avstraliya  

və  Okeaniya  regionuda  dünya  nömrə  fondunun  3%-ni  təşkil  edir.  Ayrıca  ölkələr  dünya 

mehmanxana sənayesində öz qüdrətinə əzəmətinə görə liderıik ABŞ (3.5 mln), Yaponiya (1.65 

mln),  Italiya  (1mln),  Fransa,  Ispaniya,  Ingiltərə,  Çin,  Avstraliya  (0.5  mln),  Avstriya,  Kanada, 

Yunanistan (0.3mln), Tailand, Rusiya,  Indoneziya, Türkiyə (0.15-0.23 mln),  Isveçrə,  Braziliya, 

Argentina  (0.5  mln)  kimi  ölkələrə  məxsusdur.  Dünya  mehmanxana  sənayesində  mehmanxana 

fondunun  artımına  görə  Türkiyə,  Çin,  Malayziya,  Sinqapur,  Mərakeş,  Ispaniya,  Almaniya  və 

Argentina kimi ölkələr liderliyə çıxıblar. 

 

 

Suаl-12. Dünyаnın məhşur və ən yахşı mеhmаnхаnаlаrı 



“Institusional Investor” jurnalında bütün regionlardan bankir arasında keçirilmiş sorğu əsasında 

dərc edilmiş “Dünyanın ən yaxşı mehmanxanaları” məqaləsində bir neçə il ərzində Banqkokun 

(Tailand)  “Oriental”  mehmanxanası  1-ci  sayılırdı  onun  ardınca  Honkonqdakı  “Regent  Honq 

Konq”  və  hamburqdakı  “Vier  jahrenzeiten”  sonra  yenə  Honkonqdakı  “Mandarin  Oriental”  və 

Londondakı “Connanqht” qeyd edilmişdir. 

1992-ci ildə bu siyahıda bir qədər dəyişiklik oldu:1-ci iki yerə “Regent Honq Konq” və “Bel air” 

(Los-Anceles)  layiq  görülürlər.”Shanqri-La”  (Sinqapur)  mehmanxanasınisə  3-cü  yeri  tutur. 

Beynəlxalq korporasiyanın (1928-ci ildə yaradılmışdır) “Dünyanın qabaqcıl otelləri kataloqunda 

ə

n çox fərqlənmiş mehmanxana müəssisələri haqqında” məlumat verilir. 1997-ci il kataloqunda 



qabaqcıl  ən  yaxşı  mehmanxanaların  sayı  308-dir.  Bu  cür  otelləri  yüksək  peşəkar  müstəqil 

ekspertlər seçir. Ən yaxşı otellər ABŞ-da fəaliyyət göstərir. Onların sayı 40-dan artıqdır. Bu cür 

mehmanxanalar  Italiyada  30,  Isveçrədə  23,  Almaniyada  21,  Fransa  və  Ispaniyada  15, 

Hindistanda  12,  Yaponiyda  11,  Ingiltərədə  9,  Tailand  və  Meksikada  8,  Çin  və  Avstriyada  7, 

Portuqaliyada 6-dır. 

 Bu kataloqda Rusiyanın 2 otelinin adı da dərc edilmişdir. Bunlar “Balçuq Kempinski” (Moskva) 

və  “Qrand  Otel  Avropa”  (Sankt-Peterburq)  mehmanxanalarıdır.  Dünyanin  ən  yaxşı  otellərini 

təyin  etməklə  təkcə  “Dünyanin  aparıcı  otelləri”  şirkəti  deyil,    həmçinin  30  ildən  çox  bu  işlə 

məşğul  olan  “Dünyanın  imtiyazlı  otelləri  və  kurortları”  (Preferred  Hotels  and  Resorts 

Worldwide)  beynəlxalq  təşkilatı  da  məşğul  olub.  Bu  təşkilatın  təşkil  etdiyi  ən  yaxşı 

mehmanxanalarin  sayı  101-dir,  bunlardan  69  otel  Şimali  amerikada  yerləşir  ki,  bu  da  regionda 

servisin  yüksək  səviyyəsinə  sübutdur.  “Tişay  otelləri”  beynalxalq  assosiasiyası  1968-ci  ildən 

fəaliyyət göstərir. Onun mənzil-qərargahı Parisdə yerləşir. Bu assosiasiyaya daxil olmaq üçün 3 

ə

sas meyar olmalıdır: 



1)  Qonağı təbii və komfort şərait əhatə etməlidir; 

2)  Müasir  tələblərə  cavab  verən  xarakterik  görünüşlü,  qonaqpərvər,  rahat  və  bəzəkli 

mehmanxana; 

3)  Yüksək səviyyəli restoran və mətbəx. 

 

Suаl-13. Dünyаnın ən möcüzəli və qеyri-аdi mеhmаnхаnаlаrı 

Dünyada lüks və dəbdəbəli otellərdən başqa qeyri-adiliyi və unikallığı ilə seçilən digər otellər də 

mövcuddur. Dünyanın ən möcüzəli və nadir mehmanxanalarından biri Keniya təbii parklarından 

birində,  ağacların  üzərində  yerləşən  “Tree  Tops  Hotel”dir.  Bu  mehmanxananın  pəncərəsindən 

vəhşi  heyvanların  su  içməyə  yığışmalarına  tamaşa  etmək  mümkündür.  1952-ci  ildə  məhz  bu 

mehmanxanada istirahət edən II Elizaveta Böyük Britaniyanın kraliçası olması xəbərini alır. 

  Avstraliyada  riflər  üzərində  inşa  edilmiş  sualtı  mehmanxana  vardır.Onun  otaqlarının 

pəncərələri  dəniz  səviyyəsindən  aşağı  olduğundan  heyranedici  mənzərələri  seyr  etmək  imkanı 




yaradır.  ran körfəzindəki Bəhreyn dövlətində də sualtı mehmanxana yerləşir. 6 korpusdan ibarət 

olan  mehmanxana  ekzotik  dəhlizlərə  malikdir.  Mehmanxanaya  yalnız  xüsusi  liftlər  vasitəsilə 

düşmək  mümkündür.  Hollandiyanın  paytaxtında-Amsterdamda  dünyanın  üzən  ən  yüksək 

mehmanxanası  yerləşir.  Bu beşmərtəbəli “gəmi”  Amsterdam limanları arasında hərəkət edir  və 

ə

sl dəniz gəzintisi təsəvvürü yaradır. Yaponiyadakı “Capsule Hotel”in otaqları həqiqətən kapsula 



oxşayır. Otaqlar 1,2-2,2 metr olan pəncərəsiz nömrələrdir. Mebel əşyalarından otaqlarda  yalnız 

yataq  və  televizor  vardır.  Himalay  dağlarının  ətəyində  13  min  metr  yüksəklikdə  mehmanxana 

yerləşir.  Açıq  hava  şəraitində  bu  mehmanxanadan  Everest  dağına  gözəl  mənzərə  açılır.  Bu 

mehmnaxanada ən populyar sifariş oksigendir, onun dəqiqəsi 1 ABŞ dollarıdır və turistlərə əlavə 

xidmət  kimi  təqdim  edilir.  Yüksək  mehmanxanalardan  biri  Sinqapurda  yerləşən  73  mərtəbəli 

oteldir.  Trinidad  və  Tobaqo  dövlətinin  paytaxtı  Port-of-Speys  şəhərində  uçurumun  üstündə 

qayalarda bir mehmanxana yerləşir. Bu mehmanxanaya giriş yalnız onun üstündəndir. 

Ginnesin  rekordlar  kitabına  daxil  olan  “Bürc-əl-Ərəb”  yəni  “Ərəb  qülləsi”  dünyada  ən  hündür 

yeddiulduzlu  oteldir.  Onun  hündürlüyü  321  metrdir.  Birləşmiş  Ərəb  Əmirliklərində  süni  adada 

inşa  edilən  bu  otel  sahildən  276  metr  aralıdır.  San-Fransisko  (ABŞ)  şəhərində  yerləşən 

“Fairmont”  otelində  ən  bahalı,  dəbdəbəli,  lüks  apartament  otağın  qiyməti  6  min  dollardır  (1 

sutkalıq  qiymət).  1993-cü  ildə  “Rits  Karlton”  mehmanxanası  “Baldrige  National  Quality 

Awards”  mükafatına  layiq  görülmüşdür.    Bu  mükafat  ABŞ  Konqresi  tərəfindən  1987-ci  ildə 

Amerika  biznesində  ən  yüksək  nailiyyətlərin  həvəsləndirilməsi  məqsədilə  təsis  edilmişdir.  Bu 

mükafat  keyfiyyətin  kompleks  şəkildə  idarə  edilməsi  istiqmətində  bir  çox  səylər  göstərmiş 

mərhum  ABŞ  ticarəti  naziri  Melkolm  Bolbrijin  (ABŞ)  adını  daşıyır.  ABŞ-da  əmtəələrin  və 

xidmətlərin  keyfiyyəti  uğurunda  çalışan  ən  nüfuzlu  mükafat  hesab  edilir.”Pur  Karlton”  ən 

dəbdəbəli mehmanxana şəbəkələrindən biri kimi şöhrət qazanmışdır. 



 

Suаl-14. Mеhmаnхаnа sənаyеsində frааyzinq idаrəеtmə sistеminin mаhiyyəti 

Françayzinq  –  Iri  və  kiçik  müstəqil  müəssisələrin  müqavilə  münasibətləri    sistemidir.  Bu 

formada  idarəetmənin  əsas    xüsusiyyəti  odur  ki,  kiçik  mehmanxana  iri  məşhur  mehmanxana 

nişanı  (markası)  altında  fəaliyyət  göstərir.  Beynəlxalq  Françayzinq  Təşkilatları  Assosiasiyası 

françayzinqin geniş təyinatını verir. Françayzinq müəyyən münasibətləri təyin edir. 

Françayzer  (franşizverən)  françayziyə  (franşizalan)  qanuni  qaydada  müdafiə  olunmaqla, 

sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olmaq  hüququ  verir,  habelə    bu    fəaliyyətin    təşkilinə,  təlim-

təhsil  almağa  və  s.  kömək    edir.  Françayzer  müəssisənin  tam  konsepsiyasını  və  iş  üsullarını 

yaradır, franşizalan bu imtiyazlardan istifadə etmək hüququ qazanır. 

Fransız  mənşəli  termin  olmasına  baxmayaraq,  françayzinq  müxtəlif  spesfik    müqavilə 

formasında  ABŞ-da  yaranmışdır.  1907-ci  ildə  “Rits-Development  Company”    Nyu-York 

firmasından “Rits Carlton” adını almaqla bu sistemin əsasını qoymuşdur. 

1927-ci  ildə  Horvard  Conson  françayzinq  müqaviləsi  əsasında  otellərini  idarə  etməyə  başlayır. 

Bu  ona  əvvəlcə  ABŞ-ın  şərq  sahillərində,  sonra  orta  qərbdə,  60-cı  illərdə  Kaliforniyada  öz 

biznesini genişləndirməyə imkan verir. Hal-hazırda Horvard Consonun mehmanxana şəbəkəsinə 

900-dən çox  müəssisə daxildir. 60-cı illərdə françayzinq mehmanxana və motellərin yüksəliş və 

inkişaf strategiyası olur. 90-cı illərdə də bu tendensiya qalmaqda idi. 

Françayzinq  mehmanxana  sənayesində  şirkətin  öz  fəaliyyətini  daha  dinamik    aparmağa  imkan 

verən  konsepsiyadır.  Şirkətin  kənardan  maliyyə  cəlb  edib  daha  sürətlə  inkişaf  etməsi  bu 

konsepsiyanın    əsas  mahiyyətidir.  Mehmanxana  sənayesində  françayzinqlə  məşğul  olan  ən  iri 

ş

irkət “Hospitality Franchise System” sayılır. Parsippani şəhərində (Nyu-Cersi ştatı) yerləşən bu 




Yüklə 452,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə