Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə69/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   ...   65   66   67   68   69   70   71   72   ...   77

 
207
Yandırıldıqdan sonra gips narın toz halına düşənə qədər parçalanır 
və bu zaman 900 deş./sm
2  
ələkdə qalıq 15%-dən çox olmur. Daha yük-
sək möhkəmliyə malik gips almaq üçün gipsə 0,1-0,2% natrium xlor əla-
və etmək lazımdır. Bu zaman gipsin əyilmədə möhkəmlik həddi 63 
kqgüc/sm
2
 -ə çatır. 
Əlavə kəşfiyyat mərhələsində (1986-88-ci illər) yatağın cinahların-
da qazılmış buruq quyularından 146 ədəd sınaq götürülmüş  və  tədqiq 
edilmişdir. Laboratoriya nəticələrinə görə yatağın cinahlarında CаSО
4
.2H
2
О-
nun miqdarı 73-77%, yatağın mərkəzində isə 73,74-87,38% təşkil edir. Bu 
göstərici 4013-82 saylı “Büzücü materialların istehsalı üçün gips və gips-
anhidrit daşı” Dövlət Standartının tələblərinə görə III növə uyğun gəlir. 

3
 miqdarı I növ gips üçün nəzərdə tutulan norma 44,18%, II növ 
gips üçün  41,85%, III növ gips üçün isə 37,2% -dir. SО
3
 miqdarı 34,32-
36,43% olub, III növ gips üçün nəzərdə tutulan normadan (37,2%) aşağı 
olduğundan gips IV növə uyğun gəlir.  
Ərəzin yatağının gips daşı keçmiş Azərbaycan SSR-nın 501-8 
saylı “Kənd təsərrüfatında şoranlaşmış torpaqların gipslənməsi  üşün 
nəzərdə tutulmuş döyülmüş  gəc xammalı” sahə standartlarının tələb-
lərini ödədiyinə görə ondan kənd təsərrüfatında  şoranlaşmış torpaq-
ların gipslənməsində istifadə etmək olar. 
Yatağın A+B+C
1
 kateqoriyaları üzrə ümumi ehtiyatları 2321 min 
ton olmuşdur. Yataq istismar olunur. 01.01.2009-cu ilə yatağın qalıq eh-
tiyatları 1323 min ton təşkil edir. 
 
4.6.1.2. Şahtaxtı yatağı 
 
Yataq Kəngərli rayonunda, Şahtaxtı dəmiryol stansiyasından 12-13 
km şərqdə, Xok kəndindən isə 4,5 km cənub-qərbdə yerləşir. 
Ərazinin relyefi dərələrlə doğranmış alçaq təpəliklərlə səciyyələnir 
və ərazidə ən hündür dağ Tazıuçandır ( 956 m). 
Yataq duzlu qatın mərkəzindən uzaqda yerləşən  hissəsini təşkil edir.  
Burada ikinci dərəcəli antiklinal müşahidə olunur ki, onun oxu en 
istiqamətində olub, Q-ŞmQ 270-280

azimutla düşür. Antiklinalın qərb qanadı 
8-12
0
, şərq qanadı isə daha maili yatır. Antiklinalın nüvəsi yuyulmuşdur. 
Qərb qanadda kiçik qalxmaların hesabına bir sıra mürəkkəbləşmə-
lər əmələ gəlmişdir.  
Gips layları mikrotektonik plikativ dislokasiyalara məruz qalmışdır 
ki, buna da süxurların plastikliyi səbəb olmuşdur. 


 
208
Geoloji-kəşfiyyat işləri nəticəsində 26 ha sahədə 7 gips layı  aşkar 
edilmişdir. Kəşfiyyat işləri aparılan sahədə gipsin aşağıda qeyd olunan 
növlərinə rast gəlinir:  
1. Layşəkilli, dənəli gips
2. Gips şpatı - iri kristallik gips, daha kiçik sahələrdə yayılaraq, 
bilavasitə gips laylarının altında yuva, bəzən isə möhtəvi (“qaranquş 
quyruğu”, “qızılgül” və s. şəklində iri kristallar) şəklində müşahidə olunur; 
3. Selenit - mergel və gilli mergellərin içərisində rast gəlinən çox 
incə lay və laycıqlı,  lifli, damarşəkilli gips.  
1, 2, 4, 5 və 6-cı laylar dəqiq öyrənilmiş, 3 və 7-ci laylar isə az 
qalınlığa malik olduğundan və sənaye əhəmiyyəti daşımadığından  yalnız 
yer səthində öyrənilmişdir. 
I lay (üst) - əsasən brekçiyalaşmış, bəzən kiçik gil mötəviləri və iri 
gips kristalları  caxlayan boz və çirkli-boz rəngli gips, qalınlığı -0,43-0,6 m.  
II lay (alt) - I laydan 3,1 m altda yataraq boz, çirkli-boz, bəzən isə 
çəhrayı rəngli gips. 
Üst hissə incəlaylı, alt hissə isə nisbətən massiv olub, bəzən çəhrayı 
rəngdə, dənəvari şəkildə rast gəlinir. Alt hissə  bəzən gips şpatına keçir. 
Layın qalınlığı 0,50 m-dən 0,75-0,80 m-dək dəyişir (orta 0,69 m). 
III lay II laydan 3,98 m altda yatır və qalınlığı 0,20 m-dir. 
IV lay - aşkar olunan laylardan ən yaxşısı olub, III laydan 3,35 m 
aşağıdadır. Gips çəhrayımtıl-boz, bozumtul-çəhrayı rəngdə olub, əsasən 
dənəvari formadadır. Qalınlığı 0,9-1,2 m-dir (orta 1,10 m).  
V lay - IV laydan 8 m aşağıda yerləşir, gips bozumtul-çəhrayı, 
çəhrayımtıl-boz rəngdə, dənəvari, bəzən yumşaq olub, 1-2 sm qalınlığın-
da gilli-mergel laycıqları saxlayır. Qalınlığı 0,45-0,62 m (orta 0,58 m). 
VI lay - V laydan 1,5 m aşağıda yerləşir. Gips açıq-çəhrayı  və 
çəhrayımtıl-boz rəngdə, dənəvari, kristallik, bəzən çox möhkəm olub, 1 
sm-dən 3-5 sm-dək qalınlığında gilli-mergel laycıqları saxlayır. Qalınlığı 
0,65-0,75 m (orta 0,67 m). 
VII lay-VI laydan 6 m aşağıda yerləşir. Qalınlığı 0,20 m. Lay 
sənaye əhəmiyyəti daşımır. 
Gips mikroskop altında keçən işıqda rəngsiz olub, içərisində 
bozumtul rəngli, xırdadənəli kalsit mötəviləri və laycıqları rast gəlinir. + 
nikolda incəlifli quruluş aydın müşahidə olunur. Qısa lifli gips müşahidə 
olunan sahələrdə qeyri-uyğun yerləşən kiçik iynəşəkilli gips və araları 
xırda dənəli gipslə dolmuş sahələr müşahidə olunur. + nikolda kalsit 
gipsin fonunda  boz interferensiya  rəngi ilə kəskin ayrılır.   
Aşağıdakı cədvəldə gipsin tam kimyəvi analizinin nəticələri verilir. 


 
209
Cədvəl 26 
 
Gipsin tam kimyəvi tərkibi 
 
Laylar
ın 
№№
-si 
 
Tam kimyəvi tərkibi, % 
 
Kristal  su 
 
Hi
qr
os
kopi

su 
 
 
 
 
SiО

 
 
 
Аl
2
О

 
 
 

2
О

 
 
 
CаО 
 
 
 
МgО 
 
 
 
СО
3
 
 
 
1.  1,05  16,10  14,72 10,38 2,21  18,46 3,15  31,97 
2. 0,35 16,92  7,10 6,89 2,11 26,40 2,40 37,15 
3. 0,21 18,90  4,32 2,06 1,01 30,07 0,64 42,27 
4. 0,22 18,82  3,82 1,32 1,20 30,02 1,10 42,23 
6. 0,15 19,61  3,40 1,00 0,50 30,02 1,07 42,23 
 
Gips layları üzrə CaSO
4
.2H
2
O-nun miqdarı 79,5-93,9 % təşkil edir. 
Beləliklə, 4, 5 və 6 saylı gips layları sahə standartının tələblərinə 
görə sadə və mürəkkəb portlandsement istehsalında əlavə kimi yararlıdır.  
Qeyd olunan laylar və  həmçinin 2 saylı layların gipsi müvafiq yandır-
madan sonra  suvaq gipsi üçün yararlıdır. 
1 saylı layda gipsin miqdarı az olduğuna görə  sənaye  əhəmiyyəti 
daşımır. 
2, 4, 5 və 6 saylı laylarda gipsin ümumi ehtiyatı 616056 ton təşkil edir. 
 
 
4.6.1.3. Qarğalıq yatağı 
 
Qarğalıq dəmiryol stansiyasından 500 m şimalda,  Şahtaxtı  dəmir-
yol stansiyasından isə 14 km cənub və cənub-şərqdə yerləşir.  
Yataq duzlu horizontda yerləşir. Gips layları 1 km məsafədə mergel 
və gillərin arasında izlənilir. Gipsə bu süxurların içərisində laycıqlar, 
yuva, linza, qarmaqarışıq kristallar və damarcıqlar şəklində rast gəlinir. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə