Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə47/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   43   44   45   46   47   48   49   50   ...   141
2017-1715

3.3.Tərəvəz lobyası 
Tərəvəz lobyası duz məhlulu əlavə olunmaqla bütöv paxla, ya-
xud hissəciklər şəklində konservləşdirilir. Paxlalar ətli, zərif per-
qament qatsız və qılsız olmalıdır. Paxlalar sütül, zərif, tam lətlə 
dolmuş 5-dən 14 sm arasında ölçüyə malik olmalıdır. 9 sm uzun-
luqlu xırda paxlalar əla sort, daha irilər-1-ci sort konservlər hazır-
lamaq üçün verilir. Paxlalar yetişib ötərsə onların ölçüləri artır, to-
xum əmələ gəlir və inkişaf edir. Eyni zamanda qınlarda sellüloza 
toplanaraq xammalı konservləşdirmək üçün yararsız edir. 
Tərəvəz lobyası texniki yetişkənlik dövründə 10-14% quru 
maddələrə, o cümlədən 3-4% şəkərlərə, 2,5-3,0% nişastaya, 0,8-
1,5% - sellülozaya, 3-4% azotlu maddələrə həmçinin karotin və C 
vitaminininə malik olur. 
Yığılmış xammal gecikdirilmədən dərhal zavoda gətirilərək 
emal olunmalıdır. Çünki o, çox tez soluxur. Lobya xammal mey-
dançasında 12 saatdan çox saxlanmamalıdır. 
Paxlalar iriliyinə və keyfiyyətinə görə sortlaşdırılır, eyni za-
manda iti ucluqları kəsir də sonra maşında paxlaların lazım olma-
yan hissələri (ucluqları) kənar edilərək yuyucu maşınlarda yuyu-
lur. 
Uzunluğu 5-9 sm olan xırda paxlalar bütöv, daha iriləri isə 
diskli maşınlarda 2-3 sm uzunluqda hissəciklərə bölünərək kon-
servləşdirilir. 
Paxlalar transportyor üzərində müayınə olunaraq kənar qarışıq-
lardan və qüsurlu hissəciklərdən (xırda, deformasiyaya uğramış, 


126 
xəstə və s. )kənar edilir. 
Su ilə pörtmə 4 dəqiqə müddətində 94-96
0
C temperaturda, isti 
buğla isə 2-3 dəq 96-98
0
C temperaturda yerinə yetirilir. Su ilə so-
yutma iki pilləli novdanda, göy noxuda oxşar şəkildə 20
0
C-dən 
aşağı temperatura qədər aparılır. 
Lobyadan suda həll olan maddələrin itkisini azaltmaq üçün 
pörtmə su ilə deyil, isti buğla aparılmalı və sonra həll bişməməsi 
üçün dərhal yuyucu maşında su ilə soyudulmalıdır. 
Qalan əməliyyatlar - ikinci müayinə, doldurma, qapağın bağ-
lanması, sterilizə və soyutma göy noxudda olduğu kimi yerinə ye-
tirilir. Fərq ondan ibarətdir olur ki, lobya 3%-li şəffaf xörək duzu 
məhluluna salınır. Konservin netto kütləsinin azı 60%-ni paxlalar 
təşkil etməlidir. Doldurulduqdan sonra bankalar 120
0
C tempera-
turda 25-40 dəqiqə müddətində sterilizə olunur. 
“Tərəvəz lobyası”nın kimyəvi tərkibində orta hesabla 7% quru 
maddələr, o cümlədən 3% karbohidratlar və 1%-ə yaxın zülallar 
olur. Konservləşmədə qalıq və itkilər 10-15% təşkil edir. 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə