Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazə  verilməsi  ilə  əlaqədar  müraciət  etmiş,  Azərbaycan 

Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış və ya belə icazənin verilməsindən imtina 

edilmiş, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi ləğv edilmiş 

əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  uçotunun  aparılması  Vahid  Miqrasiya  Məlumat 

Sistemi vasitəsi ilə həyata keçirilir. 

  

M a d d ə   48.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün 



icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi 

  

 48.1.  Bu  Məcəllənin  50-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  əcnəbilərə  və 



vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün 

icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. 

 48.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində 

müvəqqəti  yaşamaq  üçün  icazənin  verilməsindən  (müddətinin  uzadılmasından)  imtina  edilməsi 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalı və bu barədə onlara yazılı məlumat 

verilməlidir. 

 48.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində 

müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə, 

təkrar müraciətə həmin imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır. 

 48.4.  Bu  Məcəllənin  48.3-cü  maddəsində  göstərilən  şəxslər  ölkədə  qanuni  əsaslarla 

qaldıqları  və  ya  yaşadıqları  müddət  ərzində  müvafiq  icra  hakimiyyəti  orqanına  təkrar  müraciət 

edərlərsə, yalnız müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) 

imtina edilməsinə əsas olan halın aradan qalxdığını təsdiq edən sənədi təqdim edirlər. 

  

M a d d ə   49.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün 



icazənin müddəti 

  

 49.1.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazə,  bu 



Məcəllənin  45.0.2-ci  maddəsində  nəzərdə  tutulan  hal  istisna  olmaqla,  ərizəçinin  müraciətində 

göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən 

çox olmayan müddətə uzadıla bilər. 

 49.2. Bu Məcəllənin 45.0.2-ci maddəsində göstərilən əcnəbilərə və vətəndaşlığı olmayan 

şəxslərə  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazə  ərizəçinin 

müraciətində  göstərilən,  lakin  3  ildən  artıq  olmayan  müddətə  verilir  və  müvafiq  əsas  olduqda, 

hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər. 

 49.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti 

uzadıldıqda, vəsiqə yenisi ilə əvəz edilir. 

  



M a d d ə   50.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 

Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazənin  verilmədiyi  (müddətinin 

uzadılmadığı) hallar 

  

 50.0.  Aşağıdakı  hallarda  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 



Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazə  verilmir  (müddəti  uzadılmır),  əvvəl 

verilmiş icazə isə ləğv edilir: 

 50.0.1.  Azərbaycan  Respublikasının  milli  təhlükəsizliyinə  və  ya  ictimai  asayişə  zərər 

vurula biləcəyi hallarda; 

 50.0.2.  Azərbaycan  Respublikasında  müvəqqəti  yaşamaq  üçün  icazə  almaq  məqsədi  ilə 

saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 

 50.0.3.  şəxsiyyətini  təsdiq  edən  sənədləri  olmadıqda  və  ya  bu  Məcəllənin  44-cü 

maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə; 

 50.0.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 

aydan az vaxt qaldıqda; 

 50.0.5.  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilən  təhlükəli  yoluxucu 

xəstəliklərin  siyahısında  nəzərdə  tutulmuş  xəstəlik  virusu  daşıyıcısı  olduqda  (Azərbaycan 

Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 

 50.0.6.  əvvəllər  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılmaqla,  həmin 

şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 

 50.0.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün 

əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə 

nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 

 50.0.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda 

olduqda; 

 50.0.9.  xarici  dövlətdə  daimi  yaşamaq  üçün  Azərbaycan  Respublikasının  ərazisini  tərk 

etdikdə; 

 50.0.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 

 50.0.11.  barəsində  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılma  barədə 

qərar qəbul edildikdə; 

 50.0.12.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşadığı  dövrdə  Azərbaycan 

Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda. 

  

M a d d ə  51. İş icazəsi 



  


 51.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək 

fəaliyyəti  ilə  məşğul  olmaq  istəyən  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  müvəqqəti 

yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. 

 51.2.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  iş  icazəsini  onları  işə  cəlb  edən  hüquqi 

şəxslər,  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxslər  və  xarici 

hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. 

 51.3. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının 

ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. 

 51.4.  İş  icazəsi  bu  Məcəllə  ilə  müəyyən  olunmuş  qaydada  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən verilir. 

 51.5.  İş  icazəsinin  verilməsi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilən 

əmək miqrasiyası kvotası çərçivəsində həyata keçirilir. 

 51.6.  Kvota  yerli  əmək  ehtiyatlarından  səmərəli  istifadə  edilməsi  və  əmək  miqrasiyası 

proseslərinin  tənzimlənməsi  sahəsindəki  işlərin  effektivliyinin  artırılması  məqsədi  ilə  tətbiq 

edilir. Kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab 

verən  peşə  hazırlığına  və  ixtisasa  malik  Azərbaycan  Respublikası  vətəndaşının  iddia  etmədiyi 

boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan 

ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksək ixtisaslı əcnəbi 

mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla müəyyən edilir. 

 51.7.  Əmək  miqrasiyası  kvotasının  müəyyən  edilməsi  qaydası  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən təsdiq edilir. 

 51.8. İş icazəsi blankının ciddi hesabat sənədi kimi qeydiyyat seriyası və nömrəsi, habelə 

qiymətli  kağızların  səviyyəsində  qoruyucu  nişanları  olmalıdır.  İş  icazəsinin  təsviri, 

spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

  

FƏSİL 8 


  

AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ DAİMİ YAŞAMAQ ÜÇÜN İCAZƏ 

  

M a d d ə   52.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 



Respublikasının ərazisində daimi yaşamaq üçün verilən icazə və bunu təsdiq edən sənəd 

  

 52.1.  Bu  Məcəllənin  45.0.1–45.0.7-ci  maddələrində  nəzərdə  tutulmuş  əsaslarla  müvafiq 



icazə  əsasında  azı  2  il  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşayan  əcnəbilər  və 

vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının  ərazisində  daimi  yaşamaq  icazəsi 

almaq üçün vəsatət verə bilərlər. 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə