11
Rəqabət qabiliyyətinin nə Azərbaycanda, nə də dünyada vahid, universal, ümumi
qəbul olunmuş tərifi yoxdur. Adətən rəqabət qabiliyyəti altında ölkənin sahənin,
təsərrüfat vahidinin qarşıya qoyulan iqtisadi məqsədlərinin (rəqabət bazarında
mövqelərin möhkəmləndirilməsi və ya onların qazanilması) əldə olunmasında rəqibləri
qabaqlamaq başa düşülür. Başqa sözlə, rəqabət qabiliyyəti – iqtisadi, sosial, siyasi
amillərlə şərtləndirilən ölkənin, onun iqtisadiyyatının, mal istehsalçılarının daxili və
xarici bazarda vəziyyəti deməkdir.
Xidmət sahəsi müəssisəsinin rəqabət qabiliyyətlilyinin təmin olunması
mürəkkəb, dinamik və kompleks prosesdir və rasional idarəetmə qərarlarının qəbul
olunmasını tələb edir. Вu cür qərarların əsasında müəssisənin rəqabət qabiliyyətlilyinin
real vəziyyəti durur ki, bu da fəaliyyətin əsas problemlərini araşdırıb müəyyən etməyə
və onların həlli yollarını nəzərdə tutmağa imkan verir. Milli iqtisadiyyatın
idarəedilməsinin müxtəlif iyerxiyalarında rəqabət qabiliyyətliliyinin həyata keçirilməsi
sxematik tərkibi şək.1.2.də göstərildiyi kimidir.
Şə
kil 1.2.-dən göründüyü kimi, rəqabət qabiliyyətliliyinin idarəedilməsinin
iyerarxik quruluşu milli iqtisadiyyartın, ölkənin bütövlükdə rəqabət qabiliyyətliliyinin
idarəedilməsindən başlayaraq, xalq təsərrüfatının müxtəlif sahələrinin, daha sonra
ölkənin müxtəlif regionlarının, daha sonra isə müəssisələrin, təşkilatların, və nəhayət,
sonda isə malın, xidmətin rəqabət qabiliyyətliliyinin idarəedilməsi zəncirindən ibarətdir.
Bu zəncirin əsas komponentləri bir-biri ilə sıx birbaşa və əks əlaqədədirlər.
Milli iqtisadiyyatın (ölkənin) rəqabət qabiliyyəti
altında həm daxili, həm də xarici
bazarlarda əcnəbi mallar və xidmətlərə rəqabət göstərən mallar və xidmətlərdə özünü
biruzə verən iqtisadi, elmi-texniki, istehsalat, təşkilati-idarəetmə, marketinq və digər
imkanların təmərküzləşdirilmiş anlayışı başa düşülür.
12
Birbaşa və əks əlaqə
Sxem. 1.1. Milli iqtisadiyyatın idarəedilməsinin müxtəlif iyerxiyalarında rəqabət
qabiliyyətliliyinin həyata keçirilməsi
Milli iqtisadiyyatın rəqabət qabiliyyəti dedikdə, ölkənin ictimai və dövlət
quruluşu sisteminin rəqabət qabiliyyəti, milli iqtisadiyyatın dinamik inkişafı, dövlətin
dünya standartlarından geri qalmayan cəmiyyət üzvlərinin maddi rifah səviyyəsini
təmin etmək qabiliyyəti nəzərdə tutulur.
Biznes-mühitin reytinqi [28]
Business Environment Rankings BER rankings
Qiymətləndirmə
2009-13
Qlobal
reytinq 2009-
13
Qiymətləndirmə
2014-18
Qlobal
reytinq 2014-
18
Sinqapur
8.56
1
8.65
1
sveçrə
8.41
2
8.52
2
Hong Kong
8.34
3
8.39
3
Kanada
8.15
7
8.30
4
Avstraliya
8.18
5
8.29
5
sveç
8.20
4
8.26
6
ABŞ
8.02
8
8.25
7
Yeni Zellandiya
7.99
11
8.18
8
Finlandiya
8.16
6
8.18
9
Danimarka
8.01
9
8.16
10
Norveç
7.89
13
8.01
11
Almaniya
7.99
10
7.98
12
Çili
7.81
14
7.89
13
Tayvan
7.68
16
7.85
14
Milli iqtisadiyyatın (ölkənin) bütövlükdə rəqabət qabiliyyətliliyi
Sahələrin rəqabət qabiliyyətliliyi
Müəssisələrin (təşkilatların) rəqabət qabiliyyətliliyi
Malın, xidmətin rəqabət qabiliyyətliliyi
Ölkənin regionlarının rəqabət qabiliyyətliliyi