Microsoft Word mehmanxana cavab01az docx



Yüklə 452,22 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix14.01.2018
ölçüsü452,22 Kb.
#20498
1   2   3   4   5   6   7   8   9   10   ...   17

Mehmanxanaların  təsnifat  sistemində  əsas  yeri  komfort  səviyyə  tutur.  Komfort  səviyyə 

mehmanxananın  göstərdiyi  xidmət  keyfiyyətlərini  özündə  cəmləşdirir.  Bünlar  aşağıdakılardır: 

mehmanxananın  nömrə  fondunun  vəziyyəti,  nömrələrin  sahəsi  (m

2

),  biryerli  (birotaqlı), 



çoxotaqlı,  apartament  nömrələrin  olması.  Kommunal  xidmətlərin  rahatlığı,  mebel  inventarları, 

sanitar-gigiyena  avadanlığının  təyinatı,  yemək  müəssisələri  və  onların  vəziyyəti  (kafe,  bar, 

restoran),  mehmanxana  binasının  yeraltı  yollarının  olması,  binaya  bitişik  ərazinin  abadlıq 

vəziyyəti, informasiya təminatı və texniki təchizatı, o cümlədən telefon, peyk rabitəsi, televizor, 

faks, kompüter, soyuducu, mini-bar, mini-seyf və s. Göstərdiyimiz parametrlər mehmanxanaların 

bütün təsnifat sisteminə aiddir. 



Nömrə  fondunun  tutumu 

Mehmanxanaların  tutumu  nömrələrin  və  ya  yerlərin  sayı  ilə  müəyyən 

olunur. Dünyada mehmanxanaların kiçik, orta, iri olması təyinatına ümumi yanaşma yoxdur. Hər 

ölkə öz tarixi, sosial-iqtisadi xüsusiyyətlərinə görə bu məsələyə fərdi yanaşır. Hər il nəşr olunan 

«Illik  məcmuə»də  dünyanın  bütün  kiçik  lüks  mehmanxanalarının  (10  nömrədən  200 

nömrəyədək) siyahısı  göstərilir. ÜTT 30 nömrəyədək olan mehmanxanaları kiçik mehmanxana 

saymağı  tövsiyə  edir.  Avropa  üçün  kiçik  mehmanxanalar  tipikdir.  Almaniyada  40  nömrəyədək 

olan  mehmanxanalar  kiçik  sayılır,  40-dan  80-dək  orta,  80-dən  yuxarı  nömrəsi  olan 

mehmanxanalar iri sayılır. Amerikada və Asiyada bundan daha çox yeri olan mehmanxanalar iri 

sayılır.  Bir  çox  ölkələrdə  mehmanxanaları  yerləşdirmə  (nömrə  fondunun  tutumuna)  təsnifatına 

görə dörd dərəcəyə bölürlər: 

1. Kiçik mehmanxanalar        (10-100 nömrə); 

2. Orta mehmanxanalar          (100-dən 300-400 nömrə); 

3. Iri mehmanxanalar              (300-400-dən 1000-dək nömrə); 

4. Nəhəng mehmanxanalar     (1000 nömrədən çox). 

Nömrə  fondunun  tutumu,  təsnifatı  eyni  tipli  mehmanxanaların  iş  fəaliyyətini  müqayisə  etməyə 

imkan verir. 

 

Suаl–23. Mehmanxanaların funksional təyinatı. 

Funksional təyinatına görə mehmanxanalar iki qrupa bölünür: 

1. Işgüzar təyinatlı mehmanxanalar; 

2. Istirahət təyinatlı mehmanxanalar. 

Işgüzar  təyinatlı  mehmanxanaların  əsasını  1908-ci  ildə  «Buffalo  Statler»  mehmanxanasının 

açılışı ilə Ellsvort Statler qoymuşdür. Bü mehmanxana biznesmenlərə və kommersantlara xidmət 

edirdi.  Elə  mehmanxanalara  tələbat  olduğundan  mehmanxana  xidmətləri  bazarında  bu 

konsepsiya aparıcıdır. Işgüzar müştərilər mehmanxanalar üçün mühüm əhəmiyyət kəsb edir: 

1) konfrans, simpozium iştirakçısı olan işgüzar adamlar imkanlıdır və onlar nəinki nömrələrinin, 

həm  də  istifadə  etdiyi  müxtəlif  əlavə  xidmətlərin  pulunu  verirlər  (camaşırxana,  bərbərxana, 

massaj, sauna, üzgüçülük hovuzu, idman zalı və s.). Bundan əlavə, işgüzar adamlar çox vaxt öz 

ailələri  ilə  gəlir.  Ailə  üzvləri  mehmanxanada  əyləncəli  proqramlardan  istifadə  edir.  Bu  da  son 

nəticədə mehmanxananın gəlirini artırır; 

2) işgüzar müştərilərə qulluq edən mehmanxana əvvəlcədən sifariş qəbul edir, mehmanxananın 

neçə nömrəsinin tutulmasını bilir və proqnozlaşdırır; 

3)  yüksək  səviyyəli,  keyfiyyətli  xidmət  göstərməklə  mehmanxana  öz  nüfuzunu  qaldırır  və 

işgüzar qonaqların təkrar gəlişi üçün şərait yaradır. 

Işgüzar təyinatlı mehmanxanalarda aşağıdakı şərait olmalıdır; 

- mehmanxana ictimai və inzibati yerlərə yaxın olub, mərkəzdə yerləşməlidir; 

- mehmanxanaya    ailəsi    ilə   gələn    işgüzar   qonaqlar   üçün apartament nömrələr olmalıdır; 




-  mehmanxanada  tədbirlər  keçirmək  üçün  sinxron  aparatla  və  tərcüməçilərlə  təchiz  və  təmin 

olunmuş konfrans zalları olmalıdır; 

- valyutadəyişmə məntəqəsi və kredit kartlarla pulverən aparatlar (bankomat) olmalıdır; 

- yüksək keyfiyyətli Avropa və milli yeməklərlə müştəriləri təmin edən   restoranlar, kafe, bar, 

həmçinin nömrələrə restoran xidməti olmalıdır; 

- nəqliyyat vasitələri üçün dayanacaq və qaraj olmalıdır. 

Istirahət təyinatlı mehmanxanalara kurort və turist mehmanxanaları aiddir. 

 

Suаl–24. хtəlif ölkələrin mehmanxana təsnifаt sistеmi. 

1989-cü ilin noyabrında Madriddə Ümumdünya Turizm Təşkilatının mehmanxanaların təsnifatı 

sisteminin  tövsiyəsi  işlənib  hazırlanmışdır.  Tövsiyədə  mehmanxana  avadanlığına,  mebellərə, 

enerji  və  su  təchizatına,  istilik  şəbəkəsinə,  sanitar  qovşaqlarının  vəziyyətinə,  təhlükəsizlik 

tədbirlərinə,  rabitəyə,  mətbəxə,  mehmanxana  xidmətlərinin  çeşidinə  və  keyfiyyətinə,  kadrların 

peşə  hazırlığına  minimal  tələblər  irəli  sürülür.  Mehmanxanaların  təsnifat  sisteminin  işlənib 

hazırlanmasını hər bir ölkənin rəsmi dövlət orqanları həyata keçirir və onlara nəzarət edir. Belə  

ki,   Fransada  milli təsnifat sistemi  Fransa Ticarət Nazirliyinin qərarı ilə 23 iyün 1966-cı ildə 

Rusiyada dövlət standartları əsasında, 1994-cü ildə Azərbaycanda Nazirlər Kabinetinin qərarı ilə 

16  iyul  2004-cü  ildə  işlənib  hazırlanmışdır.  «Ulduzlar  sistemi»  adlanan  Fransa  milli  təsnifat 

sistemi həm də Avropa sistemi adlanır. Bu təsnifata görə, mehmanxanalar 1-dən 5-dək ulduzlara 

bölünür.  Bü  təsnifat  sistemi  Fransadan  başqa,  Avstriya,  Avstraliya,  Andorra,  Braziliya,  Çin, 

Rusiya, Meksika, BƏƏ, Macarıstan, Misir və bir çox ölkələrdə tətbiq olunur. Minimum tələblərə 

cavab  verməyən  mehmanxanaya  ulduz  verilmir.  Alman    təsnifat  sisteminə  görə  mehmanxana  

müəssisələri  5  dərəcəyə  bölünür.  Bu  Avropa  (Fransa)  sisteminə  uyğun  olaraq  hər  dərəcə  bir 

ulduza uyğundur. 

Turist dərəcə   

 

 - 1 ulduz 



Standart dərəcə                     - 2 ulduz 

Komfort dərəcə 

 

 - 3 ulduz 



Birinci dərəcə  

            - 4 ulduz 

Lüks   

 

 



 - 5 ulduz 

Alman mehmanxana təsnifat sistemində dərəcəsindən asılı olmayaraq 22 məcburi tələb qoyulur. 

Bunlar  qəbul  xidmətinin  keyfiyyətli  işi,  səhər  yeməyi,  içki  servisi,  seyfin  olması  və  sairədir. 

Almaniyada,  sonuncu  təsnifat  sisteminə  görə,  lüks  mehmanxanalar  üçün  270,  birinci  dərəcəli 

mehmanxanalar  üçün  120,  komfort  mehmanxanalar  üçün  70,  standart  mehmanxanalar  üçün  25 

meyar  müəyyən  olunub.  Bu  təsnifat  sisteminin  xüsusiyyəti  ondadır  ki,  meyarlar  təkcə 

mehmanxanalara deyil, həmçinin mehmanxana tipli müəssisələrə də aid edilir. 

Yunanıstanda  «hərf»  sistemi  mövcuddur  və  bu  sistem  üzrə  təsnifat  aparılır.  Ölkədəki 

mehmanxanalar 4 dərəcəyə - A, B,C,D bölünür. 

Böyük Britaniyada mehmanxanaların təsnifat sistemi mürəkkəbdir. Otellərin fasadında «tac» əks 

edilmişdir. Məsələn, 4 tac 3 ulduza bərabərdir. 

Böyük Britaniyada «tac» təsnifat sistemi ilə yanaşı, Britaniya Turist Agentləri Assosiasiyasının 

aşağıdakı təsnifatı mövcuddur: büdcə mehmanxanaları (1 ulduz); turist dərəcəli mehmanxana (2 

ulduz);  orta  dərəcəli  mehmanxana  (3  ulduz);  yüksək  dərəcəli  mehmanxana  (5  ulduz).  Italiya 

mehmanxana  təsnifat  sistemi  bir  az  mürəkkəbdir.  Mehmanxana  sistemində  rəsmi  olaraq 

ulduzlardan istifadə edilmir. Otellər 3 dərəcəyə bölünür. 1-ci dərəcə 5 ulduza bərabərdir. 

Italiya otelləri əsasən 50-80 nömrədən ibarətdir. Kiçik mehmanxanalar, bir qayda olaraq, yüksək 

dərəcəyə iddialı deyil və 2 ulduza müvafiqdirlər. 




Yüklə 452,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə