Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   ...   16   17   18   19   20   21   22   23   24

 73.0.5. hüquqi şəxs olan işəgötürən ləğv edildikdə; 

 73.0.6. məhkəmənin müvafiq qərarı olduqda. 

  

  

V BÖLMƏ 



  

AZƏRBAYCAN RESPUBLİKASINDA ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI 

OLMAYAN ŞƏXSLƏRİN HÜQUQİ VƏZİYYƏTİ 

  

FƏSİL 12 



  

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN HÜQUQİ 

VƏZİYYƏTİNİN ƏSASLARI 

  

M a d d ə  74. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları 



  

 74.1.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasında  olarkən, 

qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal 

nəzərdə  tutulmayıbsa,  Azərbaycan  Respublikasının  vətəndaşları  ilə  bərabər  bütün  hüquqlardan 

istifadə edə bilərlər. 

 74.2.  Azərbaycan  Respublikası  ərazisində  yaşayan  və  ya  müvəqqəti  olan  əcnəbilərin  və 

vətəndaşlığı  olmayan  şəxslərin  hüquq  və  azadlıqları  yalnız  beynəlxalq  hüquq  normalarına  və 

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. 

 74.3.  Xarici  dövlət  onun  ərazisində  Azərbaycan  Respublikası  vətəndaşlarının  hüquq  və 

azadlıqlarının həyata keçirilməsinə məhdudiyyət qoyduqda, Azərbaycan Respublikasının qanunu 

ilə  həmin  dövlətin  vətəndaşları  üçün  Azərbaycan  Respublikasının  ərazisində  eyni 

məhdudiyyətlər müəyyən edilə bilər. 

 74.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və 

milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növündən və xarakterindən və digər 

hallardan  asılı  olmayaraq,  Azərbaycan  Respublikasında  qanun  və  məhkəmə  qarşısında 

bərabərdirlər. 

 74.5.  Azərbaycan  Respublikasının  qanunları  ilə  müəyyən  olunmuş  qaydada  tutulmuş, 

yaxud həbs edilmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu hərəkətlərə səbəb olan hallar 

və onların hüquqları haqqında dərhal məlumat verilməlidir. 



 74.6.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrlə  müəyyən 

edilmiş imtiyaz və immunitetə malik olan əcnəbini və vətəndaşlığı olmayan şəxsi tutmuş, yaxud 

həbs  etmiş  orqan  bu  barədə  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsi  ilə 

müəyyən edilmiş qaydada dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. 

 74.7. Məhkum edilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cəza çəkməkdən azad 

edildikdə, bu barədə cəzanı icra edən orqanın verdiyi məlumat əsasında müvafiq icra hakimiyyəti 

orqanı  həmin  şəxslərin  Azərbaycan  Respublikasında  qalması  və  ya  bu  Məcəllənin  79.1.3-cü 

maddəsində  göstərilən  halda  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılması 

məsələsini həll edir. 

  

M a d d ə  75. Əməkçi miqrantların hüquqları 



  

 75.1.  Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsində  nəzərdə  tutulmuş  hallar  istisna 

olmaqla,  əməkçi  miqrantlara  əmək  şəraiti  ilə  bağlı  Azərbaycan  Respublikasının  vətəndaşları 

üçün qanunvericiliklə müəyyən olunmuş eyni şərtlər tətbiq edilir və onların əməyinin ödənilməsi 

qanunvericiliklə  Azərbaycan  Respublikasının  vətəndaşları  üçün  müəyyən  olunmuş  qaydada 

həyata keçirilir. 

 75.2.  Əməkçi  miqrantların  əmək  fəaliyyəti  ilə  bağlı  bu  Məcəllədə  nəzərdə  tutulmayan 

digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. 

 75.3. Əməkçi miqrant vəfat etdikdə, onu işə  cəlb etmiş hüquqi və  ya  fiziki şəxs əməkçi 

miqrantın cənazəsinin daimi yaşadığı ölkəyə göndərilməsini təmin etməlidir. 

 75.4. İşəgötürənlər tərəfindən əməkçi miqrantların hüquqlarının təmin edilməsinə nəzarəti 

müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 

  

M a d d ə  76. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəzifələri 



  

 76.1.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasında  olarkən, 

qanunla və  ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal 

nəzərdə  tutulmayıbsa,  Azərbaycan  Respublikasının  vətəndaşları  ilə  bərabər  bütün  vəzifələri 

yerinə yetirməlidirlər. 

 76.2.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquq  və  azadlıqlarının  həyata 

keçirilməsi  Azərbaycan  Respublikasının  milli  mənafeyinə  zidd  olmamalıdır.  Əcnəbilər  və 

vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikası  Konstitusiyasının,  Azərbaycan 

Respublikası qanunlarının və digər qanunvericilik aktlarının tələblərini pozmamalı, Azərbaycan 

xalqının adət və ənənələrinə hörmət etməlidirlər. 

 76.3.  Azərbaycan  Respublikasının  ərazisində  olan  əcnəbilər  və  vətəndaşlığı  olmayan 

şəxslər ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərinə riayət etməli və müəyyən olunmuş müddət 

bitdikdən sonra ölkə ərazisini tərk etməlidirlər. 



 76.4.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  müvafiq  icra  hakimiyyəti  orqanının 

əməkdaşlarının  qanuni  tələblərinə  əsasən,  şəxsiyyətlərini  təsdiq  edən,  habelə  Azərbaycan 

Respublikasının ərazisində qanuni əsaslarla olmalarını və ya yaşamalarını təsdiq edən sənədləri 

təqdim etməlidirlər. 

 76.5.  Müəyyən  vəzifələr  tutmaq,  yaxud  müəyyən  fəaliyyət  növləri  ilə  məşğul  olmaq 

Azərbaycan  Respublikasının  vətəndaşlığı  ilə  şərtləndirildiyi  hallarda  əcnəbilər  və  vətəndaşlığı 

olmayan şəxslər belə vəzifələr tuta və belə fəaliyyətlə məşğul ola bilməzlər. 

 76.6. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dini təbliğat aparması qadağandır. 

  

M a d d ə  77. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı 



olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılması 

  

 77.1.  Azərbaycan  Respublikasında  daimi  yaşayan  əcnəbilərin  və  vətəndaşlığı  olmayan 



şəxslərin yerli şəraitə uyğunlaşdırılmasına dair tədbirlər onların öz arzusu ilə həyata keçirilir. 

 77.2.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  yerli  şəraitə  uyğunlaşdırılması  üzrə 

tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlaqələndirilir. 

 77.3.  Azərbaycan  Respublikasında  daimi  yaşayan  əcnəbilərin  və  vətəndaşlığı  olmayan 

şəxslərin  yerli  şəraitə  uyğunlaşdırılmasına  dair  tədbirləri  müvafiq  icra  hakimiyyəti  orqanları 

birgə həyata keçirirlər. 

 77.4.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  yerli  şəraitə  uyğunlaşdırılması  işinə 

beynəlxalq və qeyri-hökumət təşkilatları cəlb edilə bilər. 

 77.5.  Azərbaycan  Respublikasında  yaşayan  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər 

Azərbaycan  dilinin,  tarixinin,  mədəniyyətinin,  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin 

hüquq  və  vəzifələri  ilə  bağlı  qanunvericiliyin  öyrənilməsi  üçün  müvafiq  icra  hakimiyyəti 

orqanının təlim-tədris mərkəzinə müraciət edə bilərlər. 

  

  

VI BÖLMƏ 



  

YEKUN MÜDDƏALAR 

  

FƏSİL 13 



  


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə