Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə73/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   ...   69   70   71   72   73   74   75   76   77

 
219
saylı Dövlət standartlarının tələblərinə cavab vermir. Buna görə  də 
qumlar istifadədən  əvvəl yuyulmalıdır. 
İstismar zamanı  çıxarılmış qumun bir hissəsi (46%) yol tikintisi 
işlərində, bir hissəsi isə  zənginləşdirilmədən digər tikinti işlərində isti-
fadə oluna bilər. 
Qayma-çaqıl-qum qarışığı böyük miqdarda qayma (60 mm-dən 
böyük) və lil və gil hissəcikləri ilə yüksək dərəcədə çirkləndiyindən 
dəmir yolları üçün ballast çınqılı (DÜİST 7394-85) kimi yararlı deyildir.  
Bütün qayma-çaqıl və qumlu çöküntülər və  ələnmiş qum dəmir və 
avtomobil yollarının tikintisində drenləşmə qruntu kimi istifadə oluna bilər.  
Yatağın hidrogeoloji şəraiti əlverişlidir, ehtiyata daxil olan qayma-
çaqıl-qum qatında su müşahidə olunmamışdır. Qrunt suları yatağın 
cənubunda 8,80-13,5 m dərinlikdə,  şimal sərhədində isə 11,40-16,90 m 
dərinlikdə yatır. Yatağın  şimal sərhədində qrunt suları 20 m dərinliyə 
qədər müşahidə olunmur.  
Gələcək karxanaya su axımı ancaq atmosfer çöküntülərinin hesa-
bına ola bilər, yatağın sərhədləri daxilində bu həcm 25,7 m
3
/saat təşkil 
edir. 
 Faydalı qazıntının karxana daxilində А+B+C
1
 kateqoriyaları üzrə 
ehtiyatları 6586 min m
3
 təşkil edir. Qayma-çaqıl materialının həcmi 5005 
min m
3
-dir. 
 
4.8.4. Azaçay yatağı 
 
Suvarılan torpaq sahələrinin genişləndirilməsi məqsədilə layihələş-
dirilən su bəndinin tikintisində Azaçayın qum-çınqıl çöküntülərindən 
istifadə etmək üçün çayın hövzəsində və terraslarda 1983-1984-cü illərdə 
O.İ.İsmayılov tərəfindən kəşfiyyat işləri aparılmışdır.  
Qum-çınqıl çöküntülərinin geoloji quruluşu çox sadədir. Stratiqra-
fik cəhətdən burada Üst Dördüncü və Müasir dövr yaşlı çöküntülər işti-
rak edir. Dördüncü dövr çöküntüləri qayma-çaqıl-qumla, Müasir dövr 
çöküntüləri isə allüvial və delüvial-prolüvial çöküntülərlə - qumca, gilcə, 
qum və müxtəlif süxurların qırıntıları ilə təmsil olunurlar. 
Azaçayın çaqıl-qum çöküntüləri makroskopik cəhətdən çox möh-
kən, iri və müxtəlif ölçülü süxurlardan ibarətdir. Onların ölçüləri bir neçə 
millimetrdən 1,0 m-dək dəyişir. Qranulometrik tərkibində qayma (70 
mm-dən yuxarı) -9,3-14,6%, çaqıl və  çınqıl -49,8-57,4% və müxtəlif-
dənəli qum -33,1-37,0% iştirak edir. Rəngi açıq-bozdan qarayadək 


 
220
dəyişir və bütövlükdə tünd-boz rəngdədir. 5 m dərinliyədək qayma-çaqıl-
çınqıl kütləsi  əsasən yaxşı yuvarlaqlaşmış, yumru formalı intruziv 
süxurlardan təşkil olunmuşdur. Onlar 40%-dək andezitlərdən, 30%-dək 
andezit-dasitlərdən, 20%-dək dasitlərdən, 10%-dək dioritlərdən, 10%-
dən çox olmamaqla əhəngdaşlarından və kvarslı qumdaşlarından təşkil 
olunmuşdur. Yastı  və hamar formalara demək olar ki, rast gəlinmir. 
Faydalı qazıntıda rast gəlinən qum öz tərkibinə görə dayanıqlı olmayıb, 
50%-dən yuxarı 0,63 mm hissəciklərdən təşkil olunmuşdur. Müsbət amil 
ondan ibarətdir ki, qumlarda xırda (lilşəkilli) hissəciklərin miqdarı azdır. 
Təbii nəmlik 6,1%-dən 6,9%-dək, orta hesabla 6,6% təşkil edir. 
Qum-çınqıl qarışığının sıxlığı 2,62-2,70 q/sm
3
 olub, yataq üzrə orta 
göstərici 2,65 q/sm
3
-dir. 
Həll olmuş duzlar az miqdarda olub, 0,09-0,15%, orta hesabla 
0,12% təşkil edir. Qum-çınqıl qarışığında üzvi qarışıqlar müşahidə 
olunmur. 
Filtrasiya  əmsalı 4,1-5,4 arasında dəyişərək orta hesabla 4,7, 
sürüşmə bucağı isə 0,70-0,76 arasında dəyişərək orta hesabla 0,72 təşkil 
edir. Gil, lil və tozvari hissəciklərin miqdarı 0,5%-dir. Sürtünmə “S-20”, 
xırdalanma “X-8”, şaxtayadavamlılığı “Şax-25” markasına  uyğun gəlir. 
Qum-çınqıl qarışığının həcm kütləsi 2,0 t/m
3
, boşalma  əmsalı isə 
yataq üzrə orta hesabla 1,31 təşkil edir. İrilik moduluna görə qumlar 
iridənəli tipə aid olub, irilik modulu 2,68-3,08-ə  bərabərdir. Qumun 
tökmə həcm kütləsi 1,56-1,61 q/sm
3
, sıxlığı isə 2,60-2,70 q/sm
3
-dir. СО
3
-
ün miqdarı 0,15-0,3% arasında dəyişir.  
Yatağın B+C
1
 kateqoriyaları üzrə ehtiyatları 4374,9 min m
3
 təşkil edir.  
 
4.8.5. Əlincəçay yatağı 
 
Yataq Culfa rayonu ərazisində  Əlincəçay hövzəsində yerləşərək, 
26,5 km uzunluğunda 250-300 m enində ərazini əhatə edir. 
Yataq 1978-1979-cu illərdə T.M.Seyidov, İ.Ə.Məmmədov və 
O.İ.İsmayılov tərəfindən öyrənilmiş, 1980-ci ildə isə O.İ.İsmayılov 
tərəfindən yataqda kəşfiyyat işləri  aparılmışdır. 
Yataq 7 m-dən 12 m-dək qalınlığında allüvial-delüvial mənşəli 
qayma, çaqıl, qum çöküntüləri ilə mürəkkəbləşərək, müxtəlif tərkibli 
effuziv və intruziv süxurlardan təşkil olunmuşdur.  
70 mm-dən yuxarı hissəciklərin miqdarı 3-12%, 5-70 mm  30-58%, 
5 mm-dən kiçik hissəciklərin miqdarı isə 35-56% təşkil edir. Tökmə 


 
221
həcm kütləsi 1610-1700 kq/m
3
, gilli, lilli və tozvari hissəciklərin miqdarı 
isə 1,8-3,6% təşkil edir. Üzvi qalıqlar müşahidə olunmur. Yastı  və 
iynəvari hissəciklərin miqdarı 7,0-11,3% arasında dəyişir. 
Çınqıllar sürtünmə üzrə “S-1”, xırdalanmasına görə “X-8” marka-
sına uyğun gəlir.  
Əlincəçay yatağının çınqılları yuyulduqdan sonra bütün növ tikinti 
işlərində və avtomobil yollarının tikintisində istifadə oluna bilər.  
Yataq üzrə qumun orta miqdarı bütün kütlənin 42,7%-ni təşkil edir. 
Qumun tökmə həcm kütləsi 1440-1590 kq/m
3
, məsaməlilik 42-44%-dir. 
İrilik modulu 2,55-3,38 arasında dəyişərək iri qumlara aiddir. Gilli-lilli 
və tozvari hissəciklərin miqdarı yataq üzrə orta hesabla 3% təşkil edir və 
istifadədən əvvəl qumların yuyulması tələb olunur. 
Yatağın B+C
1
 kateqoriyaları üzrə ehtiyatları 18845,0 min m
3
 təşkil edir.  
 
 
4.8.6. Naxçıvan yatağı 
 
Yataq Babək rayonu ərazisində Naxçıvan  şəhərindən 1,5-2,0 km 
cənubda, Naxçıvançay hövzəsində yerləşir. 
1968-ci ildə M.S.İsmayılov tərəfindən yataqda kəşfiyyat işləri 
aparılmışdır. 
Yatağın geoloji quruluşunda Naxçıvançayın allüvial çöküntüləri -
qayma, çaqıl, çınqıl, qumlu və lilli çöküntülərlə  təmsil olunan Müasir 
dövr çöküntüləri iştirak edir.  
Yatağın kəşf olunan dərinliyi 15 m-ə qədərdir. 
Qayma və  çınqıllar andezit-dasitdən, dioritdən, pelitomorf əhəng-
daşlarından, qumdaşlarından və c. süxurlardan təşkil olunmuşdur. 
 Dənəvərlik tərkibinə görə çınqıllar iriqırıntılı tipə aid olub, 20 mm-
dən böyük ölçülü hissəciklərin miqdarı ümumi süxur kütləsinin 70-90%-
ni, o cümlədən   40-60 mm hissəciklər 54%-ni, qaymalar isə 13,8%-ni 
təşkil edir. 
Çınqılların tökmə  həcm kütləsi orta hesabla 1375 kq/m
3
, məsa-
məlilik 5%-ə qədər, boşluqlar 43% təşkil edir.  
Yastı və iynəvari hissəciklərin miqdarı 12,0-35,0% arasında dəyişir. 
Gilli, lilli və tozvari hissəciklərin miqdarı 1-2% arasında dəyişir. 
Çınqıllar sürtünmə üzrə “S-I” və “S-II”, xırdalanmasına görə isə 
“X-12” və “X-16” markasına uyğun gəlir. Çınqıllar  şaxtayadavamlı 
(Şax.-150) olub, suudma qabiliyyəti 2,37%, nəmliyi 1%-ə qədərdir.  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə