Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

ərazisində  daimi  yaşamaq  üçün  icazə  verilməsi  ilə  əlaqədar  müraciət  etmiş,  Azərbaycan 

Respublikasında  daimi  yaşamaq  üçün  icazə  almış  və  ya  belə  icazənin  verilməsindən  imtina 

edilmiş,  o  cümlədən  Azərbaycan  Respublikasında  daimi  yaşamaq  üçün  icazəsi  ləğv  edilmiş 

əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  uçotunun  aparılması  Vahid  Miqrasiya  Məlumat 

Sistemi vasitəsi ilə həyata keçirilir. 

  

M a d d ə   55.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 



Respublikasının  ərazisində  daimi  yaşamaq  üçün  icazənin  verilmədiyi  (müddətinin 

uzadılmadığı) hallar 

  

 55.0.  Aşağıdakı  hallarda  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  əcnəbiyə  və 



vətəndaşlığı  olmayan  şəxsə  Azərbaycan  Respublikasında  daimi  yaşamaq  üçün  icazə  verilmir 

(müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 

 55.0.1.  Azərbaycan  Respublikasının  milli  təhlükəsizliyinə  və  ya  ictimai  asayişə  zərər 

vurula biləcəyi hallarda; 

 55.0.2.  siyahısı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilən  təhlükəli 

yoluxucu xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda 

olanlar istisna olmaqla); 

 55.0.3.  şəxsiyyətini  təsdiq  edən  sənədləri  olmadıqda  və  ya  bu  Məcəllənin  53-cü 

maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə; 

 55.0.4.  Azərbaycan  Respublikasında  daimi  yaşamaq  icazəsi  almaq  üçün  saxta  sənədlər 

təqdim edildikdə və ya yalan məlumatlar verildikdə; 

 55.0.5. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunduqda, əgər 

məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə; 

 55.0.6.  özlərinin  və  onlarla  gələn  ailə  üzvlərinin  minimal  tələbatını  ödəyə  bilən  vəsaiti 

olmadıqda  (yaxın  qohumu  olan  Azərbaycan  Respublikasının  vətəndaşı  və  ya  Azərbaycan 

Respublikasında  daimi  yaşamaq  üçün  icazə  almış  şəxs  ölkədə  qaldıqları  vaxtda  onların 

təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla); 

 55.0.7.  xarici  dövlətdə  daimi  yaşamaq  üçün  Azərbaycan  Respublikasının  ərazisini  tərk 

etdikdə; 

 55.0.8.  daimi  yaşamaq  üçün  icazənin  verildiyi  gündən  etibarən  hər  bir  il  ərzində 

Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduqda; 

 55.0.9.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamağa  icazə  alması  üçün 

əsas olmuş hallar aradan qalxdıqda; 

 55.0.10.  Azərbaycan  Respublikasının  ərazisində  daimi  yaşayan  əcnəbinin  və  ya 

vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq 

və vəzifələrini, habelə dövlət dilini bilmədikdə; 




 55.0.11. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 

 55.0.12.  barəsində  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılma  barədə 

qərar qəbul edildikdə; 

 55.0.13  Azərbaycan  Respublikasının  ərazisində  daimi  yaşadığı  dövrdə  Azərbaycan 

Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda. 

  

M a d d ə   56.  Azərbaycan  Respublikasında  daimi  yaşamaq  üçün  icazənin 



verilməsindən  (müddətinin  uzadılmasından)  imtina  edilməsi  və  ya  daimi  yaşamaq  üçün 

icazənin ləğv edilməsi haqqında qərardan şikayət verilməsi 

  

 Azərbaycan  Respublikasında  daimi  yaşamaq  üçün  icazənin  verilməsindən  (müddətinin 



uzadılmasından)  imtina  və  ya  daimi  yaşamaq  üçün  icazənin  ləğv  edilməsi  haqqında  qərardan 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  olaraq  inzibati  qaydada  və  (və  ya) 

məhkəmə qaydasında şikayət verilə bilər. 

  

  



IV BÖLMƏ 

  

ƏMƏK MİQRASİYASI 



  

FƏSİL 9 


  

ƏMƏK MİQRASİYASININ DÖVLƏT TƏNZİMİ 

  

M a d d ə   57.  Əmək  miqrasiyasının  dövlət  tərəfindən  tənzimlənməsi  və  bu  sahədə 



nəzarət 

  

 57.1.  Dövlət  əmək  miqrasiyası  kvotasının  tətbiq  edilməsi,  iş  icazələrinin  verilməsi,  o 



cümlədən  Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  ölkələrdə  işə  düzəlmələrində 

vasitəçilik fəaliyyətinə xüsusi razılıq verilməsi yolu ilə əmək miqrasiyasını tənzimləyir. 




 57.2. Müvafiq dövlət orqanları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan 

Respublikasında əmək fəaliyyətinin qanuniliyinə, onların sosial müdafiəsinin təmin olunmasına, 

hüquqi və fiziki şəxslərin əmək miqrasiyası sahəsindəki fəaliyyətlərinə nəzarəti həyata keçirirlər. 

  

FƏSİL 10 



  

AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ XARİCİ ÖLKƏLƏRDƏ 

ƏMƏK FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİ 

  

M a d d ə   58.  Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  ölkələrdə  əmək 



fəaliyyəti 

  

 58.1.  18  yaşına  çatmış  Azərbaycan  Respublikası  vətəndaşları  xarici  ölkələrdə  haqqı 



ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. 

 58.2. Azərbaycan Respublikasının vətəndaşları xarici hüquqi və ya fiziki şəxslərin birbaşa 

dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi 

ilə və ya fərdi qaydada xarici ölkələrdə işə düzələ bilərlər. 

 58.3.  Azərbaycan  Respublikasının  vətəndaşları  xarici  ölkələrdə  haqqı  ödənilən  əmək 

fəaliyyəti  ilə  məşğul  olduqda,  hüquqlarının  dövlət  tərəfindən  müdafiəsinin  tam  şəkildə  təmin 

edilməsi  məqsədi  ilə  təyinat  ölkələrinə  gəldikdən  sonra  1  ay  müddətində  Azərbaycan 

Respublikasının  həmin  ölkədəki  diplomatik  nümayəndəliyində  və  ya  konsulluğunda 

qeydiyyatdan keçməli və həmin ölkədə işləmələri barədə rəsmi sənəd təqdim etməlidirlər. 

 58.4.  Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəlikləri  və  konsulluqları 

qeydiyyatdan  keçən  Azərbaycan  Respublikasının  vətəndaşları  haqqında  məlumatı  1  ay 

müddətində  müvafiq  icra  hakimiyyəti  orqanına  verirlər.  Müvafiq  icra  hakimiyyəti  orqanı  bu 

barədə müntəzəm olaraq müvafiq icra hakimiyyəti orqanlarını xəbərdar etməlidir. 

 58.5.  Xarici  ölkələrdə  haqqı  ödənilən  əmək  fəaliyyəti  ilə  məşğul  olan  Azərbaycan 

Respublikası  vətəndaşlarının  işlədikləri  ölkədə  Azərbaycan  Respublikasının  diplomatik 

nümayəndəliyi  və  ya  konsulluğu  olmadıqda,  onlar  1  ay  müddətində  işləmələri  barədə  rəsmi 

sənədi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərməlidirlər. 

  

M a d d ə   59.  Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  ölkələrdə  işə 



düzəlmələrində vasitəçilik 

  

 59.1.  Azərbaycan  Respublikasında  dövlət  qeydiyyatından  keçmiş  hüquqi  şəxslər 



Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  ölkələrdə  işə  düzəlmələrində  vasitəçilik  edə 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə