Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

bilərlər.  Hüquqi  şəxslər  bu  sahədə  fəaliyyət  göstərmək  üçün  müvafiq  icra  hakimiyyəti 

orqanından müəyyən olunmuş qaydada xüsusi razılıq almalıdırlar. 

 59.2.  Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  ölkələrdə  işə  düzəlmələrində 

vasitəçilik  fəaliyyətinə  xüsusi  razılığın  verilməsi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müvafiq  icra  hakimiyyəti  orqanının  rəyi  nəzərə  alınmaqla  həyata  keçirilir.  Müvafiq  icra 

hakimiyyəti orqanı bu barədə 5 iş günü ərzində rəy verir. 

 59.3.  Vasitəçilik  fəaliyyətini  həyata  keçirmək  hüququ  verən  xüsusi  razılıq  almış  hüquqi 

şəxslər,  xarici  ölkələrin  hüquqi  və  fiziki  şəxsləri  ilə  bağladıqları  və  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən təsdiq edilmiş müqavilələr əsasında Azərbaycan Respublikasının vətəndaşlarını 

xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb edə bilərlər. 

 59.4.  Vasitəçilik  fəaliyyətini  həyata  keçirən  hüquqi  şəxslərin  xarici  ölkələrin  hüquqi  və 

fiziki şəxsləri ilə bağladıqları müqavilələrdə və təklif olunan əmək müqavilələrində Azərbaycan 

Respublikası  vətəndaşlarının  sosial  müdafiəsinin  beynəlxalq  normalara  uyğun  şəkildə  təmin 

olunması nəzərdə tutulmalıdır. 

 59.5.  Vasitəçilik  fəaliyyətini  həyata  keçirən  hüquqi  şəxslər  təklif  olunan  əmək 

müqaviləsinin  bir  nüsxəsinin  əməkçi  miqrant  Azərbaycan  Respublikasını  tərk  etməzdən  əvvəl 

ona  çatdırılmasını  təmin  etməlidirlər.  Vasitəçilik  fəaliyyətini  həyata  keçirən  hüquqi  şəxslərin 

göstərdikləri xidmətə görə əməkçi miqrantlardan haqq almalarına yol verilmir. 

 59.6. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər xarici ölkələrdə haqqı ödənilən 

əmək fəaliyyətinə cəlb etdikləri Azərbaycan Respublikasının vətəndaşları haqqında müvafiq icra 

hakimiyyəti orqanlarına məlumat verirlər. 

 59.7.  Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  ölkələrdə  işə  düzəlməsində  fiziki 

şəxslərin vasitəçilik fəaliyyəti qadağandır. 

 59.8.  Müvafiq  icra  hakimiyyəti  orqanı  vasitəçilik  fəaliyyətini  həyata  keçirən  hüquqi 

şəxslərin bu sahədəki fəaliyyətinə dövlət nəzarətini həyata keçirir. 

 59.9.  Vasitəçilik  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  xüsusi  razılığın  müddəti  müvafiq 

icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  olunmuş  qaydada  uzadıla,  qüvvəsi  müvəqqəti 

dayandırıla və ya ləğv edilə bilər. 

 59.10. Vasitəçilik fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığın verilməsinə görə 

qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilir. 

  

M a d d ə   60.  Xarici  ölkələrdə  işə  düzəlmək  məqsədi  ilə  Azərbaycan  Respublikası 



vətəndaşlarının qeydiyyata alınması 

  

 60.1. Xarici ölkələrdə işə düzəlmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşlarının 



qeydiyyata alınmasını, bununla bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik 

fəaliyyətini həyata keçirmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə bilərlər. 




 60.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə bağlı 

kütləvi informasiya vasitələrində doğru olmayan məlumatların yayılmasına görə hüquqi şəxslər 

qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 

  

FƏSİL 11 



  

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN 

RESPUBLİKASINDA ƏMƏK FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİ 

  

M a d d ə   61.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasında əmək fəaliyyəti 

  

 61.1. 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs bu 



Məcəllə  ilə  müəyyən  edilmiş  qayda  və  şərtlərlə  onu  işə  cəlb  edən  hüquqi  şəxslər,  hüquqi  şəxs 

yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial 

və  nümayəndəlikləri  vasitəsi  ilə  iş  icazəsi  aldıqdan  sonra  Azərbaycan  Respublikasında  işləyə 

bilər. 


 61.2.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında  haqqı 

ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən 

peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş 

yerlərinin  mövcudluğundan,  məşğulluq  xidməti  orqanları  tərəfindən  işəgötürənlərin  işçi 

qüvvəsinə  olan  ehtiyaclarını  yerli  əmək  ehtiyatları  hesabına  təmin  etmək  imkanının 

olmamasından ibarətdir. 

  

M a d d ə   62.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  əmək  fəaliyyətinə  dair 



məhdudiyyətlər 

  

 Daxili  əmək  bazarının  tələbatı  nəzərə  alınmaqla,  əcnəbilərin  və  vətəndaşlığı  olmayan 



şəxslərin  Azərbaycan  Respublikasına  əmək  miqrasiyasına  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məhdudiyyət qoyula bilər. 

  

M a d d ə   63.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasında işə cəlb olunması 

  



 63.1. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki 

şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri əcnəbiləri və vətəndaşlığı olmayan 

şəxsləri Azərbaycan Respublikasında işə cəlb edə bilərlər. 

 63.2. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki 

şəxslər  və  xarici  hüquqi  şəxslərin  filial  və  nümayəndəlikləri,  bu  Məcəllənin  64-cü  maddəsində 

nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  işə  cəlb  etmək  istədikləri  hər  bir  əcnəbi  və  ya 

vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar. 

 63.3. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki 

şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri əcnəbi və vətəndaşlığı olmayan şəxs 

Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda da ona iş icazəsinin alınması üçün 

müraciət edə bilərlər. 

 63.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan 

sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxslərin  və  xarici  hüquqi  şəxslərin  filial  və 

nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı 

ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. 

 63.5. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki 

şəxslər  və  xarici  hüquqi  şəxslərin  filial  və  nümayəndəlikləri  işə  cəlb  etdikləri  əcnəbiləri  və 

vətəndaşlığı  olmayan  şəxsləri  yalnız  öz  iş  yerlərində  işlə  təmin  etməli  və  bu  barədə  onlarla  iş 

icazəsinin  qüvvədə  olduğu  müddətə  əmək  müqaviləsi  bağlamalıdırlar.  İş  icazəsi  alınmadan 

əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir. 

 63.6.  İşə  cəlb  edilən  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  pasportlarının  və  ya 

şəxsiyyətlərini təsdiq edən digər sənədlərinin hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq 

fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxslər  və  xarici  hüquqi  şəxslərin  filial  və  nümayəndəlikləri 

tərəfindən götürülərək saxlanılması qadağandır. 

  

M a d d ə  64. İş icazəsinin alınması tələb olunmayan hallar 



  

 64.0.  Aşağıdakı  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  üçün  iş  icazəsinin  alınması 

tələb olunmur: 

 64.0.1. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara; 

 64.0.2. Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara; 

 64.0.3. diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə; 

 64.0.4. beynəlxalq təşkilatlarda işləyənlərə; 

 64.0.5.  beynəlxalq  müqavilələr  əsasında  yaradılmış  təşkilatların  rəhbərlərinə  və  onların 

müavinlərinə; 

 64.0.6. müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə; 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə