Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1


Pomidor püresinin bişirilməsi



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə56/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   52   53   54   55   56   57   58   59   ...   141
2017-1715

3.9.4. Pomidor püresinin bişirilməsi
Pomidor püresi pomidor kütləsinin açıq tipli bişirmə qazanla-
rında, daha doğrusu atmosfer təzyiqi altında quru maddələrin kütlə 
payı 12, 15 və 20%-ə çatana qədər bişirilməsindən alınır. Bişirmə 


143 
qazanı paslanmayan poladdan hazırlanır, yaxud daxildən turşuya 
və istiliyə davamlı emalla örtülmüş olur. Ilanvari borular misdən 
hazırlanır. Onlarla nəmli buğ daxil olur ki, onun quruluq dərəcəsi 
x=0,85-0,95 olmaqla, 0,20-0,25 Mpa təzyiqdə, buğun 120-125
0

temperaturundadır. Aparata verilməzdən əvvəl pomidor kütləsini 
90
0
C-yə qədər qızdırır və sonra aparatın hündürlüyünün 40-50% 
səviyyəsində doldurulur. Nəmlik buxarlandıqca kütlənin fasiləsiz 
doldurulması aparılır. 
Bişirmə prosesində ilanvari boruların üzərində naqar əmələ gəl-
məsinə yol vermək olmaz. Çünki bu, pastanın rənginin tutqunlaş-
masına və yanıq tamının əmələ gəlməsinə səbəb olur. Bişirilən küt-
lədə quru maddələrin qatılığı tələb olunan səviyyəyə yaxınlaşdıqda 
doldurma və buğ verilməsi dayandırılır və qatılığın son 2-3% yük-
səlməsi toplanan istiliyin hesabına baş verir. Aparat boşalmazdan 
əvvəl ilanvari boruya soyuq su vurulur ki, bu da naqarın qarşısını 
almaq üçündür. Pomidor püresinin bişirilmə müddəti quru maddə-
lərin son qatılığından asılı olmaqla 25-50 dəqiqə təşkil edir. 
Qaynatma qazanına xidmət edən kommunikasiyalar aşağıdakı-
lardan ibarətdir:
Kütləni çənə vurmaq üçün doldurucu, pomidor 
pastasını doldurulmaya daxil edən boşaldıcı; buğu ilanvari boruya 
vuran; ilanvari boruya su verilən su borusu; kondensatı və soyu-
ducu suyu ilanvari borudan götürən boru; su borusu; çənin yuyul-
ması üçün ona su vuran; çirkab suları üçün boru. 
Çən boşaldıcı və çirkab suları boruları ilə üç yollu ventildən 
keçməklə ümumi qəlyanın köməkliyi ilə əlaqələndirilmişdir. 
Aparatın daxilində nəmliyin qovulması zamanı pomidor kütlə-
sinin daimi dövr etdirilməsi, başqa sözlə davamlı konveksiyası baş 
verir. 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə