Microsoft Word MemmedzadeN2916. doc



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix06.05.2018
ölçüsü0,77 Mb.
#42704
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

26 

 

üçün əsas təşkil eləyən rəqabət qabiliyyətliliyi mənbələrini, yəni: təşkilati mədəniyyət, 



keyfiyyətin  idarəedilməsi  sistemi,  innovasiya  fəallığı,  istehlakçının  loyallığı  və  s.  bu 

kimi mənbələri nəzərə almırlar. Bundan başqa, xidmət sahəsi üçün vacib olan: xidmət 

sferası  müəssisəsinin  xarici  mühitdə  dəyişmələrə  uyğunlaşması  (adaptivliyi)  amili 

qiymətləndirilmir. 

В

ununla  əlaqədar  olaraq,  xidmət  sferası  müəssisələrinin  fəaliyyət  göstərməsinin 



spesifikliyini  nəzərə  alan  və  istifadə  olunmanın  sadəliyi  tələblərinə  cavab  verən  və 

yüksək  maddi  məsrəflərin  olmadıği    с  rəqabət  qabiliyyətliliyi  metodikasının  işlənib 

hazırlanması  məqsədəuyğun  hesab  edilir.    Xidmət  sferası  müəssisəsinin  spesifikasının 

sahənin seqmentindən asılı olaraq  güclü surətdə fərqlənməsini nəzərə almaqla,  rəqabət 

qabiliyyətliliyinin  bir  çox  indikatorları  və  göstəriciləri  bir-birindən  fərqli  olacaqlar. 

Məsələn,  turizm  müəssisələri  üçün  uyğunlaşdırılmış  metodika  xidmət  sferasının  bütün 

digər  müəssisələrində  də  tətbiq  oluna  bilər  və  bu  zaman  fəaliyyət  spefikasına  uyğun 

olaraq bir sıra indikatorların və göstəricilərin dəyişilməsi kifayət edir. 

Xidmət  sferası  müəssisəsinin  rəqabət  qabiliyyətliliyininin  qiymətləndirilməsi 

prosesini bir neçə mərhələyə ayırmaq olar. 

Xidmət  sferası  müəssisəsinin  rəqabət  qabiliyyətliliyininin  səviyyəsinin 

qiymətləndirilməsi  barədə  qərar  qəbul  ediləndən  sonra,  rəqabət  mühitinin  və  bazarın 

cəlbediciliyinin    ümumi  vəziyyətinin  qiymətləndirilməsini  həyata  keçirmək  lazımdır. 

Məsələn,  bu  təhlilin  turizm  sənayesi  sahəsində  həyata  keçirilməsi  üçün  turizm 

təyinatının  (destinasiyası)  rəqabət  qabiliyyətliliyinin  monitoru  metodunun  tətbiqi 

nəticəsində əldə olunmuş məlumatlardan istifadə etmək məqsədəuyğun olardı.  

Qiymətləndirmənin  sonrakı  mərhələsi  xidmət  fəaliyyətinin  və  onun  rəqabət 

qabiliyyətliliyi göstəricilərinin təhlili olmalıdır. 

lk  növbədə,  müəssisənin  bazardakı  cari  vəziyyətini  qiymətləndirmək  lazımdır. 

Bu  məqsədlə  turizm  sənayesində  elə  göstəricilər  tətbiq  oluna  bilərlər  ki,  onların  da 

ə

sasında turizm firmalarını öz aralarında müqayisə etmək: 



 aktivlərin rentabelliyinin və dövriliyi göstəricisi; 

 turist axının həcmi (bu göstəricini ölkəyə daxil olan və ölkədən çıxan axınlara bölmək 



məqsədəuyğun olardı); 

 bazarın payı; 




27 

 



 təqdim olunan xidmətlərin çeşidi, turizm firmalarının təkliflərinin strukturunun 

təhlili. Bu parametrlərin xarakteristikası müəssisənin menecmentinə, öz xidmət dəstini 

rəqiblərlə  müqayisə  etməyə,  həmçinin  göstərilən  xidmətlərin  sayının  genişləndirilməsi 

zəruriliyini müəyyən etməyə imkan verir; 

 turlara  olan  qiymət  səviyyəsi  və  xidmətlərin  m  aya  dəyəri.  Qiymətləri  rəqiblərin 



qiymət səviyyələri ilə müqayisə etmək lazımdır. Bu parametrin öyrənilməsi müəssisəyə 

göstərilən xidmətlərə optimal qiymətləri formalaşdırmağa imkan verir ki, bu da xidmət 

sferası müəssisəsinin əhəmiyyətli rəqabət üstünlüyü sayılır.   

 xidmət olunan turistlərin səvciyyəsi; 



 reklam-informasiya 

fəaliyyətinin 

effektivliyi. 

Bu 

göstərici 



müştərinin 

anketləşdirilməsi  metodu  əsasında  qiymətləndirilir.  Bunun  strukturuna  həmçinin,  NPS 



(

Net Promoter Score

 - 


xalis dəstək vermə indeksi,

 istehlakçıların mala və yaxud şirkətə 

həvəsli, meylli olmasını müəyyən edən indeks (tövsiyə etməyə hazırlıq indeksi), təkrar 

alışlara  hazır  olmağa  hazırlığın  qiymətləndirilməsi  zamanı  istifadə  ollunur)

  və  CSI 

(Customer  Satisfaction  Index 

-  müştərilərin  məmnunluğunun  qiymətləndirilməsi 

indeksi,  daha  çox  B2B  sahəsində  tətbiq  olunur)  metodlarının  tətbiqi  bazasında  turizm 

firmasının imicinin və işgüzar nüfuzu göstəricilərinin daxil edilməsi mümkündür. 

 

Qiymətləndirmənin məqsədlərindən asılı olaraq əlavə göstəricilər də tətbiq oluna 



bilərlər. Daha sonra, xidmət sferası müəssisəsinin dayanıqlı rəqabət qabiliyyətinin  əsas 

imkanlarının  qiymətləndirilməsini  yerinə  yetirmək  lazımdır.  Göstəricilərin  tərkibini  və 

onların qiymətləndirilməsi metodikasını nəzərdən keçirək. 

1.  nformasiya  texnologiyaları.  Xidmət  sahəsinin  bütövlükdə  və  həmçinin  turizm 

sahəsinin  müasir  vəziyyəti  burada  informasiya  texnologiyalarından  istifadə  olunmanın 

genişləndirilməsini  daha  aktual  edir.  Bu  göstəricinin,  turizm  müəssisəsinin  rəqabət 

qabiliyyətliliyinin  qiymətləndirilməsi  üçün    aşağıdakı  göstəriciləri  təklif  etmək  olar: 

müəssisədə  lokal  (informasiya)  şəbəkəsinin  mövcud  olması,  elektron  kommersiya 

resurslarının  tətbiq  olunması,  on-layn  bronlama,  müəssisənin  saytının  olması  və  onun 

daima yeniləşdirilməsi. 

2.  əssisənin  innovasiya  aktivliyi  göstəriciləri. Bu  göstəricilər  qrupuna  aşağıdakıları 

aid eləmək olar [14]:  

 daxili  tədqiqatlar  və  eksperimental  işləmələr –  müəssisənin  daxilində  sistematik 




28 

 

olaraq həyata keçirilən yaradıcı fəaliyyət, əsaslı tədqiqatlar da daxil edilməklə;  



 patentlərdən və patentləşdirilməmiş ixtiralardan, ticarət nişanlarından, nou-haulardan 

və s. alınmış istifadə hüquqlarının  miqdarı;  

 turların  yeni  növlərinin  layihələşdirilməsi,  planlaşdırılması,  turizmin  yeni  növlərinə 



istiqamətlənmə,  turların  yeni  yeridiliş  kanallarının  tapılması  və  onlardan  istifadə 

olunması;  

 innovasiyaların işlənilməsi və onların tətbiqi ilə bağlı olan işçi heyətinin öyrədilməsi 



və inkişafı proqramının mövcudluğu; 

 yeni idarəetmə metodlarının tətbiqi və planlaşdırılması; 



 innovasiyaların inkişafına gətirib çıxaran işçi heyətinin müvafiq iş şəraitinin olması. 

3.  əssisənin  imici  və  onun  işgüzarlıq  nüfuzu.  Xidmət  sferasının  imici  istehlakçının 

bütövlükdıə  müəssisənin fəaliyyəti və həmçinin onun xidmətləri haqqında mövcud olan 

təsəvvürlər kompleksi ilə müəyyən olunur. Əsas məqam ondan ibarətdir ki, müəssisənin 

imici idarə oluna bilər, onu inkişaf etdirmək və cəmiyyətə satmaq olar [11]. Buna görə 

də  xidmət  sferası  müəssisəsinin  imicinin  qiymətləndirilməsi  zamanı  onun  tanınan 

olmasını  və  onun  müştərilərinin  rəylərini  qiymətləndirmək  lazımdır.  Müsbət  imicin 

formalaşması  xidmət  sferası  müəssisəsinin  rəqabət  qabiliyyətliliyinə  çox  böyük  təsir 

göstərir.  Xidmət  sferasında  bütövlükdə  müəssisənin  və  həmçinin  turizm  nüəssisəsinin 

imicinin  əsas göstəricisi,  istehlakçının  loyallığı  və  оnun  bu  müəssisəni  digər  potensial 

müştərilərə  tövsiyə  etmə  arzusudur  (düşünülərək  və  düşünmədən).  stehlakçının 

loyallığının  qiymətləndirilməsi  üçün  xalis  dəstək  verilmə  indeksindən  və  yaxud  NPS 

istifadə edilməsi təklif oluna bilər. Bu metodun üstünlüyü ondan ibarətdir ki, o, rəqabət 

qabiliyyətliliyinin    əsas  mənbələrini  qiymətləndirməyə  və  onun  şirkətdə  idarəetmə 

səviyyələrinə görə bölüşdürülməsini müəyyən etməyə imkan verir.    

4. Xidmətin keyfiyyəti göstəriciləri. Bu göstəricilər müəssisədə keyfiyyətin idarəedilməsi 

sisteminin  təsiri  altında  formalaşır  ki,  bu  da  xidmət  sferasında  müəssisənin  rəqabət 

üstünlüyünün vacib mənbələrindən biri sayılır.   

Turizm 


sənayesinin 

xidmətlərinin 

qiymətləndirilməsinin 

kompleks 

qiymətləndirmə metodlarından istifadə etməklə aparılması daha məqsədəuyğundur. 

Bunun  üçün    Len  Berri,    Valarie  Zeyrhalm  və    'Parsu'  Parazurman  tərəfindən  1977-ci 

ildə  nəşr  olunmuş  və  1985-ci  ildə  işlənilmiş  və  xidmət  sferası  üçün  uyğunlaşdırılmış  



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə