Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

 64.0.6-1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının 

qanunvericiliyinə  uyğun  olaraq  yaradılmış  başqa  silahlı  birləşmələrə  xidmətə  və  ya  işə  dəvət 

olunan hərbi qulluqçulara və mütəxəssislərə;

xii[12]


 

 64.0.7. kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş 

əməkdaşlarına; 

 64.0.8.  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  fəaliyyət  sahələri  üzrə  il 

ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara; 

 64.0.9. dənizçilərə; 

 64.0.10.  ali  təhsil  müəssisələrində  mühazirə  kurslarının  oxunması  üçün  dəvət  edilən 

professor-müəllim heyətinə və mühazirəçilərə; 

 64.0.11.  incəsənət  işçilərinə,  müvafiq  icra  hakimiyyəti  orqanında  dövlət  qeydiyyatından 

keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara; 

 64.0.12.  dövlət  qeydiyyatına  alınmış  dini  qurumlarda  peşəkar  dini  fəaliyyətlə  məşğul 

olanlara; 

 64.0.13.  xarici  hüquqi  şəxsin  Azərbaycan  Respublikasındakı  filial  və  nümayəndəliyinin 

rəhbərləri və onların müavinlərinə; 

 64.0.14.  Azərbaycan  Respublikasının  vətəndaşı  ilə  nikahda  olanlara,  bu  şərtlə  ki,  həmin 

vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun; 

 64.0.15. qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi 

sığınacaq verilmiş şəxslərə; 

 64.0.16.  himayəsində  18  yaşına  çatmamış  və  ya  I  qrup  əlil  Azərbaycan  Respublikasının 

vətəndaşı olanlara; 

 64.0.17.  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilən  hallarda  əmək 

fəaliyyətinə cəlb olunan şəxslərə. 

  

M a d d ə  65. İş icazəsinin verilməsi üçün tələb olunan sənədlər 



  

 65.0.  İş  icazəsi  almaq  üçün  işəgötürən  müvafiq  icra  hakimiyyəti  orqanına  aşağıdakı 

sənədləri təqdim etməlidir: 

 65.0.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizə-anket; 

 65.0.2.  əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  pasportunun  və  ya  digər  sərhədkeçmə 

sənədinin surəti; 




 65.0.3. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün 

tələb  edilən  ixtisasa  malik  olduğunu  təsdiq  edən  sənədin  notariat  qaydasında  təsdiq  olunmuş 

surəti; 

 65.0.4.  nəzərdə  tutulan  iş  yeri  üçün  əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  cəlb 

edilməsi zəruriliyini əsaslandıran arayış; 

 65.0.5.  Azərbaycan  Respublikasının  ərazisində  başqa  əsaslarla  olan  əcnəbinin  və 

vətəndaşlığı  olmayan  şəxsin  Azərbaycan  Respublikasının  ərazisində  qalmasına  hüquq  verən 

müvafiq sənədin surəti; 

 65.0.6. işəgötürən: 

 65.0.6.1.  hüquqi  şəxs  olduqda  –  hüquqi  şəxsin  nizamnaməsinin  və  dövlət  qeydiyyatı 

haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri; 

 65.0.6.2.  fiziki  şəxs  olduqda  –  fiziki  şəxsin  şəxsiyyətini  təsdiq  edən  sənədin  və  fiziki 

şəxsə  verilmiş  vergi  ödəyicisinin  uçota  alınması  haqqında  şəhadətnamənin  notariat  qaydasında 

təsdiq edilmiş surətləri; 

 65.0.7.  əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən  təsdiq  edilən  təhlükəli  yoluxucu  xəstəliklərin  siyahısında  nəzərdə  tutulmuş  xəstəlik 

virusu daşıyıcısı olmaması haqqında arayış. 

  

M a d d ə  66. İş icazəsinin verilməsindən imtinanın əsasları 



  

 66.0.  Aşağıdakı  hallarda  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  iş  icazəsinin 

verilməsindən imtina edilir: 

 66.0.1. bu Məcəllənin 65-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 

 66.0.2.  təqdim  edilən  sənədlər  saxta  olduqda,  onlarda  qeyri-dəqiq  və  ya  təhrif  olunmuş 

məlumatlar olduqda; 

 66.0.3.  işəgötürənin  işçi  qüvvəsinə  olan  tələbatının  yerli  əmək  ehtiyatları  hesabına 

ödənilməsi mümkün olduqda; 

 66.0.4.  işə  cəlb  olunması  nəzərdə  tutulan  əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  18 

yaşı tamam olmadıqda; 

 66.0.5. əmək miqrasiyası kvotası dolduqda; 

 66.0.6.  əcnəbi  və  vətəndaşlığı  olmayan  şəxs  siyahısı  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilmiş yoluxucu xəstəliklərin daşıyıcısı olduqda; 

 66.0.7.  əcnəbi  və  vətəndaşlığı  olmayan  şəxs  cəlb  olunduğu  işin  yerinə  yetirilməsi  üçün 

tələb olunan ixtisasa və ya iş təcrübəsinə malik olmadıqda. 



  

M a d d ə  67. İş icazəsi ilə bağlı müraciətlərə baxılması 

  

 67.1.  İş  icazəsinin  verilməsi  üçün  tələb  olunan  sənədlər  yazılı  və  ya  elektron  müraciət 



formasında təqdim edilə bilər. 

 67.2.  Təqdim  olunmuş  sənədlərdə  çatışmazlıq,  uyğunsuzluq  və  digər  nöqsanlar  aşkar 

edildikdə, müvafiq icra hakimiyyəti orqanı işəgötürənə bu barədə yazılı məlumat verir. 

 67.3. İş icazəsi ilə bağlı daxil olmuş müraciətlərə 20 iş günü ərzində baxılır. 

 67.4.  Müvafiq  icra  hakimiyyəti  orqanı  bu  Məcəllənin  65.0.2-ci,  65.0.3-cü,  65.0.4-cü, 

65.0.5-ci və 65.0.7-ci maddələrində göstərilən sənədlər haqqında məlumatları rəy verilməsi üçün 

müvafiq icra hakimiyyəti orqanına göndərir. 

 67.5.  Müvafiq  icra  hakimiyyəti  orqanı  daxil  olmuş  məlumatlara  5  iş  günü  müddətində 

baxaraq,  işəgötürənin  işçi  qüvvəsinə  olan  tələbatının  yerli  əmək  ehtiyatları  hesabına 

ödənilməsinin mümkün olub-olmaması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına rəy verir. 

 67.6. Müvafiq icra hakimiyyəti orqanının 5 iş günü ərzində rəy bildirməməsi iş icazəsinin 

verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. 

 67.7.  Müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  iş  icazəsinin  verilməsindən  imtina 

barədə qərar bu Məcəllənin 66-cı maddəsinə istinad olunmaqla əsaslandırılmalı və qərarın surəti 

işəgötürənə təqdim edilməlidir. 

 67.8. İşəgötürən iş icazəsinin verilməsindən imtinaya əsas olmuş hallar aradan qalxdıqdan 

sonra iş icazəsi almaq üçün bu Məcəlləyə uyğun olaraq yenidən müraciət edə bilər. 

 67.9.  İşəgötürən  həmin  şəxslərin  ölkədə  qanuni  əsaslarla  qaldıqları  və  ya  yaşadıqları 

müddətdə  müvafiq  icra  hakimiyyəti  orqanına  yenidən  müraciət  edərsə,  yalnız  iş  icazəsi 

verilməsindən imtina üçün əsas olan halın aradan qalxdığını təsdiq edən sənədi təqdim edir. 

 67.10.  İş  icazəsinin  verilməsi  haqqında  qərar  qəbul  edildikdə,  müvafiq  icra  hakimiyyəti 

orqanı  3  iş  günü  müddətində  iş  icazəsinin  müəyyən  olunmuş  qaydada  doldurulmasını  və 

işəgötürənə təqdim olunmasını təmin edir. 

 67.11. İş icazəsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli vəzifəli şəxsi tərəfindən 

imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir. 

 67.12. İş icazəsi bu icazəni almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd 

təqdim olunduqdan sonra işəgötürənə verilir. 

 67.13.  İşəgötürən  tərəfindən  30  gün  müddətində  iş  icazəsinin  alınmasına  görə  dövlət 

rüsumu  ödənilmədikdə,  habelə  əcnəbiyə  və  vətəndaşlığı  olmayan  şəxsə  Azərbaycan 

Respublikasının ərazisində müvəqqəti  yaşamaq üçün icazənin verilməsindən imtina olunduqda, 

müvafiq icra hakimiyyəti orqanı iş icazəsini ləğv edir. 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə