Microsoft Word natiq mirzeyev dissertasiya doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix05.04.2018
ölçüsü0,53 Mb.
#35915
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

 

34 


  111  saylı  hesabın  2-ci  “Uzunmüddəli  icarəyə  götürülmüş  torpaq,  tikili  və 

avadanlıqlar”  subhesabı  aktivdir,  inventar  hesabıdır.  Uzunmüddətə  icarə  edilmiş 

vəsaitlər  bu  hesabda  icarəyə  verən  və  icarəyə  götürən  tərəfindən  razılaşdırılmış 

qiymətlə  uçota  alınırlar.  Onun  debetində  isə  onların  icarədarın  mülkiyyətinə 

keçdikcə  çixmasını  əks  etdirirlər  və  ya  icarə  müqaviləsi  qurtaranda  tikili  və 

avadanlıq obyektləri icarəyə verənə qaytarılır). Bu hesabda analitik uçotu 111 saylı 

“Torpaq, tikili və avadanlıqlar- Dəyər” hesabında olduğu kimi aparırlar.  

406  saylı  “Maliyyə  icarəsi  üzrə  uzunmüddətli  öhdəliklər”  hesabı  icarəyə 

verənlər  tərəfindən  uzunmüddətli  icarə  şərtləri  ilə  verilmiş  əsas  vəsaitlərə  görə 

icarəyə 


verənlərlə 

hesablaşmaların 

vəziyyəti 

haqqında 

informasiyanı 

ümumiləşdirmək üçün ayrılmışdır. Bu hesab passivdir. Onun kreditində vəsaitlərə 

görə  icarəyə  verənlərə  olan  borc  əks  olunur,  debet  üzrə  isə  uzun  müddətə  icarə 

edilmiş  vəsaitlərin  istifadə  edilməsinə  görə  hesablanmış  ödəniləsi  vəsaitlərin 

ödənilməsi öz əkzini tapır. 406 saylı hesab üzrə analitik uçot hər bir icarəyə verən 

üzrə aparılır.  

Uzunmüddətli  icarə  şərtləri  üzrə  müəssisəyə  daxil  olan  əsas  vəsaitlər,  uçota 

aşağıdakı yazılışla əks olunur: 

111  saylı  hesabın  2-ci  “Uzunmüddəli  icarəyə  götürülmüş  torpaq,  tikili  və 

avadanlıqlar” hesabının debeti 

406 saylı “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” hesabının krediti. 

Müddətinə görə icarəyə verənə hesablanmış icarə ödəmələri, uçotda aşağldakı 

yazılışlarla əks olunur: 

406 saylı  “Maliyyə  icarəsi üzrə uzunmüddətli öhdəliklər”  hesabının  debeti – 

icarə edilmiş əmlakın dəyərinin ödənilən məbləği hissəsində və ya 

801  saylı  “Ümumi  mənfəət  (zərər)”  hesabının  debeti  –  icarəyə  verənin  icarə 

faizlərinin və digər gəlirlərinin məvləğləri hissəsində  

177 “Digər uzunmüddətli debitor borcları” hesabının krediti.  

carə ödəmələrinin icarəyə verənə köçürən zaman aşağıdakı kimi yazılış tətbiq 

edilir: 


 177 “Digər uzunmüddətli debitor borcları” hesabının debeti 


 

35 


223 saylı “Bank hesablaşma hesabları” hesabının krediti. 

carə müqaviləsinin şərtlərinə görə (və ya icarəyə verənin və icarəyə götürənin 

ə

lavə razılığına əsasən) əsas vəsaitlərin icarə edilmiş obyektinin icarəyə götürənin 



mülkiyyətinə keçdiyi zaman uçotda aşağıdakı yazılışlar aparılır: 

111 saylı “Torpaq, tikili və avadanlıqlar- Dəyər” hesabının debeti 

111  saylı  hesabın  2-ci  “Uzunmüddəli  icarəyə  götürülmüş  torpaq,  tikili  və 

avadanlıqlar” subhesabının krediti. 

Bu  obyekt  üzrə  köhnəlmənin    məbləğinə  eyni  zamanda  belə  yazılış  tərtib 

edilir. 


112  saylı  “Torpaq,  tikili  və  avadanlıqlar-  Amortizasiyası”  hesabının  2-ci 

“Uzunmüddətli  icarəyə  götürülmüş  torpaq,  tikili  və  avadanlıqların  köhnəlməsi” 

subhesabının debeti. 

112  saylı  “Torpaq,  tikili  və  avadanlıqlar-  Amortizasiyası”  hesabının  1-ci 

“Xüsusi tikili və avdanlıqların köhnəlməsi” subhesabının krediti. 

Ə

gər icarə müqaviləsi qurtaran zaman əsas vəsaitlərin obyekti icarəyə verənə 



qaytarılarsa, icarədarın uçotunda aşağıdakı kimi mühasibat köçürməsi tərtib edilir: 

112  saylı  “Torpaq,  tikili  və  avadanlıqlar-  Amortizasiyası”  hesabının  2-ci 

“Uzunmüddətli  icarəyə  götürülmüş  torpaq,  tikili  və  avadanlıqların  köhnəlməsi” 

subhesabının debeti 

111  saylı  hesabın  2-ci  “Uzunmüddəli  icarəyə  götürülmüş  torpaq,  tikili  və 

avadanlıqlar” subhesabının krediti: onların qalıq dəyərinə 

Ödəminin  növbəti  müddəti  üzrə  uzunmüddətli  icarəyə  görə  hesablanmış 

faizlərin  məbləği,  icarənin  şərtləri  ilə  müəssisənin  sərəncamında  qalan  mənfəət 

hesabına ödənilən zaman uçotda aşağıdakı yazılış verilir: 

 

343  saylı  “Keçmiş  illər  üzrə  bölüşdürülməmiş  mənfəət  (örtülməmiş  zərər) 



hesabının debeti. 

406 saylı “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” hesabının krediti. 

Uzunmüddətli icarə edilmiş vəsaitlərin istifadə edilməsinə görə icarəyə verənə 

hesablanmış ödəmələrin ödənişi zamanı belə qeyd aparılır: 

 406 saylı “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” hesabının debeti 



 

36 


223 saylı “Bank hesablaşma hesabları” hesabının krediti. 

Ə

gər  icarə  edilmiş  əsas  vəsaitlərin  obyekti  icarə  müqaviləsi  qurtarmamış 



icarəyə verənə qaytarılarsa uçotda aşağıdakı kimi yazılış tərtib edilir: 

112  saylı  “Torpaq,  tikili  və  avadanlıqlar-  Amortizasiyası”  hesabının  2-ci 

“Uzunmüddətli  icarəyə  götürülmüş  torpaq,  tikili  və  avadanlıqların  köhnəlməsi” 

subhesabının debeti- hesablanmış köhnəlmə məbləğində 

406 saylı  “Maliyyə  icarəsi üzrə uzunmüddətli öhdəliklər”  hesabının  debeti – 

obyektin istifadə edilməsinə görə icarəyə verənə ödənilməmiş ödəmə məbləğində 

111  saylı  hesabın  2-ci  “Uzunmüddəli  icarəyə  götürülmüş  torpaq,  tikili  və 

avadanlıqlar” subhesabının krediti. 

carədar icarəyə  götürdüyü  vəsaitləri, qısamüddətli icarədən  fərqli  olaraq, öz 

balansına  müqavilə  (razılaşma)  qiyməti  ilə  qəbul  edir.  Uzunmüddətli  icarənin 

uçotu üçün 111 saylı hesabın 2-ci “Uzunmüddəli icarəyə götürülmüş torpaq, tikili 

və  avadanlıqlar”  və  406  saylı  “Maliyyə  icarəsi  üzrə  uzunmüddətli  öhdəliklər” 

hesablarından  istifadə  olunur.  Birinci  hesabda  icarə  olunmuş  obyektlərin 

mövcudluğu və hərəkəti, ikincidə isə icarəyə verən tərəfindən uzunmüddətli icarə 

şə

rti  ilə  verilmiş  vəsaitlərə  görə  onunla  hesablaşmaların  vəziyyəti  uçota  alınır. 



Tikili  və  avadanlıq  obyektləri  maliyyə  icarəsinə  götürülən  Onların  razılaşma 

qiyməti ilə dəyəri aşağıdakı yazılış tərtib edilməklə mədaxil olunur: 

111  saylı  hesabın  2-ci  “Uzunmüddəli  icarəyə  götürülmüş  torpaq,  tikili  və 

avadanlıqlar” hesabının debeti 

406 saylı “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” hesabının krediti. 

Bu  cür  tikili  və  avadanlıqlara  köhnəlməni  icarədar  hesablayır  və  həmin 

məbləği  özünün  istehsal  və  ya  tədavül  xərclərinə  aid  edir.  Köhnəlmə    obyektin 

razılaşma qiyməti nəzərə alınmaqla qüvvədə olan normalar üzrə hesablanır və 112 

hesabın    2-ci  “Uzunmüddətli  icarəyə  götürülmüş  torpaq,  tikili  və  avadanlıqların 

köhnəlməsi” subhesabının kreditində göstərilir.  

Yuxarıda  qeyd  olunduğu  kimi,  uzunmüddətli  icarə  zamanı  obyekin 

razılaşdırılmış dəyərindən başqa icarə müddətində əlavə faizdə hesablana bilər.  

Hesablanmış icarə məbləğinə mühasibatlıqda aşağıdakı yazılış verilir: 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə