Microsoft Word mehmanxana cavab01az docx



Yüklə 452,22 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix14.01.2018
ölçüsü452,22 Kb.
#20498
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

Israildə təsnifat sistemində əvvəllər ulduzlardan istifadə edilirdisə, hazırda bu ləğv edilmiş və 3 

kateqoriya mehmanxana sistemi  yaranmışdır.  Israildə əvvəllər olmuş ulduz təsnifatı ləğv edilib 

və  3  kateqoriyalı  mehmanxana  sistemi  yaranıb.  Buna  baxmayaraq,  müştərilərin  başa  düşməsi 

üçün turist firmaları  mehmanxanaları  ulduz rəmzi ilə adlandırır. 

Ispaniyada müxtəlif kateqoriyalar - 1 ulduzdan 5 ulduza qədər olan mehmanxanalar mövcuddur. 

Ev tipli mehmanxanalar 4 dərəcəyə bölünür. Pansionatlar (pensiones) 3 kateqoriyalıdır. Bundan 

ə

lavə, turizm nazirliyinə tabe olan dövlət yerləşdirmə müəssisələri  mövcuddur (paradares). Bu 



yerləşdirmə  müəssisələri  mənzərəli  rayonlarda  yerləşdirilmişdir.  Burada  köhnə  qəsrlər,  qalalar, 

saraylar lüks otellər kimi təchiz edilmişdir. 

Amerika otel və motel assosiasiyalarının (ittifaqının) məlumatına görə, ABŞ-da 46 mindən çox 

otel və motel vardır. Mehmanxanalarda nömrələrin sayı 3,3 milyondan çoxdür. Digər ölkələrdən 

fərqli  olaraq,  ABŞ-da  rəsmi  təsdiqlənmiş  mehmanxanaların  təsnifat  sistemi  yoxdur.  Amerika 

Avtomobil  Assosiasiyası  (AAA)  otelləri  brilyantlara  bölür.  Amerikanın  «Mobil  Travel  Qayd» 

assosiasiyası  isə  mehmanxanaları  5  ulduza    bölür.    Bu    assosiasiya    21     min   yüksək  dərəcəli 

otellərdən 35-nə ulduz statusu vermişdir. Amerika Avtomobil Assosiasiyası (AAA) 1977-ci ildən 

ABŞ-da  otellərin  təsnifatı  ilə  məşğuldur.  ABŞ-ın,  Kanadanın  və  Meksikanın  19500  otelindən 

2%-i 5 brilyanta layiq görülüb. 1996-cı ildə ABŞ-ın 12 ştatında 52 otel və kurort-mehmanxana 5 

«brilyant»a layiq görülüb. Bü 52 oteldən 12-si həm 5 briliyanta, həm də 5 ulduza layiq görülüb. 

AAA meneceri Cozef Konstantininin fikrincə, mehmanxananın 1 brilyant olmağı da şərəfdir. 



 

Suаl-25.  Lüks  otellər  оrta  dərəcə  tipli  və  еkоnоm  dərəcəli  mehmanxanalar,                     

о

nlаrın əsаs kоntingеntləri. 

Bir  neçə  əsr  bundan  əvvəl  əsasən  iki  cür  mehmanxana  müəssisəsi  mövcud  idi.  Cəmiyyətin 

yüksək  təbəqələrindən  olan  varlı  müştərilər  üçün  mehmanxalar,  digər  qonaqlar  üçün  isə 

dayanacaq  həyətləri,  tavernalar  fəaliyyət  göstərirdi.  Dünya  mehmanxana  sənayesinin  təcrübəsi 

ə

sasında mehmanxana müəssisəsi tipləri seçilir: 



Lüks otel – öz nömrələrinin sayına görə bu tip mehmanxanalar orta müəssisələrə aid edilir (100-

400 nömrədən ibarət olur). Əsasən şəhərin mərkəzində yerləşir. Mehmanxana personalı yüksək 

peşəkarlığa  malikdir.  Bu  mehmanxanada  yüksək  səviyyədə  xidmət  göstərilir.  Bu  tip 

mehmanxananın  yaraşıqlı  interyeri  olur,  gözəllik  salonu,  idman  zalı,  üzgücülük  hovuzu,  tennis 

kortu, bilet kassaları, konfrans zalı var. Qonaqlara nömrələrdə restoran xidməti göstərilir. Onlar 

pulsuz  komputer  və  faksdan  istifadə  edirlər.  Bar,  restoran,  kafe  sutka  ərzində,  günün  istənilən 

vaxtı  qonaqlara  xidmət göstərməyə  hazırdır.  Bu  mehmaxananın  əsas  kontingenti  biznesmenlər, 

konfrans,  simpozium  iştirakçıları  və  imkanlı  fərdi  turistlərdir.  Mehmanxananı  peşəkar  baş 

menecer  idarə  edir.  Belə  mehmanxanaya  Nyu-Yorkda  yeni  inşa  edilmiş  dəbdəbəli  “St.  Regis 

Hotel”i  nümunə  göstərmək  olar.  Bu  cür  mehmanxanalara  Azərbaycanda  “Plaza”,  “Hyatt 

Regency”, “Hyatt Park”, “The Crescent Beach Hotel”, “Grand Hotel Europe”nı aid etmək olar. 

Orta dərəcə tipli mehmanxanalarda qiymətlər orta səviyyədədir. Nömrələrin sayi 400-dən 2000-ə 

qədər ola bilər. Şəhərin mərkəzindən bir az kənarda yerləşə bilər. Burada geniş çeşiddə xidmətlər 

təklif olunur. Daimi müştəriləri biznesmenlər, konfrans və konqres iştirakçıları, fərdi turistlərdir. 

Belə mehmanaxanaya misal Nyu-Yorkda “Ramada Hotel”dir.  

Apartment-mehmanxana  (apart-otel)  orta  müəssisəyə  aiddir  (100-400  nömrə).  Bu  tip 

mehmanxanalar adətən iri şəhərlərdə  yerləşir. Nömrələri mənzil tipli otaqlardır. Bu nömrələrdə 

özünəxidmətə üstünlük verilir. Qiymətlər qonaqların nə qədər müddətə qalmasından asılı olaraq 

dəyişir.  Mehmanxananın  müştəriləri  ailəvi  turistlər,  bisnesmenlər,  kommersantlar  və 

başqalarıdır. Apart-otellərdə nömrələr mənzil tipli olduğu üçün otaqlar mətbəx avadanlığı, qab-




qacaq  dəsti,  məişət  texnikası  ilə  təmin  olunub.  Nyu-Yorkdakı  “Embassy  Suits”,  Bakida  “City-

Mansion”, “Wellington”, “Caspian” bu tip mehmanxanalardandır. Apart-otellərdə uzun müddətli 

yaşayış  üçün  mənzil  tipli  şərait  olduğundan  Bakıda  neft  şirkətlərinin  və  səfirliklərin 

nümayəndələri adətən bu otelləri sifariş edirlər. 

Ekonom dərəcəli mehmanxana tipi kiçik və orta tutumlu nömrələrdən ibarətdir (10-150 nömrə). 

Bu  mehmanxanalar  adətən  yol  ayrıcında,  magistral  yol  boyunca  yerləşir.  Qonaqlara  göstərilən 

xidmətin  ceşidi  məhduddur.  Sadə  və  tez  xidmət  göstərilir.  Mehmanxananın  müştəriləri 

kommersantlar  və  fərdi  turistlərdir.  Onlar  tam  pansiondan  (səhər  yeməyi,  nahar,  şam  yeməyi) 

istifadə  etmirlər.  Müştərilər  ancaq  istifadə  etdikləri  konkret  xidmətin  hesabını  verirlər.  Bu  tip 

mehmanxanalarda  xidmətə  görə  az  faiz  alınır.  Qiymətlər  yüksək  deyil.  Belə  mehmanxana 

Azərbaycan  ərazisində  hələ  inşa  edilməyib.  Nyu-Yorkdaki  “Days  Inn”  bu  tipli 

mehmanxanalardandır. 



 

Suаl–26. Müхtəlif istiqаmətli mеhmаnхаnа müəssisələrinin fəаliyyət prinsipləri. 

Aeroport  –  mehmanxana  rentabelli,  gəlirlə  işləmək  üçün  əlverişli  yerdə  tikilir.  200-dən  600-ə 

qədər  nömrəsi  olan  bu  mehmanxanalar  rentabelli  sayılır.  Mehmanxana  sutkada  24  saat  işləyir. 

Sərnişinlərə tam servis xidmət göstərilir. 

Azart  (qumar)  oyunları  yerləşən  mehmanxanalar  kazino  otellər  qrupuna  daxildir.  Bu  otelərdə 

birinci  yeri  kazino,  sonra  yüksək  səviyyəli,  keyfiyyətli  xidmətlər  tutur.  Artıq  məlumdur  ki,  bu 

kazino-otellərdə  göstərilən  xidmətlər  yaxşı  gəlir  gətirir.  Imkanlı  və  varlı  qonaqlar  öz  vaxtlarını 

yaxşı  keçirməyə,  qumar  oynamağa,  əylənməyə  belə  otellərə  gəlirlər.  Müxəlif  tamaşalar,  şoular 

onların  xidmətindədir.  Otel  öz  müştərilərinə  çarter  reysləri  təklif  edir.  Kazino  ildə  365  gün 

fəaliyyətdədir. Oteldə kazino sutkada 24 saat işləyir. Buradan görünür ki, otel intensiv fəaliyyət 

göstərir  və  tam  istismar  olunur.  Bir  qayda  olaraq,  otel-kazinolar  iri  mehmanxanalarda  yerləşir. 

Bu mehmanxanalarda  nömrələrin sayı 2000-dən 6000-dək ola bilər. Azart (qumar) oyunlarının, 

ə

yləncə  sənayesinin  bir  hissəsi  kimi  kazinoların  kökü  Las-Veqas  (ABŞ)  şəhərindən  başlayır. 



Təsadüfi deyildir ki, dünyanın ən iri mehmanxanaları siyahısında Las-Veqasda yerləşən 14 otel 

mühüm yerləri tutur. 

Yataq  və  səhər  yeməyi  (şəxsi  mehmanxana  müəssisəsi).  B&B  (Bed  and  Breakfast),  “Travel 

assist  magazine”    jurnalının  məlumatına  görə,  Avropada  yaranmasına  baxmayaraq,  bu  cür 

mehmanxana  müəssisələri  ABŞ-da  geniş  yayılıb.  Mehmanxana  sahibi  gecələməyə  yer  verir, 

səhər  yeməyi  ilə  təmin  edir,  qonağın  arzusu  ilə  ətrafdakı  maraqlı  yerləri  göstərir.  Bu  tip 

mehmanxanalar  (10-150  nömrə)  orta  və  kiçik  tutuma  malikdir,  kənd,  qəsəbə  və  ya  şəhər 

kənarında  yerləşir.  Bu  mehmanxanaların  müstəriləri  ev  şəraitini,  rahatlığı  xoşlayan 

kommersantlar,  marşrut  turistləridir.  Hazırda  B&B  müxtəlif  variantlı  və  qiymətli 

mehmanxanaları mövcuddur (30$-300$-a qədər). 

Motel  –  qısamüddətli  istirahətə  dayanan  avtoturistlərə  xidmət  göstərən  mehmanxana 

müəssisəsidir. Adətən elə mehmanxanalar magistral, yol ayrıcında, iri şəhərlərin arasında yerlşir. 

Bu  mehmanxanalar  məhdud  rahatlığa  malikdir,  nömrələrin  sayı  150-400-dək  ola  bilər.  1950-

1960-cı  illərdə  motellər  ABŞ-ın  avtomagistrallarının  mühüm  atributu  idi.  Ilk  motel  ABŞ-da 

memar  Artur  Haynsman  tərəfindən  1925-ci  ildə  San-Luis  Obispo  (Kaliforniya  Ştatı)  şəhərində 

tikilmişdir. Bu kiçik şəhər Los-Ancelesdən 200 mil aralıda yerləşir. 1952-ci ildə “Holiday Inn” 

ş

irkətinin əsasını qoyan Kemons Uilsonun motellərin tikilməsində və inkişafında rolu böyükdür. 



50-ci illərdə motellər digər mehmaxana müəssisələri ilə rəqabətdə üstünlük təşkil edirdi ki, bu da 

mehmanxana sahibkarlarının narahatlığına səbəb olurdu. Hətta bəzi mehmanxanalar rəqabətə tab 




Yüklə 452,22 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə