Microsoft Word mehmanxana cavab01az docx



Yüklə 452,22 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix14.01.2018
ölçüsü452,22 Kb.
#20498
1   ...   9   10   11   12   13   14   15   16   17

Kontinental  səhər  yeməyi  (Continental  breakfast) 

–  Avropa  qitəsində  qəbul  olunmuş  bu  növ 

səhər yeməyinə qəhvə, çay və isti şokolad, qənd, qaymaq (süd), limon, povidla, cem və ya bal, 

müxtəlif çörək – bulka məmulatı, yağ daxildir. Bazar günlərində soyuq yumurta əlavə edilir. Bir 

çox Avropa ölkələrinin mehmanxanalarında bu növ səhər yeməyi otelin qiymətlərinə daxil edilir. 

Çeşidi  geniş  olan  səhər  yeməyi

  –  bu  növ  səhər  yeməyi  Avropada  60-  cı  illərin  ortasından 

yayılmışdır. Kontinental səhər  yeməyinə daxil olan menyudan əlavə qonaqlara müxtəlif meyvə 

ş

irələri, pendir, kolbasa, qayğanaq, yoğurt, kəsmik və s. təklif olunur. Qonaqlara bufet servisi və 



ya ofisiant xidmət göstərir. 

Ingilis  sayağı  səhər  yeməyi

  –  qonaq  üçün  nömrəyə  gətirilən  çay  və  ya  qəhvədən  başlayır.  Bu 

səhər  yeməyinə qənd,  yağ, bulka məmulatı, cem, bal,mürəbbə daxildir. Bu, kiçik səhər  yeməyi 

adlanır  (Short  breakfast).  Bu  səhər  yeməyinə  vetçina  ilə  hazırlanmış  qayğanaq,  balıq,  südlə 

hazırlanan yulaf, sıyıq (kaşa) da əlavə oluna bilər. Bufet servisi və ya ofisiant xidmət edir. 

Amerikansayağı  səhər  yeməyi

  vaxtı  buzla  adi  içməli  su,  meyvə  şirələri,  tər  meyvələr  və  ya 

meyvələrdən hazırlanmış kompot, bir az ət, piroq, düyü və ya qarğıdalı sıyığı (kaşa) verilir.  

Ş

ampan  şərabı  ilə  səhər  yeməyi

  adətən  səhər  saat  10.00-  dan  13.00  –  dək  verilir.  Qəhvə,  çay, 

ş

ampan və digər şərab təklif olunur. Bura bir az soyuq qəlyanaltı və isti yemək, sup, salat və şirin 



piroq əlavə olunur. Bu növ səhər yeməyi rəsmi səbəb olanda verilir. 

Gec  verilən  səhər  yeməyi

  –  saat  10.00  -  dan  14.00  -  dək  təqdim  olunur.  Bura  səhər  və  nahar 

yeməyinin  elementləri  daxildir:  isti  və  soyuq  içkilər,  bulka,  cem,  yağ,  kolbasa,  sup,  isti  ət 

yeməyi,  desert.  Bufet  servis  xidməti  göstərir.  Bu  növ  səhər  yeməklərindən  əlavə  müxtəlif 

ölkələrin qonaqlarına digər səhər  yeməkləri də təklif olunur. Səhər, nahar və şam yeməklərinin 

təşkilində müxtəlif xidmət  metodlarından istifadə olunur: 



<< A lya kart >> 



<<  A Part >> 



<< Tabldot >> 

Isveç masası 



Bufet xidməti            



<< A lya kart >> (A la carte) – xidmətində, qonaqlar kart – menyudan  yemək – içməyi sifariş 

edirlər.  Sifariş  mətbəxə  dərhal  çatdırılır  və  süfrə    düzümü  hazırlanır.  Bu  xidmət  üsulunda 

qonaqofisiantla  məsləhətləşib  yeyib  –  içmək    seçə  bilər.  Məsələn,  ofisiant  hansı  içkinin  hansı 

yeməklə uyğun olduğunu məsləhət  görür və təklif edir.  <<  A lya kart  >> metodu çətin və  çox 

zəhmət tələb etsə də, hazırda restoran xidmətində geniş yayılıb.    

<<  A  part  >>  (a  part)    -  əvvəlcədən  sifariş  olunur  və  müəyyən  vaxt  ərzində  qonağa  xidmət 

göstərilir. Istirahət evlərində və kurort – mehmanxanalarda bu xidmət metodu geniş yayılıb. 



<< Tabldot >> (table d

,

hote) – bütün qonaqlara eyni vaxtda eyni menyu üzrə xidmət göstərilir. 



Bütün  qonaqlar  masa  arxasında  oturandan  sonra  qulluq  başlanır.  Bu  metoddan  pansionat  və 

istirahət evlərində geniş istifadə olunur. 



Isveç masası

 (şved stolu) – müxtəlif və geniş çeşiddə qonaqlara yemək və içmək təqdim olunur 

(otelin  dərəcəsindən  asılı  olaraq).  Qonaq  masaya  düzülmüş  istədiyi  yeməyi  seçə  və  istədiyi 

miqdarda götürə bilər. Bu metodun üstünlüyü ondadır ki, restoran zalı az personalla xeyli qonağa 

xidmət göstərə bilir. Bu metod qonaqların tələbatını ödəyir və vaxtına qənaət edir.  

Bufet xidməti

 qonaqlara özünə xidməti təklif edir. Xidmət personalı bufeti müxtəlif  çeşiddə içki 

və  yeməklə  təmin  edir.  Personal  qonaqlara  içki  və  yemək  seçməkdə  məsləhət  verir,  masanı 

yığışdırır.  Bufet  xidmətindən  konfrans,  simpozium  iştirakçılarına  xidmət  göstərmək  üçün  daha 

geniş istifadə istifadə olunur. 

 



Suаl–39. Qonaqlara təqdim olunan servis növləri 

Qonaqların kontingentindən asılı olaraq müxtəlif servis növləri təqdim olunur. Ən geniş yayılmış 

servis növləri bunlardır:  

fransız 



ingilis 


amerikan 

alman 


rus 


Bütün servis növlərində xidməti ofisiantlar yerinə yetirir. 

Fransız  servisi  növü  restoran  mətbəxinin  yüksək  səviyyədə  olduğunu  göstərir  və  dünyada  ən 

bahalı  və  yaddaqalan  xidmət  sayılır.  Böyük  boşqaba  qoyulmuş  yeməklər  qonaqlara  nümayiş 

olunur. Gözəl tərtib olunmuş yemək qonaqda iştahı artırır. Ofisiant qonağa qulluq göstərir və ya 

boşqabı qonağın qarşısına qoyur ki, o öz istəyilə özünə qulluq etsin. 

Fransız servisində bir neçə nəfərdən ibarət briqada xidmət göstərir: 

1.  Restoran meneceri (fr. Maitre d

,

hotel ); 



2.  Baş  ofisiant  (fr.  Chef  de  rang)  –  dörd  masanın  xidmətinə  cavabdehdir.  O,  qonaqları 

qarşılayır, menyunun izahatını verir, sifarişi qəbul edir, xidmətin tez yerinə yetirilməsinə 

nəzarət edir və şəxsən qonaqların boşqablarına yemək qoyur; 

3.  Baş ofisiantın köməkçisi ( demi chef de rang ) – içkilərin sifarişini qəbul edir, yeməkləri 

verir; 

4.  Su    verən  ofisiant  (commis  de  rang  )  –  sifarişləri  mətbəxə  çatdırır,  mətbəxdən  araba  ilə 



yeməkləri gətirir, masanı yığışdırır; 

5.  Içkilər  üzrə  ofisiant  (sommelier)  –  fransız  servis  növü,  həm  fərdi  qonaqlara,  həm  də 

banket və ziyafətlərə xidmət etmək üçün istifadə olunur. 

Ingilis servisi (əlavə qoyulmuş masadan xidmət göstərmək) 

Ofisiant əvvəlcə bu əlavə masada boşqaba yeməyi qoyur, sonra sağ tərəfdən qonağa təqdim edir. 

Ə

lavə yemək tələb edən qonağın boşqabı, çəngəl – bıçağı yenisi ilə əvəz olunur. Bu, çox zəhmət 



tələb  olunan  xidməttir.  <<  Ingilis  servis  >>  termini  ilə  yanaşı,  <<  gueridon  >>  termini  də 

işlədilir.  Servis  boşqabına  ərzaq  yığılır  və  araba  –  masaya  qoyulur.  Araba  –  masa  qonağın 

masasına yaxınlaşdırılır və qonaq özü istədiyini seçir və ofisiant xidmət göstərir.   

Amerika  servisi  –  yemək  mətbəxdə  hazırlanır  və  boşqablara  yığılır.  Ofisiant  boşqabları 

qonaqların qarşısına qoyur. Bu, tez və sadə servis növüdür. 



Alman  servisi  –  yemək  böyük  bir  boşqaba  yığılaraq  qonağın  yaxınlığındakı  masaya  qoyulur. 

Qonaq     özünə  istədiyi kimi   xidmət   edir. 



Rus  servisi  –  yemək  servis  boşqabında  gətirilir,  ofisiant  yeməyi  hissələrə  bölür  və  istədiyi 

hissəni özü boşqaba qoyur. 



 

Suаl–40. Mehmanxana nömrələrinə restoran xidməti 

<< Nömrələrdə xidmət >> termini bir vaxt qonaqlara mehmanxana nömrələrində hər cür xidmət 

kimi  qəbul  olunurdu.  Hazırda  bu  termindən  nömrələrə  yemək  və  içmək  xidməti  kimi  istifadə 

olunur.   

Memanxana nömrələrinə restoran xidməti  yüksək peşəkarlıq və məsuliyyət tələb edir. Qonağın 

sifarişini qəbul edən restoran personalı servirovkanı təşkil   etməli,  yeməkləri   ardıcıl  verməli,  

yüksək  səviyyədə  xidmət   göstərməli, ofisiant qonağın otağında etik qaydalara riayət etməlidir. 

Nömrədə  yaşayan  qonaq  telefonla  və  ya  mərtəbə  xidməti  vasitəsilə  restoranın  metrdotelinə 

sifariş verir.                                         




Yüklə 452,22 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə