Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1


Üzümdən digər məhsullar istehsalı



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə94/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   90   91   92   93   94   95   96   97   ...   141
2017-1715

9.7.2. Üzümdən digər məhsullar istehsalı 
Hazırda üzümdən digər qənnadı məhsulları da hazırlanmaqda-
dır. Gürcüstanda hazırlanan belə məhsullardan biri Tkbili kverdir. 
O, da həmçinin üzüm şirəsini unla qaynatmaqla, içliksiz, düzbu-
caqlı nazik təbəqə şəklində 150×85 sm ölçüdə və 2 mm-ə qədər 
qalınlıqda hazırlanır. Hazırlamaq üçün üzüm şirəsi quru maddənin 
miqdarı 22% olana qədər buxarlandırılır, sonra daim qarışdırıl-
maqla üzərinə qarğıdalı unu əlavə olunur. Həmin məhsul quru 
maddənin miqdarı 27% olana qədər buxarlandırılır. Isti kütlə na-
zik təbəqə şəklində sərilir və adi temperaturda 4-5 gün və yaxud 
quruducu kameralarda 40-45
0
C temperaturda 3-4 gün müddətində 
qurudulur. Qurumuş məhsulun səthi hamar, bircinsli, rəngi- qızılı 
sarıdan açıq çəhrayıya qədər dəyişən olmalıdır. Hazır Tkbili kveri 
təbəqələri rulon şəklində bükülür və çəkilərək verilir. 
Üzümdən hazırlanan digər məhsullar üzüm mustenistsası, Pela-
muişi və sairədir. 
Üzüm mustenistsası. Nişasta yaxud buğda unu ilə üzüm şirəsi-
nin qaynadılması ilə hazırlanır. Içliyi təmizlənmiş və 30-40 sm 
uzunluğa malik sapa dolanmış qozdan ibarət olur. Sap qoz ilə bir 
neçə dəfə qaynadılmış şirəyə batırılır və o vaxta qədər qurudulur 
ki, hər bir nüvənin diametriu 4 sm-i ötməsin. Qurudulmuş hazır 
məhsul nişasta ilə tozlandırılır. 
Pelamuşi, xoşa gələn turşa şirin dada malik desert məhsul olub, 
özünü üzüm şirəsində qovrulmuş qarğıdalı unundan ibarət xəşilə 
oxşar kütlə kimi göstərir. Üzüm şirəsi quru maddənin miqdarı 
30% olana qədər buxarlandılrılır və qaynar şirəyə qarğıdalı unun-


250 
dan hazırlanmış kütlə salınaraq, buxarlanma prosesi yenə 15-20 
dəqiqə davam etdirilir. Bişirmənin sonunda qırmızı rəngləyici əla-
və etmək olar. Hazır məhsul yarımsteril stəkanlara doldurulmuş 
şəkildə buraxılır. Onun saxlanma müddəti 48 saatdır. 
Üzümdən şirniyyat məhsulları hazırlayan ixtisaslaşmış müəssi-
sələrdə şokoladda spirtləşdirilmiş üzüm böyük şöhrət qazanmışdır. 
Hazırlamaq üçün gilələr daraqdan ayrılır, spirtlənir, pomada ilə 
gözcüklənir. Spirtləmək üçün adətən şəkər şərbəti ilə spirtin qarı-
şığından istifadə edilir. Bununla bərabər şəkər əvəzinə baldan, 
spirt əvəzinə isə rom yaxud cövhərdən istifadə olunan resept də 
məlumdur. Şokoladda üzüm konfeti istehsalının təkmilləşdirilməsi 
üzrə Moldovada “Bukuriya” qənnadı birliyində meyvə və üzümü 
spirtləmək üçün həcmi 50
m
3
olan paslanmayan qablardan ibarət 
üç texnoloji xətt qurulmuşdur. 
Spirtləmək üçün isə şərbət hazırlanmasının yeni üsulu təklif 
olunmuşdur. Bu, şərbətin reseptində spirtin miqdarı azaldılmış və 
yeni komponenet kimi ekstrakt maddələri əlavə olunmuşdur. 
Üzüm şirəsindən unlu qənnadı məhsullar istehsalında istifadə 
yaxşı nəticə vermişdir. Bakı biskvit fabriki və Moldova “bukuri-
ya” qənnadı birliyi üzüm şirəsindən istifadə etməklə yeni şirniyyat 
məhsullarının (“üzüm buketi”) reseptini hazırlamışlar. 
Fransada Şampan peçenyesinin yeni resepti hazırlanmışdır. 
Onun fərqləndirici cəhəti tərkibinə üzüm şərabı daxil olmasındadır. 
Hazırda üzüm şirəsi əsasında müxtəlif qidalı yemlərin hazırlan-
ması istiqamətində də işlər aparılmaqdadır. Italiyada üzüm şirəsi-
nin kobud aşqarlarla qarışdırır, qurudapar formalaşdırır və yüksək 
kalorili, qida baxımından zəngin məhsul alırlar. Bu zaman üzüm 
şirəsi təzə, sulfitləşdirilmiş və qatılaşdırılmış şəkildə (30% şəkərli-
yə qədər) istifadə olunur. Aşqar kimi dənli bitkilərin gövdəsindən, 
jmıxdan, üzüm toxumunun unundan istifadə olunur. Bu məhsul 
yüksək enerji dəyərinə - 1 qrama 300-330 kkal dəyərə malik olur. 
Saxlanmada yaxşı qalması müşahidə olunmuşdur. Südçülük səna-
yesində də üzüm məhsullarından, xüsusilə də müxtəlif konser-
vantlardan istifadə olunması perspektivli sayılır. 


251 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə