Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə92/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   88   89   90   91   92   93   94   95   ...   141
2017-1715

İmeretiya üsulu: 
bu üsulla çuçxela hazırlamaq üçün sənaye 
sortlarından (kraxuna, Solikouri) alınmış üzüm şirəsi götürülür və 
durultmaq üçün gil qablara tökülür. Bu çox vaxt sulfid anhidridi 
tətbiq etməklə aparılır. Durulduqdan sonra şirə ehtiyatla mis qa-
zanlara keçirilir, qaynayana qədər qızdırılır, köpük kənar edilir, 
qazan odun üstündən götürülür və temperaturun 40-50
0
C-yə düş-
məsinə imkan verilir. Sonra 16 kq şirəyə 2-2,1 kq hesabı ilə qarğı-
dalı, yaxud buğda unu əlavə olunub möhkəm qarışdırmaqla, 1-1,5 
saat zəif odda bişirilir. Qarışdırma yanmanın qarşısını almaq üçün 
lazımdır. Odun üstündən götürmədən kütləyə, sapa dolanmış əsasən 
fındıq, qurudulmuş üzüm giləsi, (“çamiçi”) yaxud qurudulmuş 
meyvə salınır. Təkrar batırılma 3 dəfə aparılır. Sonra çuçxela günəş 
altında asılaraq qurudulur. Bu qurutma yaxşı havada 8-10 gün da-
vam edir. Çuçxelanı qurudub, təmiz və quru binalarda saxlayırlar. 
Imeretiyada çuçxelanın içliyi əsasən fındıqdan hazırlanırdı. Qa-
bığını kənar etmək məqsədilə fındıq gil qazanlarda (“ketsi”) zəif 
od üstündə qurudulur. Sonra qabıq kənar olunur. Əgər fındıq ye-
tişməmişsə onda qabığı kənar etmək üçün onu 1-1,5 saat isti suda 


247 
saxlayırlar. Sonra onları günəş altında 2-3 gün qurudurlar. Içlik 
üçün hazır material uzunluğu 70 sm olan sapa düzülür. Bu zaman 
sapın 50 sm uzunluğuna qozun düzülməsi aparılır və qalan 20 sm 
çuçxelanı asmaq üçün ilgəyin düzəldilməsinə sərf olunur. Imereti-
ya çuçxelası daha zərif, az şəkərli və turş olur. Kaxetiyada çuçxe-
lanı daha qalın hazırlayırlar. Belə ki, orada “tatar” daha qatı ol-
maqla, çuçxela ona iki dəfə batırılır. 
Kartaliya üsulu
. Burada çuçxela hazırlamaq üçün üzüm şirəsi, 
çəhrayı rəng və maye balın mütəhərrikliyi yaranana qədər qaynadı-
lır. Zəif odda qaynatma zamanı yaranan köpük kənar olunur və ona 
turşuları neytrallaşdırmaq üçün mərmər yaxud təbaşir tozu əlavə 
olunur. Qaynatdıqdan sonra şirə oddan götürülür və sakit qoyulur. 
Bu zaman üzümün həll olmayan hissəcikləri qabın dibinə çökür. 
Bişirilib buxarlandırıldıqdan sonra qalan kütlə “badaqi” adlanır 
və tünd-çəhrayı rəngə malik olur. Bu yolla hazırlanmış üzüm şirə-
si - “badaqi” mis qazana tökülüb, yanmasın deyə daimi qarışdır-
maqla 30
0
C temperatura qədər qızdırılır və üzərinə zərif üyüdül-
müş buğda unu əlavə olunur. Qalan texnoloji proseslər Kaxet çuç-
xelasında olduğu kimidir. Fərqli cəhət ondan ibarətdir ki, burada 
“tatari”yə batırılma bir dəfə aparılır. Kartlidə çuçxela əsasən yu-
nan qozu və qurudulmuş üzüm giləsindən (“çamiçi”) hazırlanır. 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə