Microsoft Word mehmanxana cavab01az docx



Yüklə 452,22 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix14.01.2018
ölçüsü452,22 Kb.
#20498
1   2   3   4   5   6   7   8   9   ...   17

yaranması  dünya  bazarına  yüksək  səviyyəli,  beynəlxalq  standartlara  uyğun  mehmanxana 

xidmətlərininn  çıxarılmasına  şərait  yaradır.  Beynəlxalq  mehmanxana  şəbəkələrinin  böyük  bir 

qismi  ABŞ-a  məxsusdur.  Bu,  lüks  dərəcəli  mehmanxana  şəbəkələri  olan  “Hyatt”,  “Hilton”, 

“West Inn”, “Mariott”, “Şeraton”, “Ramada” və başqalarından ibarətdir. 

ABŞ 1948-ci ildə Latın Amerikası ölkələrinin iqtisadiyyatinın inkişafı məqsədilə bu ölkələrdə öz 

filiallarını  açmaq  və  otellər  tikmək  üçün  bir  neçə  mehmanxana  şirkətinə  müraciət  edir.  Yalnız 

1950-ci  illərin  axırlarında  “Pan  American  Airways”  şirkəti  buna  razılıq  verir.  Beləliklə  onun 

“Intercontinental  Hotels”  adlanan  filialları  Vensuela,  Baziliya,  Uruqvay,  Çili,  Kolumbiya, 

Meksika  və  Latın  Amerikasının  digər  ölkələrində  yaranır.  Artıq  1981-ci  ildə  dünyanın  50 

ölkəsində  bu  tipli  85  otel  yayılmışdı.  Sonralar  “Pan  American”  öz  mehmanxansına  şəbəkəsini 

“Sasian Japanese Corporation” şirkətinə, o da öz növbəsində bu mehmanxana şəbəkəsini “Grand 

Metropelitan” şirkətinə satmışdır. 

Konrad Hilton beynəlxalq mehmanxana bazarını mənimsəyən ilk liderlərdən biri idi. O, 1948-ci 

ildə  San  Xuanda  (Puerto-Riko)  “Caribe  Hilton”  otelinin  idarəçiliyini  ələ  keçirir.  Hilton  öz 

rəqiblərini  qabaqlayraq  bu  müqaviləni  bağlayır.  Bu  işdə  ona  ispan  dilini  bilməsi  də  kömək 

etmişdir.  Artiq  1974-cü  ildə  Hilton  31  dövlətdə  yerləşən  61  mehmanxanya  rəhbərlik  edirdi. 

Hazırda “Hilton International” Böyük Britaniyanın “Ladbroks Group PLC” şirkətinə məxsusdur. 

“Sheraton hotel Corporation ITT” şirkətinin dünyanın 70 ölkəsində 430 mehmanxanası var. Bu 

mehmanxanalarda  nömrələrin  sayı  131007-dir.  Öz  əməliyyatlarına  görə  Şeraton  yalnız  Fransız 

“Group  Accor”  Şirkətindən  geri  qalir.  ABŞ  mehmanxana  şəbəkələri  sistemindən  başqa, 

dünyanın mehmanxana şəbəkələrinə aşağıdakı şirkətlər daxildir: 

“Accor” (Fransa) - 91 ölkədə 470000 nömrəsi olan 3600 mehmanxana;    

“Trunsthouse Fort” (Böyük Britaniya) -75000 nömrəsi olan 800 mehmanxana; 

“Club Meditrans” (Fransa) - 61000 nömrəsi olan 243 mehmanxana; 

“Qrupp Sol” (Ispaniya) - 34000 nömrəsi olan 133 mehmanxana və b. 

  

Suаl-9. Mеhmаnхаnа şəbəkələrinin növləri 

Son illərdə mehmanxan sənayesinin inkişafı meylinə aşağıdakıları aid etmək olar: 

         - mehmanxana təklif və tələblərinin dərindən ixtisaslaşması; 

         - beynəlxalq mehmanxana şəbəkələrinin yaranması; 

         - kiçik müəssisə şəbəkələrinin inkişafı; 

         - mehmanxana sənayesində müasir kompyuter texnologiyasinin istifadəsi; 

         Beynəlxalq Mehmanxana Asossiasiyası mehmanxana şəbəkələrini 3 qrupa bölür: 

1)  Kooperativ şəbəkələr – çoxsaylı müəssisələrə sahib olan mehmanxana şirkətləri; 

2)  Müstəqil müəssisələr şəbəkəsi – bu müəssisələr  birləşərək vahid bronlaşdırma reklam 

marketinq və s. xidmətlər siyasəti yeridir; 

3)  Idarəedici xidmətlər göstərən mehmanxana şəbəkələri. 

        Müxtəlif  mehmanaxanaların  xidmətlərinin  eyniliyi,  qonaqlar  üçün  əlverişli  qiymətlərin, 

xidmətlərin  keyfiyyəti,  komfort  nömrələr  və  s.  mehmanxana  şəbəkələrinin  müvəffəqiyyətinin 

ə

sas  göstəricisidir.  Mehmanxana  şəbəkəsinə  daxil  olan  hər  bir  mehmanaxana  şəbəkə  nişanı 



altinda  fəaliyyət  göstərir.  Öz  firma  nişanlarına  ciddi  əməl  edən  mehmanxanaların  üstünlüyü 

ondan ibarətdir ki, eyni nişanlı müəssisələrin müştərilərinin bu mehmanxanalarda təqdim olunan 

xidmətlər  haqqında  kifayət  qədər  təsəvvürləri  olur.  Bu,  sistem  şəbəkəsinə  imkan  verir  ki,  yeni 

mehmanxanalar  fəaliyyətə  başlamazdan  əvvəl  onların  reklamını  həyata  keçirsin  və  əvvəlcədən 

sifariş qəbul etsin.  



Mehmanxana  şəbəkələrindən  fərqli  olaraq  dünya  turizm  bazarında  digər  xüsusi  birləşmələr, 

ittifaqlar,  assosiasiyalar  da  aktiv  fəaliyyət  göstərirlər.  Bu  assosiasiyaların  əsas  məqsədi  məhşur 

və fərqlənmiş mehmanxanaları birləşdirməkdir. 

        Avropada 

mehmanxana 

şə

bəkələrinin, 



müstəqil 

mehmanxalar 

və 

restoranlar 



assosiasiyalarının fəaliyyətinin koordinasiya olunması problemləri ilə Avropa Iqtisadi Birliyinin 

Milli  Mehmanxanalar  və  Restoranlar  Assosiasiyalarının  Konfederasiyası  məşğul  olur.  Təcrübə 

göstərir  ki,  təkcə  mehmanxana  şəbəkələrinin  inkişafı  çoxsaylı  turistlərin  istək  və  arzularının 

ödənilməsini təmin etmir, həmçinin bu kiçik müstəqil mehmanxanaların yaranmasına səbəb olur. 

         Bu  kiçik  mehmanxanalar  əsas  üstünlüyü  təkrarolunmaz  xidmətlərə,  nadirliyə  və  qeyri-

adiliyə verirlər. Məhz bunları mütəxəssislər XXI əsrin mehmanxanaları hesab edirlər. Məsələn, 

kiçik  kənd  üslubunda  tikilmiş,  əlverişli  qiymətlərlə,  iş  və  istirahət  üçün  bütün  şəraiti  olan 

restoranı  olmayan  kiçik  mehmanxanaların  nadirliyi,  qeyri-adiliyi,  xidmət  keyfiyyəti  bazar 

iqtisadiyyatı şəraitində mehmanxana sənayesində rəqabətə davam gətirə bilər.  

 

Suаl-10. MDB ölkələrində mehmanxana şəbəkələrinin yaranması 

Son  zamanlar  MDB  ölkələrində  mehmanxana  şəbəkələrinin  yaradılma  meyli  inkişaf  edir.  Belə 

ki,  1997-ci  ilin  oktyabrında  Moskvada  Rusiya  mehmanxana  şəbəkəsi  -  “Nord  Hotel” 

yaradılmışdır.  Bu  şəbəkəyə  könüllü  olaraq  paytaxt  Moskvanın  şimal-şərq  dairəsinin  12 

mehmanxanası  daxil  olmuşdur.  Onlar  müxtəlif  mülkiyyət  formasına  malik  idilər.  Bu 

mehmanxanalar  “Altay”,  “Baykal”,  “Vostok”,  “  Zarya”,  “Ostankino”,  “Zolotoy  Qolos  ”,  “ 

Turist”, “Yaroslav skarya”, “Zvezdnaya” və başqaları idi. Sabiq SSRI mıəkanında ölkədə yeganə 

mehmanxanalar şəbəkəsi “Inturist” Səhmdar Cəmiyyəti idi. O, 1970-ci ildə dünyada 23-cü yeri 

tuturdu.  “Inturist”  27 000  nömrəyə  malik  idi.  Bakıda  “Inturist”  Səhmdar  Cəmiyyətinin  3 

mehmanxanasi var idi. Bunlar “Azərbaycan”, “Inturist” və “Moskva” mehmanxanaları idi. Hal-

hazırda  Rusiyada  özəl  mehmanxana  şəbəkəsi  yaradılıb.  Bu,  “Inturist  Korona”  və  “Inturotel 

Avroasiya”  şəbəkəsidir.  Bakıda  fəaliyyət  göstərən  “Hyatt  Regency  Baku”  (160  nömrə),  “Hyatt 

Park  Baku”  (159  nömrə),  “Plaza-Baku”  (40  nömrə),  “Wellington-Baku”  (80  nömrə)  müxtəlif 

mehmanxana şəbəkələrinə daxildir. 

         

Suаl-11. Dünyа mеhmаnхаnа sənаyеsinin nömrə fоndunun rеgiоnlаr üzrə bölgüsü 

Avropada nəhəng mehmanxana imperiyaları  əvəzinə könüllü şəbəkələr  yaratmağa daha meyilli 

olan ənənəvi mehmanxanaların sayı üstünlük təşkil edir. Hazirda dünyada 14 milyon nömrəli (26 

mln. yer   olan) 350 min yüksək səviyyəli komfort mehmanxana var. Son 20 ildə mehmanxana 

nömrələrinin  sayı  3-4  %  artmışdır.  Bu,  turistləri  yerləşdirmə  vasitələrinin  dinamikasının 

artmаsına sübutdur. Dünya mehmanxna  təsərrüfatında Avropa regionu aparıcı yer tutur. Dünya 

turist  axınının  70%-i  mehmanxana  nömrə  fondunun  isə  45%-i  Avropanın  payına  düşür.  Lakin 

qeyd  etmək  lazımdır  ki  turistlərin  yarısı  mehmanxanalarda  yarısı  isə  başqa  yerləşdirmə 

müəssisələrində  qəbul  olunur.  Amerika  qitəsində  dünya  mehmanxana  fondunun  35%  -ni  təşkil 

edən 5 mln nömrə var. Amerika mehmanxana bazasının artım sürəti Avropanı qabaqlayır. 90-cı 

illərdə amerika mehmanxana şəbəkələrinin təsiri daha da güclənir. Onlar mehmanxana şəbəkələri 

siyahısında  1-ci  onluğundan  Avropanın  “Travelodge  International”  və  “Master  Hosts 

International” kimi mehmanxana şəbəkələrini sıxışdırıb çıxarmıış və hazırda bu siyahıda yalnız 

“Accor” (Fransa) və “Forte PLC” (Böyük Britaniya) mehmanxana şəbəkələri qalmışdır. Dünya 

mehmanxana nömrə fondunun 14%-nə (3 mln nömrə) malik olan Asiya regionu bu sahədə 3-cü 

yeri tutur. Artım sürəti isə 15-20% olaraq orta dünya tempini 2-3% qabaqlayir. 




Yüklə 452,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə