Microsoft Word MemmedzadeN2916. doc



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix06.05.2018
ölçüsü0,77 Mb.
#42704
1   2   3   4   5   6   7   8   9   ...   28

 

Rəqabət    –    bazarda  çıxış  eləyən  müəssisələr  arasında  qarşılıqlı  fəaliyyət, 



qarşılıqlı əlaqə və mübarizənin iqtisadı prosesi kimi öz məhsulunun satışı üçün əlverişli 

imkanların yaradılması, istehlakçıların tələbatının təmin olunmsası və daha çox gəlirin 

ə

ldə olunması məqsədinı daşıyır. 



Müasir  rəqabət,  dünya  bazarının  ayrılmaz  tərkibi  kimi,  həmin  bazarda  gedən 

proseslərin  təzahür  forması  kimi  indiki  şəraitdə  görünməmiş  miqyasla,  dinamika  və 

kəskinliklə  xarakterizə  olunur.  Rəqabətin  geniş  miqyaslılığı  müxtəlif  sahələrdə 

beynəlxalq  əmək  bölgüsünün,  beynəlxalq  ixtisaslaşma  və  kooperasiyanın  təsiri  altında 

beynəlxalq mübadiləyə cəlb olunan xarici ticarət əməliyyatları üzrə iştirakçıların sayının 

daimi  olaraq  artması  ilə  bağlıdır.  Təsərrüfat  həyatının  sənayeləşdirilməsi  rəqabətin 

kütləvi bazasını  genişləndirir.  ri  inhisarçılarla birgə bazar  mübarizəsinə  orta, xırda  və 

hətta çox xırda firmalar qoşulurlar.  

Təsərrüfatçılığın 

bazar 


sisteminin 

təşəkkül 

tapması 

zəruri 


bazar 

tənzimləyicilərinin  formalaşması  üzrə  məsələlərin  həllini  tələb  edir.  Bunlardan  ən 

vacibinə rəqabət aiddir. 

Rəqabət  işgüzar  fəaliyyətin  fəalliğının,  elmi-texniki  tərəqqinin  nailiyyətlərindən 

istifadə olunmanın, malların və xidmətlərin keyfiyyətinin artırılmasının, istehlakçıların 

daim dəyişən tələblərinin ödənilməsinin ən səmərəli və təsirli vasitələrindən biridir. 

Rəqabətdə olan  firmaların  fəaliyyətlərinin  tədqiq olunması üç mərhələli  sistemli 

tədqiqatdan ibarətdir: 

-

  fəaliyyətdə olan və potensial rəqiblərin müəyyən olunması; 



-

  rəqiblərin fəaliyyətlərinin, məqsəd və strategiya göstəricilərinin təhlili; 

-

  rəqiblərin fəaliyyətlərinin güclü və zəif tərəflərinin müəyyən olunması. 



Rəqabətdə  olan  firmaların

  müəyyən  olunması  ikili  yanaşma  əsasında  həyata 

keçirilir:  birinci  yanaşma  bazarda  fəaliyyət  göstərən  əsas  rəqib  firmalar  tərəfindən 

ödənilən  tələbatların  qiymətləndirilməsi  ilə  əlaqədardır;  ikinci  yanaşma  isə  rəqiblər 

tərəfindən 

tətbiq 


olunan 

bazar 


strategiyası 

tiplərinə 

ə

sasən 


rəqiblərin 

təsnifləşdirilməsindən ibarətdir. 

Rəqiblərin aşağıdakı əsas qruplarını qeyd eləmək olar: 

-

  eyni bazarda oxşar malları təqdim edən firmalar; 



-

  oxşar malların digər bazarlarına xidmət edən firmalar; 




 

-



  hazırki  malları  bazardan  vurub  çıxartmağa  qadir  olan  əvəzedici  malları 

(substitute products) istehsal edən firmalar. 



Rəqiblərin  fəaliyyətlərinin  məqsəd  və  strategiyası  göstəricilərinin  təhlili 

rəqib 


firmanın  iqtisadi  potensialını  xarakterizə  edən  göstəricilərə  əsaslanır;  du  göstəricilərə: 

aktivlər, satışlar, xalis və ümümi mənfəət, əsas və dövriyyə kapitalı, kapital qoyuluşları, 

xüsusi və borc kapitalı, istehsalat gücləri, elmi-tədqiqat bazası və s. 

Rəqiblərin  fəaliyyətlərinin  güclü  və  zəif  tərəflərinin  müəyyən  olunması 

mərhələsində  rəqiblərin  bütün  istehsal,  satış  aktivlərinin  və  strategiyalarının  təhlilinin 

nəticələri verilir və bunlara əks-təsir üsulları barədə nəticələr formalaşdırılır. Firmaların 

fəaliyyətlərində  güclü  və  zəif  tərəfləri:  idarəetmə,  texniki  yenilik,  istehsalat,  maliyyə, 

satış, istehlakçılar kimi əsas bölmələr üzrə qiymətləndirilir. 

Müvəffəqiyyətlə  işləmək  üçün  firma  öz  rəqibləri  barədə  konkret  anlayışa  malik 

olmalı,  rəqabət  mübarizəsinin  müəyyən  qanunauyğunluqlarını,  həmçinin,  rəqabət 

mübarizəsində davranış qaydalarını bilməlidir. 

Baxmayaraq  ki,  hər  bir  bazar  özünəməxsus  xüsusiyyətlərinə  malikdir,  müxtəlif 

bazarlarda  rəqabətin  həyata  keçirilməsində  bənzər  cəhətlər  vardır.  Bu  da  onu  deməyə 

ə

sas  verir  ki,  rəqabətin  mahiyyəti  rəqabətin  təbiətini,  qiymətləndirilməsini  və 



intensivliyini  müəyyən  etməyə  imkan  verən  vahiq  analitik  konsepsiya  ilə  ifadə  oluna 

bılər. 


Məşhur  ingilis  alımı,  rəqabət  sahəsində  nüfuzlu  alim  M.Porterin  tədqiqatlarına 

ə

sasən  müəyyən  bazarda  rəqabətin  vəziyyətinin  beş  rəqabət  qüvvələri  ilə  xarakterizə 



etmək olar (şək.1.1.).  

Rəqabətin  beş  qüvvəsi  sahənin  mənfəətliliyini  müəyyən  edir,  çünki  onlar 

qiymətlərə, məsrəflərə, kapital qoyuluşlarının ölçülərinə təsir edirlər. 

Yeni  rəqiblərin  yaranma  təhlükəsi  sahənin  mənfəətliliyinin  ümumi  potensialını 

aşağı salır, çünki onlar sahəyə yeni istehsalat gücləri gətirirlər və satış bazarından pay 

almağa cəhd göstərirlər və bununla da mövqe üzrə mənfəəti aşağı salır. 

Sahədə gedən şiddətli  rəqabət  mənfəətlilik  səviyyəsini aşağı salır,  çünki  rəqabət 

qabiliyyətini  saxlamağa  görə  əlavə  xərclər  çəkilməli  (reklama,  satışın  təşkilinə,  elmi-

tədqiqat  və  təcrübə-konstruktor  işlərinə)  və  ya  qiymətlərin  aşağı  düşməsi  hesabına 

mənfəət istehlakçıya “axıb gedir”. 




 

 



Şə

k.1.1. Sahədə rəqabəti müəyyən eləyən beş qüvvə. 

Ə

vəzedici  malların  mövcudluğu  qiyməti  məhdudlaşdırır:  yüksək  qiymətlər 



istehlakçıları  əvəzedici  ucuz  mala  müraciət  etməyə  sövq  edə  bilər  və  bu  da  sahədə 

istehsal həcmlərinin aşağı düşməsinə gətirib çıxara bilər. 

Rəqabətin hər bir beş qüvvəsinin əhəmiyyəti sahənin strukturu ilə, yəni onun əsas 

iqtisadi  və  texniki  xarakteristikaları  ilə  müəyyən  edilir.  Öz  strategiyaları  ilə  firmalar  

bütün beş qüvvələri bu və ya digər tərəflərə dəyişə bilərlər. 

Sahədəki  mövqe  – 

firmanın  bütövlükdə  rəqabətə  yanaşması  strategiyasından 

asılıdır. Sahədəki mövqeyi rəqabət üstünlüyü (competitive advantage) müəyyən edir. 

Rəqabət üstünlüyü iki əsas növə bölünür: 

1)

  daha aşağı məsrəflər; 



2)

  malların fərqləndirilməsi. 

Rəqabət üstünlüyü firma tərəfindən ayrı-ayrı fəaliyyət növlərini necə təşkil etməsi 

və həyata keçirməsi hesabına əldə olunur. 

Rəqabət  üstünlüklərini  nəqədər  çox  vaxnda  saxlamaq  qabiliyyəti  üç  amildən 

asılıdır. 

  

Birinci amil 

onunla müəyyən edilir ki, üstünlüyün mənbəyi nədən ibarətdir. 

Aşağı dərəcəli üstünlükləri (ucuz işçi qüvvəsi və ya xammal) rəqiblər də asanlıqla 

Yeni rəqiblərin yaranma təhlükəsi 

Malgöndərən-

lərin 

sövdələşmə 

imkanları 

Mövcud rəqiblə

arasında rəqabə

Satıcıların 

sövdələşmə 

imkanları 

 

Ə



vəzedici mallar və 

xidmətlərin 

yaranma təhlükəsi 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə