Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

turizm  şirkətinin  elektron  poçt  ünvanına  göndərilir.  Viza  verilməsindən  imtina  edildikdə,  bu 

barədə əsaslandırılmış məlumat verilir. 

 38.4. Elektron vizanın verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu 

ödənilir. 

 38.5.  Çap  olunmuş  elektron  viza  pasporta  yapışdırılmır  və  dövlət  sərhədinin  buraxılış 

məntəqəsindən  keçərkən  turist  tərəfindən  pasportla  birgə  təqdim  olunur.  Dövlət  sərhədinin 

buraxılış  məntəqəsindən  keçərkən  pasportda  və  vizada  şəxsin  Azərbaycan  Respublikasının 

ərazisinə daxil olması və Azərbaycan Respublikasının ərazisini tərk etməsi barədə qeyd aparılır. 

 38.6.  Elektron  qaydada  verilən  viza  blankının  təsviri  və  nümunəsi  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

 38.7.  Turistlərə  elektron  viza  almaq  hüququnu  əldə  etmək  üçün  Azərbaycan 

Respublikasında  fəaliyyət  göstərən  turizm  şirkətlərinin  müvafiq  icra  hakimiyyəti  orqanında 

akkreditasiyadan  keçməsi  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir.


vi[6]

 

  



FƏSİL 6 

  

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN 



RESPUBLİKASINDA MÜVƏQQƏTİ OLMA MÜDDƏTİNİN UZADILMASI 

  

M a d d ə   39.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərar 

  

 39.1.  Bu  Məcəllənin  40-cı  maddəsində  müəyyən  olunmuş  hallarda  əcnəbilərin  və 



vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında  müvəqqəti  olma  müddəti  müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən uzadıla bilər və bu barədə müvafiq qərar qəbul edilir. 

 39.2.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında 

müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 

Azərbaycan Respublikasında müvəqqəti olma hüququ verən rəsmi sənəddir. 

 39.3.  Azərbaycan  Respublikasında  müvəqqəti  olma  müddəti  uzadılmış  əcnəbilər  və 

vətəndaşlığı  olmayan  şəxslər  pasportlarını  və  ya  digər  sərhədkeçmə  sənədlərini  və  müvəqqəti 

olma  müddətinin  uzadılması  haqqında  qərarı  təqdim  edərək,  dövlət  sərhədinin  buraxılış 

məntəqələrindən keçməklə, ölkəni tərk edə bilərlər. 

 39.4.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında 

müvəqqəti  olma  müddətinin  uzadılması  barədə  qərarın  təsviri,  spesifikasiyası  və  nümunəsi 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 




  

M a d d ə   40.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 

Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı hallar 

  

 40.0.  Bu  Məcəllənin  43-cü  maddəsində  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla 



əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında  müvəqqəti  olma 

müddəti aşağıdakı hallarda uzadılır: 

 40.0.1.  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasının 

ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda; 

 40.0.2.  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında 

yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə; 

 40.0.3.  xidməti  zərurətlə  əlaqədar  Azərbaycan  Respublikasına  gəlmiş  əcnəbilər  və 

vətəndaşlığı  olmayan  şəxslər  tərəfindən  nəzərdə  tutulmuş  işlərin  başa  çatdırılmadığına  dair 

həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə; 

 40.0.4. Bu Məcəllənin 19.4-cü maddəsində nəzərdə tutulmuş hallarda. 

  

M a d d ə   41.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün tələb olunan sənədlər 

  

 41.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti 



olma müddətinin uzadılması üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 

 41.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket; 

 41.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti; 

 41.1.3.  doğum  haqqında  şəhadətnamə  və  ya  ona  bərabər  tutulan  digər  sənədin  notariat 

qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün); 

 41.1.4.  bu  Məcəllənin  40-cı  maddəsində  nəzərdə  tutulmuş  müvəqqəti  olma  müddətinin 

uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd; 

 41.1.5. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 

 41.1.6.  qeydiyyata  alınacağı  yaşayış  sahəsinin  sənədi  (mülkiyyət  hüququnun  dövlət 

qeydiyyatına  alınması  haqqında  daşınmaz  əmlakın  dövlət  reyestrindən  çıxarış,  order,  icarə 

(kirayə)  müqaviləsi  və  ya  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş 

digər sənəd); 




 41.1.7.  əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə  yaşayış  sahəsi  verən  şəxsin  ərizəsi 

(əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin  mülkiyyətində  yaşayış  sahəsinin  olduğu  hallar 

istisna olmaqla); 

 41.1.8.  əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə  yaşayış  sahəsi  verən  şəxsin 

şəxsiyyətini  təsdiq  edən  sənədinin  surəti  (əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin 

mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 

 41.1.9. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 

 41.2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasında müvəqqəti 

olma  müddətinin  uzadılması  barədə  qərar  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  təqdim 

edildiyi zaman verilir. 

Qeyd: Bu Məcəllənin 41.1.2-ci, 41.1.6-cı və 41.1.8-ci maddələrində göstərilən sənədlərin 

surətləri  həmin  sənədlərin  əsli  ilə  birgə  təqdim  edilir  və  tutuşdurma  aparıldıqdan  sonra 

sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.

vii[7]


 

  

M a d d ə   42.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasında müvəqqəti olma müddətinin uzadılması qaydası 

  

 42.1.  Azərbaycan  Respublikasına  gələn  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin 



ölkədə  müvəqqəti  olma  müddəti  onların  və  ya  qanuni  nümayəndələrinin  müraciəti  əsasında  bu 

Məcəllənin 40-cı maddəsində nəzərdə tutulan hallarda 60 günədək uzadıla bilər. 

 42.2.  18  yaşına  çatmamış  əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  Azərbaycan 

Respublikasında  müvəqqəti  olma  müddəti  valideyninin  və  ya  digər  qanuni  nümayəndəsinin 

müraciəti əsasında uzadılır. 

 42.3. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə ərizə-

anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilər. 

 42.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti 

olma müddətinin bitməsinə azı 3 iş günü qalmış (tranzit keçidi zamanı məcburi dayanma halları 

istisna olmaqla) müvəqqəti olma müddətinin uzadılması üçün müvafiq icra hakimiyyəti orqanına 

müraciət edərək tələb olunan sənədləri təqdim etməlidirlər. 

 42.5.  Azərbaycan  Respublikasında  müvəqqəti  olma  müddətinin  uzadılmasına  dair 

əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciəti ilə əlaqədar 3 iş günü ərzində müvafiq 

qərar qəbul edilir. 

 42.6.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında 

müvəqqəti olma müddətinin uzadılması məsələsi həll edilərkən, müvafiq icra hakimiyyəti orqanı 

hər  bir  konkret  halda  onların  Azərbaycan  Respublikasında  qalma  səbəblərini  araşdırır,  bu 

Məcəllənin  43-cü  maddəsində  nəzərdə  tutulmuş  hallarda  müddətin  uzadılmasından  imtina  edir 

və  müraciət  etmiş  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  imtina  barədə  yazılı  məlumat 

verir  və  ya  müvəqqəti  olma  müddətinin  uzadılması  ilə  bağlı  müraciəti  müsbət  həll  edilmiş 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə