Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə97/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   93   94   95   96   97   98   99   100   ...   141
2017-1715

üst səthində
tutqunlaşma
havası çıxarılmayan 
bankalarda məhsulun üst boş hissəsində qalan hava oksigeni ilə 2-
3 sm qalınlığında, üst qatın oksidləşməsi baş verir. Açıq rəngə 
malik konservlərdə (yunan qabağından kürü, nahar konservlərinin 
bəzi növləri, uşaq və pəhriz üçün qidalar) bu proses baş verir. Belə 
konservlər qida üçün yararlı olur. 
Bankanın 
orta hissəsində tutqunlaşma
konservlər çox tədri-
cən soyudulduqda baş verir. Tutqunlaşan hissəni ayıraraq, yerdə 
qalan kütləni yemək üçün istifadə etmək olar. 
Bankada olan 
bütün kütlənin tutqunlaşması
açıq rəngli kon-
servlərin uzun müddət yüksək temperaturda sterilizəsi zamanı me-
lanoidinlər əmələ gəlməsi ilə əlaqədardır. Konservlərin 30
0
S-dən 
yüksək temperaturda saxlanmasında da tutqunlaşma əmələ gələ 
bilir. Belə konservlər yeməyə yararlı olur. 
Konservlərin üstündə qara xal
metalla sulfit birləşmələrinin 
qarşılıqlı təsirindən qalay sulfit yaxud dəmir sulfit hissəciklərinin 
əmələ gəlməsi ilə əlaqədar olaraq meydana gəlir. Yaşıl noxudda, 
nahar və digər konservlərdə təsadüf olunur. Yeməyə yararlıdır.
10.2. Konservlərin sterilizə və pasterizə edilməsi 
Konservlər istehsalında əsas əməliyyat sterilizə, daha doğrusu 
biokimvəvi proseslərin dayandırılması və mikqoorqanizmlərin 
məhv edilməsi üçün isti işlən-mədir. Meyvə-tərəvəz konservlərini 
müxtəlif temperaturlarda sterilizə etmək olar. Bu əsasən onların 
turşuluğundan asılıdır. Turş məhsulları, əsasəndə şirəsində pH 


259 
4,5-dən az olanları 100
0
C yaxın temperaturda sterilizə etmək 
kifayətdir. Belə temperaturda işləmə pasterizə adlanır. Turş 
olmayan tərəvəzlərin sterilizəsi 110-120
0
C-də aparılır. Sterilizə 
müddəti məhsulun konsistensiyasından, qabın tutumu və tipindən, 
mikrooqranizmlərin yoluxma səviyyəsindən asılıdır.

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə