Microsoft Word mir celal met doc



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə12/147
tarix08.07.2018
ölçüsü1,64 Mb.
#54166
1   ...   8   9   10   11   12   13   14   15   ...   147

M i r   C ə l a l  

 

42 



*** 

Tolstoyun  sənətkar dühasının parlaq məhsulu və eləcə  də 

bütün sənət xəzinəsinin  ən gözəl  əsərlərindən biri məşhur xalq 

epopeyası “Hərb və sülh” romanıdır.  İndiyə  qədər  ədəbiyyatda 

misli görünməmiş bu romanda dahi ədib öz nəzəri görüşlərinə 

zidd gedərək bədii lövhələrlə göstərir ki, tarixi “seçilmişlər” yox, 

məhz “xalq” yaradır. 

 

 



 

 

 



*** 

Mehdi Hüseyn ədəbiyyatın qeyrətini çəkəndir.  Mehdinin 

əsərləri hələ otuzuncu illərdən yayılmağa, diqqəti cəlb etməyə 

başlamışdı. Onun bir sıra həcmcə xırda, mövzu etibarilə əhəmiy-

yətli, məzmunca zəngin hekayələrindən istedadlı  gənc bir qələm 

sahibinin səsi gəlirdi. Mən deyərdim ki, bu üslub hər kəsdən əvvəl 

Mehdinin öz orijinal üslubudur. Həm zəngin klassik ənənələrimi-

zin, həm sürətlə inkişaf edən indiki ədəbiyyatımızın, həm də 

inqilabi mübarizə ilə  zəngin müasir, canlı  həyatımızın üzvi vəh-

dəti zəminəsində yaranan, sosialist realizmi istiqamətində inkişaf 

edən, özünəməxsus keyfiyyətlərlə seçilən bir üslubdur.   

 

*** 



Yaradıcılıqda realist olmaq istəyənlər heç bir zaman axtarış 

və tədqiqatdan yorulmamalıdırlar. Yalnız istedad ilə kifayətlənən-

lər, öyünənlər yanılırlar. Həyat həqiqətinin dürüst inikası ancaq 

uzun, inadlı zəhmətin, bir məktəbli kimi ehtiraslı öyrənmə prose-

sinin nəticəsində əldə edilir. 

 

 



 

 

 



*** 

Seyid Hüseyn də, Süleyman Sani də, Nəriman Nərimanov 

da müəllim-ədib, yaxud ədib-müəllim olmuşlar. Xüsusilə, məktə-

bi, tərbiyə, təlim işini çox sevmiş, ömürlərinin mühüm hissəsini 

buna sərf etmiş, bədii  əsərlərində  də bu aləmi məhəbbət, məha-

rətlə təsvir etmişlər. 

 

*** 



 Haqverdiyev yeriyən Azərbaycançıdır. 


 

B i b l i o q r a f i y a

   

 

43



*** 

Bir institutun görə bilmədiyi işi Firidun bəy Köçərli görmüşdür. 

 

*** 



Müşfiq nakam şairdir. 

  

*** 



Böyük sənətkarlar Nizamidi, Füzulidi, Sabirdi, bizim kimilər 

isə sadəcə yazardı, söz fəhləsidi. 

 

*** 



Yadında yaxşı saxla! Mühazirələri universiteti bitirəndən 

sonra da kitablardan oxuya biləcəksən. Bəlkə mənim mühazirəm-

dən daha sanballı kitablar, məqalələr də tapıb oxuyacaqsan. 

Amma məni, yəni mənim kimi müəllimləri tapa bilməyəcəksən. 

Biz ömür yolumuzu danışanda da, ailə-məişət söhbəti eləyəndə 

də, sizə yol göstərmək, istiqamət vermək məqsədi daşıyırıq. Bəlkə 

gələcəkdə kitablarda oxuduqlarınızla yanaşı, bizim həyat təcrü-

bəmiz də sizə gərək oldu. 

 

*** 



Həyat hadisələri ədəbiyyata bir hadisə, bir fakt kimi lazım deyil. 

Bu mənada faktlar, hadisələrlə elmi tədqiqat daha çox maraqlanır. 

Ədəbiyyatda, sənətdə isə bu hadisələrin natural təsviri yox, necə 

deyərlər, onların şirəsi, poeziyası, yüksək poeziyası lazımdır. 

 

*** 



Cəmiyyət, insan həyatına qədər müxtəlif, zəngindirsə, onun 

bədii inikasını verməli olan sənətin də tarixi o qədər  əlvan və 

zəngindir. Əsl ədəbiyyatın tarixində cəmiyyətin öz tarixini, maddi 

və mənəvi nemətlərini yaranma, istifadəedilmə tarixini müşahidə 

etmək mümkündür. 

*** 


Hər bir tipik bədii obrazda yazıçının özü var. Bu baxımdan 

Bahar elə mənim özüməm. 


M i r   C ə l a l  

 

44 



 

 

Sadəlik və müdriklik 

(Müəllim haqqında söz) 

 

İlk  dəfə  Mir  Cəlal  müəllimi  nə  vaxt  görmüşəm?  –  bu  suala 



heç  cürə  cavab  verə  bilmirəm,  çünki  uşaqlıq  çağlarımdan  tut-

muş yeniyetməlik, ilk gənclik dövrünəcən evdə də, cürbəcür məc-

lislərdə,  ədəbi  tоplantılarda  da  mən  Mir  Cəlal  müəllimi  çоx 

görmüşəm. 

İlyas  Əfəndiyevlə  Mir  Cəlal  müəllim  arasında  qarşılıqlı 

hörmətə  söykənən  mehriban  bir  münasibət  var  idi  və  mən  elə  о 

gözəl  uşaqlıq  illərində  dəfələrlə  bunun  şahidi  оlmuşam  ki, оnlar 

hansı  bir  səmimiyyətlə  görüşür,  bir-biri  ilə  hal-əhval  tuturdular. 

İlk  baxışda  müxtəlif  xarakterli  adamlar  idi:  Mir  Cəlal  müəllim 

daha artıq dərəcədə sakit, təmkinli, İlyas Əfəndiyev isə daha artıq 

dərəcədə emоssiоnal, bəzən hətta impulsiv. 

Ancaq,  yəqin,  arada  zahirən  görünəndən  qat-qat  artıq  daxili 

(görünməyən!)  hiss-həyəcan,  əqidə  və  amal  yaxınlığı  var  idi  və 

bu  mənada,  elə  bilirəm  ki,  İlyas  Əfəndiyevin  hələ  1958-ci  ildə 

Mir  Cəlal  müəllimin  50  illiyi  münasibətilə  yazdığı  məqalədəki  

bu sözlər  əlamətdardır: “Mir Cəlal   bütün   qəlbi  ilə xalqa bağlı 

yazıçıdır.  Оnun  əsərlərində  xalqımızın  nəcib  ruhu  duyulmaqda-

dır.  Mir  Cəlal,  ilk  növbədə,  kiçik  və  çоx  adi  görünən  bir  hadi-

sədən  böyük  ictimai  nəticələr  çıxarmağı  bacaran  sənətkarlar-

dandır.  О,  həyatın  dərin  qatlarına  nüfuz  edə  bilmək  iqtidarına 

malikdir. О, heç bir zaman gurultu, təntənə uydurmur” (“Ədəbiy-

yat və incəsənət”qəzeti, 26 aprel, 1958). 

Xalqa belə bir bağlılıq, xalqın ruhunu ifadə etmək istəyi (və 

bacarığı!) insanlar arasındakı dediyim həmin daxili yaxınlıq da az 

rоl оynamır. 

Mən yazdım ki, Mir Cəlal müəllimi ilk dəfə nə zaman gördü-

yüm  yadıma  gəlmir, amma  оnu  bir  müəllim, bir  prоfessоr kimi 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə