Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə53/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   49   50   51   52   53   54   55   56   ...   141
2017-1715

 
 


136 
3.9. Qatılaşdırılmış pomidor yarımfabrikatları
istehsalı. Pomidor sousları 
3.9.1. Ümumi anlayış 
Qatılaşdırılmış pomidor yarımfabrikatları konserv sənayesində 
buraxılan əsas məhsul növlərindədir. Onlar özlərini qabıq və to-
xumdan təmizlənmiş və bişirilmiş pomidor kütləsi kimi göstərir. 
Məhsulun qatılığından asılı olaraq 12, 15 yaxud 20-25% quru 
maddələrə (refraktometrdə) malik pomidor püresi; 30, 35, 40% 
qatılıqda pomidor pastası fərqləndirilir. Daha yüksək qatılıqda 
olan pomidor məhsulları (quru maddələrin miqdarı 60% və daha 
çox olan pomidor pasta və pomidor tozu) müxtəlif qurutma me-
todlarının tətbiqi ilə emal olunur. Qatılaşdırılmış pomidor məhsul-
larından sənayedə buraxılanı əsasən 30-%-li pomidor pastasıdır. 
Qatılaşdırılmış pomidor məhsulları yarımfabrikat kimi mətbəx-
də geniş tətbiq olunur. Onlardan borş və digər xörəklər hazırlanır. 
Konserv sənayesində bəzi tərəvəz, balıq, ət konservlərinin (pomi-
dor sousunda konservlər) tərkibinə daxil olan souslar (əlavələr) 
hazırlamaq üçün də istifadə edilir. 
Pomidor-pasta və pomidor-püre, həmçinin konservləşdirilmiş 
sous (sərt sous) hazırlamaq üçün ilkin materialdır. Həmin məhsul 
xörək duzu, şəkər, sirkə müxtəlif ədviyyatlardan ibarət olub, hazır 
xörəklər üçün qarnir rolu oynayır. 
Qatılaşdırılmış pomidor məhsulları istifadə olunduqda su ilə 
duruldulur. Durultma dərəcəsi pomidor-pasta və pomidor-püredə 
olan quru maddələrin miqdarından asılıdır. Ona görə də hazır 
məhsulun miqdarı təyin olunduqda və istehsalat normativləri mü-
əyyən edildikdə məhsulun qatılığı nəzərə alınır. 1000 şərti banka 
pomidor-püre, yaxud pomidor-pastaya 12% quru maddəyə malik 
püreyə çevirməklə 400 kq netto məhsul tələb olunur.
Pomidor 
məhsullarını çəki miqdarından 1000 şərti bankaya keçirmək üçün 
aşağıdakı formuldan istifadə oluna bilər: 


137 
=
×
×
×

burada: M – min şərti bankada məhsulun miqdarı; 
G – məhsulun miqdarı, q; 
M
1
– quru maddələrin miqdarı (12%); 
M
2
– quru maddələrin fiziki miqdarı %-lə refraktometrlə; 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə