Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

 46.1.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının  ərazisində 

müvəqqəti  yaşamaq  icazəsinin  alınması  (müddətinin  uzadılması)  üçün  aşağıdakı  sənədləri 

təqdim etməlidirlər: 

 46.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket; 

 46.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin 

etibarlılıq  müddəti  verilməsi  nəzərdə  tutulan  müvəqqəti  yaşama  icazəsinin  müddətinin  bitməsi 

tarixindən azı 3 ay artıq olmalıdır); 

 46.1.3. doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat 

qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün); 

 46.1.4.  müvəqqəti  yaşamaq  üçün  icazənin  verilməsinə  əsas  olan  halların  mövcudluğunu 

notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd; 

 46.1.5.  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilən  təhlükəli  yoluxucu 

xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış; 

 46.1.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama 

hüququ verən sənədin surəti; 

 46.1.7. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək 

səviyyəli  mütəxəssis  olan  əcnəbiləri  və  vətəndaşlığı  olmayan  şəxsləri  Azərbaycan 

Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti;

ix[9]

 

 46.1.8. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 



 46.1.9.  qeydiyyata  alınacağı  yaşayış  sahəsinin  sənədi  (mülkiyyət  hüququnun  dövlət 

qeydiyyatına  alınması  haqqında  daşınmaz  əmlakın  dövlət  reyestrindən  çıxarış,  order,  icarə 

(kirayə)  müqaviləsi  və  ya  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş 

digər sənəd); 

 46.1.10.  əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə  yaşayış  sahəsi  verən  şəxsin  ərizəsi 

(əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin  mülkiyyətində  yaşayış  sahəsinin  olduğu  hallar 

istisna olmaqla); 

 46.1.11.  əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə  yaşayış  sahəsi  verən  şəxsin 

şəxsiyyətini  təsdiq  edən  sənədinin  surəti  (əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin 

mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 

 46.1.12. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 

 46.2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində 

müvəqqəti  yaşamaq  üçün  icazə  vəsiqəsi  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  təqdim 

edildiyi zaman verilir. 

 46.3. Müvəqqəti yaşamaq icazəsinin alınması üçün müraciət etmiş şəxsdən (15 yaşınadək 

uşaqlar  istisna  olmaqla)  biometrik  identifikasiya  tələblərinə  uyğun  olaraq  əl-barmaq  izləri 

götürülür. 



Qeyd: Bu Məcəllənin 46.1.2-ci, 46.1.9-cu və 46.1.11-ci maddələrində göstərilən sənədlərin 

surətləri  həmin  sənədlərin  əsli  ilə  birgə  təqdim  edilir  və  tutuşdurma  aparıldıqdan  sonra 

sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.

x[10]


 

  

M a d d ə   47.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 



Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazənin  verilməsi  (müddətinin 

uzadılması) qaydası 

  

 47.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində 



müvəqqəti  yaşamaq  üçün  icazə  verilməsinə  əsas  olan  hallar  mövcud  olduqda,  Azərbaycan 

Respublikasının ərazisində müvəqqəti olma və  ya müvəqqəti  yaşama müddətinin bitməsinə azı 

30  gün  qalmış  bu  barədə  icazə  alınması  üçün  müvafiq  icra  hakimiyyəti  orqanına  müraciət 

etməlidirlər. 

 47.2.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının  ərazisində 

müvəqqəti  yaşamaq  icazəsini  almaq  üçün  şəxsən  və  ya  qanuni  nümayəndələri  vasitəsi  ilə 

müraciət edirlər. 

 47.3.  18  yaşına  çatmamış  uşağın  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti 

yaşamaq üçün icazəsi valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında alınır. 

 47.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi 

barədə  ərizə-anket  və  tələb  olunan  digər  sənədlər  elektron  müraciət  formasında  təqdim  edilə 

bilər. 


 47.5.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasının 

ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazə  verilməsi  ilə  bağlı  müraciətlərinə  müvafiq  icra 

hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, 20 iş günü ərzində baxılır. 

 47.6. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazisində müvəqqəti 

yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 

haqqında 10 iş günü ərzində rəy verir. 

 47.7.  Müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  10  iş  günü  ərzində  müvafiq  rəy 

bildirilmədikdə,  bu,  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasının 

ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. 

 47.8.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazənin 

müddətinin uzadılması icazənin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 

 47.9. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti 

bitənədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazənin müddəti uzadılmamışdırsa və ya 

belə  uzadılma  üçün  ərizə  qəbul  edilməmişdirsə,  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər 

Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. 

 47.10.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazə  verilməsi 

ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, müvəqqəti yaşamaq üçün icazə 

vəsiqəsinin  fərdi  olaraq  doldurulması  və  verilməsi,  habelə  Azərbaycan  Respublikasının 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə