Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   ...   16   17   18   19   20   21   22   23   24

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN 

RESPUBLİKASININ HÜDUDLARINDAN KƏNARA ÇIXARILMASI 

  

M a d d ə   78.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasının hüdudlarından kənara çıxarılmasının əsasları 

  

 78.1.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  aşağıdakı  hallarda  Azərbaycan 



Respublikasının hüdudlarından kənara çıxarıla bilərlər: 

 78.1.1.  cinayət  törədildiyinə  görə  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara 

məcburi çıxarma cəzası təyin edildikdə; 

 78.1.2. inzibati xəta törədildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara 

inzibati qaydada çıxarma inzibati tənbeh tədbiri tətbiq edildikdə; 

 78.1.3. bu Məcəllənin 79-cu maddəsinə uyğun olaraq əcnəbilərin və vətəndaşlığı olmayan 

şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar (bundan 

sonra “kənara çıxarma haqqında qərar”) qəbul edildikdə. 

 78.2.  Cinayət  törətdiyinə  görə  məhkum  olunmuş  əcnəbilərə  və  ya  vətəndaşlığı  olmayan 

şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası Azərbaycan 

Respublikasının  Cinayət  Məcəlləsi  ilə  müəyyən  edilmiş  hallarda  tətbiq  edilir  və  Azərbaycan 

Respublikasının  Cəzaların  İcrası  Məcəlləsi  ilə  müəyyən  edilmiş  qaydada  icra  edilir.  Həmin 

şəxslərin  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılmasından  irəli  gələn  digər 

məsələlər bu Məcəllə ilə həll edilir. 

 78.3.  İnzibati  xəta  törətmiş  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan 

Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada Azərbaycan 

Respublikasının  hüdudlarından  kənara  inzibati  qaydada  çıxarılır.  Həmin  şəxslərin  Azərbaycan 

Respublikasının hüdudlarından kənara çıxarılmasından irəli gələn digər məsələlər bu Məcəllə ilə 

həll edilir. 

 78.4. Kənara çıxarma haqqında qərar bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul və 

icra edilir. 

  

M a d d ə  79. Kənara çıxarma haqqında qərar 



  

 79.1.  Müvafiq  icra  hakimiyyəti  orqanı  aşağıda  göstərilən  hallarda  əcnəbilər  və 

vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edir: 

 79.1.1.  vizası  və  ya  müvəqqəti  olma  müddətinin  uzadılması  barədə  qərarı,  yaxud 

müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə; 

 79.1.2. Azərbaycan Respublikası ərazisində olması arzuolunmaz hesab edildikdə; 




 79.1.3.  cəza  çəkməkdən  azad  edilmiş  əcnəbilərin  və  ya  vətəndaşlığı  olmayan  şəxslərin 

Azərbaycan Respublikasında yaşamaları üçün bu Məcəllənin 45-ci maddəsində müəyyən edilmiş 

əsaslar olmadıqda; 

79.1.4. qaçqın statusu verilməsindən imtina edildikdə.

xiii[13]

 

 79.2.  Kənara  çıxarma  haqqında  qərarla  həmçinin  əcnəbilərin  və  vətəndaşlığı  olmayan 



şəxslərin 5 ilədək müddətə ölkə ərazisinə gəlməsinə məhdudiyyət qoyulur. 

 79.3. Qaçqın statusu verilmiş, habelə Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq 

verilmiş  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  barəsində  kənara  çıxarma  haqqında  qərar 

qəbul edilmir. 

 79.4.  İnsan  alverindən  zərər  çəkmiş  hesab  olunan  əcnəbilər  və  vətəndaşlığı  olmayan 

şəxslər  barəsində  1  il  müddətində,  cinayət  təqibi  orqanlarına  yardım  göstərən  əcnəbilər  və 

vətəndaşlığı  olmayan  şəxslər  barəsində  isə  cinayət  təqibi  başa  çatanadək  kənara  çıxarma 

haqqında  qərar  qəbul  edilmir.  İnsan  alverinin  qurbanı  olan  uşaqlar  barəsində  kənara  çıxarma 

haqqında qərar qəbul edilmir. 

 79.5.  Kənara  çıxarma  haqqında  qərar  əcnəbilərə  və  ya  vətəndaşlığı  olmayan  şəxslərə 

təqdim  edildiyi  vaxtdan  həmin  şəxslərin  üzərinə  aşağıdakı  müddətlərdə  ölkəni  tərk  etmək 

öhdəliyi qoyur: 

 79.5.1. cəza çəkməkdən azad edilmiş, vizası və ya müvəqqəti olma müddətinin uzadılması 

barədə  qərarı  ləğv  edilmiş,  habelə  Azərbaycan  Respublikasının  ərazisində  olması  arzuolunmaz 

hesab edilmiş şəxslər – 48 saat ərzində; 

 79.5.2. müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edilmiş, habelə qaçqın statusu 

verilməsindən imtina edilmiş şəxslər – 10 gün ərzində.

xiv[14]


 

 79.6.  Kənara  çıxarma  haqqında  qərarda  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin 

Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması əsaslandırılmalıdır. 

 79.7.  Barəsində  kənara  çıxarma  haqqında  qərar  qəbul  olunmuş  şəxs  həmin  qərarla  tanış 

edilməli  və  qərarın  bir  nüsxəsi  ona  təqdim  olunmalıdır.  Əgər  həmin  şəxs  Azərbaycan  dilini 

bilmirsə, bu prosesdə tərcüməçinin iştirakı təmin olunmalıdır. 

 79.8.  Kənara  çıxarma  haqqında  qərardan  məhkəməyə  şikayət  verilə  bilər.  Şikayətin 

verilməsi kənara çıxarma haqqında qərarın icrasını dayandırmır. 

 79.9.  Kənara  çıxarma  haqqında  qərar  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  icra 

edilir. 


  

M a d d ə   80.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 

Respublikasının hüdudlarından kənara çıxarılmasının ümumi qaydaları 

  

 80.1.  Bu  Məcəllənin  78.1-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  Azərbaycan 



Respublikasının  hüdudlarından  kənara  çıxarılması  qərara  alınmış  əcnəbilər  və  vətəndaşlığı 


olmayan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrində, 

habelə  bu  Məcəllənin  79.5-ci  maddəsində  müəyyən  olunmuş  müddətlərdə  Azərbaycan 

Respublikasının ərazisini tərk etməlidirlər. Onların Azərbaycan Respublikasının ərazisini həmin 

müddət ərzində tərk etməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. 

 80.2. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini 

tərk  etməkdən  boyun  qaçırdıqda  və  ya  belə  boyun  qaçırmanı  ehtimal  etməyə  kifayət  qədər 

əsaslar  olduqda,  onlar  müvafiq  icra  hakimiyyəti  orqanının  müraciəti  əsasında  məhkəmənin 

qərarı  ilə  bu  Məcəllədə  müəyyən  olunmuş  qaydada  və  müddətdə  müvafiq  icra  hakimiyyəti 

orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilirlər. 

 80.3.  İcazəsiz  yaşayan  şəxslərin  readmissiyası  haqqında  Azərbaycan  Respublikasının 

tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun  olaraq  ölkə  hüdudlarından  kənara  çıxarılmalı 

olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanının müraciəti 

əsasında məhkəmənin qərarı ilə bu Məcəllədə müəyyən olunmuş qaydada və müddətdə müvafiq 

icra 


hakimiyyəti 

orqanının 

qanunsuz 

miqrantların 

saxlanılması 

mərkəzlərinə 

yerləşdirilirlər.

xv[15]


 

 80.4.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarma  ilə  bağlı  sənədləşmə 

yubandıqda  və  ya  çıxarılma  haqqında  qərarın  vaxtında  icrasına  mane  olan  digər  üzrlü  səbəb 

olduqda,  müvafiq  icra  hakimiyyəti  orqanının  yerləşdiyi  yer  üzrə  birinci  instansiya  məhkəməsi 

həmin  orqanın  əsaslandırılmış  müraciəti  əsasında  çıxarılma  müddətinin  uzadılması  məsələsinə 

baxır. 


 80.5.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılması  qərara  alınmış 

əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  şəxsiyyəti  haqqında  məlumatların 

dəqiqləşdirilməsi  zəruri  olduqda,  müvafiq  informasiya  sistemləri  vasitəsi  ilə  sorğular  verilir  və 

zəruri məlumatlar alınır. 

 80.6.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  şəxsiyyəti  təsdiq  edən  sənədləri 

olmadıqda  (itirildikdə,  gizlədildikdə  və  s.),  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə  bu  Məcəllənin 

81.1-ci  maddəsində  göstərilən  istiqamətlər  üzrə  xarici  ölkələrin  səlahiyyətli  dövlət  qurumları 

arasında  müvafiq  razılaşma  olduğu  təqdirdə  birbaşa,  bütün  digər  hallarda  isə  müvafiq  icra 

hakimiyyəti orqanı vasitəsi ilə müraciət olunaraq,  müvafiq sənədləşmə işləri aparılır və onların 

şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür. 

80.6-1.  Sərhədkeçmə  sənədləri  olmayan  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə 

Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilələrində  nəzərdə  tutulmuş  hallarda,  habelə 

həmin  şəxslər  üçün  mənşə  ölkələrindən  sərhədkeçmə  sənədləri  əldə  etmək  mümkün  olmadığı 

hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən səyahət sənədi verilir.

xvi[16]

 

 80.7.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılan  əcnəbilər  və 



vətəndaşlığı  olmayan  şəxslərdən  biometrik  identifikasiya  tələblərinə  uyğun  olaraq  əl-barmaq 

izləri götürülür. 

 80.8.  Əcnəbilərin  və  ya  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasının 

hüdudlarından kənara çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əvvəlcədən 

müvafiq  icra  hakimiyyəti  orqanına  yazılı  məlumatlar  göndərilir.  Əcnəbilər  və  ya  vətəndaşlığı 

olmayan  şəxslər  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılarkən,  Azərbaycan 

Respublikasının  sərhəd  nəzarət  məntəqələrinədək  müvafiq  icra  hakimiyyəti  orqanının 

əməkdaşları  tərəfindən  müşayiət  olunur  və  dövlət  sərhədinin  buraxılış  məntəqələrində  müvafiq 

icra hakimiyyəti orqanının əməkdaşlarına təhvil verilir. 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə