Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə98/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   94   95   96   97   98   99   100   101   ...   141
2017-1715

Tapşırıq
. Tədris laboratoriyasında və təcrübə dövründə kon-
serv müəssisəsində sterilizə və pasterizə texnikasını mənimsəmək.
Texnoloji təlimatlarda sterilizə şəraiti aşağıdakı formulla ifadə 
olunur: 
p

burada: A - temperaturun sterilizəyədək yüksəldilmə müddəti, dəq; 
B - sterilizənin özünün davametmə müddəti, dəq; 
C - soyutma müddəti, dəq; 
t - sterilizə temperaturu; 
p - avtoklavda qızdırılma zamanı bankanın daxilindəki təzyiqi 
konpensasiya etmək üçün yaradılan əks təzyiq, atm. 
Misal.
Tutumu 1 litr olan şüşə bankalarda xiyarı konservləşdir-
mək üçün sterilizə bu formula uyğun aparılır:
1,2. 
Sterilizə etmək üçün məhsul doldurulmuş bankalar metal səbə-
tə yığılaraq avtoklava qoyulur, sonra avtoklavın qapağı hermetik 
bağlanır. Sterilizə formuluna uyğun olaraq qızdırma aparılır.
Sterilizə başa çatdıqdan sonra konservlər soyudulur, soyutma 
tədricən hər bir dəqiqəyə temperaturu 2-3
0
C aşağı salmaqla 
aparılır. 
Əgər laboratoriyada avtoklav olmazsa tərəvəz konservlərini ha-
zırlamaq üçün sterilizəni açıq vannalarda 30-40%-li natrium 
xlorid yaxud kalsium xlorid məhlulları ilə aparmaq olar. Burada 
qaynama zamanı temperatur 110-115
0
C-yə çatmış olur. Bu zaman 
elə etmək lazımdır ki, duz məhlulu konservlərin içərisinə düş-
məsin. Ona görə də hələ bağlanmayan qapaqlar sıxıcılarda ban-
kanın ağzına bərkidilir.


260 
Meyvə-giləmeyvə konservlərini pasterizə etmək üçün açıq van-
nalarda qaynar su ilə isti işlənmə tətbiq olunur. Bankalar vannanın 
dibində yerləşdirilmiş ağac qəfəslərin üzərinə qoyulur. Su ban-
kaların “çiyninə” qədər olmalıdır. Qızdırma elə aparılır ki, qay-
nama fasiləsiz və sakit olsun. Temperatura 100
0
C-yə qədər 
bölgüsü olan termometrlə nəzarət edilir. Bu məqsədlə termometr 
bankaya yerləşdirilir. Qapaq ya sıxıcı ilə bərkidilir, yaxud da sadə-
cə olaraq sərbəst şəkildə ağıza taxılır. Pasterizə bankada tempera-
tur 80
0
C-yə çatdığı anda başlanır. Pasterizə müddəti keçdikdən 
sonra bankalar vannadan çıxarılır, ağac stol üzərinə qoyulur və 
dərhal ağzı bağlanır. Sonra bankalar başı aşağı çevrilir. Bu halda 
qapaq və onun altında olan hava daxildə olan isti kütlə ilə bir daha 
qızdırılır. Bundan başqa bu vəziyyət bağlanmanın hermetikliyini 
yoxlamağa imkan verir.

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə