Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə71/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   ...   67   68   69   70   71   72   73   74   ...   77

 
213
yararlı əhəng istehsalına yararlı karbonatlı süxurların tərkibində CаCО
3
-
ün miqdarı 72%-dən, MgCO
3
 8%-dən az olmamalıdır. 
Naxçıvan MR-də əhəng istehsalına  yararlı bir yataq öyrənilmişdir. 
 
 
4.7.1. Salamməlik travertin yatağı 
 
Yataq Ordubad şəhərindən 15 km cənub-şərqdə, Salamməlik də-
miryol stansiyasından 0,8 km məsafədə yerləşir. 
1965-ci ildə T.M.Seyidov tərəfindən yataqda kəşfiyyat işləri aparıl-
mışdır. 
Yatağın geoloji quruluşunda Dördüncü dövrün sarımtıl-boz rəngli 
travertinlərə iştirak edir. Kəsilişin yuxarı hissəsində 2 m-ə qədər qalınlığı 
olan məsaməli, zəif bərkimiş və incəlaylı, aşağı hissədə isə çox möhkəm 
travertinlərə rast gəlinir. 
Faydalı qatın içərisində linza şəkilli, zəif sementləşmiş, qalınlığı 0,3-
0,5 m olan qum-çınqıl və qum laycıqları müşahidə olunur. Travertin örtü-
yünün qalınlığı 5,0 m, örtük süxurların qalınlığı isə 0,2-0,6 m təşkil edir. 
Travertinin orta kimyəvi tərkibi aşağıdakı kimidir:  SiО
2
-2,52%, 
Аl
2
О
3
-0,46%, Fе
2
О
3
-0,44%, CаО-53,35%,  МgО-0,65%,  СО
3
-0,20%, 
y.z.i.-42,50%. CaCO
3
-ün miqdarı 94,96% təşkil edir. 
Fiziki-mexaniki  tədqiqatların nəticəsi göstərir ki, travertinin həcm 
kütləsi 1690-2150 кq/m
3
, quru halda möhkəmlik həddi 59,3-168,0 
кqgüc/см
2
-dir. Yandırılmış travertinlərin texnoloji tədqiqatları göstərir 
ki, aktiv əhəngin miqdarı 90,4%, sönmə sürəti 7 dəqiqə, maksimal 
sönmə 98
0
C,  əhəng xəmirinin çıxımı 2,38 kq, sönməmiş  əhəng 
hissəciklərinin miqdarı 4,8% təşkil edir. 21-27-76 saylı “Tikinti əhəngi 
istehsalı üçün karbonatlı süxurlar” sahə standartının tələblərinə görə 
travertinlər az maqneziumlu, tez sönən və yüksək ekzotermikliyə malik I 
növ əhəng istehsalına yararlıdır. 
Tikinti əhəngi istehsalına yararlı travertinin A+B+C
1  
kateqoriyaları 
üzrə ehtiyatları 168 min ton təşkil edir. Şimal-şərq istiqamətdə ehtiyatın 
artırılmasına imkan vardır. 
Yatağın dağ-texniki  şəraiti  əlverişlidir. Yataq istismar olunur və 
onun 01.01.2009-cu il tarixə olan qalıq ehtiyatları A+B+C

kateqoriyaları 
üzrə 145 min m
3
 təşkil edir. 
 
 


 
214
4.8. Qum-çınqıl qarışığı və tikinti qumu 
 
Qum-çınqıl qarışıqları yol tikintisi işlərində  və beton istehsalında 
aparıcı xammal növlərindən biri hesab olunur. Çınqıl və qumun əsas 
istehlakçısı  sənaye, mülki və yol tikintisi müəssisələridir. Qum-çınqıl 
qarışığının içərisində rast gəlinən iri qaymalar xırdalayıcı-çeşidləyici  
zavodlarda xırdalanır və alınmış  çınqıl dəmir yollarının tikintisində 
ballast kimi, müxtəlif markalı adi və xüsusi betonların istehsalında, 
dəmirbeton  və yol tikintisi işlərində istifadə olunur. 
Azərbaycanın qum və çınqıl yataqları əmələ gəlməsinə görə dəniz 
və kontinental mənşəlidir. 
Dəniz mənşəli qumlar və çaqıl-çınqıl çöküntüləri Xəzər dənizinin 
bütün sahili boyu - şimalda Samur çayından başlayaraq, cənubda Astara 
çayınadək geniş ərazidə inkişaf tapmışdır. Lakin aşağı keyfiyyətli oldu-
ğuna görə Dördüncü dövr yaşlı  dəniz mənşəli qum-çınqıl xammalı 
məhdud şəkildə istifadə olunur.  
Kontinental mənşəli terrigen qeyri-filiz faydalı qazıntılar Azərbay-
canda geniş inkişaf taparaq allüvial, delüvial-prolüvial, eol və flüvioqla-
sial növlərə bölünür. 
Allüvial çaqıl, çınqıl və qumlar dağ çaylarının aşağı axınlarında  
daha geniş yayılmışdır. Qeyd olunan çöküntülər  tikinti işlərində, dəmir 
yollarında ballast material kimi və avtomobil yollarının tikintisi məqsədi 
ilə istismar olunur. 
Naxçıvan MR-də onların sənaye  əhəmiyyətli yığımları Arpaçay, 
Naxçıvançay,  Əlincəçay, Gilançay, Ordubadçay, Gənzəçay  və s. 
çaylarda aşkar edilmişdir. Bunların böyük əksəriyyəti müasir çöküntülərə 
aiddir.  
Əksər çayların qum-çınqıl çöküntüləri 70% qayma, çaqıl və çınqıl-
dan təşkil olunmuşdur. Çınqılla birlikdə ümumi kütlənin tərkibində 15%-
dən 35%-dək qum müşahidə olunur. Qum-çınqıl qarışığı  adətən birlikdə 
istismar edilir. Çınqılın tərkibi onların daşındığı dağ sistemlərinin təşkil 
olunduğu süxurların tərkibindən asılıdır. Çınqıllar adətən möhkəm dağ 
süxurlarının - andezit, qranit, diabaz, kvarsit, sərt mineralların - kvars və 
s., bəzən isə daha zəif süxurların - əhəngdaşı, qumdaşı və s. iri hissəcik-
lərindən ibarət olur. Qum-çınqıl çöküntülərinin çatışmayan cəhəti onlar-
da çoxlu miqdarda qayma və yüksək miqdarda gil və lil hissəciklərinin 
iştirak etməsidir. Bu isə müvafiq zənginləşmə tələb edir. 


 
215
Qırıntı süxurlarını  təşkil edən hissəciklərin ölçüləri üzrə  qəbul 
edilmiş vahid təsnifat yoxdur. Bu bölmədə verilən təbii qum və  çınqıl 
yataqları adətən tikinti xammalı kimi baxıldığından 8736-85, 8268-82, 
10260-82 və 10268-80 saylı Dövlət Standartlarının tələblərinə uyğun 
qiymətləndirilir. Bu standartların tələblərinə görə ölçüləri 0,05-5,0 mm 
olan dağ süxurları  və mineralların qırıntıları quma, 5-70 mm ölçülü 
yuvarlaqlaşmış dağ süxurlarından təşkil olunmuş, sementlənməmiş 
qırıntı materiallar - çaqıl və  çınqıla, 70 mm-dən böyük qırıntılar isə 
qaymaya aid edilir.  
Yatım  şəraitinə görə qum-çınqıl qarışığı üfiqi yatımla layşəkilli  
yataqlar  əmələ gətirir. 
Hazırda Naxçıvan MR-də ümumi ehtiyatları 77387 min m
3
  təşkil 
edən 7 qum-çınqıl qarışığı yatağı  kəşf olunmuşdur. Onlar respublika 
ərazisində aparılan  mülki və sənaye tikintilərini tam təmin etməyə qadir-
dirlər. Bundan əlavə  bənd tikintisi işləri üçün ümumi ehtiyatları 14375 
min m
3
 olan 2 yatağın və ehtiyatı 12366 min m
3
 olan 1 qum yatağının 
kəşfiyyatı aparılmışdır.  
Qumlar tikinti işlərində betonun hazırlanmasında doldurucu kimi, 
şose yollarının tikintisində və təmirində, bəndlərin bərkidilməsində, sili-
kat kərpiclərin və  əhəngli-qumlu divar bloklarının istehsalında  əsas 
xammal kimi geniş istifadə olunur.  
Ən iri qum-çınqıl qarışığı yatağı Naxçıvançay hesab olunur və 
muxtar respublikada tikintiyə lazım olan qum-çınqıl materialının  əsas 
kütləsi həmin yataqdan daxil olur.  
8736-85 saylı Dövlət Standartının tələblərinə görə qumlar irilik 
modulu üzrə iridənəli  (>2,5 mm), ortadənəli (2,5-2,0 mm), xırdadənəli 
(2,0-1,5 mm) və çox kiçik dənəli (1,5-1,0 mm) növlərə bölünür. 
Eynicinsli və ya yaxın tərkibli müxtəlif hissəcikli qumlar müxtəlifdənəli  
adlanır. Tikinti qumu yatağı delüvial-prolüvial mənşəlidir.  
 
4.8.1. Ordubad yatağı 
 
Yataq Ordubad dəmiryol stansiyasından 0,4 km şimal-qərbdə, 
Ordubad şəhərindən 0,3-0,4 km cənubda, Ordubad və Kotam çaylarının 
mənsəbində yerləşir. 
Yataqda 1963-1964-cü illərdə B.Q.Belemenko tərəfindən kəşfiyyat 
işləri aparılmışdır.   


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə