Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   ...   16   17   18   19   20   21   22   23   24

 80.9.  Azərbaycan  Respublikasının  ərazisindən  çıxarılan  əcnəbilərin  və  vətəndaşlığı 

olmayan şəxslərin çıxarılmasına görə xərclər onların öz üzərinə düşür. Bu şəxslərin çıxarılması 

üçün  onların  vəsaiti  olmadıqda,  belə  xərclərin  ödənilməsi  onları  qəbul  edən  şəxslərin,  idarə, 

müəssisə  və  təşkilatların,  qəbul  edən  tərəf  olmadıqda  isə  Azərbaycan  Respublikasının  müvafiq 

icra hakimiyyəti orqanının üzərinə düşür. 

 80.10.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılmış  əcnəbilər  və  ya 

vətəndaşlığı  olmayan  şəxslər  haqqında  məlumatlar  “Giriş-çıxış  və  qeydiyyat”  idarələrarası 

avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir. 

 80.11.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılmış  əcnəbilərin  və 

vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması  Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi 

ilə həyata keçirilir. 

  

M a d d ə   81.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılma 



istiqamətləri 

  

 81.1.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasının 



hüdudlarından kənara çıxarılması aşağıdakı istiqamətlərdə həyata keçirilir: 

 81.1.1.  əcnəbi  –  vətəndaşı  olduğu  ölkəyə,  bu  mümkün  olmadığı  halda  isə  Azərbaycan 

Respublikasına birbaşa gəldiyi ölkəyə; 

 81.1.2.  vətəndaşlığı  olmayan  şəxs  –  bundan  əvvəl  daimi  yaşadığı  ölkəyə,  Azərbaycan 

Respublikasına birbaşa gəldiyi ölkəyə, onu qəbul etmək istəyi olan və bu barədə vəsatət qaldıran 

ölkəyə; 


 81.1.3. ikili vətəndaşlığı olan şəxs – daimi yaşadığı və ya daha sıx əlaqəli olduğu ölkəyə. 

 81.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən çıxarılma barədə yuxarıda qeyd olunan 

istiqamətlərə müvafiq icra hakimiyyəti orqanı vasitəsi ilə məlumat verilir. 

  

FƏSİL 14



xvii[17]

 

  



ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN QANUNSUZ 

MİQRANTLARIN SAXLANILMASI MƏRKƏZLƏRİNDƏ YERLƏŞDİRİLMƏSİ VƏ 

SAXLANILMASI QAYDASI 

  

M a d d ə   82.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  qanunsuz  miqrantların 



saxlanılması mərkəzlərində yerləşdirilməsi üçün əsaslar və müddətlər 

  



82.1.  Aşağıdakı  hallarda  və  müddətlərdə  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər 

qanunsuz  miqrantların  saxlanılması  mərkəzlərində  (bundan  sonra  -  Mərkəz)  könüllü 

yerləşdirilirlər: 

82.1.1. şəxs (onunla birlikdə gələn ailə üzvləri) qaçqın statusu verilməsi barədə vəsatətlə 

müraciət etdikdə - qaçqın statusu verilməsi məsələsi həll edilənədək; 

82.1.2.  şəxs  qaçqın  statusu  aldıqda  -  iş  və  ya  yaşayış  yeri  əldə  edənədək,  lakin  3  aydan 

artıq olmayan müddətə; 

82.1.3.  şəxs  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarıldıqda  -  çıxarılma 

üçün Azərbaycan Respublikasının İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrində, habelə bu 

Məcəllənin 79.5-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində. 

82.2.  Aşağıdakı  hallarda  və  müddətlərdə  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər 

Mərkəzdə məcburi yerləşdirilirlər: 

82.2.1. müvafiq icra hakimiyyəti orqanının inzibati qaydada tutma barədə qərarı olduqda 

- 24 saatadək;  

82.2.2. məhkəmənin inzibati qaydada tutma barədə qərarı olduqda – üç günədək; 

82.2.3.  bu  Məcəllənin  80.2-ci  və  80.3-cü  maddələrində  nəzərdə  tutulmuş  hallarda 

məhkəmənin müvafiq qərarı olduqda - qərarda göstərilən, lakin 6 aydan artıq olmayan müddətə. 

82.3.  Bu  Məcəllənin  82.1.3-cü  maddəsində  nəzərdə  tutulan  hallar  Azərbaycan 

Respublikasının  ərazisində  yaşayış  yeri  və  ya  özünün  və  ailə  üzvlərinin  minimal  tələbatını 

ödəməyə vəsaiti olmayan şəxslərə tətbiq edilir.  

  

M a d d ə   83.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Mərkəzdə  yerləşdirilməsi 



proseduru  

  

83.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Mərkəzdə könüllü yerləşdirilmələri üçün 



ərizə  ilə  müvafiq  icra  hakimiyyəti  orqanına  müraciət  edirlər.  Ərizəyə  şəxsiyyəti  təsdiq  edən 

sənəd (mövcud olduqda) əlavə olunur.  

83.2. Müvafiq icra hakimiyyəti orqanı ərizəyə baxaraq, şəxsin Mərkəzdə yerləşdirilməsi və 

ya bundan imtina edilməsi barədə qərar qəbul edir. 

83.3.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Mərkəzdə  məcburi  yerləşdirilməsi 

üçün tutma barədə müvafiq icra hakimiyyəti orqanının qərarı və ya məhkəmənin müvafiq qərarı 

tələb olunur. 

  

M a d d ə   84.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Mərkəzdə  saxlanılmasının 



xüsusiyyətləri  


  

84.1.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Mərkəzdə  daxili  intizam  qaydalarında 

nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla 2, 6 və daha çox nəfərlik xüsusi yaşayış otaqlarında 

saxlanılırlar. 

84.2.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  yaşayış  otaqlarında  bir  ailəyə  mənsub 

olmaları, yaşı, cinsi, məhkumluğu, səhhəti nəzərə alınmaqla saxlanılırlar.  

84.3. Aşağıdakı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Mərkəzdə ayrı saxlanılırlar: 

84.3.1. məcburi saxlanılanlar könüllü saxlanılanlardan; 

84.3.2. qadınlar kişilərdən (ailə üzvləri istisna olmaqla); 

84.3.3.  yetkinlik  yaşına  çatmayanlar  yetkinlik  yaşına  çatanlardan  (ailə  üzvləri  istisna 

olmaqla); 

84.3.4. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların həyat və ya 

sağlamlığına  təhlükə  törədən  Mərkəzdə  saxlanılan  digər  əcnəbilərdən  və  vətəndaşlığı  olmayan 

şəxslərdən (Mərkəzin rəisinin qərarı ilə).  

84.4. Qadınlar kişi cinsindən olan 12 yaşınadək uşaqlarını öz yanlarında saxlaya bilərlər.  

84.5. Hamilə və ya yanında uşağı olan qadınlar, yetkinlik yaşına çatmayanlar, habelə tibbi 

nəzarətə ehtiyacı olan şəxslər yaxşılaşdırılmış maddi-məişət şəraiti, xüsusi tibbi yardım və xüsusi 

yemək normaları ilə təmin edilirlər. 

  

M a d d ə  85. Mərkəzdə rejim 



  

85.1. Mərkəzdə oraya yerləşdirilən şəxslərin bu Məcəllədə və Azərbaycan Respublikasının 

digər  qanunvericilik  aktlarında  nəzərdə  tutulmuş  hüquqlarının  və  qanuni  mənafelərinin 

qorunmasına, onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə və saxlanılması şəraitinə 

yönəldilmiş qaydaları təmin edən rejim müəyyən edilir. 

85.2. Mərkəzdə rejimi təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

Mərkəzin daxili intizam qaydaları (bundan sonra – daxili intizam qaydaları) təsdiq edilir. 

85.3. Mərkəzdə rejim Mərkəzin rəisi və işçiləri tərəfindən təmin edilir.  

85.4. Qadağan olunmuş əşyaların siyahısı, həmin əşyaların Mərkəzdə saxlanılan şəxslərdə 

aşkar  edildiyi  təqdirdə  müvafiq  tədbirlərin  görülməsi  və  onların  məhv  edilməsi  halları  daxili 

intizam qaydaları ilə müəyyən olunur. 

85.5. Şəxs Mərkəzə yerləşdirilərkən Mərkəzin işçiləri tərəfindən bu Məcəllənin müddəaları 

və daxili intizam qaydaları ilə tanış edilməli və bütün tələblər onlara izah olunmalıdır. 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə