Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
  1   2   3   4   5   6   7   8   9   ...   24


AZƏRBAYCAN RESPUBLİKASININ MİQRASİYA MƏCƏLLƏSİ 

  

 Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında miqrasiya 



sahəsində  dövlət  siyasətinin  həyata  keçirilməsi,  miqrasiya  proseslərinin  və  bu  sahədə  yaranan 

münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan 

Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir. 

  

  



I BÖLMƏ 

  

ÜMUMİ MÜDDƏALAR 



  

FƏSİL 1 


  

AZƏRBAYCAN RESPUBLİKASININ MİQRASİYA QANUNVERİCİLİYİ 

  

M a d d ə  1. Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi 



  

 Azərbaycan  Respublikasının  miqrasiya  qanunvericiliyi  Azərbaycan  Respublikasının 

Konstitusiyasından,  bu  Məcəllədən,  Azərbaycan  Respublikasının  qanunlarından,  Azərbaycan 

Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdən  və  onlara  uyğun  olaraq  qəbul 

edilmiş digər normativ hüquqi aktlardan ibarətdir. 

  

M a d d ə  2. Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinin prinsipləri 



  

 Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi insan və vətəndaş hüquqlarına və 

azadlıqlarına  hörmət,  qanunçuluq,  qanun  qarşısında  bərabərlik  və  ədalətlilik,  Azərbaycan 

Respublikası  miqrasiya  qanunvericiliyinin  hamılıqla  tanınan  beynəlxalq  hüquq  normalarına 

uyğunluğunun  təmin  edilməsi,  miqrasiya  proseslərinin  tənzimlənməsində  innovativ  metodların 

tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır. 

  



M a d d ə  3. Əsas anlayışlar 

  

 3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: 



 3.0.1.  əcnəbi  –  Azərbaycan  Respublikasının  vətəndaşı  olmayan  və  başqa  dövlətin 

vətəndaşlığına mənsub olan şəxs; 

 3.0.2.  vətəndaşlığı  olmayan  şəxs  –  heç  bir  dövlət  tərəfindən  onun  qanununa  əsasən 

vətəndaş hesab edilməyən şəxs; 

 3.0.3. yetkinlik yaşına çatmayan şəxs – 18 yaşı tamam olmayan şəxs; 

 3.0.4. pasport – şəxsə vətəndaşı olduğu ölkə tərəfindən verilən,  ona ölkədən  getmək və 

ölkəyə gəlmək hüququ verən, habelə onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd; 

 3.0.5. şəxsiyyət vəsiqəsi – Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən 

sənəd; 

 3.0.6.  Azərbaycan  Respublikasında  müvəqqəti  olan  –  Azərbaycan  Respublikasında 



yaşamaq  üçün  icazəsi  olmayan,  turizm,  şəxsi  iş,  xidməti  ezamiyyət  və  sair  bu  kimi  müvəqqəti 

xarakter daşıyan hallarla əlaqədar Azərbaycan Respublikasına qanuni əsaslarla gəlmiş əcnəbi və 

ya vətəndaşlığı olmayan şəxs; 

 3.0.7.  Azərbaycan  Respublikasında  müvəqqəti  yaşayan  –  bu  Məcəllə  ilə  müəyyən 

edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya 

vətəndaşlığı olmayan şəxs; 

 3.0.8. Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə  müəyyən edilmiş 

qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı 

olmayan şəxs; 

 3.0.9. əmək miqrasiyası – fiziki şəxsin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması 

üçün qanuni əsaslarla bir ölkədən başqa ölkəyə miqrasiya etməklə yaşayış yerini dəyişməsi; 

 3.0.10. əməkçi miqrant – haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanuni 

əsaslarla bir ölkədən başqa ölkəyə miqrasiya edən fiziki şəxs; 

 3.0.11.  əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin  ailə  üzvləri  –  əcnəbinin  və  ya 

vətəndaşlığı  olmayan  şəxsin  arvadı  (əri),  18  yaşına  çatmamış  uşaqları,  18  yaşına  çatmış  əmək 

qabiliyyəti olmayan övladları və himayəsində olan valideynləri; 

 3.0.12. yaxın qohum – ata, ana, ər (arvad), övlad, qardaş, bacı və onların övladları, baba, 

nənə, babanın (nənənin) atası və anası, nəvə, qayınata, qayınana, qayın, baldız; 

 3.0.13. iş icazəsi – Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti 

ilə  məşğul  olmaq  üçün  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  bu  Məcəllə  ilə  müəyyən 

edilmiş qaydada verilən icazə; 

 3.0.14.  yaşayış  yeri  –  mülkiyyət  hüququnun  dövlət  qeydiyyatına  alınması  haqqında 

daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və  ya kirayə müqaviləsi üzrə,  yaxud 



Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  digər  əsaslarla  daimi  və  ya 

daha  çox  yaşadığı  ev,  mənzil,  xidməti  yaşayış  sahəsi,  mehmanxana,  yataqxana,  qoca  və  əlil 

evləri və digər bu kimi yaşayış yerləri; 

 3.0.15.  olduğu  yer  –  şəxsin  yaşayış  yeri  sayılmayan  müvəqqəti  yaşadığı  mehmanxana, 

sanatoriya,  istirahət  evi,  pansionat,  kempinq,  turist  bazası,  xəstəxana  və  ya  digər  belə  ictimai 

yerlər, habelə mənzil, digər yaşayış sahəsi (özünün, qohumunun, tanışının və s.); 

 3.0.16.  viza  –  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  dövlət  sərhədinin  buraxılış 

məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə Azərbaycan Respublikasına gəlməsinə və 

Azərbaycan  Respublikasından  getməsinə,  vizada  göstərilmiş  müddət  ərzində  ölkədə  müvəqqəti 

olmasına hüquq verən rəsmi sənəd; 

 3.0.17.  sərhədkeçmə  sənədi  –  xarici  pasport,  vətəndaşlığı  olmayan  şəxslərə  yaşadıqları 

ölkənin hüdudlarından kənara getmək üçün verilən sənəd, dənizçi kitabçası (vəsiqəsi), qaçqınlara 

verilmiş  yol  sənədi,  vətənə  qayıdış  şəhadətnaməsi,  Azərbaycan  Respublikasının  hüdudlarından 

kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən səyahət sənədi, beynəlxalq 

müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədlər.

i[1]


 

  

M a d d ə  4. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tətbiq dairəsi 



  

 4.1.  Bu  Məcəllə  Azərbaycan  Respublikası  vətəndaşlarının  ölkədən  getməsi,  ölkəyə 

gəlməsi,  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasına  gəlməsi  və 

Azərbaycan  Respublikasından  getməsi,  Azərbaycan  Respublikasında  müvəqqəti  olması,  onlara 

müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması, miqrasiya 

prosesi iştirakçılarının hüquq və vəzifələri, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti 

və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində münasibətləri tənzimləyir. 

 4.2. Bu Məcəllə ilə müəyyən edilən qaydalar daxili əmək miqrasiyasına şamil edilmir. 

 4.3.  Azərbaycan  Respublikasında  qaçqın  statusunun  verilməsi,  qaçqın  statusunun 

itirilməsi,  qaçqın  statusundan  məhrum  etmə,  habelə  qaçqın  statusu  almış  şəxslərə  verilən 

sənədlər və həmin şəxslərin hüquqi vəziyyətinin əsasları müvafiq qanunla tənzimlənir. 

 4.4.  Səfərbərlik  zamanı  Azərbaycan  Respublikasına  gəlmə  və  Azərbaycan 

Respublikasından getmənin xüsusi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 

  

M a d d ə  5. Miqrasiya proseslərinin iştirakçıları 



  

 5.0. Miqrasiya proseslərinin iştirakçıları aşağıdakılardır: 

 5.0.1. miqrasiya proseslərinin idarə olunmasında və tənzimlənməsində iştirak edən, habelə 

həmin proseslərə dövlət nəzarətini həyata keçirən dövlət orqanları; 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə