Microsoft Word mir celal met doc



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə11/147
tarix08.07.2018
ölçüsü1,64 Mb.
#54166
1   ...   7   8   9   10   11   12   13   14   ...   147

 

B i b l i o q r a f i y a

   

 

39



 

 

Mir Cəlal görkəmli şəxslər və  

ədəbiyyatımız haqqında 

 

Füzuli  yalnız Azərbaycan xalqının, yalnız öz əsrinin deyil, 



bütün bəşəriyyətin, renessans dövrünün, böyük sənətin böyük oğ-

ludur. Əsrlərdir ki, mədəniyyət dünyasında şeir, sənət anlaşılan, 

sevilən hər bir ölkədə  və  cəmiyyətdə bu böyük dahinin adı 

iftixarla yad edilir və əbədi olaraq yad ediləcəkdir. 

Füzuli sənətinin qüdrətini, miqyasını, məziyyətlərini təhlil və 

təyin etmək bir nəfərin, bir elmi məktəbin, hətta bəlkə də bir elmi 

nəslin işi deyildir. Bu böyük və şərəfli vəzifə ədəbiyyat, sənət, dil, 

fəlsəfə elmlərinin qarşısında durmaqda və həllini gözləməkdədir. 

                                           

*** 

Azərbaycanı şeirə Səməd Vurğun gətirdi. Səməd əlli yaşında 

dünyada tanınan şair oldu, bir zaman onu bəyənməyən, şeirlərinə 

dodaq büzüb, “eh, nədir ki, mən ondan yaxşısını yazacağam”, 

deyən lovğalar elə yerində saya-saya qaldılar. 

________ 

 

Səməd Vurğun sağlığında Azərbaycan şeirini bütün dünyada 

yayan canlı tribuna olmuşdur. O, sözün əsl mənasında vətəninin, 

elinin, üstündə boya-başa çatdığı torpağın vurğunu idi. İndiyədək 

ədəbiyyatımız tarixində onun böyük ustalıqla vətənimizin poetik 

xəritəsini çəkən, canlı,  əlvan, rəngarəng boyalarla bəzədilmiş 

ölməz sənət tablosunu xatırladan “Azərbaycan” şeiri səviyyəsin-

də ikinci bir şeir yazılmayıb və bəlkə gələcəkdə də yazılmayacaq. 

Adamların “Azərbaycan vətənimdir” sözlərini deməkdən çəkindi-

yi bir vaxtda “El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskə-

nimsən” hökmünü ancaq Səməd Vurğun kimi böyük vətənpərvər, 

mərd, mübariz bir şəxsiyyət verə bilərdi. 

Səməd Vurğun heç vaxt kağız korlamayıb. Onun şeirləri 



M i r   C ə l a l  

 

40 



qələmindən çıxan kimi dərhal bütün ölkəyə yayılırdı, dillərdə 

əzbərə çevrilirdi.  

 

*** 



Mirzə Cəlil məzlum Şərqin böyük ədibidir, “Anamın kitabı” 

həqiqət kitabıdır. 

________ 

 

Mirzə  Cəlil kimi o zaman xalqa yaxın olan ədib tapmaq 

çətindir, amma onun qədər asan, sadə, təbii yazan da yox idi. Bəs 

bu cavanlar niyə  ədəbiyyatımızı, mədəniyyətimizi pis öyrənirlər, 

görüb-götürmürlər? Bəzi cavan alimlərin də əsərini oxuyanda, ya 

da özünə qulaq asanda, görürsən, sözündən bu çıxır ki, elə  hər 

şey məndən başlayır. A bala, bəs səndən  əvvəl yazıb-pozanlar 

harda qaldı? 

                                                  

*** 

Yarım  əsrlik kəskin mübarizədən sonra realizm – həyat 

üslubu qalib gəldi. Axundovun başladığı şərəfli işi davam və inki-

şaf etdirən böyük ədiblər yarandı. Bunların içində  Ə.Haqverdi-

yev və Mirzə Cəlilin (Molla Nəsrəddinin) mövqeyini xüsusi qeyd 

etmək lazımdır. Bizim yeni nəsrimizdə realizm üslubu çox haqlı 

olaraq, bu iki demokratik ədibin adı ilə adlandırılır. 

 

*** 



Dildə sadəlik, xəlqilik, danışıq dilinin bütün gözəlliklərini 

ədəbi dilə gətirmək, novellanı şirin, rəngarəng, duzlu maneralar-

la yazmaq, hər bir obrazın özünə münasib qısa dialoq vermək, 

izahdan qaçmaq – ədiblərin bədii xüsusiyyətidir.  Haqverdiyevin 

dialoqlarındakı təbiilik, hazırcavablıq, qısalıq, formaca müxtəlif-

lik sovet nasirləri üçün nümunədir. 

 

*** 



İsmayıl bəy Qutqaşınlının 1835-ci ildə Varşavada çap 

olunan fransızca hekayəsi, bədii nəsr tariximizdə Avropa səpki-


 

B i b l i o q r a f i y a

   

 

41



sində yazılmış ilk hekayə sayıla bilər. Bu hekayədə diqqəti cəlb 

edən cəhət, Avropa romantik stili ilə  Şərq nağıl və  əfsanələrinə 

məxsus olan bakirliyin, spesifikanın, nəzakət qaydaları təsvirinin 

qəribə birliyidir. Tərənnüm olunan məhəbbətin təmizliyi, müqəd-

dəsliyi ilə yanaşı, real zəminəsi, həqiqi imkanları, məişət ilə 

şərtlənməsi verilir. 

 

 



 

 

 



*** 

O, keçən  əsrin ortalarında feodal-patriarxal, müstəmləkə 

Azərbaycanın zülmətli üfüqlərində öz ölməz  əsərləri və  zəngin 

fikirləri ilə bir günəş kimi parladı. Axundov, Azərbaycan xalqının 

və bütün məzlum  Şərqin ingilis-amerikan imperializmi əsarətin-

dən qurtarması, müsəlman fanatizmindən,  Şərq ətalətindən xilas 

olub mədəniyyət, nicat və inkişaf yoluna düşməsi üçün böyük rus 

xalqının, qabaqcıl rus mədəniyyətinin həlledici rolunu hələ o 

zaman görüb göstərmişdir. 

 

 



 

 

 



*** 

Süleyman Sani xalqımızı, həyat və məişətimizi çox gözəl bilirdi. 

Yalnız ictimai hadisələrdə deyil, təbiət səhnələrində də tarixi görür, 

xalqdan, məişətdən bir əlamət duyurdu. Süleyman Sani yaradıcılı-

ğında hiss, həyəcan üstündür, yəni  ədibin çırpınan ürəyini, hadisə 

boyunca kədərini, sevincini, nifrətini və ya qəzəbini görürük. O, 

yalnız əli ilə deyil, həm də çırpınan qəlbilə yazırdı. 

Azərbaycan teatr tarixində, sovet ədəbiyyatı  və  mədəniyyəti 

tarixində mühüm bir hadisə olan və Süleyman Saninin şəxsi işti-

rakı ilə yaranan və inqilabi təbliğat yolunda çox faydalı, tərbiyəvi 

iş görən “Tənqid və  təbliğ” teatrı  ədib üçün böyük yaradıcılıq 

tələbləri qoydu və imkanlar açdı. 

 

*** 



Nəriman Nərimanov dövrünün yorulmaq bilməyən, xalqına, 

vətəninə  sədaqət və  səmimiyyətlə xidmət edən fədakar mücahidi 

idi. Onun əsərləri XX əsr realist demokrat ədəbiyyatımızın yaxşı 

nümunələri kimi həmişə yaşayacaqdır. 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə