Microsoft Word MemmedzadeN2916. doc



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix06.05.2018
ölçüsü0,77 Mb.
#42704
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

23 

 

bu strategiya müəssisənin mövqelərini göstərilən rəqabət qüvvələrinin mənfi təsirindən 



qoruyur,  rəqabət  qaydalarını  müəssisə  üçün  əlverişli  istiqamətdə  dəyişir  və  əlavə 

rəqabət üstünlüklərini əldə etməyə imkanlar verir. 

Müasir  dövrümüzdə   əldə  olunan  uğurlar  bizə  deməyə  əsas  verir  ki, 

Azərbaycanda  turizmin  inkişafı  yeni  mərhələyə  qədəm  qoyub.  Turizm  sektoru 

iqtisadiyyatın  ən  dayanaqlı,  effektiv  və  rəqabətə  davamlı  sahəsinə  çevrilib.  Son  illər 

ə

ldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar 



açıb.   Riskə  gedərək  təşəbbüs  göstərən  şəxslər  öz  sərmayəsini  sərf  edərək  turist 

müssisəsi  açır,  alıcıların  imkanını  nəzərə  alaraq  turist  məhsulu  yaradır.  Onu  münasib 

qiymətlərlə  satır  gəlir  götürür  və  götürdüyü  gəlirin  bir  hissəsini  yenidən  öz  biznesnin 

genişləndirilməsinə sərf edir.  



 

 

§ 1.2. Malların (xidmətlərin) rəqabət qabiliyyətliliyinin qiymətləndirilməsi 

metodikaları 

 

Xidmət  sferası  müəssisələrinin rəqabət qabiliyyətliliyinin qiymətləndirilməsi,  bu 

cür müəssisələrin fəaliyyət spesifikası ilə, həmçinin, onların  fəaliyyətində qeyri-maddi 

aspektlərin  əhəmiyyətli  dərəcədə  olması  ilə  çətinləşir.  Bundan  başqa,  xidmət  sferası 

müəssisələrinin  əksəriyyəti  əsasən  xırda  və  orta  biznesə  aiddirlər,  rəqabət 

qabiliyyətliliyinin  qiymətləndirilməsi  üzrə  irimiqyaslı  tədbirlərin  həyata  keçirilməsi 

üçün iri maliyyə və insan resurslarına malik deyillər. Deməli, rəqabət qabiliyyətliliyinin 

qiymətləndirilməsinin elə metodikasının yaradılması zəruriyyəti meydana gəlmişdir ki, 

o,  bir  tərəfdən,  xidmət  sferası  müəssisələrinin  fəaliyyətinin  spesifikasını  nəzərə 

alacaqdır, ikinci tərəfdən isə, dərk olunma üçün sadə olacaq, mürəkkəb riyazi və bahalı 

tədqiqat aparatının tətbiqini tələb etməyəcəkdir. 

Tədqiqatlar  göstərir  ki,  hazırda  Azərbaycanda  rəqabət  qabiliyyətliliyinin 

qiymətləndirilməsinin ümumi qəbul olunmuş metodikası mövcud deyildir. Вütövlükdə, 

mövcud olan yanaşmaları iki iri qruplara bölmək olardı: 

 müəssisənin  rəqabət  qabiliyyətliliyini  onun  fəaliyyətinin  maliyyə  göstəriciləri 



ə

sasında qiymətlədirən yanaşmalar; 

 ekspert 



qiymətlərinin 

köməyi 


ilə 

müəssisənin 

rəqabət 

üstünlüklərinin 




24 

 

qiymətləndirilməsinə əsaslanan yanaşmalar. 



Birinci  yanaşmaya  əsaslanan  müəlliflərin  bir  çox  hissəsi  təşkiların  rəqabət 

qabiliyyətliliyini  müəssisənin  maliyyə-təsərrüfat  fəaliyyətinin  effektivliyinin  təhlili 

ə

sasında qiymətləndirməyi təklif edirlər.  



Bu  halda  müəssisənin  rəqabət  qabiliyyətliliyini  qiymətləndirməyə  imkan  verən 

ə

sas göstəricilərə aşağıdakılar aid edilir [17]: 



 iqtisadi  effektivliyin  və  potensialın  göstəriciləri    (rentabelliyin  səviyyəsi,  mənfəətin 

səviyyəsi, satış həcmləri, bazarda tutduğu payı və s.); 

 maliyyə  vəziyyətinin  göstəriciləri    (likvidlik  əmsalı,  rentabellik  əmsalı,  dayanıqlıq 



ə

msalı, ödəniş qabiliyyətliliyi, kredit qabiliyyətliliyi, investisiya kriteriyaları); 

 əmək resurslarının vəziyyəti göstəriciləri (ixtisas səviyyəsi, kadr axını); 



 istehsalat və satış potensialı göstəriciləri (resurslara çıxışin olması; istehsalat və satış 

gücləri; kapital qoyuluşlarının ölçüsü və istiqamətləri [10]. 

Lakin,  müəllifin  nöqteyi-nəzərincə,  müəssisənin  maliyyə  dayanıqlığı  onun 

rəqabət  qabiliyyəliliyi  üçün  lazımlı  şərt  olsa  da,  kifayətedici  şərt  də  deyildir. 

Rentabellik, likvidlik, ROI və s. göstəricilərinə görə müəssisələri müqayisə edərkən, biz 

onların  fəaliyyətinin  effektivliyini  qiymətləndiririk,  bu  da,  şübhəsiz  ki,  onun  rəqabət 

qabiliyyətliliyini  əks  etdirir,  lakin  o  biri  tərəfdən  isə,  məhz  hansı  amillərin  hesabına 

onun  əldə  olunması  haqqında  heç  bir  informasiya  vermir.  Budan  başqa,  maliyyə 

göstəriciləri xarici mühitin cari  şəraitlərində müəssisənin cari vəziyyətini əks etdirirlər, 

rəqabət qabiliyyətliliyi  isə dinamik anlayışdır. Buna görə də, təkcə maliyyə göstəriciləri 

xidmət  sferası  müəssisələrinin  qiymətləndirilməsi  və  proqnozu  üçün  lazımi  qədər 

kifayətedici göstərici deyildir. 

Yanaşmaların  ikinci  qrupu  çoxlu  sayda  müxtəlif  növ  metodikalardan  ibarətdir. 

Onlardan əsaslarını təhlil edək.  

 Müəssisənin  fəaliyyətinin  SWOT-təhlili.  Müəssisənin,  bir  tərəfdən,  güclü  və  zəif 



tərəflərinin,  digər  tərəfdən  isə,  imkanların  və  təhlükələrin  qiymətləndirilməsinə 

ə

saslanır.  Təhlilin  əsasında  müəssisənin  elə  bir  strategiyası  formalaşdırılır  ki,  bu  da, 



xarici  mühit  amillərinin  təsirini  nəzərə  almaqla  müəssisənin  imkanlarından  istifadə 

olunmasına imkan verir.   

 Mak-Kinsi  «7S»  modeli,  bunun  köməkliyi  ilə  şirkətin  daxili  amillərinin,  onların 




25 

 

rəqabət qüvvələrinə əks təsir göstərmə baxımından qiymətləndirilməsi həyata keçirilir. 



Modeldə aşağıdakı amillər göstərilmişdir: strategiya (Strategy), vərdiş, bacarıq (Skills), 

birgə  dəyərlər  (Shared  Values),  struktur  (Structure),  işçi  heyəti  (Staff),  sistem 

(Systems), stil, üslub (Style). 

Bu  iki  metodlar  müəssisənin  daxili  və  xarici  mühitinin  kompleks 

qiymətləndirilməsini  yerinə  yetirməyə  imkan  verir.    Lakin,  onlar,  iri  məlumatlar 

həcminin  təhlili  zamanı  tətbiq  olunma  zamanı  mürəkkəbdirlər,  onlar  amilləri  təsir 

dərəcəsinə görə sıralamırlar, rəqabət qabiliyyətliliyininin inteqral göstəricisini vermirlər. 

 Müəssisənin  biznes  sahəsində  mövqeləşməsi  matrisası.  BCG  matrisası  ilə  oxşar 



olaraq, hər bir müəssisə matrisanın xanalarından biruində yerləşdirilir ki, burada X xətti 

üzrə  ekstrapolyasiya  olunmuş  rəqabət  mövqesini  (güclü,  zəif),  Y  xətti  üzrə  isə  - 

müəssisənin ölçüsünü (iri, böyük olmayan) əks etdirir. 

 Mak-Kinsi matrisası, əvvəlki  matrisa ilə oxşar qurulan, lakin xırda miqyas bölgüsünə 



malik olan. 

 Rəqabətdə  olan  firmaların  rəqabət  mövqeyinin  qiymətləndirilməsi  üçün  strateji 



qruplar  xəritəsi.  Əvvəlki  metodlar  kimi,  bu  metod,  mövcud  olan  rəqibləri  «rəqabət 

aktivliyinin eyni üslub» mövqeyi üzrə bölüşdürür.  

Bu  metodlar  sahənin  qısamüddətli  perspektivə  istiqamətlənmiş  müəssisələrinin 

müqayisə olunmasına imkan verirlər və amillərin az bir sayını nəzərə alırlar. 

Müəssisənin fəaliyyətinin ballarla qiymətləndirilməsinə əsaslanan qiymətləndirici 

və hesablama metodları, müəssisənin, sahənin müəssisələri arasında reytinqini müəyyən 

etməyə  imkan  verir.  Ekspert  qiymətləndirilməsinə  əsaslanırlar  və  rəqibləri  müqayisə 

etməyə  imkan  verirlər,  lakin  riyazi  metodların  tətbiqini  tələb  edirlər,  tətbiq  üçün 

çətindirlər və bahalıdırlar. 

Qeyd  eləmək  lazımdıır  ki,  bu  metodların  əksəriyyəti,  bütün  sahələrdə  fəaliyyət 

göstərən bütün müəssisə qrupları üçün işlənib hazırlanmışlar. Bu metodların bir çoxları 

müəssisənin  hər  hansı  bir  fəaliyyət  sahəsini  qiymətləndirirlər,  müəssisənin  rəqabət 

qabiliyyətliliyini malın (xidmətin) rəqabət qabiliyyətliliyinə və yaxud onun fəaliyyətinin 

rəqabət  qabiliyyətliliyinə  bərabər  edirlər.  Bunlarda  əsas  diqqət  şirkətin  maddi  rəqabət 

üstünlüklərinə  verilir,  o  biri  tərəfdən  isə  rəqabət  üstünlüyü,  xüsusilə  də  xidmət 

sahəsində,  daha  çox  qeyri-maddi  (informasiya)  xarakteri  daşıyır.  Onlar  xidmət  sahəsi 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə