Microsoft Word MemmedzadeN2916. doc



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix06.05.2018
ölçüsü0,77 Mb.
#42704
1   2   3   4   5   6   7   8   9   ...   28

14 

 

Bangladeş 



4.77 

71 


5.38 

69 


Argentina  

5.40 


63 

5.35 


70 

Ekvador  

5.09 

68 


5.34 

71 


Ukrayna  

4.35 


77 

5.27 


72 

Azərbaycan  

4.66 

73 

5.26 

73 

Pakistan  

4.76 

72 


5.11 

74 


Ə

lcəzair  

4.48 

75 


4.81 

75 


Nigeriya  

4.47 


76 

4.66 


76 

Keniya  


4.23 

78 


4.63 

77 


Kuba  

4.19 


79 

4.59 


78 

Liviya  


4.04 

80 


4.58 

79 


Angola  

3.65 


82 

4.11 


80 

ran  


3.74 

81 


3.95 

81 


Venesuela  

4.58 


74 

3.93 


82 

 

Sahənin (sahələr kompleksinin) rəqabət qabiliyyəti 

yüksək keyfiyyətli məhsulları 

yaratmağa və istehsal etməyə imkan verən müəyyən rəqabət üstünlüklərinin olması ilə 

müəyyən edilir. 

Sahənin rəqabət qabiliyyəti aşağıdakıların olmasını nəzərdə tutur: 

-

  səmərəli sahəvi quruluş; 



-

  sahənin  digər  müəssisələrini  öz  səviyyəsinə  dartıb  çıxara  bilən  yüksək 

rəqabət qabiliyyətli firma (müəssisə) - liderlər qrupu; 

-

  sazlanmış  təcrübi-konstruktor,  mütərəqqi  istehsalat-texnoloji  bazanın, 



inkişaf etmiş sahəvi infrastrukturun olması; 

-

  sahə daxilində, həm də ölkə daxilində və onun xaricindəki digər sahələrlə 



çevik elmi-texniki, istehsalat, maddi-texniki, kommersiya əməkdaşlığı sistemi. 

əssisənin  (firmanın)  rəqabət  qabiliyyəti  – 

rəqabətli  bazar  şəraitində  səmərəli 

təsərrüfat  fəaliyyətinin  və  mənfəətli  satışın  təmin  olunması  deməkdir.  Rəqabət 

qabiliyyəti göstəricisi hər bir müəssisə üçün onun bütün bölmə və xidmətlərinin işlərini 

özündə  əks  etdirən  güzgüdür.  Xarici  bazara  raqabət  qabiliyyətli  malla  çıxmaq    - 

müəssisənin  bazarı  ələ  alması  və  orada  möhkəmlənmsi  sahəsində  ilkin  məqamdır. 

Bundan  sonra  malların  rəqabət  qabiliyyətlərinin  idarə  olunması  üzrə  böyük,  vacib  iş 

başlayır. 

Rəqabət  qabiliyyətinin  idarə  olunması  –  məlumatın  daima  təkmilləşdirilməsi, 

mütəmadi olaraq onun yeni satış kanallarının, yeni alıcı qruplarının axtarılması, servis 

xidmətinin, reklamın yaxşılaşdırılması üzrə tədbirlər məcmuusudur. 

Malın rəqabət qabiliyyəti –

 alıcının konkret tələbatını ödəyən malın rtyfiyyət və 




15 

 

dəyər (qiymət) xarakteristikalarının məcmuusudur. Lazımi istehlak dəyərinə malik olan 



mal nəinki nəzərdə tutulmuş miqdarda və vaxtda istehlakçıya çatdırılmalı, həm də onun 

dünya təcrübəsində mövcud olan servis xidmətinə zəmanət olmalıdır. 

Rəqabət  qabiliyyəti  rəqabətlə  çox  sıx  bağlıdır.  Rəqabət  qabiliyyəti  ancaq  orda 

yaranır  və  özünü  biruzə  verir  ki,  orada  rəqabət  olsun.  Bazar  və  rəqabət  -    müasir 

iqtisadiyyatın əsas və eyni zamanda ən güclü və təsirli inkişaf mexanizmidir.  

Malin  rəqabət  qabiliyyətini  açıqlayan  əsas  xarakteristikalar  aşağıdakılardan 

ibarətdir: 

-

 



malın  keyfiyyəti  və  istehlak  dəyərliliyi,  yəni  onun  ödədiyi  tələbatın  dərəcəsi  və 

diapazonu; 

-

 

malın dəyəri; 



-

 

malın istehlak olunma qiyməti; 



-

 

texniki xidmətin keyfiyyəti və s. 



  Rəqabət  qabiliyyətliliyin  əməli  (operativ)  olaraq  idarə  edilməsi  bazarın 

vəziyyətini, tələbin cari dəyişməsini, bazarın meylini, ehtiyacını, tələbini öyrənmək və 

onu cəld həll etməkdən ibarətdir.  

Son  zamanlar  inkişaf  etmiş  ölkələrdə  qiymət  rəqabətinə  yenidən  maraq  yaranır. 

Bu isə ilk növbədə resurslara qənaət edən texnikanın tətbiqi və istehsal xərclərinə qənaət 

edilməsi ilə bağlıdır. 

Qeyri-qiymət  qənaəti  yüksək  keyfiyyətə  malik,  ən  yaxşı  etibarlılıq  və  xidmət 

müddəti,  yüksək  məhsuldarlığı,  həmçinin  geniş  assortimenti  ilə  şərtlənən  məhsulun 

təklif  edilməsini  nəzərdə  tutur.  Qeyri-qiymət  rəqabətində  istehsal  olunan  məhsulda 

ekoloji şərtlər, enerji tutumu, iqtisadi və estetik göstəricilər, onun təhlükəsizliyi mühüm 

ə

həmiyyət kəsb edir. Daha keyfiyyətli məhsul istehsalı bazarda hakim  mövqeyə  malik 



olmaq üçün mühüm əhəmiyyət kəsb edir. 

Bazarda  rəqabət  münasibətlərinin  ən  mühüm  vasitələrindən  biri  əmtəənin 

markalarıdır. Əmtəə və onu istehsal edən və ya satan ticarət firmasının markası və onun 

nüfuzu məhsulun reallaşdırılması zamanı ən mühüm şərtlərdən biri hesab edilir. 

Rəqabət  mühitinin  ən  əhəmiyyətli  cəhəti  istehsal  xərclərinin  aşağı  salınması, 

məhsulun  assortimentinin  dəyişən  tələbata  uyğun  surətdə  yeniləşdirilməsi,  onun 

keyfiyyətinin  yaxşılaşdırılması,  məhsulun  və  onu  istehsal  edən  firmanın  rəqabət 



16 

 

qabiliyyətinin  yüksəldilməsi,  qanunvericilik  yolu  ilə  dövlət  tərəfindən  hüquqi 



müdafiənin təmin edilməsi və inhisarçı fəaliyyətin məhdudlaşdırılmasıdır. 

Ə

mtəə  istehsalçıları  arasında  kəskin  mübarizə  şəraitində  rəqabət  qaydaları  və 



normalarının  pozulması  kimi  nisbətən  geniş  yayılmış  üsul  və  metodlardan  istifadə 

olunur. Bu da iqtisadi ədəbiyyatda və praktikada haqsız və ya qeyri-xoş məramlı rəqabət 

fəaliyyəti  adlandırılır.  Praktikada  haqsız  rəqabəti  xarakterizə  edən  ən  başlıca  cəhətlər 

aşağıdakılardan ibarətdir: 

•  dempinq  qaydalarının  tətbiqi,  yəni  məhsulun  satışı  zamanı  qiymətlərin 

bilərəkdən maya dəyərindən aşağı müəyyənləşdirilməsi.  

•  rəqabət  aparan  digər  firmaların  fəaliyyəti  üzərində  aparıcı  firmanın  nəzarət 

imkanları. 

•  bazarda tutduğu hakim mövqedən sui-istifadə; 

•  diskriminasiyalı  (qeyri-bərabər)  qiymətlərin  və  ya  kommersiya  şərtlərinin 

müəyyənləşdirilməsi; 

•  rəqabət 

səviyyəli  məhsul  istehsal  edən  müəssisələrin  fəaliyyətinin 

məhdudlaşdırılması; 

•  məhdudlaşdırıcı şərtlərin və məhsul satışı üzərində agent rrazılaşdırılmalarının 

tətbiq edilməsi (kimə qarşı və nə vaxt); 

•  ticarətin  həyata  keçirilməsi  zamanı  aparıcı  firmalar  tərəfindən  gizli 

danışıqların həyata keçirilməsi; 

•  yalan informasiya və ya reklam; 

•  məhsulların göndərilməsi və daşınması ilə bağlı standartların pozulması.  

ABŞ-dan  olan  iqtisadşı-alim    M.Porter  [13]  rəqabət  sahəsində  müəyyən 

tədqiqatlar  aparmışdır.  Porterə  görə,  müəssisənin  rəqabətqabiliyyətliliyi  bir-biri  ilə 

qarşılıqlı təsirdə və asılılıqda olan 4 əsas  amillə müəyyən olunur: 

•  istesal amilləri şəraiti ilə; 

•  tələb şəraiti ilə; 

•  xidmət və ona yaxın olan sahələrin vəziyyəti; 

•  konkret situasiyaya uyğun firmanın strategiyası ilə. 

 

 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə