Microsoft Word mehmanxana cavab01az docx



Yüklə 452,22 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix14.01.2018
ölçüsü452,22 Kb.
#20498
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

gətirməyib  öz  fəaliyyətini  dayandırmış  və  ya  tamam  iflas  olmuşlar.  Motel  sahibləri  Amerika 

Motel və Mehmanxana  Ittifaqına qəbul edildikdən sonra bu gərginlik aradan götürüldü. 

Rotel-bir  və  iki  yerli  vaqondan  ibarətdir.  Bu  səyyar  mehmanxananın  tərkibinə    yataq-kreslo, 

geyinib-soyunma yeri, tualet, mətbəx, soyuducu, televizor və s.daxildir. 

Botel-suda yərləşən turist üçün lazım olan avadanlıqla təmin olunan kiçik mehmanxanadır. 

Flotel-“suda  kurort”  adlanan  üzən  mehmanxanadır.  Komfort  nömrələrdən  başqa,  turistlərə 

müxtəlif çeşiddə, yüksək keyfiyyətli xidmət göstərilir. Turistləri sərəncamına balıq tutmaq, sualtı 

ovçuluq  üçün  avadanlq  verilir.  Burada  üzgüçülük  hovuzu,  kofrans  zalı,  informasiya  mərkəzi 

(telefon,  faks,  komputer  və  s.),  trenajor,  idman  zalı  var.  Afina  olimpiadasında  flotellərdən 

istifadə  olunub.  Xüsusi  kruizlərin  (dəniz  gəzintiləri),  biznes  və  konqres  turlarının  təşkilində 

flotellərdən istifadə edilir. Flotellər adətən icarəyə götürülmüş komfort iri gəmilərdir. 

Flaytel-Aeromehmanxana  və  ya  uçan  mehmanxanadır.  Çox  bahalı  və  azsaylıdır.  Bunun    üçün 

meteorologiya  xidməti nəzarət etməli və təyyarənin oturması üçün müəyyən sahə olmalıdır. 

Bunqalo-yaşayış otağı, mətbəxi, sanitar qovsağı olan yüngül yaşayış tikilisidir; şəhərdən kənarda 

yerləşir. Burada turist özünə xidmət göstərir. 

Kempinq ayrı-ayrı kotteclərdən və ya çadırlardan ibarət turistləri yerləşdirmə müəssəsidir. Onun 

öz  mətbəxi,  özünə  xidmət  yeməkxanası,  oyun  meydanı,  avtomobil  dayanacağı,  ticarət  köşkü, 

sanitar qovşaqları var. 

Konqres-otellər  -  yeni  yaranmış  mehmanxana  tipidir.  Konqres  otellərin  2000  və  daha  çox 

nömrəsi  olur.  Bu  otellərin  müştəriləri  iri  konqreslərin,  konfransların  və  digər  tədbirlərin 

iştirakçılarıdır.  Son  20  ildə  konqres-oteldə  tələb  2  dəfə  artmışdır.  Konqres-otellərdə  işgüzar 

adamlara  göstərilən  xidmətlər  ön  plandadır.  Bunlar  telekonfranslar,  katiblər,  müxtəlif  dildə  

danışan  tərcüməçilər,  faks,  komputer  və  s.  ibarətdir.  “Opryland  Hotel”  (Nasvil,  Tennesi  ştatı), 

“Ne Hyatt Regency” (Çikaqo, ABŞ) konqres otellərdir. Qaydaya görə, konfrans keçirmək üçün 

konqres-otellərə  sifarişləri  iki  il  əvvəlcədən  vermək  lazımdır.  Bu,  konqres-otellərə  tələbatla, 

sifarişlərin  çox  olması,  qonaqlarin  sayının  çoxluğu  və  konfransa  ciddi  hazırlıqla  əlaqədar  olur. 

Mehmanxana  müəssisələrinin  tiplərinin  qısa  səciyyəsi  bir  daha  sübut  edir  ki,  sosial-iqtisadi 

inkişaf  səviyyəsi  yüksəldikcə,  elmi  nailiyyətlərin  coğrafiyası  genişləndikcə  mehmanxana 

sənayesi də inkişaf edir. Bu isə yeni mehmanxana tiplərinin yaranmasına səbəb olur. Göstərilən 

mehmanxanaların  tiplərə  ayrılması  şərti  xarakter  daşıyır.  Lakin  mehmanxanaları  idarə  etmək, 

onun xususiyyətlərini başa düşmək üçün tiplərə ayırmaq vacibdir. 

 

Suаl–27. Mеhmanхananın idarəеtmə strukturunun tərkibi 

Mehmanxanalarda xidmətin səmərəli təşkili baş menecer və icraçı komitənin fəaliyyətindən çox 

aslıdır. 

Idarəetmə strukturları və onların vəzifələri 

a) Baş menecer və icraçı komitə (General Manager & Directors board); 

b) Mehmanxananın əsas şöbələri və bölmələri; 

c) Baş inzibatçının bölməsi (Front Office) 

• 

Təhlükəsizlik bölməsi (Security); 



•   Inzibati-təsərrüfat bölməsi (cleaning Division/Floor Keeping); 

•   Turistlərin qəbul və xidmətinin təşkili; 

•   Brondlaşdırma (Reservation); 

•   Idarəetmədə avtomatlaşdırma sistemi (IT (MIS)). 




Mehmanxananın əsas vəzifəsi qonaqları müvəqqəti yaşayış yeri ilə təmin etmək və onlara xidmət 

göstərməkdən ibarətdir. 

Mehmanxananın təşkilati strukturu onun müəyyən olunmuş təyinatı, yerləşdiyi ərazi, qonaqların 

spesifikliyi  və  digər  amillərlə  müəyyən  olunur.  Iri  mehmanxanaları  baş  menecer  və  əsas 

ş

öbələrin  menecerlərinin  daxil  olduğu  icraçı  komitə  idarə  edir.  Mehmanxananın  əsas  şöbələri 



aşağdakılardır: 

−   qəbul və xidmət şöbəsi (Front Office); 

−   yemək və içməyə xidmət göstərən şöbə (Food & Beverege); 

−   marketing və satış şöbəsi (Sales & Marketing); 

−   kadrlar şöbəsi (HR) 

−   maliyyə və mühasibat şöbəsi (Accounting); 

−   mühəndis istismar şöbəsi (Building Administration). 

Bu  şöbənin  menecerləri  (direktorları)  korporativ  və  regional  səviyyədə  rəhbərlərlə  adətən 

ə

laqədə  olur,  onlara  mütəmadi  hesabat  verirlər,  lakin  birbaşa  mehmanxananın  baş  menecerinə 



tabedirlər.  Mehmanxananın  nailiyyəti,  nüfuzu  burada  çalışan  müxtəlif  insanların  əlbir 

fəaliyyətindən aslıdır. Mehmanxanada hər iş vicdanla görülməli və müəyyən şöbə tərəfindən işin 

keyfiyyəti nəzərə alınmalıdır. Otellər həmişə öz zahiri görünüşü, dəbdəbəli olması ilə qonaqları 

heyran  qoymağa  çalışır.  Bu  məkanda  «Rits  Karlton»  oteli  öz  interyeri  ilə,  «Hyatt»  öz  bəzəkli, 

zinətli görünüşü ilə qonaqları məftun edir. Mehmanxana biznesini öz peşəsi seçənlər üçün bu cür 

otellərdə çalışmaq fəxr sayılır. Mütəxəssislər mehmanxananı canlı teatr, onun baş menecerini isə 

teatrın rejisoru adlandırırlar. 

 

Suаl-28. Mеhmanхanaların qəbul və хidməşöbəsinin iş prinsipi 

Qəbul və xidməşöbəsi

 – Bu şöbənin meneceri (direktoru) baş menecerə tabedir və səlahiyyətinə 

aşağıdakı funksiyalar daxildir: 

1.  şöbənin maliyyə əməliyyatlarına cavabdehlik; 

2.  işçilərin menecerlərin rəhbərliyi altında məsuliyyət və həvəslə işləmələri; 

3.  qonaqlara göstərilən xidmətin keyfiyyət və səviyyəsinə fikir vermək; 

4.  mehmanxananın qonaqları ilə şöbənin işçiləri arasında qarşılıqlı xoş 

    münasibət və ünsiyyətin olmasını təmin etmək; 

5.  təhlükəsizliyi təmin etmək; 

6.  suvenir köşkünün işini təşkil etmək və s. 

Nömrələrin  xidmət  şöbəsinə  baş  inzibatçının  ofisi,  nömrələrin  bronlaşması  (sifariş  etmək), 

inzibati təsərrüfat, konsyerj, qonaqlara xidmət daxildir.  

Qəbul və xidmət şöbəsinin baş inzibatçısı – Qonaqlara göstərilən xidmətin keyfiyyətini artırmaq 

və  səviyyəsini  yüksəltmək  baş  inzibatçının  əsas  vəzifələrindən  biridir.  O,  gün  ərzində 

mehmanxanada bir çox mühüm və zəruri işləri yerinə yetirir. Bunlar aşağıdakılardır: 

− gecə inzibatçısının hesabatını dinləyir və yoxlayır; 

− keçən gecə ərzində doldurulan nömrələrin göstəricilərini təhlil edir; 

− mehmanxanada əlavə xidmətlərin gündəlik satış vəziyyətini təhlil edir; 

− ötən gecə ərzində mehmanxanaya daxil olan pulun hesabını yoxlayır; 

− pulsuz verilən nömrələrin sayını təyin edir; 

− yaxın aylar üçün verilən kollektiv sifarişləri yoxlayır; 

− gün ərzində mehmanxanaya gəlib-gedən qonaqların siyahısını nəzərdən keçirir; 

− xüsusi və nüfuzlu qonaqların (VIP) siyahısını nəzərdən keçirir və qeydiyyatını aparır; 



Yüklə 452,22 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə