Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

 36.1.4. tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə 

götürmədikdə); 

 36.1.5. viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd; 

 36.1.6.  nümunəsi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilmiş  Azərbaycan 

Respublikasına  əcnəbini  və  ya  vətəndaşlığı  olmayan  şəxsi  dəvət  edən  tərəfin  vəsatəti,  dövlət 

qeydiyyatı  haqqında  şəhadətnamənin  surəti  (qeyri-dövlət  təşkilatları  üçün),  dəvətin  səbəbini 

təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur); 

 36.1.7. səfərin məqsədindən asılı olaraq, bu Məcəllənin 25–34-cü maddələrində göstərilən 

müvafiq sənədlər. 

 36.2.  18  yaşına  çatmamış,  lakin  pasport  sahibi  olan  və  valideyni  və  ya  qanuni 

nümayəndəsi  ilə  birgə  səfər  etməyən  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  viza 

rəsmiləşdirilməsi  üçün  bu  Məcəllənin  36.1-ci  maddəsində  qeyd  olunan  sənədlərdən  əlavə, 

notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya 

qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb 

olunur. 

 36.3. Viza verilməsi üçün alınan dövlət rüsumunun məbləği Azərbaycan Respublikasının 

müvafiq  qanunu  ilə  müəyyən  edilir.  Viza  verilməsi  üçün  ödənilən  dövlət  rüsumu,  müraciətə 

baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır. 

  

M a d d ə  37. Vizaların rəsmiləşdirilməsi qaydası 



  

 37.1.  Əcnəbi  və  vətəndaşlığı  olmayan  şəxs  viza  verilməsi  haqqında  vəsatətlə  yaşadığı 

ölkədə  və  ya  üçüncü  ölkələrdə  Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliklərinə  və 

konsulluqlarına şəxsən və ya nümayəndəsi vasitəsi ilə müraciət edir. 

 37.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əcnəbilər və 

vətəndaşlığı olmayan şəxslər vizanı Azərbaycan Respublikasının ərazisində ala bilərlər. 

 37.3. Viza verilməsi haqqında vəsatət elektron müraciət formasında da təqdim edilə bilər. 

 37.4.  Viza  verilməsi  üçün  tələb  olunan  sənədlərin  siyahısı,  ərizə-anketin  forması,  dövlət 

rüsumunun  məbləği  və  ödənilməsi  qaydası,  habelə  Azərbaycan  Respublikasının  diplomatik 

nümayəndəlik  və  konsulluqlarının  olmadığı  ölkələrdə  yaşayan  əcnəbilərə  və  vətəndaşlığı 

olmayan  şəxslərə  viza  alınması  üçün  müraciət  olunmalı  üçüncü  ölkələrdə  Azərbaycan 

Respublikasının  diplomatik  nümayəndəlikləri  və  konsulluqları  barədə  məlumat  müvafiq  icra 

hakimiyyəti 

orqanının, 

Azərbaycan 

Respublikasının  xarici 

ölkələrdəki 

diplomatik 

nümayəndəliklərinin və konsulluqlarının rəsmi internet saytlarında və binalarının qarşısında hər 

kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilir. 

 37.5. Vizanın rəsmiləşdirilməsi “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış 

məlumat-axtarış sistemi vasitəsi ilə həyata keçirilir. 




 37.6. Viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə 

müraciət  olunduğu  gündən  ən  geci  on  beş  gün  keçənədək,  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilən hallarda, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfəri 

təcili  müalicə,  yaxud  Azərbaycan  Respublikasında  yaşayan  yaxın  qohumunun  ağır  xəstəliyi  və 

ya  ölümü  ilə  bağlıdırsa  (bu  faktları  təsdiq  edən  sənəd  təqdim  olunmaqla)  ən  geci  iki  iş  günü 

ərzində baxılır. 

 37.7. Vizanın verilməsi barədə ərizənin düzgün  doldurulması və tələb olunan sənədlərin 

tamlığı  diplomatik  nümayəndəlik  və  ya  konsulluq  tərəfindən  yoxlanıldıqdan  sonra  həmin 

məlumatlar  dərhal  “Giriş-çıxış  və  qeydiyyat”  idarələrarası  avtomatlaşdırılmış  məlumat-axtarış 

sisteminə daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiq edilir. 

 37.8.  Viza  verilməsi  məsələsinə  baxılarkən  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

məlumatların  düzgünlüyü  və  tamlığı  yoxlanılır,  “Giriş-çıxış  və  qeydiyyat”  idarələrarası 

avtomatlaşdırılmış  məlumat-axtarış  sisteminin  məhdudiyyət  siyahıları  ilə  müqayisələr  aparılır, 

razılaşdırılma məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının rəyi alınır, bu işlərin nəticəsindən 

asılı olaraq qəbul edilən yekun rəy diplomatik nümayəndəlik və ya konsulluğa təqdim edilir. 

 37.9.  Viza  verilməsi  məqsədəuyğun  hesab  edildikdə  diplomatik  nümayəndəlik  və  ya 

konsulluq tərəfindən viza blankının fərdiləşdirilməsi, verilməsi və qeydə alınması təmin edilir. 

 37.10.  Bu  Məcəllənin  16.1-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  viza  verilməsi 

haqqında vəsatət rədd edilir, əvvəl verilmiş viza isə ləğv edilir. Təkrar vəsatətə imtinanı doğuran 

səbəblər aradan qaldırıldıqdan sonra baxılır. 

 37.11.  Viza  verilməsi  haqqında  vəsatətə  baxılmasında  süründürməçiliyə  yol 

verilməsindən və ya vəsatətə baxmaqdan imtina edilməsindən əcnəbilər və vətəndaşlığı olmayan 

şəxslər  inzibati  qaydada  və  (və  ya)  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  əsasən 

məhkəməyə şikayət edə bilərlər. 

  

M a d d ə  38. Turistlərə verilən elektron vizalar 



  

 38.1. Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsi ilə elektron viza 

ala bilərlər. 

 38.2. Elektron viza almaq üçün əcnəbilər Azərbaycan Respublikasında fəaliyyət göstərən 

və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya 

yaşadıqları  ölkələrdə  həmin  şirkətlərin  tərəfdaşı  olan  turizm  şirkətləri  vasitəsi  ilə  müraciət  edə 

bilərlər. 

 38.3.  Elektron  vizanın  alınması  üçün  Azərbaycan  Respublikasında  akkreditasiyadan 

keçmiş  turizm  şirkəti  müvafiq  icra  hakimiyyəti  orqanının  internet  informasiya  ehtiyatında 

yerləşdirilmiş  elektron  ərizə-anketi  dolduraraq,  şəxsin  pasportunun,  fotoşəkilinin  və  səfərin 

turizm  məqsədi  ilə  həyata  keçirildiyini  təsdiq  edən  sənədlərin  (turizm  vauçeri  və  ya  turizm 

yollayışı,  sərnişin  bileti  və  mehmanxanada,  kempinqdə,  turist  bazasında  və  ya  digər  bu  kimi 

obyektlərdə  yer  sifariş  edilməsini  təsdiqləyən  sənəd)  skan  olunmuş  surətlərini  əlavə  edir. 

Sənədlər daxil olduqdan sonra onlara bu Məcəllənin 37-ci maddəsi ilə müəyyən edilmiş qaydada 

ən  geci  10  gün  keçənədək  baxılır  və  viza  rəsmiləşdirilərək,  elektron  qaydada  müraciət  edən 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə