Microsoft Word mehmanxana cavab01az docx



Yüklə 452,22 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix14.01.2018
ölçüsü452,22 Kb.
#20498
1   ...   9   10   11   12   13   14   15   16   17

Sifarişi qəbul edən metrdotel aşağıdakı məlumatları qeyd edir: 

1.  Otağın nömrəsi; 

2.  Yemək və içkilərin adı və miqdarı;                                                                  

3.  Qonaqların sayı; 

4.  Yemək və içkilərin nömrəyə verilmə vaxtı. 

Sifarişi qəbul edən metrdotel onu ofisianta və mətbəxə çatdırır və iki nüsxədə hesab  yazır, biri 

qonaq,  o  biri  mətbəx  üçün.  Mehmanxana  nömrələrinə  restoran  xidməti  göstərmək  üçün  xüsusi 

qab  –  qacaqlar, mətbəx və restoran  ləvazimatı, müxtəlif  formalı arabalardan istifadə olunur. 

Nömrələrdə restoran xidmətinin əsas təşkilat prinsipi, fransız söz birləşməsinin ifadə etdiyi kimi, 

mise on place – hər şey öz yerində.  Qonaqlara  nömrələrdə restoran  xidməti   göstərmək   üçün   

xüsusi qaydalar mövcuddur:  

1.  Qonağın  sifarişi    nömrəyə  məcməyidə  və  ya  servis  arabasında  gətirilir.  Məcməyini 

ofisiant  sol  əlində  aparır.  Sağ  əli  boş  olmalıdır  ki,  nömrənin  qapısını  açıb  –  bağlaya 

bilsin.  Dəhlizdə    hərəkət  vaxtı    məcməyini  ofisiant  çiyni,  nömrəyə  daxil  olan  zaman 

sinəsi səviyyəsində endirməlidir; 

2.  Ofisiant nömrənin qapısını döyməli, icazə aldıqdan sonra daxil olmalıdır; 

3.  Qonaqlarla salamlaşmalıdır; 

4.  Çarpayıda  səhər  yeməyi,  yemək      istəyən  qonağa  kənar  tərəfdən  məcməyini  təqdim 

etməlidir, iki nəfərə səhər yeməyi təqdim olunursa, hər birinə ayrıca məcməyi verilir; 

5.  Məcməyidə yemək servirovka olunmuş halda təqdim olunur;  

6.  Masa arxasında səhər yeməyi  yemək  istəyən   qonaq  üçün süfrə salınır, məcməyi masa 

üstünə qoyulur və ya qonağın arzusu ilə masa üstündə servirovka edilir. 

Ofisiant  ədəb  qaydalarına  riayət  etməli,  yersiz  söhbət  etməməli,  işini  qurtaran  kimi  <

olsun>> deyib sağollaşaraq nömrəni tərk etməlidir.   

 

Suаl–41. Mehmanxana biznesində marketinq  

«Marketinq» sözü ingilis dilindən götürülüb. Onun kökü «market» sözüdür, tərcümədə «bazar» 

deməkdir  və  bu  sözdən  əmələ  gələn  marketinq  hərfi  mənada  «bazarda  iş  görmək»  mənasını 

daşıyır. Maksimal qazanc əldə etmək məqsədilə istehlak tələbatını aşkar edib və tədqiq edilməsi 

ə

sasında  hər  bir  istehlakçının  fərdi  tələbatlarının  təmin  olunmasına  yönəlmiş  ticarət-istehsalat 



sisteminə marketinq deyilir. Kommersiya fəaliyyətinin bütün üsulları və stimulları artıq istehsal 

olunmuş  malların  və  xidmətlərin  bazarda  satılmasına  yönəlirsə,  marketinqin  məqsədi  istehlak 

tələbatına  müvafiq  olaraq  malların  və  xidmətlərin  istehsalı  və  satışının  qarşılıqlı  əlaqəsi  olan 

prosesdir.  Digər  tərəfdən,  marketinqin  məqsədi  fərdi  istehlakçılar  səviyyəsində  tələbatın  aşkar 

edilməsi  və  onun  daim  artması  istiqamətində  formalaşdırılmasıdır.  Nəhayət,  marketinqin  son 

məqsədi  maksimal  qazanc  əldə  etməkdir  -  bu  da  onu  son  dərəcə  iqtisadi  kateqoriyaya  çevirir. 

Marketinq nədir? 

1. Məqsədi: satışın stimullaşdırılması ilə maksimum qazanc əldə etmək; 

2. Istehsal-satış fəaliyyətinin ümumi layihəsinin planlaşdırılması və həyata keçirilməsi. 

3. Bazarın tədqiq edilməsi: 

• Alıcılar nə istəyirlər (tələbat); 

• Onların tələbatları nə cür ödənilir (təklif və qiymətlər). 

4. Qarşılıqlı mübadilə məqsədi ilə, fərdi və ya kollektiv tələbləri ödəyən malların və xidmətlərin 

bazara çıxarılması və onların satılması. 

5. Reklam. 

6. Məhsulun yeni növlərinin yaradılması. 




7.  Bazarın  alıcılıq  şəraitində,  alıcı  öz  tələblərini  satıcıya  buyurursa,  marketinq  istifadə  oluna 

bilər. 


8.  Marketinq  üçün  azad  bazar  şəraiti  tələb  olunur  və  istehsalçı  ilə  istehlakçı  arasında 

münasibətlərdə sərbəstlik hökm sürür. 

9. Marketinq üçün əmtəə istehsalçıları arasında azad rəqabət şəraiti, sahibkarlıq təşəbbüsü tələb 

olunur. 


10. Bazar mallar və xidmətlərlə kifayət qədər bol olduğu halda marketinq faydalı hesab olunur. 

Marketinqin geniş və müvəffəqiyyətlə tətbiq edilməsi yalnız müvafiq  hüquqi təminat şəraitində 

mümkündür, yəni aşağıdakı prinsiplərin həyata keçirilməsi üçün əlverişli hüquqi mühitin təmin 

olunmasına dair qanunların və qanunverici aktların vəhdəti olduqda: 

• malların, ixtisasın, istehsalatın şəraitinin, sahibkarlığın formasının azad seçilməsi; 

• istehsalat vasitələrinə və əməyin nəticəsinə xüsusi mülkiyyət hüquqları; 

• müqavilələrin və tərəfdaşlıq öhdəliklərinin şərtlərinə riayət olunması; 

•  malların  və    xidmətlərin  satılması  prosesində  istehlakçının  üstünlüyü  (“müştəri  hər  zaman 

haqlıdır” prinsipi). 

Strategiya - mehmanxana müəssisəsinin fəaliyyətinin daha əhəmiyyətli və həlledici istiqamətidir 

ki,  bunun  da  icra  edilməsinə  xeyli  vaxt  və  xərc  tələb  olunur.  Qiymətlər  və  qiymət  siyasəti  - 

marketinq strategiyasının həyata keçirilməsi üçün mühüm üsullardır. Məhz əldə edilən ticarətin 

nəticələri  əhəmiyyətli  dərəcədə  qiymətlərdən  asılı  olur  və  effektli  aparılan  qiymətlər  siyasəti 

mehmanxananın  bütün  ticarət-istehsalat  sisteminə  uzunmüddətli,  bəzən  isə  həlledici  təsir 

göstərir.  Marketinq  strategiyasına  müvafiq  olaraq  mehmanxana  xidmətlərini  inhisarlı  yüksək 

qiymətlərlə  -  bazarın  məhdud  seqmenti  çərçivəsində,  müvafiq  sahə  üçün  orta  qiymətlərlə  - 

tələbatın  stimullaşdırılması  məqsədilə  satmaq  olar  və  nəhayət,  təkliflərin  rəqabət  qabiliyyətini 

təmin  etmək  və  bazarda  davam  gətirmək  zərurəti  yarandıqda  qiymətlərin  kəskin  endirilməsini 

keçirmək olar. 

 

Suаl–42. Mehmanxana xidmətləri bazarında marketinq konsepsiyası 

Mehmanxana  ticarət  (kommersiya)  istehsalı  olaraq  bazarda  öz  əmtəə  məhsulunu  xidmətlər 

şə

klində təklif edir. 



Xidmət - mübadilə sazişləri vasitəsilə müştəri tərəfindən əldə edilən məhsuldur ki, bu, satınalma 

mülkiyyəti deyil, əşya şəklini almır və yalnız məhsulu və onun istifadəsini müəyyən vaxt ərzində 

və  məkanda  əldə  etmək  olar.  Xidmət  bir  sıra  xüsusiyyətlərə  malikdir.  Xidmətin  bir  əmtəə 

məhsulu, turist mehmanxanasının istehsalat nəticəsi kimi əsas səciyyəvi xüsusiyyəti ondadır ki, 

istehsalat proseslərinin, xidmətlərin satılması və istehlakı zaman və məkanda baş verir. 

Xidmətin  yerinə  yetirilməsi  istehsalçının  ərazisi  olan  mehmanxanada  istehlakçının  fəal  iştirakı 

və  icraçı  ilə  qarşılıqlı  təsiri,  habelə  onların  bilavasitə  təmasları  mühitində  baş  verir.  Buna  görə 

mehmanxana  məhsulunun  keyfiyyəti  əsas  etibarilə  mehmanxananın  heyəti  tərəfindən 

müəyyənləşir, xüsusən də bilavasitə turistlərlə təmasda olan heyət ilə (front-offise). 

Xidməti ölçmək mümkün deyil. Onu yalnız xidmət göstərildikdən sonra  qiymətləndirmək olar. 

Mehmanxana  xidmətini  ehtiyat  üçün  istehsal  etmək,  saxlamaq,  konservləşdirmək  olmaz. 

Mehmanxana  xidməti  müştərinin  istəyini  dərhal  təmin  edir.  Xidmət  göstərilmədiyi  halda 

mehmanxananın  gözlənilən  mənfəəti  itirilir  və  ödənilə  bilmir.  Hətta  vaxtında  göstərilməyən 

xidmət mehmanxana üçün gələcək itkiyə çevrilə bilər. 

Mehmanxana  məhsullarına  olan  tələbat  dəyişkəndir,  ilin  mövsümündən  asılı  olur,  mövsüm 

dəyişikliklərinə  məruz  qalır.  Mehmanxana  məhsulunun  istehsalı  yüksək  daimi  maddi  xərclərlə 

yanaşı,  bir  qədər  az  dəyişkən  xərclər  də  tələb  edir.  Daimi  xərclər  xidmət  olunan  müştərilərin 



Yüklə 452,22 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə