Microsoft Word mir celal met doc



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə10/147
tarix08.07.2018
ölçüsü1,64 Mb.
#54166
1   ...   6   7   8   9   10   11   12   13   ...   147

 

B i b l i o q r a f i y a

   

 

35



 

 

Mir Cəlalın müdrik kəlamları 

 

Çörək elə şeydir, tülkünü aslan edir, aslanı tülkü. 



 

*** 

Kölgədə bitən ağacın kölgəsi olmaz. 

 

*** 

Bəzi ulduzlar kiçik olduqları üçün yox, yüksəkdə olduqları 

üçün görünmürlər. 

 

*** 

Heyhat! Qoca dünya – bəzən öz gərdişini sərt bir sükut, daş 

bir ürək, kor bir məntiq, daimi bir amansızlıqla keçirən qoca 

dünya, kimsə ilə hesablaşmır. 

 

*** 

Bizim zəmanədə insan insanın cəlladıdır. Kimin ki, əlində 

ixtiyar var, nə desə doğrudur. Kim ki, məzlumdur, nə desə yalandır. 

 

*** 

Həyat belədir! Yüksəlmək çətin və  zəhmətli, ancaq səfalı, 

fərəhli olur, enmək isə ani və qüssəli olur. 

 

*** 

 Azadlıq verilməz, alınar. 

 

*** 

Azadlığı qorumaq – onu fəth etmək qədər müqəddəsdir. 

 

*** 

Zəncirləri qırmaq üçün əql gücü də,  əl gücü də  işlətmək 

lazımdır. 


M i r   C ə l a l  

 

36 



*** 

Yaxşı analıq çətin, lakin çox şərəfli, çox müqəddəs işdir. Ana 

qəlbi insanın ilk məktəbidir. Məhəbbətin, səmimiyyətin, sədaqətin 

pozulmaz  kitabıdır. 

 

*** 

Ən müdhiş fəlakətə düşəndə də ana qəlbi böyükdür! 

 

*** 

Qadın qəlbi qapalı bir ağacdır, açarı da qadının özündədir. 

Bu açarı qəlbdə yanan sevgi fanarı ilə arayıb tapmalı. 

 

*** 

Gözəlliyi yalnız görkəmdə, donda, zahirdə axtarmaq olmaz. 

Zahir insanı aldada bilər. Çox təmtəraqlı libas altında çirkinlik-

lər gizlənir. Çirkin görünən don, görkəmsiz zahir dalında da 

bəzən gözəl məna, ali fikirlər olur. 

 

*** 

Balalarımızın tərbiyəsi, vətənimizin gələcəyi üçün, həqiqət, 

ədalət naminə hər vasitəyə əl atmaq gərəkdir. 

 

*** 

Qoca üçün də, cavan üçün də el qabağında dayanıb cavab 

verməkdən çətin bir iş olmasın gərək. 

 

*** 

Həmişə, hər yerdə, hər kəsə ürəyindəkini deyə bilsən! Bax, 

bundan böyük xoşbəxtlik yoxdur. 

 

*** 

İtən hörməti qapı-qapı gəzib dilənmək olmaz! 

 

*** 

Subaylıq – sonsuzluqdur. 


 

B i b l i o q r a f i y a

   

 

37



  

    *** 

Həqiqi sənət xalqdan doğar, xalqa xidmət edər. 

 

*** 

Yazı ürəkdən gələn bir səsdir. Ürək isə müqəddəs hisslərin 

beşiyidir. 

 

*** 

Qarıncadan yazanda da sənətkar olmaq hünərdir. Gül, bülbül 

onsuz da gözəldir. Əsl sənət qarıncanın gözəlliyini kəşf etməlidir. 

 

*** 

Ədəbiyyatşünaslıq fikir söyləməkdir. 

 

*** 

Gənclik həyat, yenilik, sağlam enerji deməkdir. Bu aləmdən 

kənarda qalmaq mənən ölmək deməkdir. 

 

*** 

Sevgi – insan təbiətinin ən zəruri, ən gözəl və müqəddəs key-

fiyyətlərindən olan sevgi, hər zaman, hər yerdə sənətin, xüsusən 

şeirin mərkəzi mövzularından olmuşdur. Bu qanuni və  təbiidir. 

Normal insanın qəlbi sevgidən xali ola bilməz. 

 

*** 

Qəlb – bütün böyük, ülvi hisslərin yatağı olan təmiz qəlb, 

məhəbbətin də beşiyidir. Elə bir böyük və ya kiçik ədəbiyyat 

olmamışdır ki, orada qəlbin həyatı bu və ya başqa dərəcədə əks 

edilməsin. 

 

 

 

 

 

*** 

Gövhəri qumdan ayırmağı bacarmaq lazımdır, arxivlərin 

əsiri olmaq yaramaz. 


M i r   C ə l a l  

 

38 



*** 

Vallah, bu vəfat eləyən bəzi yazıçıları o qədər tərifləyirlər

adam lap peşman olur ki, niyə mən indiyəcən sağ qalmışam. 

 

*** 

Diriykən ölmək kimə lazımdır, qardaş, bir dəfə öləcəyik də, 

ta sızıldamaq nə üçündür? 

 

*** 



Əsilsiz it leş başında öz sahibini tutur, ona hücum eləyir. 

Əsilsiz adamlar da iş başına keçən kimi qudurur. Onu bu mərtə-

bəyə qaldıran xalqın qəniminə, başının bəlasına çevrilir. Belə 

adamları vəzifəyə qoymaq cinayətdir.  

 

 



 

 

 



*** 

Həmişə dostluqda belə möhkəm olun, çətin anlarda bir-

birinizi qoruyun, bir-birinizə dayaq durun. Aranıza nifaq, təfriqə 

salmağa qoymayın. Birlik olmasa, Azərbaycan ziyalısı öz milli-

bəşəri borcunu, vətəndaşlıq funksiyasını heç vaxt yerinə yetirə 

bilməyəcək. Səhvlərə yol verməyin. Bizim nəsil bunu bacarmadı. 

Ona görə  də  hələ  də  ağrısı  kəsilməyən qanlı faciələrə düçar 

olduq.  

 

*** 



Uşaq nə görür onu götürür, nə eşidir onu yadında saxlayır. 

Biz balalarımızı öz əlimizlə bədbəxt edirik, kor qoyuruq. Bununla 

təkcə özümüzə yox, cəmiyyətə, ölkəmizin gələcəyinə  zərbə endi-

ririk. Təhsil, tərbiyə xüsusi diqqət, qayğı tələb edən, böyük stra-

teji  əhəmiyyəti olan spesifik bir sahədir. Ona laqeyd yanaşmaq 

xalqa, millətə xəyanətdir. 

 

 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə