Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

 67.14.  İş  icazəsinin  verilməsi  ilə  bağlı  müvafiq  məlumatların  toplanması  və  rəylərin 

alınması, iş icazəsi blankının fərdi olaraq doldurulması və verilməsi, habelə iş icazəsi almış və ya 

belə  icazənin  verilməsindən  imtina  edilmiş,  o  cümlədən  iş  icazəsi  ləğv  edilmiş  əcnəbilərin  və 

vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması  Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi 

ilə həyata keçirilir. 

  

M a d d ə  68. İş icazəsinin yenidən rəsmiləşdirilməsi 



  

 68.1.  Əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  şəxsiyyətini  təsdiq  edən  sənədlərindəki 

məlumatlar  və  ya  işlədiyi  hüquqi  şəxsin  adı  dəyişdikdə  və  ya  iş  icazəsi  itirildikdə,  onun 

işəgötürəni  5  iş  günü  müddətində  müvafiq  icra  hakimiyyəti  orqanına  məlumat  verməli  və  belə 

icazənin yenidən rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün ərizə təqdim etməlidir. 

 68.2.  Bu  Məcəllənin  68.1-ci  maddəsində  nəzərdə  tutulan  hallarda  işəgötürən  10  iş  günü 

müddətində  müvafiq  ərizə  təqdim  etmədikdə,  əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə 

verilmiş icazə etibarsız hesab edilir. 

 68.3.  İş  icazəsi  yenidən  rəsmiləşdirildikdə,  onun  yenidən  rəsmiləşdirilməsinin  səbəbi  ilə 

bağlı  sənəd  və  əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə  verilmiş  iş  icazəsinin  surəti  təqdim 

edilir. 

 68.4. İş icazəsinin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilmir. 

  

M a d d ə  69. İş icazəsinin müddəti və həmin müddətin uzadılması 



  

 69.1.  İş  icazəsi  1  il  müddətinə,  əmək  müqaviləsinin  1  ildən  az  müddətə  bağlanılması 

nəzərdə  tutulduqda  isə  həmin  müddətə  verilir.  İş  icazəsinin  müddəti  hər  dəfə  1  ildən  çox 

olmamaq şərti ilə uzadıla bilər. 

 69.2.  İş  icazəsinin  müddətinin  uzadılması  üçün  işəgötürən  iş  icazəsinin  müddətinin 

bitməsinə azı 30 gün qalmış müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir. 

 69.3.  İş  icazəsinin  müddətinin  uzadılması  üçün  işəgötürən  bu  Məcəllənin  65.0.1-ci, 

65.0.3-cü, 65.0.4-cü və 65.0.7-ci maddələrində nəzərdə tutulmuş sənədləri təqdim etməlidir. 

 69.4.  İş  icazəsinin  müddətinin  uzadılması  bu  Məcəllənin  67-ci  maddəsində  müəyyən 

olunmuş qaydada həyata keçirilir. 

 69.5.  İş  icazəsinin  müddətinin  uzadılmasına  görə  dövlət  rüsumunun  ödənilməsini  təsdiq 

edən sənəd təqdim edildikdən sonra müddəti uzadılmış iş icazəsi işəgötürənə təqdim edilir. 

 69.6.  İşəgötürən  tərəfindən  30  gün  müddətində  iş  icazəsinin  müddətinin  uzadılmasına 

görə  dövlət  rüsumu  ödənilmədikdə  və  ya  əcnəbiyə  və  vətəndaşlığı  olmayan  şəxsə  Azərbaycan 




Respublikasının ərazisində müvəqqəti  yaşamaq üçün icazənin verilməsindən imtina olunduqda, 

müvafiq icra hakimiyyəti orqanı iş icazəsini ləğv edir. 

  

M a d d ə   70.  İşəgötürənin  əcnəbini  və  ya  vətəndaşlığı  olmayan  şəxsi  başqa  işə 



keçirməsi 

  

 70.1.  Əcnəbi  və  vətəndaşlığı  olmayan  şəxs  eyni  işəgötürənin  yanında  başqa  işə 



keçirildikdə  onun  üçün  yeni  iş  icazəsi  alınmalıdır.  Hüquqi  şəxsin  yenidən  təşkili  (birləşmə, 

qoşulma, bölünmə, ayrılma, çevrilmə) zamanı da əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün yeni 

iş icazəsi alınmalıdır. 

 70.2.  Əcnəbiyə  və  vətəndaşlığı  olmayan  şəxsə  eyni  işəgötürənin  yanında  başqa  işə 

keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə, həmin iş icazəsinin müddəti əvvəlki iş icazəsinin 

müddətinin qüvvədə qalan hissəsindən çox olmamalıdır. 

 70.3.  Əcnəbi  və  vətəndaşlığı  olmayan  şəxs  eyni  işəgötürənin  yanında  başqa  işə 

keçirildikdə,  bu  Məcəllənin  65.0.1-ci  və  65.0.3-cü  maddələrində  nəzərdə  tutulmuş  sənədlər, 

hüquqi  şəxsin  yenidən  təşkili  (birləşmə,  qoşulma,  bölünmə,  ayrılma,  çevrilmə)  zamanı  isə  bu 

Məcəllənin  65.0.1-ci  və  65.0.6.1-ci  maddələrində  nəzərdə  tutulmuş  sənədlər  müvafiq  icra 

hakimiyyəti orqanına təqdim edilir. 

 70.4.  Əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  eyni  işəgötürənin  yanında  başqa  işə 

keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə əlavə dövlət rüsumu ödənilmir. 

 70.5. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin iş icazəsinin müddəti bitdikdə və ya əmək 

müqaviləsi vaxtından əvvəl pozulduqda, onu başqa işəgötürən yeni iş icazəsi almaqla öz yanında 

işə dəvət edə bilər. 

 70.6.  İşəgötürən  tərəfindən  əcnəbi  və  vətəndaşlığı  olmayan  şəxsə  eyni  vaxtda  iki  iş 

icazəsinin alınması qadağandır. 

  

M a d d ə  71. Əmək müqaviləsi pozulduqda iş icazəsinin qüvvədən düşməsi 



  

 71.1.  Əcnəbi  və  ya  vətəndaşlığı  olmayan  şəxslə  işəgötürən  arasında  bağlanılmış  əmək 

müqaviləsi  vaxtından  əvvəl  pozulduqda,  işəgötürən  bu  barədə  5  iş  günü  ərzində  müvafiq  icra 

hakimiyyəti orqanına məlumat verməlidir. Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, şəxsə 

verilmiş iş icazəsi öz qüvvəsini itirir. 

 71.2.  Əmək  müqaviləsi  vaxtından  əvvəl  pozulduqda  və  əməkçi  miqrantın  Azərbaycan 

Respublikasında  qalması  üçün  başqa  əsas  olmadıqda,  o,  10  iş  günü  müddətində  Azərbaycan 

Respublikasının ərazisini tərk etməlidir. 

  



M a d d ə  72. İş icazəsinin qüvvədə olma qaydalarına nəzarət 

  

 72.1.  İş  icazəsinin  qüvvədə  olma  qaydalarına  nəzarəti  müvafiq  icra  hakimiyyəti  orqanı 



həyata keçirir. 

 72.2. Nəzarət qaydasında müvafiq icra hakimiyyəti orqanı: 

 72.2.1.  əcnəbilərdən  və  vətəndaşlığı  olmayan  şəxslərdən  işçi  qüvvəsi  kimi  istifadə 

edilməsini  tənzimləyən  normativ  hüquqi  aktlara  və  bu  Məcəllənin  tələblərinə  riayət  edilməsini 

yoxlayır; 

 72.2.2. yoxlama zamanı ortaya çıxan məsələlər haqqında işəgötürəndən, habelə əcnəbidən 

və vətəndaşlığı olmayan şəxsdən məlumat və ya arayış alır; 

 72.2.3. bu Məcəllənin 73-cü maddəsində nəzərdə tutulmuş hallarda iş icazəsini ləğv edir; 

 72.2.4.  iş  icazəsi  olmadan  işə  cəlb  edilmiş  əcnəbiləri  və  vətəndaşlığı  olmayan  şəxsləri, 

habelə  həmin  şəxsləri  işə  cəlb  etmiş  işəgötürənləri  qanunla  müəyyən  edilmiş  qaydada 

məsuliyyətə cəlb edir. 

 72.3. İşəgötürənlər yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa, tələb 

olunan sənədləri təqdim etməyə borcludurlar. 

 72.4.  Yoxlama  nəticəsində  qanun  pozuntusu  aşkar  olunduqda,  bu  barədə  iki  nüsxədən 

ibarət  protokol,  qanun  pozuntusu  aşkar  olunmadıqda  isə  akt  tərtib  edilir.  Protokolu  (aktı) 

müvafiq  icra  hakimiyyəti  orqanının  səlahiyyətli  şəxsləri  və  işəgötürən  imzalayırlar.  Protokolu 

(aktı)  imzalamaqdan  imtina  edildikdə,  bu  barədə  həmin  sənəddə  qeyd  edilir.  Protokola  (akta) 

işəgötürənin izahatı əlavə olunur. Protokolun (aktın) bir nüsxəsi işəgötürəndə qalır. 

 72.5.  Nəzarət  qaydasında  aparılan  yoxlamalara  digər  dövlət  orqanlarının  nümayəndələri 

də cəlb edilə bilər. 

  

M a d d ə  73. İş icazəsinin ləğv edilməsi üçün əsaslar 



  

 73.0. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı iş icazəsini ləğv edir: 

 73.0.1.  əcnəbidən  və  vətəndaşlığı  olmayan  şəxsdən,  yaxud  işəgötürəndən  müvafiq  ərizə 

daxil olduqda; 

 73.0.2.  işəgötürənlə  əcnəbi  və  vətəndaşlığı  olmayan  şəxs  arasında  bağlanmış  əmək 

müqaviləsi vaxtından əvvəl pozulduqda; 

 73.0.3.  iş  icazəsi  alınması  üçün  təqdim  edilən  sənədlərdə  düzgün  olmayan  məlumatlar 

aşkar edildikdə; 

 73.0.4. bu Məcəllənin 67.13-cü, 68.2-ci və 69.6-cı maddələrində nəzərdə tutulan hallarda; 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə