Microsoft Word mehmanxana cavab01az docx



Yüklə 452,22 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix14.01.2018
ölçüsü452,22 Kb.
#20498
1   2   3   4   5   6   7   8   9   ...   17

ş

irkətin 5300 oteli var. Onun ardınca “Choice  Hotels International” şirkəti gəlir (3130 otel). Bu  

siyahıda üçüncü yeri “Holiday Inn Worldwide” (2082 otel) tutur. 

 

Suаl-15. Frааyzinq yоlu ilə idаrəеtmənin mənfi və müsbət cəhətləri 

Françayzinq sistemi hər iki tərəf üçün müsbət və mənfi cəhətlərə malikdir. 

Françayzinq müqaviləsinin françayzi üçün müsbət cəhətləri: 

1.  Fəaliyyətinin əvvəlində ona planlar paketi ilə yardım göstərilir; 

2.  Ölkə və dünya üzrə reklamı təmin olunur; 

3.  Mərkəzləşdirilmiş bron sisteminə qoşulur; 

4.  Qonaqlara xidmət göstərmək məqsədilə alınan avadanlıq güzəştlə verilir. 

Françayzinq  müqaviləsinin  françayzi  üçün  mənfi  cəhətləri: 

1.  Françayzerə zəruri qəbul haqqı ödənişini vermək; 

2.  Françayzerin tələb etdiyi zəruri tələblərə əməl etmək; 

3.  Françayzerin  yarıtmaz  fəaliyyəti  nəticəsində  firmanın  nişan  imicinin  nüfuzdan 

düşməsi. 

Françayzinq müqaviləsinin françayzer üçün müsbət cəhətləri: 

1.  Mehmanxana bazarında az investisiya qoymaqla biznesini genişləndirir. 

2.  Françayzer ödəmələrdən əlavə gəlir qazanır. 

Françayzer  üçün  mənfi  cəhətlər: 

1.  Gəlir ancaq françayzinin ödəmələri ilə məhdudlaşır. 

2.  Françayzi  müəyyən  edilmiş  keyfiyyət  standartlarına  əməl  etmədikdə  françayzerin 

imici, nişanı nüfuzdan düşür. 

Beynəlxalq françayzinq təşkilatının apardığı tədqiqatlar göstərir ki, onun üzvlərinin  ancaq 1%-i  

iflasa    uğrayır.  1960-cı  ilə  qədər  “Hilton”  və  “Şeraton”  şirkətləri  françayzinq  müqavilə 

formasından imtina etmişlər. Yalnız 1960-cı ildən sonra bu şirkətlərin strategiyasını françayzinq 

müqavilələri təşkil etməyə başlayıb.  

 

Suаl-16. Mеhmаnхаnаlаrın müqаvilə yоlu ilə idаrə оlunmаsı 

Mehmanxana sənayesi müəssisələrinin idarəetmə formalarından biri olan müqavilə ilə idarəetmə 

1970-ci  illərdə  geniş  yayılmışdı.  Mehmanxana  sahibkarları,  menecer  və  ya  şirkətlə  yazılı 

razılaşma əsasında müqavilə (kontrakt) bağlayaraq idarəçiliyi ona verir. 

Mütəxəssislərin  bir  qismi  müqavilə  ilə  idarəçiliyin  ilk  dəfə  XX  əsrin  əvvəllərində  “Sezar  Rits 

Qrupp” şirkəti ilə bağlandığını söyləyir. Digər mütəxəssislər hesab edir ki, ilk dəfə müqavilə ilə 

idarəçiliyi  “Tradway  Hotel  Co”  şirkəti  həyata  keçirib.  Bəziləri  isə  iddia  edir  ki,    30-cu  illərdə 

“Westin  hotels”  şirkəti  ilk  dəfə  müqavilə  ilə  idarə  edilmişdir.  90-cı  illərin  əvvəllərində 

mehmanxanaların  müqavilə  ilə  idarə  olunmasında  “Riçfild  Hotel  Menecment”,  “Dalbri  Hotel 

Korp” və “Intersteyt Hotels Korp” kimi iri şirkətlərin rolu çox böyük olmuşdur. Müqavilə yolu 

ilə  idarə  edən  şirkətin  və  ya  menecerin  müəssisəsinin  əmlakına  heç  bir  hüquqi  iddiası  yoxdur. 

Müqavilə üzrə şirkət adətən məhdud maliyyə məsuliyyəti daşıyır və hər bir halda gəlir əldə edir. 

Təbii ki, mehmanxananın gəliri çoxaldıqca şirkətin və ya menecerin gəliri də artır. Lüks və orta 

dərəcəli mehmanxana sahibkarları şirkətlərin yüksək səviyyəli peşəkar menecerləri ilə müqavilə 

bağlayaraq  otelləri  onların  idarəçiliyinə  verirlər.  Mənzil-qərargah  Kaliforniya  ştatının  Beverli-

Hilz  şəhərində  yerləşən  “Hilton  Hotels”  ABŞ-ın  219  şəhərində  97000  nömrəsi  olan  271  oteli 

idarə edir. Mənzil-qərargahı Memfisdə yerləşən və dünyanın iri şirkətlərindən sayılan “Holiday 

Inn” in ABŞ və Kanadada, Avropa ölkələrində, Asiya və Cənubi Amerikada 1600 mehmanxana 

müəssisəsi var. 



 

Suаl-17. Mеhmаnхаnа sənаyеsində icаrə yоlu ilə idаrəеtmə 

Mehmanxana sənayesi  müəssisələrinin icarə  yolu ilə idarə olunması 1950-1960-cı illərdə  geniş 

yayılmışdı.  Hazırda  bu  forma  az  istifadə  edilir.  Bu  idarəetmənin  mahiyyəti  ondadır  ki, 

mehmanxana  müəyyən  müddətə  icarəyə  götürülür  və  danışıqlar  əsasında  faiz  müəyyən  edilir 

(adətən 20-50%). Inkişaf etməkdə olan ölkələrdə bu forma geniş yayılmışdır. Məsələn, “Hilton” 

ş

irkəti  San-Xuan  şəhərindəki  (Puerto-Riko)  oteli  icarəyə  götürür.  Bundan  sonra  Puerto-Riko 



hökuməti “Hilton”un nüfuzlu, məşhur şirkət olmasını nəzərə alıb, ölkədə onun adından istifadə 

etməklə turizmi inkişaf etdirmək məqsədilə “Hotel Caribe”ni “Hilton” şirkətinə güzəştli şərtlərlə 

icarəyə  verir.  Icarə  yolu  ilə  idarəetmə  Kubada  da  müvəffəqiyyətlə  həyata  keçirilmişdir.  Lakin 

Kuba  inqilabından  sonra  Havanadakı  “Hilton”  oteli  öz  rentabelliyini  itirir.  Avropada  icarə 

forması  daha  çox  gəlir  gətirir.  Londondakı  “Hilton”  oteli  25  illiyə  icarəyə  verilmişdir. 

Proqnozlara  görə,  yaxın  gələcəkdə  mehmanxana  sənayesində  icarə  formasının  yenidən  geniş 

yayılması gözlənilir. Mehmanxana bazarında maliyyə və pul azlığı ilə əlaqədar bəzən yarımçıq 

qalmış  mehmanxana  layihələrinə  münasibətdə  yeni  idarəçilik  formaları  axtarılır.  Arizona 

ş

tatından olan Kriçer nə Snayder icarənin yeni tipini təşkil edirlər. Bu varianta görə ilkin kapital 



olmadan icarəçi mənfəət götürür. Bu sxem üzrə hər nömrənin ümumi gəliri və müqavilə şərtləri 

ə

sasında  icarəçi  mehmanxananı  idarə  edir.  Icarəçi  sığortaya,  personalın  işə  qəbuluna,  təchizata 



və marketinqə cavabdehdir. Buna görə də icarəçi nömrələrdən əldə olunan xalis gəlirin böyük bir 

hissəsinə və əlavə gəlirə malik olur. 

 

Suаl-18. Sеzаr Ritsin mеhmаnхаnа biznеsinin inkişаfındа rоlu 

Sezar  Rits  hələ  sağlığında  əfsanəvi  şəxsiyyət  kimi  ad  qazanmışdır.  O,  vəzifəsinə  sadə  işdən 

başlayaraq  inadkarlığı,  zəhmətkeşliyi  sayəsində  tez  bir  zamanda  mehmanxana  biznesinin 

sirlərinə yiyələnir. Bu sahədə mehmanxana müdirinin, şagirdi kimi, 15 yaşından başlayır. Artıq 

19  yaşında  Rits  Paris  restoranlarından  birinə  rəhbərlik  edir,  ancaq  naməlum  səbəbdən  bu  işini 

buraxaraq  məşhur  «Voisin»  restoranında  xörəkpaylayan  köməkçisi  işinə  düzəlir.  Burada  Rits 

tezliklə varlı və nüfuzlu şəxslərin zövqlərini öyrənərək onları razı salmaq məharətinə  yiyələnir. 

Çox keçməmiş o, artıq daimi müştərinin hər biri haqqında məlumatlı idi (müştərilər nəyi xoşlayır 

və  onların  zövqünə  nə  uyğun  gəlir)  və  onlar  da  həmişə  Ritsin  xidmət  göstərməsini  xahiş 

edirdilər. Artıq 22 yaşında Rits Isveçrənin Lüsserna şəhərində yerləşən «Grand National Hotel» 

mehmanxanasının müdiri olur. Ritsin sayəsində bu otel məşhurlaşır. Ritsin yaradıcılığı ən yüksək 

səviyyəli və adlı-sanlı seçilmiş müştəriləri belə özünə cəlb edir. Bu oteldə 11 il müvəffəqiyyətlə 

çalışan  Rits  Londonda  yeni  açılan  «Savoy  Hotel»  mehmanxanasının  təklifini  qəbul  edir  və  38 

yaşında dünyanın dəbdəbəli otellərindən birinin müdiri olur. Ritsin şəxsi keyfiyyətləri bu oteldə 

də  özünü  göstərir.  Rits  oteli  kübar  cəmiyyətin  mədəni  mərkəzinə  çevirir.  Baş  aşpaz  Ogüst 

Eskofye  ilə  birlikdə  onlar  Avropa  mətbəxinin  ən  ləziz  yeməklərini  hazırlaya  və  restoranda  bu 

yeməklərə  uyğun  mühit  yarada  bilən  kollektiv  toplayırlar.  Restorana  yalnız  axşam  ziyafətləri 

geyimində  gəlmək  ənənəsini  məhz  Rits  tətbiq  etmişdir.  O,  restorana  ən  məşhur  musiqiçiləri 

dəvət  edir,  vəsait  xərcləyib  qeyri-adi  effektlər  təşkil  edirdi.  Hətta  bir  dəfə  suda  üzən  restoran 

ə

trafında  «Venesiya»  yaratmışdı. Suda üzən qandollarda qandolyerlər italyanca sevgi mahnıları 



ifa  edirdilər.  Rits  müştərilərlə  ünsiyyəti  menecerin  ən  vacib  xüsusiyyətlərindən  biri  kimi  qəbul 

edirdi.  Insanların  istək  və  arzularına  diqqətlə  yanaşmağı  menecer  sənətinin  yeni  mərhələsi 

sayırdı. Rits özünü bütün varlığı ilə işə sərf edir, var qüvvəsini əsirgəmirdi. 52 yaşında Rits güclü 

ə

səb  gərginliyi  keçirir  və  bundan  sonra  vəfat  edir.  Bu  gün  Ritsin  adı  mehmanxana  biznesində 



nəzakət, kübar və zəriflik sinonimi kimi səslənir. 


Yüklə 452,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə