Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasında  müvəqqəti  olma 

müddətinin uzadılması barədə qərar təqdim edir. 

 42.7.  Müvəqqəti  olma  müddətinin  uzadılmasından  imtina  edilmiş  əcnəbilər  və 

vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətləri bitənədək 

ölkə  ərazisini  tərk  etməlidirlər.  Müvəqqəti  olma  müddətinin  uzadılması  barədə  müraciətə 

baxılanadək  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında 

müvəqqəti  olma  müddəti  bitdiyi  halda,  onlar  imtina  barədə  qərarı  aldıqları  vaxtdan  48  saat 

ərzində ölkə ərazisini tərk etməlidirlər. 

 42.8.  Azərbaycan  Respublikasında  müvəqqəti  olma  müddətinin  uzadılması  ilə  bağlı 

müvafiq məlumatların toplanması, müvəqqəti olma müddətinin uzadılması barədə qərarın fərdi 

olaraq  doldurulması,  verilməsi,  habelə  Azərbaycan  Respublikasında  müvəqqəti  olma  müddəti 

uzadılmış  və  ya  müvəqqəti  olma  müddətinin  uzadılmasından  imtina  edilmiş  əcnəbilərin  və 

vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması  Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi 

ilə həyata keçirilir. 

 42.9.  Xarici  ölkələrin  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  diplomatik 

nümayəndəlik  və  konsulluqlarının,  habelə  beynəlxalq  təşkilatların  nümayəndəliklərinin 

əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin 

Azərbaycan  Respublikasına  xüsusi  diplomatik  missiya  və  ya  Azərbaycan  Respublikasının 

tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulmuş  hallarda  xüsusi  missiya  ilə  səfər 

edən  əcnəbilər  üçün  ölkədə  müvəqqəti  olma  müddətlərinin  uzadılması  bu  Məcəlləyə  uyğun 

olaraq,  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  yeni  viza  verilməsi  qaydasında  həyata 

keçirilir. 

  

M a d d ə   43.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasında müvəqqəti olma müddətinin uzadılmadığı hallar 

  

 43.1.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında 



müvəqqəti  olma  müddəti  aşağıdakı  hallarda  uzadılmır,  əvvəl  verilmiş  müvəqqəti  olma 

müddətinin uzadılması haqqında qərar isə ləğv edilir: 

 43.1.1.  onların  Azərbaycan  Respublikasında  müvəqqəti  olması  Azərbaycan 

Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda; 

 43.1.2. onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə zərər vura 

biləcəyi hallarda; 

 43.1.3.  onlar  Azərbaycan  Respublikasında  müvəqqəti  olma  müddətini  uzatmaq  məqsədi 

ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 

 43.1.4. onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; 

 43.1.5. onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda; 

 43.1.6.  onların  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  olma  müddətini 

uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda; 




 43.1.7. onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə. 

 43.2.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  pasportlarının  və  ya  digər 

sərhədkeçmə sənədlərinin etibarlılıq müddətlərinin  bitməsinə 1 aydan az vaxt qaldıqda, onların 

ölkədə müvəqqəti olma müddəti uzadılmır. 

  

FƏSİL 7 


  

AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ MÜVƏQQƏTİ YAŞAMAQ ÜÇÜN 

İCAZƏ 

  

M a d d ə   44.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 



Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  verilən  icazə  və  bunu  təsdiq  edən 

sənəd 


  

 44.1.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  istəyən  əcnəbilər  və 

vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. 

 44.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində 

müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 

 44.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində 

müvəqqəti  yaşamaq  üçün  icazə  verildikdə,  həmin  şəxslərə  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazə  vəsiqəsi 

təqdim edilir. 

 44.4.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazə  vəsiqəsi 

əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti 

yaşamaq  üçün  icazə  və  etibarlılıq  müddətində  Azərbaycan  Respublikasından  getmək  və  viza 

almadan  Azərbaycan  Respublikasına  qayıtmaq  hüququ  verən,  habelə  həmin  şəxslərin  ölkə 

ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. 

 44.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki 

məlumatlar  dəyişdikdə  və  ya  icazə  vəsiqəsi  itirildikdə,  onlar  bu  barədə  10  iş  günü  müddətində 

müvafiq  icra  hakimiyyəti  orqanına  məlumat  verməli  və  icazə  vəsiqəsinin  yenidən 

rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün ərizə təqdim etməlidirlər. 

 44.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti  yaşamaq üçün icazə vəsiqəsinin 

təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

  

M a d d ə   45.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 



Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar 


  

 45.0. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə 

və  vətəndaşlığı  olmayan  şəxslərə  aşağıdakı  hallarda  Azərbaycan  Respublikasının  ərazisində 

müvəqqəti yaşamaq üçün icazə verilir: 

 45.0.1.  Azərbaycan  Respublikasının  vətəndaşı  ilə  yaxın  qohumluq  münasibətlərində 

olduqda; 

 45.0.2. ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda; 

 45.0.3.  Azərbaycan  Respublikasının  ərazisində  azı  100.000  manat  dəyərində  daşınmaz 

əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti olduqda; 

 45.0.4. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək 

səviyyəli mütəxəssis olduqda;

viii[8]


 

 45.0.5. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və 

ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda; 

 45.0.6.  xarici  hüquqi  şəxsin  Azərbaycan  Respublikasındakı  filial  və  nümayəndəliyinin 

rəhbəri və onun müavini vəzifəsini tutduqda; 

 45.0.7. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda; 

 45.0.8. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul 

olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda; 

 45.0.9.  Azərbaycan  Respublikasının  ali  və  orta  ixtisas  təhsili  müəssisələrində  əyani 

formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda; 

 45.0.10.  dövlət  qeydiyyatına  alınmış  dini  qurumlarda  peşəkar  dini  fəaliyyətlə  məşğul 

olduqda; 

 45.0.11.  Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilələrində  nəzərdə  tutulmuş 

əsaslar olduqda. 

QEYD:  Bu  Məcəllənin  45.0.7-ci  maddəsində  göstərilən  hal  o  vaxt  Azərbaycan 

Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, 

həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər ilə natamam iş vaxtı şəraitində 

əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərirlər. Bu hal üzrə işçilərin ən azı 80 faizinin 

Azərbaycan Respublikası vətəndaşı olması tələb olunur. 

  

M a d d ə   46.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 



Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  icazəsinin  verilməsi  (müddətinin 

uzadılması) üçün tələb olunan sənədlər 

  



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə