Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   2   3   4   5   6   7   8   9   ...   24

 5.0.2. xarici ölkəyə gedən, orada müvəqqəti və ya  daimi yaşayan, habelə haqqı ödənilən 

əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları; 

 5.0.3. əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən 

və onların Azərbaycan Respublikasında qeydiyyata alınması prosesində iştirak edən şəxslər; 

 5.0.4.  Azərbaycan  Respublikasına  viza  əsasında  və  ya  viza  tələb  olunmayan  qaydada 

gələn,  burada  müvəqqəti  olan,  müvəqqəti  olma  müddəti  uzadılan,  müvəqqəti  və  ya  daimi 

yaşamaq  üçün  icazə  verilən,  Azərbaycan  Respublikasında  haqqı  ödənilən  əmək  fəaliyyəti  ilə 

məşğul olmaq üçün iş icazəsi verilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; 

 5.0.5. əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət etmiş, 

onların  ölkədə  müvəqqəti  olması,  müvəqqəti  olma  müddətinin  uzadılması,  qeydiyyata  alınması 

və  əmək  miqrasiyası,  onlara  müvəqqəti  və  daimi  yaşamaq  üçün  icazələrin  verilməsi 

proseslərində  iştirak  edən  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq  idarə,  müəssisə  və 

təşkilatlar,  xarici  hüquqi  şəxslərin  filial  və  nümayəndəlikləri,  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 

olan fiziki şəxslər; 

 5.0.6.  Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  ölkələrdə  işə  düzəlməsində 

vasitəçilik edən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər. 

  

FƏSİL 2 


  

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN MİQRASİYA UÇOTU 

  

M a d d ə  6. Miqrasiya uçotunun məqsədləri 



  

 6.1.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  miqrasiya  uçotu  (bundan  sonra  – 

miqrasiya  uçotu)  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  haqqında  bu  Məcəllə  ilə  nəzərdə 

tutulmuş  məlumatların,  habelə  onların  yerdəyişməsi  haqqında  məlumatların  qeydə  alınması  və 

ümumiləşdirilməsi sahəsində fəaliyyətdir. 

 6.2.  Miqrasiya  uçotu  miqrasiya  proseslərinin  idarə  olunması  formalarından  biridir  və 

Azərbaycan  Respublikasının  ərazisində  qanuni  əsaslarla  olan  hər  bir  əcnəbinin  və  vətəndaşlığı 

olmayan şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş sərbəst hərəkət 

etmək,  ölkə  ərazisində  olma  və  yaşama  yeri  seçmək  və  digər  hüquq  və  azadlıqlarının  təmin 

olunmasına,  habelə  Azərbaycan  Respublikasının  miqrasiya  sahəsində  milli  maraqlarının  həyata 

keçirilməsinə və qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəlmişdir. 

 6.3. Miqrasiya uçotu aşağıdakı məqsədlərlə aparılır: 

 6.3.1.  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  öz  hüquq  və  azadlıqlarını  həyata 

keçirməsi, habelə üzərlərinə qoyulmuş vəzifələri yerinə yetirməsi üçün lazımi şərait yaradılması; 




 6.3.2. miqrasiya sahəsində dövlət siyasətinin işlənməsi və həyata keçirilməsi; 

 6.3.3.  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  yerdəyişməsinin  nəticələrinin 

proqnozlaşdırılması  məqsədi  ilə  belə  yerdəyişmə  haqqında  tam,  dəqiq  və  operativ  məlumatın 

formalaşdırılması, habelə miqrasiya sahəsində statistik müşahidənin aparılması; 

 6.3.4.  təbii  fəlakət,  fövqəladə  vəziyyət,  hərbi  vəziyyət  və  digər  bu  kimi  hallarda 

idarəetmənin təmin olunması; 

 6.3.5.  qanunsuz  miqrasiyaya  və  digər  qanunazidd  hərəkətlərə  qarşı  mübarizə  aparmaqla 

ictimai asayişin və Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması; 

 6.3.6.  Azərbaycan  Respublikasında  olan  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər 

haqqında, habelə onların yerdəyişməsi haqqında məlumatların sistemləşdirilməsi. 

  

M a d d ə  7. Miqrasiya uçotunun aparılması üçün əsaslar 



  

 7.1. Şəxsin miqrasiya uçotuna alınması üçün əsaslar aşağıdakılardır: 

 7.1.1. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına girişi; 

 7.1.2. əcnəbinin Azərbaycan Respublikasında doğum faktının qeydə alınması; 

 7.1.3.  Azərbaycan  Respublikasının  ərazisində  olan  şəxsin  Azərbaycan  Respublikası 

vətəndaşlığına xitam verilməsi. 

 7.2. Şəxsin miqrasiya uçotundan çıxarılması üçün əsaslar aşağıdakılardır: 

 7.2.1.  əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin  Azərbaycan  Respublikasında  vəfat 

etməsi; 

 7.2.2.  Azərbaycan  Respublikasında  olan  əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin 

ölmüş və ya itkin düşmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə minməsi; 

 7.2.3.  Azərbaycan  Respublikasında  olan  əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin 

Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsi. 

  

M a d d ə  8. Miqrasiya uçotunun aparılması 



  

 8.1.  Miqrasiya  uçotu  aparılarkən  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  haqqında 

aşağıdakı  məlumatların  toplanması,  qeydə  alınması,  ümumiləşdirilməsi  və  istifadəsi  həyata 

keçirilir: 




 8.1.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədin növü 

və rekvizitləri (sənədin adı, seriyası, nömrəsi, verilmə tarixi və yeri, etibarlılıq müddəti, habelə 

mövcud olduğu təqdirdə, həmin sənəddə olan biometrik məlumatlar); 

 8.1.2. Azərbaycan Respublikasında olmaq və ya yaşamaq hüququnu təsdiq edən sənədin 

növü və rekvizitləri; 

 8.1.3. soyadı, adı, atasının adı (sənəddə sonuncu barədə məlumat olduğu təqdirdə); 

 8.1.4. doğulduğu tarix və yer; 

 8.1.5. cinsi; 

 8.1.6. vətəndaşlığı; 

 8.1.7. Azərbaycan Respublikasına gəlişinin məqsədi; 

 8.1.8. peşəsi (olduğu təqdirdə); 

 8.1.9.  Azərbaycan  Respublikasında  olmasının  və  ya  yaşamasının  bəyan  edilmiş 

müddətləri; 

 8.1.10.  Azərbaycan  Respublikasında  son  yaşayış  yeri  və  ya  olduğu  yer  üzrə  qeydiyyat 

tarixi və onun ünvanı; 

 8.1.11.  qanuni  nümayəndələri  barədə  məlumat  (valideynlər,  övladlığa  və  himayəyə 

götürənlər, qəyyumlar); 

 8.1.12.  ölkə  hüdudlarından  kənara  çıxarılması  barədə  məlumat  (tətbiq  olunub  ya  yox, 

tətbiq olunubsa – kim tərəfindən və nə vaxt); 

 8.1.13. ölkədə olmasının arzuolunmaz hesab edilməsi barədə məlumat; 

 8.1.14.  Azərbaycan  Respublikasında  cinayət  məsuliyyətinə  və  ya  inzibati  məsuliyyətə 

cəlb edilməsi haqqında məlumat; 

 8.1.15.  Azərbaycan  Respublikasında  vəfat  etdiyi  tarix,  yaxud  ölmüş  və  ya  itkin  düşmüş 

elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarix, məhkəmənin adı və yeri. 

 8.2.  Miqrasiya  uçotu  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  Vahid  Miqrasiya 

Məlumat Sistemi vasitəsi ilə aparılır. 

 8.3.  Aidiyyəti  dövlət  orqanları  miqrasiya  uçotunun  aparılması  məqsədi  ilə  müvafiq 

məlumatları  istifadələrində  olan  informasiya  resursları  və  sistemləri  vasitəsi  ilə  müvafiq  icra 

hakimiyyəti orqanına ötürürlər. 

 8.4. Vahid Miqrasiya Məlumat Sisteminin məlumat resurslarının formalaşması və ondan 

istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnamə ilə müəyyən 

olunur. 


  


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə