Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   ...   16   17   18   19   20   21   22   23   24

88.0.3. öz vəsaiti hesabına müstəqil formada ticarət şəbəkəsindən ərzaq məhsulları və ən 

zəruri mallar əldə etmək. 

  

M a d d ə   89.  Mərkəzdə  saxlanılan  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin 



vəzifələri 

  

89.0. Mərkəzdə saxlanılan şəxsin əsas vəzifələri aşağıdakılardır: 



89.0.1.  bu  Məcəllə  ilə  və  daxili  intizam  qaydaları  ilə  müəyyən  edilmiş  qaydalara  riayət 

etmək; 


89.0.2. Mərkəzin rəisinin qanuni tələblərinə əməl etmək; 

89.0.3. sanitariya-gigiyena qaydalarına əməl etmək; 

89.0.4. yanğın təhlükəsizliyi qaydalarına əməl etmək; 

89.0.5. Mərkəzin əmlakına qayğı ilə yanaşmaq; 

89.0.6. saxlanıldığı otağı növbəlilik qaydasında təmizləmək (süpürmək, yumaq və silmək); 

89.0.7.  Mərkəzin  işçiləri  ilə,  habelə  Mərkəzdə  saxlanılan  digər  şəxslərlə  nəzakətlə 

davranmaq; 

89.0.8. Mərkəzin işçilərinin xidməti vəzifələrinin icrasına mane olmamaq; 

89.0.9. özünün və ya digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərə 

yol verməmək. 

  

M a d d ə  90. Mərkəzdə tətbiq edilən tənbeh tədbirləri 



  

90.1.  Daxili  intizam  qaydalarını  pozan  Mərkəzdə  məcburi  yerləşdirilən  əcnəbilər  və 

vətəndaşlığı olmayan şəxslər barəsində aşağıdakı tənbeh tədbirləri tətbiq edilir: 

90.1.1. gəzintiyə çıxarılmaq hüququnun məhdudlaşdırılması; 

90.1.2. telefon əlaqəsindən istifadə etmək hüququnun məhdudlaşdırılması; 

90.1.3. televiziya verilişlərinə baxmaq hüququnun məhdudlaşdırılması; 

90.1.4.  idmanla  məşğul  olmaq  və  stolüstü  oyunlar  oynamaq  hüququnun 

məhdudlaşdırılması; 

90.1.5. yaxın qohumları ilə görüşmək hüququnun məhdudlaşdırılması; 



90.1.6. bir nəfərlik xüsusi otaqda saxlanılması. 

90.2.  Daxili  intizam  qaydalarını  pozan  Mərkəzdə  könüllü  yerləşdirilən  əcnəbilər  və 

vətəndaşlığı olmayan şəxslər barəsində aşağıdakı tənbeh tədbirləri tətbiq edilir: 

90.2.1.  bu  Məcəllənin  90.1.2-ci  -  90.1.4-cü  və  90.1.6-cı  maddələrində  nəzərdə  tutulan 

tənbeh tədbirləri; 

90.2.2. Mərkəzdən xaric olunma. 

90.3. Tənbeh tədbiri Mərkəz rəisinin əsaslandırılmış qərarı ilə tətbiq edilir. Qərarın surəti 

əcnəbiyə və  vətəndaşlığı olmayan şəxsə dərhal təqdim edilir və şikayət etmək hüququ ona izah 

olunur. Bu barədə müvafiq qeydiyyat aparılır. 

90.4. Bir pozuntuya görə yalnız bir tənbeh tədbiri tətbiq edilir. 

90.5.  Tənbeh  tədbiri  Mərkəzdə  müəyyən  edilmiş  qaydaların  pozulması  halları  və 

saxlanılan  şəxsin  davranışı  nəzərə  alınmaqla  tətbiq  edilir.  Tənbeh  tədbiri  pozuntunun  aşkar 

edildiyi gündən ən geci 5 gün keçənədək, pozuntu ilə əlaqədar yoxlama aparıldıqda isə yoxlama 

başa çatdıqda, lakin pozuntu törədildiyi gündən ən geci 1 ay keçənədək tətbiq edilir.  

90.6. Daxili intizam qaydalarını pozan şəxsin aşağıdakı hüquqları vardır: 

90.6.1.  hansı  əməlinin  daxili  intizam  qaydalarının  pozulması  hesab  olunduğu  barədə 

dərhal məlumat almaq; 

90.6.2. şəxsən və ya zəruri hesab etdiyi hallarda müdafiəçi vasitəsilə müdafiə olunmaq; 

90.6.3. tərcüməçinin köməyindən pulsuz istifadə etmək; 

90.6.4.  şahidlərin  izahatının  alınmasını  tələb  etmək  və  onların  izahatının  alınmasında 

iştirak etmək. 

90.7. Tənbeh tədbiri verilməzdən əvvəl Mərkəzdə saxlanılan əcnəbidən və ya vətəndaşlığı 

olmayan şəxsdən izahat alınır. Həmin şəxs izahat verməkdən imtina etdikdə, bu barədə imtinanın 

səbəbləri göstərilməklə akt tərtib edilir. 

90.8.  Şəxs  tənbeh  tədbirindən  yuxarı  vəzifəli  şəxsə  və  ya  məhkəməyə  şikayət  verə  bilər. 

Şikayətin verilməsi tənbeh tədbirinin tətbiqini dayandırmır. 

  

M a d d ə   91.  Mərkəzdə  saxlanılan  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin 



mühafizəsi və onların üzərində nəzarət 

  

91.1.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Mərkəzdə  mühafizə  olunur  və  nəzarət 



altında  saxlanılırlar.  Mərkəzdə  saxlanılan  şəxslər  Mərkəzin  ərazisində  işçilərin  nəzarəti  ilə 

hərəkət edirlər. 




91.2. Nəzarət həyata keçirilərkən foto-video və ya digər texniki vasitələrdən istifadə edilə 

bilər. 


91.3. Mərkəzdə saxlanılan şəxslərin daktiloskopik qeydiyyatı aparılır, fotoşəkilləri çəkilir, 

barəsində  şəxsi  axtarış  tətbiq  edilir,  saxlanıldığı  yerdə  axtarış  aparılır,  onların  əşyaları, 

bağlamaları, sovqatları və banderolları yoxlanılır. 

91.4.  Mərkəzdə  məcburi  yerləşdirilən  şəxslər  barəsində  sanitariya-gigiyena  tədbirləri  və 

ya onların üzərində şəxsi axtarış Mərkəzin eyni cinsdən olan işçiləri tərəfindən həyata keçirilir. 

91.5.  Mərkəzdə  saxlanılan  şəxslərdə  qadağan  olunmuş  əşyalar  aşkar  edildikdə,  həmin 

əşyalar  müvafiq  protokol  tərtib  edilməklə  götürülür  və  anbara  təhvil  verilir,  yaxud  Mərkəz 

rəisinin  əsaslandırılmış  qərarına  əsasən  məhv  edilir.  Bununla  əlaqədar  əcnəbiyə  və  ya 

vətəndaşlığı  olmayan  şəxsə  bu  Məcəllənin  90.1-ci  və  90.2-ci  maddələrində  nəzərdə  tutulan 

tənbeh tədbirlərindən biri tətbiq edilir. 

91.6.  Mərkəzdə  saxlanılan  şəxs  özü  ilə  hər  hansı  dərman  preparatları  gətirdiyi  halda, 

onlardan istifadə olunması barədə qərarı həkim qəbul edir.  

91.7. Mərkəzin ərazisinə giriş və ya bu ərazidən çıxış zamanı Mərkəzin işçiləri tərəfindən 

gələn  və  gedən  şəxslərin  əşyaları,  geyimi,  o  cümlədən  daxil  olan  və  çıxan  nəqliyyat  vasitələri 

yoxlanılır və qadağan olunmuş əşyalar aşkar edildikdə götürülür. Mərkəzə gələn şəxslərdə və ya 

nəqliyyat  vasitələrində  qadağan  olunmuş  əşyalar  aşkar  edildikdə,  qanunla  bu  əmələ  görə 

məsuliyyət nəzərdə tutulmamışdırsa, belə əşyalar onları gətirmiş şəxslərə qaytarılır.  

91.8.  Mərkəzdə  saxlanılan  əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  bir  Mərkəzdən 

başqa  Mərkəzə  keçirildikdə,  həmin  şəxslərdən  götürülmüş  qadağan  olunmuş  əşyalar  siyahıya 

alınaraq, onları qəbul edən Mərkəzə göndərilir. 

  

M a d d ə  92. Mərkəzin işçilərinin vəzifələri 



  

92.1. Mərkəzin işçilərinin aşağıdakı vəzifələri vardır: 

92.1.1. Mərkəzə gəlmiş və ya gətirilmiş şəxsi müvafiq qaydada qəbul etmək;  

92.1.2.  Mərkəzdə  məcburi  yerləşdirilən  şəxsə  Mərkəzdə  saxlanıldığı  barədə  yaxın 

qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və 

ya  digər  vasitələrlə  məlumat  vermək  imkanını  yaratmaq  (Mərkəzin  işçiləri  Mərkəzdə  məcburi 

yerləşdirilən  şəxsin  qocalığı,  yetkinlik  yaşına  çatmaması,  sağlamlıq  və  psixoloji  vəziyyəti  ilə 

bağlı hallar istisna olmaqla, belə məlumatları öz təşəbbüsləri ilə verə bilməzlər); 

92.1.3.  Mərkəzdə  yerləşdirilən  şəxsin  Mərkəzdə  saxlanıldığı  (tutularaq  gətirilən  şəxslər 

barədə  isə  harada  tutulduğu)  barədə  onun  vətəndaşı  olduğu  və  ya  daimi  yaşadığı  dövlətin 

Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat 

vermək və belə məlumatın verildiyini qeydə almaq; 

92.1.4.  Mərkəzə  qəbul  edilən  şəxsin  təxirə  salınmadan  tibbi  müayinədən  keçirilməsini 

təmin etmək; 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə