Microsoft Word mehmanxana cavab01az docx



Yüklə 452,22 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix14.01.2018
ölçüsü452,22 Kb.
#20498
1   2   3   4   5   6   7   8   9   ...   17

 

Suаl-19. Еllsvоrt Miltоn Stаtlеrin mеhmаnхаnа işinin təşkilində еtdiyi yеniliklə

Ellsvort  Milton  Statler  bütün  dövrlərin  və  xalqların  mehmanxana  işinin  baş  mütəxəssisi  hesab 

edilir.  Məhz  o,  ilk  dəfə  olaraq  orta  səviyyəli  səyyahlar  üçün  münasib  qiymətlərlə  komfort  və 

rahatlığın  yüksək  standartlarına  cavab  verən  otellər  təşkil  etmişdir.  Statler  15  yaşında  Qərbi 

Virciniya ştatının Uilinqa şəhərinin qabaqcıl otelində kuryer işləmiş, sonra baş dəhliz xidmətçisi 

vəzifəsinə yüksəlmişdir. Statler tezliklə anlayır ki, bilyard otağı və dəmir yolu biletlərini sifariş 

etmək üçün nəzərdə tutulmuş masa nə qədər gəlir gətirə bilər və otelin müdirini inandırır ki, bu 

iki  gəlirli  yeri  onun  tabeliyinə  versin.  Istedadlı  təşkilatçı  Statler  bilyard  üzrə  yarışlar  keçirir. 

Tezliklə o, boulinq üçün zal açır və çox keçmədən özünün xüsusi restoranını («The Pie House») 

açır.  Artıq  1894-cü  ildə  31  yaşlı  Statler  ildə  10  000  dollar  gəlir  əldə  edirdi.  Statler  Nyu-York 

ş

tatının Buffalo şəhərində özünün yeni «Ellicott Square Buildinq» ofisinin birinci mərtəbəsində 



restoran  açır.  Tezliklə  o  anlayır  ki,  Buffalo  şəhərinin  əksər  əhalisi  evində  yeməyi  üstün  tutur. 

Statler  yaradıcılıq  fantaziyası  tətbiq  etmiş  və  uzun  sürən  çətinlikdən  sonra  şəhərin  mərkəzində 

işləyən  iş  adamlarını  öz  vərdişlərini  dəyişdirməyə  müvəffəq  olmuşdur.  Belə  ki,  onun  reklam 

kampaniyalarından  biri  belə  adlanırdı:  «25  sentə  kifayət  qədər  yeyə  bilərsiniz».  Biznesinin 

müvəffəqiyyətlə  getdiyini görən Statler daha  yüksək işlər haqqında düşünürdü. Əvvəlcə Statler 

2257  nömrəli  «Inside-Inn»  otelini  açır.  Sent-Luisdə  keçirilən  ümumdünya  sərgisində  bu  otel 

ə

lamətdar tikinti kimi qəzetlərdə reklam olunmuşdu. 1908-ci ildə Buffalo şəhərində 300 nömrəli 



«Buffalo  Statler»  oteli  açılır.  Otelin  işinin  təşkilində  Statlerin  bacarığı,  dahiliyi  özünü  bütün 

varlığı ilə göstərir. Bu otel orta səviyyəli qonaqlara xidmət göstərən ilk mehmanxana idi ki, hər 

nömrənin  öz  vanna  otağı  vardı.  Statler  o  oteldə  digər  yeniliklər  də  tətbiq  etmişdi.  Bu,  Buffalo 

şə

hərində ilk otel idi ki, nömrələrində su kranları, dəsmal asılqanları, telefon və işıqlı olan geniş 



tualetlər  var  idi.  Statlerin  mehmanxana  biznesi  üçün  geniş  imkanlar  açılırdı.  1912-ci  ildə  o, 

«Cliveland Statler» otelini tikdirir. Bu mehmanxana iri biznes qrupları üçün nəzərdə tutulmuşdu. 

Hər qonağa pulsuz qəzet çatdırılması oteldə bir yenilik idi. Burada hər bir şey nəzərə alınmışdı. 

Belə  ki,  mətbəx  işinin  təşkili,  işçilərin  bir-birinə  mane  olmadan  hərəkət  etmələri,  yeməklərin 

keyfiyyətlə və vaxtında hazırlanması, mətbəxin bilavasitə yaxında olması və s. Statler otellərdə 

bir  çox  yeniliklər  tətbiq  etmişdi.  Bunlar  poçt  xidmətinin  otellərdə  tətbiqi,  otaqlarda  yataq 

yanında  işıqlandırıcı  cihazlar,  pulsuz  radio  nöqtələri,  dəsmalların  və  dəftərxana  ləvazimatının 

olması idi. 

 

Suаl-20. Kоnrаd Hiltоnun mеhmаnхаnа biznеsində əsаs strаtеgiyаsı 

Konrad  Hiltonun müvəffəqiyyətini adətən iki strategiya üzrə müəyyən edirlər: 

1) Ən yaxşı menecerləri işə dəvət edib onlara fəaliyyətində tam müstəqillik vermək; 

2)  Məharətli  danışıq  aparmaq  qabiliyyəti  Bank  işində  uğur  qazanan  Konrad      Hilton  sonradan 

mehmanxana biznesi ilə məşğul olur və böyük nailiyyətlər qazanır. Hələ 1919-cu  ildə  bank  işi  

ilə    məşğul    olduğu    vaxtlar  Texas  ştatının  Sisko  şəhərində  «Mobley»  adlı  Konrad  Hilton  adlı 

oteli  5000  dollara  alır  və  ora  xeyli  sərmayə  qoyur.  Hilton  mehmanxana  otaqlarını  neft  axtaran 

işçilərə və inşaatçılara icarəyə verir. Mehmanxana nömrələrinə böyük ehtiyac olduğundan o, bir 

otağı  eyni  zamanda  üç  və  ya  dörd  adama  yaşamağa  verərdi.  Bəzən  hətta  öz  otağını  da  icarəyə 

verər və özü dəhlizdə kresloda yatardı. Bank biznesini yaxşı bildiyindən və bu sahədə müəyyən 

ə

laqələri olduğundan Hilton çox asanlıqla kredit götürərək əldə edilmiş yeni obyektlərin haqqını 



ödəyirdi.  Məhz  bu  səbəbdən  onun  biznesi  sürətlə  inkişaf  edir  və  o,  tezliklə  yeddi  otelin  sahibi 

olur. Hiltonun strategiyasına görə, biznesi sürətlə inkişaf etdirmək üçün çoxlu borc (kredit pul) 

götürmək  lazımdır.  Bu  strategiya  1930-cu  ilə  kimi  (Böyük  depressiyanın  başlanması  ilə 



ə

laqədar)  yaxşı  işləyirdi.  Hilton  aldığı  borcları  (kreditləri)  qaytara  bilməyərək  iflasa  uğrayır. 

Buna  baxmayaraq,  Hilton  yenidən  müvəffəqiyyət  qazanmağa  can  atırdı.  Xərcləri  azaltmaq 

məqsədilə  Hilton  həyatını  sığortalayaraq  pul  götürür,  özü  isə  başqa  bir  oteldə  işə  düzəlir. 

Hiltonun  biznesi  və  onun  otelçilik  işində  müvəffəqiyyəti  və  uğursuzluqları  onu  bu  sahədə 

ə

fsanəyə çevrilib. 



«Nyu-York  Tayms»  qəzeti  Hilton  haqqında  yazırdı  ki,  o,  maliyyə  əməliyyatlarının  ustadı  və 

məharətli danışıqlar aparan işgüzar adam idi. Hilton danışıqlarda diqqət edirdi ki, aldığı əmlaka 

görə artıq pul verməsin. O, «zamanı və vaxtı» gözəl və mükəmməl hiss edirdi. 

Hilton  otelin  vestibülündə  kresloda  əyləşən,  dincələn  insanları  müşahidə  edərək  ilk  dəfə  bu 

vestibüllərdə  görüş  yeri,  bar,  qəzet  və  hədiyyələr  satılan  köşk  təşkil  edərək  əlavə  pul 

qazanmışdır. 

1994-cü  ildə  «Hilton»  şirkəti  özünün  75  illik  yaradıcılıq  biznesinin  brilyant  yubileyini  keçirib 

(Konrad Hilton 1919-cu ildə «Mobley» otelini almaqla bu biznesin əsasını qoymuşdur). 



 

Suаl–21. Mеhmаnхаnаlаrın təsnifаtı хüsusiyyətləri.  

Mehmanxanaların  kateqoriyası,  təqdim  etdiyi  müxtəlif səviyyəli xidmət növləri müəssisənin 

işinin təşkilinə, iqtisadi göstəricilərinə böyük təsir göstərir. Mehmanxanaların təsnifatı problemi 

həmişə  olduğu  kimi  bü  gün  də  turizm  və  otelçilik  sahəsində  çalışan  mütəxəssislərin  diqqət 

mərkəzindədir.  Mehmanxanaların  təsnifatının  işlənib  hazırlanması  sistemi  turizm  sahəsinin 

mürəkkəb problemlərindən biridir. Hazırda dünyada 30-a yaxın milli təsnifat sistemi mövcuddur. 

Dünyada  vahid  təsnifat  sisteminə  keçməyə  müxtəlif  amillər,  o  cümlədən  mədəni-tarixi,  milli 

ə

nənələr,  iqlim  şəraitinin  müxtəlifliyi  və  s.  mane  olur.  Buna  baxmayaraq  ümumi  təsnifat 



ə

lamətləri  mövcuddur.  Müxtəlif  milli  təsnifat  sistemlərinin  mühüm  fərqlərinə  baxmayaraq,  bu 

oxşar  əlamətlər  seçilir.  Bunlar  mehmanxananın  nömrə  fondunun  tutumu  (yerlərin  sayı), 

mehmanxana müəssisəsinin funksional təyinatı (buna məqsədli bazar deyilir), xidmət səviyyəsi, 

mülkiyyət  forması,  mehmanxananın  yerləşdiyi  yer  və  sairədir.  Təbii  ki,  hər  hansı  bir  təsnifat 

məlum həddə nisbidir. Bu nisbilik konkret olaraq özünü mehmanxananın bir neçə dərəcəyə aid 

edilə bilməsində və  ya əksinə, heç bir dərəcəyə  aid edilməməsində  göstərə bilər. Mehmanxana 

sənayesini  öyrənərkən  təkcə  məhdud  milli  təsnifat  sistemlərini  bilmək  kifayət  etmir  (Bura, 

ə

sasən,  mehmanxana  bazasının  kəmiyyət  xarakteristikası,  göstərilən  xidmətin  səviyyəsi  və 



keyfiyyəti aiddir). Mehmanxanaların müxtəlif təsnifat əlamətləri həm milli, həm də mehmanxana 

sənayesi  üzrə  beynəlxalq  statistikada  istifadə  olunur.  Ümumdünya  Turizm  Təşkilatının 

tövsiyyəsi  əsasında  turistləri  yerləşdirmə  vasitələrinin  standart  təsnifatı  qəbul  olunmuşdur.  Bu 

təsnifata əsasən yerləşdirmə vasitələri iki qrupa bölünür - kollektiv və fərdi. 



 

Suаl–22. Mehmanxanaların təsnifatlaşdırılması meyarları. 

Mehmanxanalar müxtəlif meyarlara görə təsnifləşdirilir: 

1. Komfort səviyyə; 

2. Nömrə fondunun tutumu; 

3. Mehmanxanaların funksional təyinatı; 

4. Mehmanxananın yerləşdiyi yer; 

5. Mehmanxananın işləmə müddəti; 

6. Qonaqların yeməklə təminatı; 

7. Qonaqların qalma müddəti; 

8. Qiymətlərin səviyyəsi. 



Komfort səviyyə  


Yüklə 452,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə