Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   ...   16   17   18   19   20   21   22   23   24

85.6.  Qadağan  olunmuş  əşyaların  hazırlanmasının,  saxlanılmasının,  gəzdirilməsinin, 

daşınmasının  və  ya  istifadəsinin  tənbeh  tədbirlərinin  tətbiqinə  səbəb  olması  barədə  Mərkəzdə 

saxlanılan şəxsə məlumat verilir və ondan yazılı iltizam alınır. 

  

M a d d ə  86. Daxili intizam qaydaları 



  

86.0. Daxili intizam qaydaları ilə aşağıdakılar müəyyən edilir: 

86.0.1.  şəxsin  Mərkəzə  qəbul  edilərək  yerləşdirilməsi,  onun  qeydiyyatının  və  şəxsi 

axtarışının  aparılması,  əşyalarının  yoxlanılması,  tibbi  müayinədən  keçirilməsi  və  Mərkəzdən 

azad edilməsi (və ya buraxılması); 

86.0.2.  şəxsin  Mərkəzdə  saxlanılması  şəraiti  və  şərtləri,  mühafizəsi  və  müşayiəti,  o 

cümlədən bir Mərkəzdən digər Mərkəzə köçürülməsi; 

86.0.3. Mərkəzdə saxlanılan şəxsin daktiloskopik qeydiyyatının aparılması; 

86.0.4. bağlamaların, sovqatların və banderolların Mərkəzə gətirilməsi və onların qəbulu, 

o  cümlədən  Mərkəzdə  saxlanılan  şəxsin  şəxsi  hesabları  vasitəsilə  pul  baratları  alması  və  ya 

göndərməsi; 

86.0.5. şəxsin Mərkəzə məcburi yerləşdirilməsindən dərhal sonra yaxın qohumlarına və ya 

əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat 

verməsi; 

86.0.6. şəxsin öz dövlətinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi və ya 

konsulluğu  ilə,  yaxud  ona  himayədarlığı  öz  üzərinə  götürmüş  milli,  yaxud  beynəlxalq 

təşkilatlarla əlaqə yaratması; 

86.0.7.  Mərkəzdə  saxlanılan  şəxsin  ərzaq  məhsulları  və  ən  zəruri  malları  əldə  etməsi, 

yazışması, telefon əlaqəsindən istifadə etməsi;  

86.0.8. Mərkəzdə məcburi yerləşdirilən şəxsin gəzintiyə çıxarılması; 

86.0.9. Mərkəzə giriş və çıxışın tənzimlənməsi; 

86.0.10. Mərkəzdə saxlanılan şəxsin idmanla məşğul olması, stolüstü oyunlar oynaması və 

televiziya verilişlərinə baxması; 

86.0.11. Mərkəzdə saxlanılan şəxsin müdafiəçisi, qanuni nümayəndəsi, qohumları, hüquqi 

yardım  göstərən  və  ya  əlaqələri  onun  üçün  maraq  doğuran  digər  şəxslərlə  görüşlərinin  təmin 

edilməsi; 

86.0.12. şəxsin Mərkəzin rəisi tərəfindən qəbul edilməsi; 

86.0.13. Mərkəzdə saxlanılan şəxs tərəfindən dini ayinlərin yerinə yetirilməsi; 

86.0.14. Mərkəzdə saxlanılan şəxsin yemək və maddi-məişət təminatı və normaları; 



86.0.15.  Mərkəzdə  saxlanılan  şəxs  tərəfindən  təkliflərin,  şikayətlərin  və  ərizələrin 

göndərilməsi; 

86.0.16.  Mərkəzdə  saxlanılan  şəxsə  tibbi  və  psixoloji  yardım  göstərilməsi,  habelə  onun 

tibbi-sanitariya  təminatı,  tibbi-müayinəsi,  tibb  müəssisələrində  yerləşdirilməsi  və  ya 

saxlanılması; 

86.0.17. Mərkəzdə saxlanılan şəxsin mülki-hüquq, ailə-hüquq münasibətlərində iştirakı və 

notarius xidmətlərindən istifadə etməsi; 

86.0.18. Mərkəzdə saxlanılan zaman vəfat etmiş şəxsin meyitinin verilməsi; 

86.0.19. Mərkəzdə rejimin təmin edilməsi ilə əlaqədar digər məsələlər. 

  

M a d d ə   87.  Mərkəzdə  məcburi  yerləşdirilən  əcnəbilərin  və  vətəndaşlığı  olmayan 



şəxslərin hüquqları 

  

87.1. Mərkəzdə məcburi yerləşdirilən şəxs aşağıdakı hüquqlara malikdir:  



87.1.1. Mərkəzə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun 

üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat vermək imkanı ilə təmin 

olunmaq; 

87.1.2. şəxsi təhlükəsizliyi təmin edilməklə yerləşdirilmək; 

87.1.3. öz hüquq və vəzifələri və daxili intizam qaydaları ilə yazılı şəkildə ona aydın olan 

dildə tanış olmaq, bu barədə yazılı məlumatı özündə saxlamaq; 

87.1.4. işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq; 

87.1.5. müdafiəçi, qanuni nümayəndə, qohumlar, hüquqi yardım göstərən və ya əlaqələri 

onun üçün maraq doğuran digər şəxslərlə görüşmək;  

87.1.6.  öz  dövlətinin  Azərbaycan  Respublikasındakı  diplomatik  nümayəndəliyi  və  ya 

konsulluğu  ilə,  yaxud  ona  himayədarlığı  öz  üzərinə  götürmüş  milli,  yaxud  beynəlxalq 

təşkilatlarla təxirə salınmadan əlaqəyə girmək; 

87.1.7. pulsuz yeməklə, maddi-məişət və tibbi-sanitariya xidmətləri ilə təmin olunmaq; 

87.1.8. Mərkəzin kitabxanasından istifadə etməklə, ədəbiyyat, qəzet və ya jurnal götürmək, 

həmçinin öz vəsaiti hesabına yazı ləvazimatı, ədəbiyyat, qəzet və ya jurnal əldə etmək; 

87.1.9. dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək; 

87.1.10.  mülki-hüquq,  ailə-hüquq  münasibətlərində  iştirak  etmək,  notariusun 

xidmətlərindən istifadə etmək; 

87.1.11. etik davranışa uyğun rəftar olunmaq;  



87.1.12.  hüquqazidd  məqsədlər  üçün  istifadə  edilə  bilən  və  ya  dövlət  sirrini  və  qanunla 

qorunan digər sirləri özündə əks etdirən sənədlər və yazılar istisna olmaqla, barəsində aparılan 

işin icraatı ilə tanış olmaq, öz hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsi ilə bağlı 

sənədləri,  yaxud  əqli  fəaliyyətinin  nəticəsi  olan  yazıları  və  ya  onların  surətlərini,  o  cümlədən 

təklif, ərizə və şikayətlərinə verilən cavabların surətlərini özündə saxlamaq; 

87.1.13.  Mərkəzdə  saxlanılmasının  qanuniliyi,  əsaslılığı  və  ya  hüquqlarının  və  qanuni 

mənafelərinin pozulması məsələləri ilə bağlı təklif, ərizə və şikayətlərlə müraciət etmək; 

87.1.14. idmanla məşğul olmaq və stolüstü oyunlar oynamaq;  

87.1.15. şəxsi əşyalardan istifadə etmək; 

87.1.16.  öz  paltar  və  ayaqqabısından  istifadə  etmək,  münasib  paltarı  olmadıqda  iqlimə 

uyğun paltarla təmin edilmək;  

87.1.17. psixoloji yardım almaq; 

87.1.18. öz vəsaiti hesabına qəzet və jurnallara abunə yazılmaq; 

87.1.19. şəxsi hesabları vasitəsilə pul baratları almaq və yaxın qohumlarına pul baratları 

göndərmək; 

87.1.20. telefon əlaqəsindən istifadə etmək; 

87.1.21. televiziya verilişlərinə baxmaq; 

87.1.22.  öz  vəsaiti  hesabına  Mərkəzin  işçiləri  vasitəsilə  ticarət  şəbəkəsindən  ərzaq 

məhsulları və ən zəruri mallar əldə etmək; 

87.1.23. gündəlik gəzintiyə çıxarılmaq. 

87.2. Mərkəzdə məcburi yerləşdirilən şəxsin bu Məcəllənin 87.1-ci maddəsində sadalanan 

hüquqları  “Həbs  yerlərində  saxlanılan  şəxslərin  hüquq  və  azadlıqlarının  təmin  edilməsi 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulan  minimal  təminatlardan  az 

olmamaqla daxili intizam qaydaları ilə təmin edilir. 

  

M a d d ə   88.  Mərkəzdə  könüllü  yerləşdirilən  əcnəbilərin  və  vətəndaşlığı  olmayan 



şəxslərin hüquqları 

  

88.0.  Mərkəzdə  könüllü  yerləşdirilən  şəxs  bu  Məcəllənin  87.1.2-ci  -  87.1.21-ci 



maddələrində göstərilən hüquqlardan əlavə, aşağıdakı hüquqlara malikdir: 

88.0.1. Mərkəzi tərk etmək və geri qayıtmaq; 

88.0.2.  Mərkəzin  ərazisində  (xidməti  istifadə  üçün  nəzərdə  tutulan  ərazilər  istisna 

olmaqla) sərbəst hərəkət etmək; 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə