Microsoft Word MemmedzadeN2916. doc



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix06.05.2018
ölçüsü0,77 Mb.
#42704
1   2   3   4   5   6   7   8   9   ...   28

 

ə



ldə edə bilərlər. 

Daha yüksək dərəcəli üstünlükləri (patentləşdirilən texnologiya, unikal mallar və 

ya xidmətlər ilə fərqlənmə, güclü marketinq fəaliyyətinə əsaslanan firmanın nüfuzu və 

ya müştərilərlə sıx əlaqələrin mövcudluğu) daha uzun müddət ərzində saxlamaq olur. 

Rəqabət  üstünlüklərinin  saxlanılmasını  müəyyən  edən  ikinci  amil  müəyyən 

firmanın aşkar rəqabətli istehsal mənbələrinin sayından asılıdır. 

Rəqabət  üstünlüyünün  saxlanılmasının  üçüncü  amili  –  istehsalın  və  digər 

fəaliyyət növlərinin daima yeniləşdirilməsindən ibarətdir. Əgər üstünlüyü əldə saxlamaq 

istəyirsənsə, bir yerdə dayanmaq olmaz. Firma yeni üstünlükləri rəqiblərin mövcud olan 

ş

eyləri  təqlid  etdikləri  sürətlə  yaratmalıdır.  Əsas  vəzifə  -  firmanın  göstəricilərini 



yorulmadan  yaxşılaşdırmaq  və  bununla  da  mövcud  üstünlükləri  gücləndirməkdən 

ibarətdir  (məsələn,  istehsalat  güclərindən  səmərəli  istifadə  etmək  və  ya  müştərilərə 

çevik xidməti təşkil etmək). 

Hər  hansı  bir  ölkənin  rəqabət  üstünlüyünün  formalaşmasında  rolunu  təhlil  edən 

zaman  o  sahələr  daha  çox  maraq  təşkil  edirlər  ki,  orada  rəqabət  beynəlxalq  xarakter 

daşıyır.  Müxtəlif  sahələrdə  beynəlxalq  rəqabətin  formaları  köklü  surətdə  fərglənirlər. 

Rəqabət  formasının  spektrinin bir  ucunda çoxsaylı-milli  forması  kimi  adlandırıla bilən 

forma  dayanır.  Hər  bir  ölkədə  və  kiçik  ölkələr  qrupunda  rəqabət  bir-birindən  asılı 

olmayaraq baş verir.  

Spektrin əks tərəfində - qlobal sahələdayanır ki, firmanın bir ölkədəki rəqabət 

mövqeyi  onun  digər  ölkələrdəki  mövqelərinə  əhəmiyyətli  təsir  edir.  Qlobal  rəqabət 

özünü  sərnişin  təyyarələri,  televizorlar,  yarımkeçirici  cihazlar,  surətçıxarma  aparatları, 

avtomobil  və  saatlar  istehsalı  sahələrində  daha  çox  biruzə  verir.  Qlobal  sahələrdə 

rəqabət üstünlüyünü qazanmaq qabiliyyəti ölkənin firmasına həm ticarət sahəsində, həm 

də xarici sərmayələrdə böyük mənfəət vəd edir. Qlobal strategiya altında o başa düşülür 

ki,  firma  öz  məhsullarını  bir  çox  ölkədə  satır  və  bu  zaman  eyni  cür  yanaşma 

prinsiplərini tətbiq edir. 

Rəqabət  qabiliyyəti  –

inkişafda  olub  daimi  dinamik  dəyişiklərə  məruz  qalan 

çoxcəhətli  mürəkkəb  iqtisadi  anlayışlardan  biridir.  Rəqabət  qabiliyyətliliyinə  mövcud 

olan müxtəlif yanaşmaların təsnifatı cədvəl 1.2.-də göstərildiyi kimidir. 

Cədvəl 1.2   



10 

 

Rəqabət qabiliyyətliliyinə müxtəlif yanaşmaların təsnifatı 



Yanaşmanın adı 

Ə

sas 



nümayəndələri 

Yanaşmanın mahiyyəti 

Çatışmazlıqları 

Davranış 

yanaşması 

A.Smit,  

D.Rikardо, 

C.St.Mill,  

А

.Mаrşal,  



К

.Маrks,  

P.Heyne, 

М

.Porter və b. 



lk əvvəl iqtisadi ədəbiyyatda 

təşəkkül tapmışdır. О, rəqabəti 

alıcıların tələbatlarının ödənil-

məsi yolu ilə onların pulu 

uğrunda mübarizə kimi ifadə 

edir. Rəqabətin əsasını  mal 

istehsalçıları arasında malların 

daha əlverişli istehsal və satış 

şə

raiti uğrunda mübarizə, maksi-



mal mənfəət əldə olunması təşkil 

edir. Rəqabətin əsası – sonrakı 

təkrar istehsal üçün lazım olan 

nadir rifahlara meyarların 

çıxışını daha yaxşı təmin etməyə 

can atmadan ibarətdir.    

Bu yanaşmanın əsas çatış-

mazlığı rəqabətin qiymət 

növünə daha çox diqqətin 

olmasından ibarətdir. Bundan 

başqa, o, rəqabət fəaliyyəti-

nin dinamikasının öyrənilmə-

sini təkzib edir, vaxt amilini 

nəzərə almır, rəqiblərin 

fəallığının motivləşdirilmə-

sini səthi nəzərdən keçirir. 

Bu zaman rəqabət və 

inhisarçılıq – bunlar iki bir-

birinə əks olan bazar 

vəziyyətləridirlər və onlar 

arasında bazarın aralıq 

vəziyyəti mövcud deyildir. 

Struktur 

yanaşması 

F.Ecuort,  

А

.Кurno, 



E.Çemberlin, 

Ç.Robinson  

və b. 

Bu, bazarların əsas tiplərinin: 



xalis inhisarçılıq, oliqopoliya, 

inhisarçı rəqabət və mükəmməl 

rəqabət kimi müasir qərb 

nəzəriyyəsinin inkişafı üçün 

ə

sasdır. Struktur yanaşması 



zamanı əsas vurğu şirkətlərin 

bir-biri ilə mübarizəsindən, 

satıcının (bazar formasıının) 

müstəqillik dərəcəsinin müəyyən 

olunması və bazardan çıxmanın 

üsulunun müəyyən olunması 

üçün bazarın strukturunun 

təhlilinə, bazardakı qiymətlərin 

ümumi səviyyəsinə təsir etmənin 

prinsipial imkanlarının (və 

yaxud imkansızlığının)  

müəyyənləşdirilməsinə keçir. 

Ə

gər bu cür təsir mümkün 



deyisə, bu zaman söhbət 

mükəmməl rəqabətdən, əks 

halda isə  – mükəmməl rəqabətin 

müxtəlif növlərindən birindən 

gedir. 

Bu nəzəriyyəyə əsasən, 



rəqabətin təbiəti öyrənilən 

zaman ona fikir verilmir ki, 

ş

irkət, bazarın bu və ya digər 



strukturu zamanı daha 

yüksək rəqabət qabiliyyətli-

liyinə nail olmaq üçün necə 

hərəkət etməlidir. Bu halda 

müəssisənin bazarda manevr 

etməsi ilkin hal kimi qəbul 

olunur, bundan da bazarda 

rəqabət mübarizəsinin 

intensivlik dərəcəsi haqqında 

nəticə çıxarmaq olar.  

Funksional 

yanaşma 


Y.Şumpeter, 

F.Hayek,  

S.Hant 

Rəqabətin iqtisadiyyatda rolunu, 



köhnənin yeni ilə mübarizəsi 

kimi, gizlini mövcudluq kimi 

açıqlayır. Rəqabət mexanizmi 

köhnə texnologiyalardan istifadə 

edən müəssisələri bazardan 

sıxışdırıb aradan çıxarır. Rəqabət 

qabiliyyətliliyi fəal innovasiya 

prosesi vasitəsilə yeniləşir.  

Rəqabətin təbiətini birtərəfli 

nəzərdən keçirir, onu innova-

siyanın köhnəlmiş texnolo-

giyalar ilə mübarizəsi kimi 

təsəvvür etdirir. Bu da, 

rəqabətin bazarda 

mahiyyətini tam mənada 

açmağa imkan verir. 

 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə