Microsoft Word MemmedzadeN2916. doc



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix06.05.2018
ölçüsü0,77 Mb.
#42704
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

20 

 

cı illərdə  hazırlanan dövlət səviyyəli məsləhətləşmələrin əsasını təşkil edirdi. 



  

Bir  sira  iqtisadçılar  M.  Porterin  nəzəri  baxışlarının    inkişaf  etdirilməyə  ehtiyac 

olduğunu    göstəriridilər  və  qeyd  edirdilər  ki,  bu  nəzəri  konsepsiya  ölkənin  rəqabət 

qabiliyyətinin inkişaf etdirilməsi istiqamətində təkmilləşdirilməlidir. 

Yuxarıda  qeyd  olunduğu  kimi,  tanınmış  Amerika  iqtisadçısı  Maykl  Porter 

sahədəki  rəqabətin  təbiətinin  5  rəqabət  qüvvəsinin  təsiri  altında  formalaşdığını 

göstərmişdir: 

•  sahə daxilində mövcud rəqiblər arasında mübarizə; 

•  sahədə yeni rəqiblərin yaranması təhlükəsi; 

•  əvəzedici məhsullar; 

•  təchizatçıların istehsalçının məsrəflərinə təsir gücü; 

•  alıcıların istehsalçının qiymətlərinə təsir etmək imkanları. 

Mövcud  rəqiblər  arasında  mübarizə  -  sahədə  rəqabətin  təbiətinə  5  rəqabət 

qüvvəsindən ən çox təsir göstərən qüvvədir. Bu sahələrdə rəqabət müəssisələrin rəqabət 

vasitələrindən  necə  istifadə  etmələrində  təzahür  olunur.  Rəqabət  vasitələri  dedikdə, 

məhsulun alıcı üçün istehlak dəyərini yüksəldən və istehlak məsrəflərini azaldan bütün 

vasitələr  nəzərdə  tutulur.  Rəqabət  mübarizəsinin  təzahürlərinin  2  əsas  cəhətini  qeyd 

etmək  olar:  a)  bir  rəqibin  rəqabət  strategiyası  və  taktikası  digər  rəqiblərə  birbaşa  təsir 

göstərir; b) rəqib müəssisələrin rəqabət vasitələrindən istifadə formaları sahədə rəqabət 

qaydalarını müəyyən edir. 

Sahədə  rəqabətin  intensivliyinin  nəticələri  rəqiblərin  fəaliyyətinin  maliyyə 

nəticələrində özünü göstərir: 

•  sahədə  rəqblərin  strateji  cəhdləri  ümumi  mənfəəti  azaldırsa,  rəqabət  çox  sərt 

hesab olunur; 

•  sahədə  mənfəət  orta  səviyyədə  və  yaxud  ondan  bir  qədər  yüksək  olduğu  halda 

rəqabətin intensivliyi normal hesab olunur; 

•  sahədə  mənfəət  orta  səviyyədən  çox  yüksək  olduğu  halda  rəqabətin  intensivliyi 

zəif hesab olunur. 

 



21 

 

 



Şə

k. 1.3. M.Porterə görə millətin inkişafının dörd mərhələsi 



M.Enraytın konsepsiyası

 

 



Təchizatçıların  müəssisələrin  məsrəflərinə  təsir  imkanları  onların  məhsulunun 

alıcı  üçün  əhəmiyyətliliyi  və  sahədə  yaranmış  şəraitlə  müəyyən  olunur.  Təchizatçılar 

təsir gücü aşağıdakılarla şərtlənir: 

•  təchizatçının məhsuluna əvəzedici məhsulların olmaması; 

•  təchizatçıların güclü rəqiblərinin mövcudluğu; 

•  alıcının tələbatının təchizatçının satış həcmində  xüsusi çəkisi; 

•  alıcının təchizatçını dəyişdirmə xərclərinin böyüklüyü. 

Təchizatçılar  öz  qiymətlərini  yüksəltməklə  alıcı  –  müəssisələrin  məsrəflərini 

artırmış olur və sahənin mənfəətliliyini aşağı sala bilirlər. Təchizatçıların məhsullarının 

keyfiyyəti bilavasitə alıcı – müəssisələrin məhsullarının keyfiyyətində öz əksini tapır və 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Təbii resurslara  əsaslanan 

iqtisadiyyat 

Biliklərə əsaslanan iqtisadiyyat 

Gəlirin səviyyəsi 

aşağı olan 

ölkələr 


Gəlirin səviyyəsi 

orta olan ölkələr 

 



 

stehsal amilləri 

ə

sasında rəqabət 





 

nvestisiyalar 

ə

sasında rəqabət 





 

nnovasiyalar 

ə

sasında 



rəqabət  

Tənəzzül 

Rəqabət qabiliyyətliliyinin artımı 

Gəlirin 


səviyyəsi 

yüksəolan 

ölkələr 


ресурсах

 



 

Rifahlar 

ə

sasında 



rəqabət 


22 

 

müəssisənin bazarda mövqe qazanmasına ciddi təsir göstərir. 



Alıcıların rəqabət qüvvələri aşağıdakı amillərlə şərtlənir: 

•  alıcının  tələbatı  müəssisənin  satış  həcmində  kifayət  qədər  böyük  xüsusi  çəkiyə 

malik olduqda; 

•  alıcılar az saylı olduqda; 

•  alıcıların seçmə imkanları olduqda; 

•  tələbatın  ödənilməsində  başqa  məhsullardan  istifadəyə  keçid  xərcləri  kiçik 

olduqda; 

•  alıcıların seçmə qabiliyyətləri və meyarları yüksək olduqda. 

Alıcılar  o  zaman  güclü  rəqabət  qüvvəsinə  çevrilirlər  ki,  onlar  müəssisənin 

məhsullarının qiymətləri, keyfiyyəti, satış şərtləri və satışdan sonrakı xidmət səviyyəsi 

üzrə qərarlarına təsir göstərə bilirlər. 

Ə

vəzedici məhsulların sahənin mənfəətliliyinə təsiri aşağıdakılarla izah olunur: 



•  Əvəzedici  məhsulların  qiymətləri  əsas  məhsulların  qiymətlərini  məhdudlaşdırır. 

Belə  ki,  əsas  məhsullardan  alınan  effekt  onlarn  qiymətlərinin  yüksəlməsi  ilə 

azalır.  Həmin  məhsulların  müəyyən  qiymət  səviyyəsində  alıcıların  əldə  etdiyi 

effekt əvəzedici məhsulun verdiyi effekt ilə bərabərləşməyə başlayır və bu zaman 

alıcı  öz  tələbatını  əvəzedici  məhsullarla  ödəməyə  başlayır  və  beləliklə,  əsas 

məhsula tələbat azalmağa başlayır; 

•  Əvəzedici  məhsulların  mövcudluğu  alıcılara  əsas  məhsulların  keyfiyyəti  və 

istehlak  dəyərini  müqayisə  etməyə  imkan  verir.  Ona  görə  də,  əsas  məhsulların 

istehsalçıları  öz  məhsullarının  üstünlüklərini  alıcılara  çatdırmaq  üçün  daim 

onlarla ünsiyyətdə olmalıdırlar; 

•  Əsas  məhsulun  əvəzedici  məhsul  ilə  dəyişilməsinin  alıcıların  məsrəflərinə  təsiri 

də  mühüm  rol  oynayır.  Bu  məsrəflər  əsas  məhsulun  qiymət  yüksəlməsindən 

alınan itkilərdən çox olduğu hallarda əvəzedici məhsulların sahəyə təsiri zəif olur 

və əksinə. 

Qeyd  olunan  rəqabət  qüvvələri  bir-birilə  qarşılıqlı  təsirdə  olaraq  sahənin 

mənfəətlilik dərəcəsini müəyyənləşdirirlər. Bu rəqabət qüvvələrinin qarşılıqlı əlaqələrini 

və  onların  ayrı-ayrılıqda  xüsusiyyətlərinin  öyrənilməsi  strateji  qərarların  qəbulunda 

böyük əhəmiyyət kəsb edir. Müəssisənin rəqabət strategiyası o zaman səmərəli olur ki, 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə